Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə61/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   57   58   59   60   61   62   63   64   ...   230

 

 

124



aktivləri  onun  passivlərinin  məbləğindən  aşağı  düşdükdə  yaranmış  kapital 

çatışmazlığı dövlət tərəfindən ödənilir.  

Mərkəzi  Bank  Azərbaycan  dövlətinin  bankıdır.  Mərkəzi  Bank  Azər-

baycan dövlətinin maliyyə agenti kimi çıxış edə bilər. Mərkəzi Bank Maliyyə 

Nazirliyi  ilə  razılaşdırılmış  şərtlərlə  dövlətin  maliyyə  agenti  funksiyalarını 

həyata keçirə bilər. Maliyyə agenti olaraq Mərkəzi Bank dövlətin borc qiymətli 

kağızlarını  yerləşdirmək  və  onlarla  digər  əməliyyatlar  aparmaqla  dövlət  bor-

cuna  xidmət  göstərə,  habelə  qanunla  müəyyən  edilmiş  hallarda  və  qaydada 

başqa maliyyə əməliyyatlarını apara bilər.  

Mərkəzi Bank Maliyyə Nazirliyi ilə razılaşdırılmış şərtlərlə dövlət xəzi-

nədarlıq  hesablarına  xidmət  göstərir.  Pul  siyasətinin  həyata  keçirilməsi  ilə 

ə

laqədar  tələb  olunduqda,  Mərkəzi  Bank  Respublika  Maliyyə  Nazirliyi  ilə 



razılaşdırılmış şərtlərlə dövlətdən müddətli depozitlər qəbul edə bilər. Mərkəzi 

Bank  Azərbaycan  Respublikasının  dövlət  hakimiyyəti  orqanlarının,  habelə 

dövlət  və  büdcədənkənar  dövlət  fondlarının  bank  hesablarına  xidmət  göstərə 

bilər. Mərkəzi Bank MB Haqqında Qanunda müəyyən olunmuş məqsədlərinə 

uyğun  olaraq  dövlətin  iqtisadi  siyasətinin  həyata  keçirilməsinə  səlahiyyətləri 

daxilində yardım edir. Mərkəzi Bank Azərbaycan Respublikasının müvafiq icra 

hakimiyyəti orqanlarına, dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərinə, o 

cümlədən büdcə-vergi, qiymət-tarif tədbirlərinə, habelə dövlətin daxili və xarici 

borcunun həcminə və idarə edilməsinə dair təkliflər verə bilər.  

Mərkəzi  Bank  Azərbaycan  Respublikasının  dövlət  büdcəsi  kəsirinin 

birbaşa  maliyyələşdirilməsi  üçün  dövlətə  kredit  vermir.  Dövlət  büdcəsində 

qısamüddətli  vəsait  çatışmazlığı  yarandıqda  Mərkəzi  Bank  Maliyyə  Nazirliyi 

ilə bağlanmış müqaviləyə əsasən gəlir gətirən dövlət borc qiymətli kağızları ilə 

təmin edilməsi şərti ilə dövlətə ən çoxu 6 ay müddətinə və cari ildə ödənilmək 

şə

rti ilə milli valyutada (manatla) kredit verə bilər. Belə kreditlərin verilmiş və 



ödənilməmiş hissəsinin ümumi məbləği son üç il ərzində dövlət büdcəsinin orta 

gəlirlərinin  3  faizindən  çox  ola  bilməz.  Mərkəzi  Bank  tərəfindən  Azərbaycan 

dövlətinin buraxdığı borc qiymətli kağızların alınması dövlətə kreditlərin veril-

məsi hesab olunur.  

Azərbaycan  Respublikası  Mərkəzi  Bankının  Pul  siyasəti  və  Maliyyə 

Sabitliyi  Komitəsi  pul  və  məzənnə  siyasəti  oriyentirlərinin  müəyyən  edilməsi 

və  həyata  keçirilməsi,  habelə  maliyyə  sabitliyinin  qorunması  məqsədilə 

yaradılan məşvərətçi orqandır. 

Mərkəzi  Bank  öz  məqsədlərinə  nail  olmaq  üçün  yerli  və  xarici  kredit 

təşkilatları ilə aşağıdakı əməliyyatları aparmaq hüququna malikdir:  

•  çekləri,  vekselləri,  qiymətli  metalları  və  qiymətli  daşları,  habelə 

bunlardan hazırlanmış məmulatı almaq, satmaq və saxlamaq;  

•  xarici  valyutanı,  habelə  xarici  valyutada  təqdim  etdikləri  ödəniş 

sənədlərini və öhdəliklərini almaq və satmaq;  

•  zəmanətlər vermək;  



 

 

125



•  bank hesabları, o cümlədən depozit hesabları açmaq;  

•  hesablaşma,  kassa,  depozit  əməliyyatları  aparmaq,  qiymətli  kağız-

ların  və  başqa  sərvətlərin  saxlanması  və  idarə  olunması  üçün  onları  qəbul 

etmək;  


•  hər hansı valyutada çekləri və vekselləri ödənişə təqdim etmək;  

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  zidd  olmayan  hallarda 

beynəlxalq  təcrübədə  qəbul  edilmiş  digər  bank  əməliyyatlarını  həyata  ke-

çirmək.  

 Mərkəzi  Bank  bank  əməliyyatlarının  aparılması  üçün  haqq  almaq 

hüququna  malikdir.  Mərkəzi  Bank  öz  əməkdaşlarına,  habelə  qanunvericilikdə 

nəzərdə tutulmuş hallarda fondlara bank xidmətləri  göstərə bilər. Hesablaşma 

və klirinq (prosessinq) əməliyyatlarının dəstəklənməsi məqsədilə Mərkəzi Bank 

həmin  əməliyyatları  həyata  keçirən  təşkilatlara  bank  hesabları  aça  bilər. 

Mərkəzi  Bank  xarici  dövlətlərin  hökumətlərinə,  mərkəzi  banklarına  və  pul 

siyasətini  tənzimləyən  orqanlarına,  habelə  Mərkəzi  Bankın  və  ya  Azərbaycan 

Respublikasının  üzv  olduqları  beynəlxalq  təşkilatlara  bank  xidmətləri  göstərə 

bilər.  Mərkəzi  Bank  etibarlı  emitentlər  tərəfindən  buraxılmış  likvidli  borc 

qiymətli kağızlarını almaq hüququna malikdir. Mərkəzi Bank qanunvericiliklə 

qadağan olunmayan mülki-hüquqi əqdləri bağlaya bilər.  

Mərkəzi Bank aşağıdakı fəaliyyətləri həyata keçirə bilməz: bu Qanunda 

nəzərdə tutulmuş şəxslərdən başqa, digər hüquqi və fiziki şəxslərlə bank əmə-

liyyatları  aparmaq;  istehsal,  ticarət,  sığorta  və  bu  Qanunda  nəzərdə  tutulmuş 

hallar istisna olmaqla, digər kommersiya fəaliyyəti ilə məşğul olmaq; Mərkəzi 

Bankın fəaliyyətini, Mərkəzi Bank qarşısında olan öhdəliklərin icrasını, habelə 

Mərkəzi  Bankın  əməkdaşlarının  sosial  ehtiyaclarını  təmin  etmək  üçün  zəruri 

olan  hallar  istisna  olmaqla  daşınmaz  əmlak  üzərində  tam  və  ya  qismən  əşya 

hüquqlarını almaq, satmaq və ya başqa tərzdə əldə etmək. 

Mərkəzi Bankın təşkilati strukturuna  darə Heyəti, mərkəzi aparat, ərazi 

idarələri daxildir. Mərkəzi Bankın mərkəzi aparatı daxili audit bölməsindən, ha-

belə  darə Heyətinin müəyyən etdiyi digər struktur bölmələrdən ibarətdir. Mər-

kəzi Bankın mərkəzi aparatına daxil olan bütün struktur bölmələri və qurumları 

darə  Heyəti  tərəfindən  təsdiq  edilmiş  əsasnaməyə  uyğun  olaraq  fəaliyyət 

göstərir.  

 Mərkəzi  Bank  darə  Heyəti  tərəfindən  idarə  olunur.  darə  Heyətinin 

tərkibi  yeddi  nəfərdən  ibarətdir.  Onun  tərkibinə  sədr,  Mərkəzi  Bankda  daimi 

ə

saslarla işləyən dörd üzv və iki kənar üzv daxildir.  



  qtisadiyyat  və  ya  hüquq  sahəsində  ali  təhsilə,  iqtisadiyyat,  hüquq, 

maliyyə  və  ya  bank  sahəsi  üzrə  peşəkar  təcrübəyə  malik  olan,  mülkiyyət 

ə

leyhinə, iqtisadi fəaliyyət sahəsində, qulluq mənafeyi əleyhinə, habelə ağır və 



xüsusilə  ağır  cinayətlərə  görə  məhkum  olunmayan,  habelə  xarici  dövlətlərin 

qarşısında  heç  bir  öhdəliyi  olmayan  Azərbaycan  Respublikasının  vətəndaşları 

darə Heyətinin üzvləri ola bilərlər.  



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə