Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə62/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   58   59   60   61   62   63   64   65   ...   230

 

 

126



 Azərbaycan  Respublikası  Milli  Məclisinin  və  Naxçıvan  Muxtar  Res-

publikası  Ali  Məclisinin  deputatları,  Azərbaycan  Respublikası  Nazirlər  Ka-

binetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin üzvləri, bələ-

diyyələrin seçkili üzvləri, habelə dövlət hakimiyyəti və ya bələdiyyə orqanında 

qulluqda olan şəxslər eyni zamanda Mərkəzi Bankın  darə Heyətinin üzvləri ola 

bilməzlər.  

Mərkəzi  Bankın  darə  Heyətinin  üzvləri  Azərbaycan  Respublikası 

Konstitusiyasının 109-cu maddəsinin 10-cu bəndinə, 95-ci maddəsinin I hissə-

sinin 15-ci bəndinə və II hissəsinə müvafiq olaraq, vəzifəyə təyin və vəzifədən 

azad edilirlər.  

darə Heyətinin üzvləri vəzifəyə 5 il müddətinə təyin edilirlər. Mərkəzi 

Bankın  darə Heyətinin sədri Azərbaycan Respublikası Konstitusiyasının 109- 

cu maddəsinin 32-ci bəndinə müvafiq olaraq Mərkəzi Bankın  darə Heyətinin 

üzvləri  sırasından  darə  Heyəti  üzvünün  səlahiyyət  müddətinə  vəzifəyə  təyin 

edilir.  

 Mərkəzi  Bankın  darə  Heyəti  sədrinin  birinci  müavini  və  digər  müa-

vinləri  Mərkəzi  Bankın  darə  Heyəti  üzvləri  sırasından  darə  Heyəti  üzvünün 

səlahiyyət müddətinə vəzifəyə təyin edilirlər. 

darə Heyətinin üzvləri Mərkəzi Bankda daimi əsaslarla işlədiyi dövrdə 

elmi,  pedaqoji  və  yaradıcılıq  fəaliyyəti  istisna  olmaqla,  digər  ödənişli  fəaliy-

yətlə,  habelə sahibkarlıq  fəaliyyəti ilə məşğul ola bilməzlər. Qanunvericilikdə 

nəzərdə tutulmuş hallar istisna olmaqla  darə Heyətinin Mərkəzi Bankda daimi 

ə

saslarla  işləyən  üzvləri  hüquqi  şəxslərin  idarəetmə  orqanlarında  vəzifə  tuta 



bilməzlər.  

Mərkəzi  Bankın  darə  Heyətinin  üzvləri,  habelə  onların  yaxın 

qohumları (ər-arvad, valideynlər, baba, nənə, övlad, övladlığa götürülən, qardaş 

və  bacı)  Mərkəzi  Bankın  nəzarət  etdiyi  kredit  təşkilatlarında  mühüm  iştirak 

payına malik ola bilməzlər.  darə Heyətinin üzvləri siyasi partiyaların üzvü ola 

bilməz və ictimai birliklərdə vəzifə tuta bilməzlər. 

Mərkəzi Bankın  darə Heyətinin səlahiyyətləri( Maddə 22) : 

1.  hər  il  üçün  dövlətin  pul  və  valyuta  siyasətini  müəyyənləşdirir  və 

təsdiq edir; 

2. pul siyasətinin alətlərinə dair qərarlar qəbul edir, o cümlədən uçot də-

rəcəsini, özünün əməliyyatları üzrə faiz dərəcələrini, acıq bazarda əməliyyatla-

rın şərtlərini müəyyən edir; 

3.  yeni  nümunəli  pul  nişanlarının  tədavülə  buraxılması  və  köhnə 

nümunəli pul nişanlarının tədavüldən çıxarılması barədə qərar qəbul edir; 

4.  valyuta  tənzimi  və  nəzarətinin  həyata  keçirilməsi,  habelə  manatın 

başqa valyutalara mübadilə məzənnəsinin müəyyən olunması qaydasını təsdiq 

edir; 

5. Mərkəzi Bankın büdcəsini və ona dəyişiklikləri təsdiq edir; 




 

 

127



6.  Mərkəzi  Bankın  kapital  ehtiyatlarının  formalaşdırılması  və  istifadə 

olunması qaydasını müəyyən edir; 

7. Mərkəzi Bankın illik maliyyə hesabatını təsdiq edir; 

8. beynəlxalq qızıl-valyuta ehtiyatlarının saxlanılması və idarə olunması 

strategiyası və qaydalarını müəyyən edir; 

9. kredit təşkilatlarına bank fəaliyyətinin həyata keçirilməsi üçün lisen-

ziyaların verilməsi və ləğv edilməsi barədə qərar qəbul edir; 

10. kredit təşkilatları üçün iqtisadi tənzimləmə (prudensial) normativləri 

müəyyən edir; 

11. qanunvericiliklə müəyyən olunmuş hallarda, banklara müvəqqəti in-

zibatçının təyin edilməsi və səlahiyyətinə xitam verilməsi haqqında qərar qəbul 

edir; 


12. Azərbaycan Respublikasının bank sistemində xarici kapitalın iştirak 

limitini müəyyənləşdirir; 

13.  Mərkəzi  Bankın  təşkilati  strukturunu  və  idarəetmə  prosedurlarını 

müəyyən edir; 

14.  Mərkəzi  Banka  işə  qəbul  və  əməkdaşların  qiymətləndirilməsi 

qaydalarını,  habelə  Mərkəzi  Bankın  darə  Heyətinin  nomenklaturasına  daxil 

olan  vəzifələri  müəyyənləşdirir,  həmin  vəzifələrə  təyinatları  və  vəzifələrdən 

azad edilmələri təsdiq edir; 

15.  Mərkəzi  Bankın  Naxçıvan  Muxtar  Respublikası  darəsinin  rəh-

bərinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri tərəfindən vəzifəyə 

təyin edilməsi və vəzifədən azad edilməsinə razılıq verir; 

16.  Mərkəzi  Bankda  əməyin  ödənilməsi  formaları  və  miqdarını  Azər-

baycan  Respublikasının  bank  sistemində  uyğun  əməkhaqqı  səviyyəsi  nəzərə 

alınmaqla müəyyənləşdirir; 

17. Mərkəzi Bankın normativ xarakterli aktlarını təsdiq edir; 

18.  bu  Qanunla  Mərkəzi  Bankın  darə  Heyətinin  səlahiyyətlərinə  aid 

edilmiş digər məsələləri həll edir. 

Mərkəzi  Bankın  darə  Heyətinin  sədri  işi  təşkil  edir  və  eyni  zamanda 

Mərkəzi Bankın icra strukturuna başçılıq edir. Mərkəzi Bankın  darə Heyətinin 

sədri aşağıdakı səlahiyyətlərə malikdir: 

1. etibarnamə təqdim etmədən Mərkəzi Bankı Azərbaycan Respublikası 

daxilində və qanunvericiliklə müəyyən edilmiş qaydada xaricdə təmsil edir; 

2.  darə Heyətinin təsdiq etdiyi normativ xarakterli aktları imzalayır; 

3.  Mərkəzi  Bankın  bütün  əməkdaşları  üçün  məcburi  olan  əmr  və 

sərəncamlar verir; 

4.  darə  Heyətinin  nomenklaturasına  daxil  olmayan  şəxsləri  vəzifəyə 

təyin edir və vəzifədən azad edir; 

5.  darə  Heyəti  sədrinin  müavinləri  və  Mərkəzi  Bankın  digər  rəhbər 

işçiləri arasında vəzifə bölgüsünü aparır; 



 

 

128



6.  Mərkəzi  Bankın  fəaliyyətinə  dair  darə  Heyətinin  səlahiyyətinə  aid 

edilməyən məsələləri həll edir; 

7. bu Qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir. 

Sədr  olmadıqda,  onun  səlahiyyətləri  birinci  müavin  tərəfindən  həyata 

keçirilir. Birinci müavin olmadıqda, həmin səlahiyyətlər Mərkəzi Bankın  darə 

Heyəti sədrinin müəyyən etdiyi qaydada digər müavini və  ya  darə Heyətinin 

üzvü tərəfindən həyata keçirilir. 

Mərkəzi  Bankın  daxili  audit  bölməsi  aşağıdakıları  həyata  keçirir: 

Mərkəzi Bank üzrə risklərin idarə olunması sahəsində adekvat prosedurların və 

nəzarət  mexanizmlərinin  vəziyyətini  qiymətləndirir,  onların  daim  tətbiq 

olunmasına  nəzarət  edir;  qanunvericiliyə  əməl  olunmasını  təmin  etmək 

məqsədilə Mərkəzi  Bankın struktur bölmələrinin auditini həyata keçirir;  audit 

zamanı  aşkar  etdiyi  nöqsanların  aradan  qaldırılması,  habelə  uçot  və  hesabat, 

daimi  nəzarət  prosedurları  və  mexanizmləri  barədə  Mərkəzi  Bankın  darə 

Heyətinə  və  struktur  bölmələrinə  tövsiyələr  verir;  Mərkəzi  Bankın  darə 

Heyətinin  müəyyən  etdiyi  digər  səlahiyyətləri  həyata  keçirir.  Daxili  audit 

bölməsi bilavasitə Mərkəzi Bankın  darə Heyətinin sədrinə tabedir. 

  

3.2. Azərbaycan Mərkəzi Bankının məqsəd və funksiyaları 

 

Mərkəzi  Bankın  fəaliyyətinin  əsas məqsədi  öz səlahiyyətləri daxilində 



qiymətlərin  sabitliyinin  təmin  edilməsidir.  Bununla  yanaşı,  Mərkəzi  Bankın 

fəaliyyətinin  məqsədi,  həmçinin  bank  və  ödəniş  sistemlərinin  sabitliyini  və 

inkişafını  təmin  etməkdir.  Mənfəət  götürmək  Mərkəzi  Bankın  əsas  məqsədi 

deyildir.  Mərkəzi  Bank  məqsədlərinə  nail  olmaq  üçün  aşağıdakı  funksiyaları 

həyata keçirir: 

1.  dövlətin pul və valyuta siyasətini müəyyən edir və həyata keçirir; 

2.  nağd  pul  dövriyyəsini  təşkil  edir,  Azərbaycan  Respublikası  Kons-

titusiyasının 19-cu maddəsinin II hissəsinə və bu Qanuna müvafiq olaraq, pul 

nişanlarının tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir; 

3. manatın  xarici  valyutalara  nisbətdə  rəsmi  məzənnəsini  mütəmadi 

müəyyən edir və elan edir; 

4.  qanunvericiliyə  uyğun  olaraq  valyuta  tənzimini  və  nəzarətini  həyata 

keçirir; 

5.  sərəncamında  olan  beynəlxalq  qızıl-valyuta  ehtiyatlarını  saxlayır  və 

idarə edir; 

6.  qanunvericiliyə uyğun olaraq hesabat tədiyyə balansını tərtib edir və 

ölkənin proqnoz tədiyyə balansının hazırlanmasında iştirak edir; 

7.  «Banklar  haqqında»  və  «Poçt  haqqında»  Azərbaycan  Respublikası 

qanunlarına,  bu  Qanuna  və  onlara  müvafiq  qəbul  etdiyi  normativ  xarakterli 

aktlara uyğun olaraq bank fəaliyyətini lisenziyalaşdırır və tənzimləyir, qanunla 

müəyyən edilmiş qaydada bank fəaliyyətinə nəzarəti həyata keçirir; 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə