Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə60/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   56   57   58   59   60   61   62   63   ...   230

 

 

121



6. Milli pul  vahidinin  dəyərinin qorunması tədbirləri (ölkəyə xarici ma-

liyyə  axınlarının  əhəmiyyətli  azalmasına,  qonşu  ölkələrdəki  devalvasiya  dal-

ğ

asının  psixoloji  təsirinə  baxmayaraq,  manatın  məzənnəsinin  sabitliyi  qorun-



muşdur.  Manatın  məzənnəsinin  sabitliyi,  həm  də  əhalinin  əmanətlərinin 

dəyərsizləşməsinin, xarici valyutada borc yükünün artmasının, manata etimadın 

azalmasının və iqtisadiyyatda yüksək dollarlaşmanın qarşısını almışdır). 

Həyata  kecirilmiş  antiböhran  proqramı  nəticəsində  bank  sektorunun 

maliyyə dözümlülüyü daha da güclənmişdir: 

1. Bank  sistemi  cari  öhdəliklərinin  təqribən  80%-i  səviyyəsində  likvid 

aktivlərə malikdir ki, bu da minimal normadan (30%) çoxdur; 

2. Sektorun  kapital  adekvatlığı  göstəricisi  qəbul  edilmiş  normadan  iki 

dəfə çox -19% olmuşdur; 

3. Kredit  portfelinin  keyfiyyəti  məqbul  səviyyədə  qorunub  saxlanılmış, 

vaxtı keçmiş kreditlərin ümumi portfeldə xüsusi çəkisi 3.3% təşkil etmişdir; 

4. Bankların  maliyyə  nəticələri  müsbət  olmuş,  cari  ilin  on  bir  ayında 

aktivlər uzrə gəlirlik 2.6%, kapitalın gəlirliyi isə 17.8% təşkil etmişdir. 

Bundan başqa, Böhran hallarını qabaqlamağa xidmət edən aşağıdakı töv-

siyələr ciddi maraq doğurur:  

•  Kommersiya  bankları  üzərində  nəzarət  sisteminin  gücləndirilməsi 

(lakin onların kəsirlərinin dövlət hesabına örtülməsi yox); 

•  Maliyyə bazarları üzərində nəzarətin gücləndirilməsi; 

•  Böyük həcmdə borc vasitələrindən istifadə edən təşkilatların (banklar, 

investisiya, sığorta təşkilatları və s.) fəaliyyətində şəffaflığın (sürətli və əlçatan 

informasiyanın) təmin olunması; 

•  Kredit  təsisatları  ilə  məşğul  olan  reytinq  agentliklərinin  fəaliyyətinin 

yaxşılaşdırılması; 

•  Bank və təşkilatlar üzərində korporativ idarəetmə sisteminin gücləndi-

rilməsi; 

•  Sabit pul dövriyyəsi və real valyuta kursunun təmin olunması (bu on-

ların iqtisadi cəhətdən əsaslandırılmış hərəkətliliyini istisna etmir); 

•  Qısamüddətli beynəlxalq maliyyə axınları üzərində güclü nəzarətin təş-

kili. 

 

2.7. Bank sektorunda bazar riski kateqoriyaları 

 

Risk  –  gözlənilməz  hadisələrin  bankın  kapitalına  mənfi  təsir  göstərə 

bilməsi və bankın biznes məqsədlərini həyata keçirmək imkanlarının məhdud-

laşdırması  ehtimalıdır.  Ümumi  bank  səviyyəsində  bazar  riski  mövcuddur. 

Bazar riski - faiz dərəcəsi, xarici valyuta məzənnəsi və kapitalın (həmçinin ba-

zar qiymətli kağızların) qiymətlərindəki enib-qalxmaların nəticəsində bank ak-

tivinin  bazar  dəyərini  dəyişməsindən  itkiyə  səbəb  ola  bilən  ehtimaldır.  Bu 



 

 

122



anlayışa  əsasən  bazar  riski  riskin  mənbəyindən  asılı  olaraq  aşağıdakı  kate-

qoriyalara bölünə bilər: 

1. Faiz dərəcəsi  riski –  faiz  dərəcəsinin  dəyişilməsi nəticəsində  yaranan 

riskdir. Bu risk mənbəyi, ilk növbədə faiz gətirən maliyyə alətlərinə təsir edir; 

2. Xarici valyuta riski – valyuta məzənnələrindəki dəyişikliklərə görə ya-

ranan riskdir. Bu risk mənbəyi xarici valyutada yerləşdirilən alətlərin portfelinə 

təsir edir. O, həmçinin ticarət əməliyyatları müxtəlif valyutalarda aparıldıqda və 

sonradan  qiymətləndirmə  uçotu  və  hesabatları  yerli  valyutaya  çevirildikdə 

bankın ümumi portfeli xarici valyuta riski ilə üzləşə bilər; 

3. Kapital riski – kapitalın və digər bazar giymətli kağızlarının qiymətlə-

rindəki dəyişikliklərə görə yaranan riskdir. Bu risk mənbəyi kapital portfelinə, 

eləcə  də  hecinq  və  spekulyasiya  məqsədləri  üçün  istifadə  edilən  kapitalın 

törəmə alətlərinə təsir göstərir; 

4. Əmtəə-mal  riski  əmtəə-mal  qiymətlərindəki  dəyişikliklərə  görə  yara-

nan  riskdir.  Bu  risk  mənbəyinin  təsir  göstərdiyi  portfellər  faktiki  əmtəələrdən 

(məsələn, qızıl) və ya əmtəə fyuçerslərindən və forvard müqavilələrindən ibarət 

ola bilər. Bu riskin banklara təsiri onların fəaliyyətindən asılı olacaqdır.  

Bankın öz daxilindən qaynaqlanan risklər beşinci fəsildə ətraflı izah olu-

nacaqdır. 

AMB  tərəfindən  banklarda  kapitalın  adekvatlığının  yoxlanması  və  qiy-

mətləndirilməsi prosesində tələb yaranarsa, hər bir bankdan bazar risklərinin ör-

tülməsi üçün əlavə kapitalın təmin edilməsi tələb edilir.  

 



 

 

123



III FƏS L. MƏRKƏZ  BANK 

 

 

3.1. Azərbaycan Respublikasının Mərkəzi Bank  

fəaliyyətinin ümumi əsasları 

 

Azərbaycan  Respublikası  Konstitusiyasının  19-cu  maddəsinin  II  his-

səsinə  müvafiq  olaraq  Mərkəzi  Bank  dövlətin  müstəsna  mülkiyyətindədir. 

Mərkəzi  Bank  müstəqil  balansa,  nizamnamə  kapitalına  və  digər  əmlaka  ma-

likdir.  Mərkəzi  Bank  balansında  olan  əmlaka  qanunvericiliyə  uyğun  olaraq 

sahiblik,  istifadə  və  sərəncam  hüquqlarını  həyata  keçirir.  Qanunla  nəzərdə 

tutulmuş hallar istisna olmaqla, Mərkəzi Bankın razılığı olmadan kapitalının və 

digər əmlakının özgəninkiləşdirilməsinə yol verilmir.  

Mərkəzi Bankın kapitalı onun nizamnamə kapitalından və kapital ehti-

yatlarından ibarətdir. Mərkəzi Bankın nizamnamə kapitalı 10 milyon manatdır. 

Mərkəzi Bankın kapital ehtiyatları tədavülə buraxılmış nağd milli valyutanın 15 

faizi  miqdarında  müəyyən  edilir  və  hesabat  ilinin  mənfəətindən  ayırmalar 

hesabına formalaşdırılır.  

 Mərkəzi  Bank  öz  fəaliyyəti  barədə  yalnız  Azərbaycan  Respublikası 

Prezidentinə  hesabat  verir.  Mərkəzi  Bankın  Azərbaycan  Respublikası  Pre-

zidenti qarşısında hesabatlığı aşağıdakılardan ibarətdir: 

1. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu 

bəndinə müvafiq olaraq Mərkəzi Bankın  darə Heyəti üzvlərinin vəzifəyə təyini 

və vəzifədən azad edilməsindən; 

2. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu 

və  32-ci  bəndlərinə  müvafiq  olaraq  Mərkəzi  Bankın  darə  Heyəti  sədrinin  – 

Mərkəzi Bankın sədrinin (bundan sonra – Mərkəzi Bankın  darə Heyəti sədri) 

və onun müavinlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi; 

3.  Bu  Qanunun  58-ci  maddəsinə  müvafiq  olaraq  Mərkəzi  Bankın 

fəaliyyətinin  yoxlanılması  üçün  auditorun  təyin  edilməsindən  və  zəruri 

hallarda, auditor yoxlamasının növbədənkənar qaydada keçirilməsi; 

4. Mərkəzi  Bankın  darə  Heyətinin  sədri  tərəfindən ildə iki  dəfə Mər-

kəzi  Bankın  əsas  məqsəd  və  funksiyalarının  həyata  keçirilməsi  barədə  hesa-

batın,  habelə  audit  rəyi  ilə  təsdiq  edilmiş  ilin  yekunları  üzrə  maliyyə  hesaba-

tının və hesabat əməliyyat büdcəsi barədə hesabatın Azərbaycan Respublikası 

Prezidentinə təqdim edilməsi. 

Büdcə layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın  darə Heyətinin 

sədri  qarşıdakı  il  üçün  pul  siyasətinin  əsas  istiqamətləri  barədə  Azərbaycan 

Respublikası Milli Məclisinə məlumat verir. 

Mərkəzi Bank dövlətin öhdəlikləri üçün, dövlət isə Mərkəzi Bankın öh-

dəlikləri  üçün  cavabdeh  deyildir.  Lakin  istisna  hal  olaraq  Mərkəzi  Bankın 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə