Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə63/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   59   60   61   62   63   64   65   66   ...   230

 

 

129



8. ödəniş  sistemlərinin  fəaliyyətini  təşkil  edir,  əlaqələndirir,  tənzimləyir 

və onların üzərində nəzarəti qanunauyğun olaraq həyata keçirir; 

9.  bu Qanunla və digər qanunlarla nəzərdə tutulmuş  başqa  funksiyaları 

həyata keçirir. 

 Mərkəzi Bank məqsədlərinə nail olmaq - dövlətin pul və valyuta siyasə-

tini  müəyyən  edir  və  həyata  keçirir.  Mərkəzi  Bank  qarşıdakı  il  üçün  dövlətin 

pul siyasətinin əsas istiqamətlərini oktyabr ayının 1-dən gec olmayaraq, Azər-

baycan Respublikası Prezidentinə təqdim edir və dekabr ayının 31-dək kütləvi 

informasiya  vasitələrində  ictimaiyyətə  açıqlayır.  Pul  siyasətinin  əsas  istiqa-

mətlərini açıqlayarkən, Mərkəzi Bank cari ildə həyata keçirilən pul siyasətinin 

yekunlarını, habelə qarşıdakı il üçün müəyyən etdiyi pul siyasətinin məqsəd və 

vəzifələrini,  Mərkəzi  Bankdan  asılı  olan  və  asılı  olmayan  amilləri  də  əks 

etdirməklə onların həyata keçirilməsi yollarını göstərir.  

Azərbaycan  Mərkəzi  Bankı  Pul  siyasətini  aşağıdakı  alətlər  vasitəsilə 

həyata keçirir:  

1)  açıq bazarda əməliyyatların aparılması;  

2)  faiz dərəcələrinin müəyyənləşdirilməsi;  

3)  kredit təşkilatları üçün məcburi ehtiyatların müəyyənləşdirilməsi;  

4)  kredit təşkilatlarının yenidən maliyyələşdirilməsi;  

5)  depozit əməliyyatlarının aparılması;  

6)  bank əməliyyatlarının məhdudlaşdırılması;  

7)  beynəlxalq təcrübədə qəbul edilmiş pul siyasətinin digər alətləri. 

 Mərkəzi Bank məqsədlərinə nail olmaq üzrə dövlətin valyuta siyasətini 

müəyyən  edir  və  həyata  keçirir.  Valyuta  siyasəti  –  dünya  iqtisadi  inteqrasiya 

prosesləri  kontekstində  iqtisadiyyatın  daxili  və  xarici  dinamik  müvazinətini 

(tarazlığını)  təmin  etmək,  beynəlxalq  ödəmələri  müəyyən  sistem  daxilində 

yerinə  yetirmək  və  tədiyyə  balansını  tənzimləmək  məqsədilə  ölkənin  cari  və 

strateji  məqsədlərinə  uyğun  olaraq  monetar  orqanların  həyata  keçirdiyi  təd-

birlərin  məcmuəsidir.  Valyuta  siyasəti  –  ölkə  daxili  və  xarici  iqtisadi  prob-

lemlərinin  həllinə  yönəlik,  valyuta  tənzimlənməsi  və  nəzarəti,  valyuta  bazarı, 

qızıl-valyuta  ehtiyatlarından  səmərəli  istifadə,  beynəlxalq  maliyyə  təşkilat-

larında  iştirak  məsələsinə  aydınlıq,  valyutanın  dönərliyi,  ölkədaxili  və  ölkə-

xarici  valyuta  problemlərini  sistemli  formada  təhlili  kimi  ümdə  məsələləri 

özündə birləşdirir. Valyuta siyasətinin istiqamət və formaları ölkənin valyuta-

iqtisadi  vəziyyəti və dünya iqtisadiyyatı sferasında  gedən dəyişikliklərlə bağlı 

olaraq tarazlanır. Valyuta siyasətinin sağlam və səmərəli tətbiqi ölkənin iqtisadi 

təhlükəsizliyinin  əsas  təminatıdır.  Valyuta  siyasətinin  istiqamətləri:  iqtisadiy-

yatda  dollarlaşmanın  qarşısını  almaq;  valyuta  nəzarəti;  valyuta  bazarının 

optimal  strukturu  və  qızıl-valyuta  ehtiyatları  diversifikasiyası;  xarici  borcun 

idarə  olunması;  valyuta  rezervlərinin  yığımı;  daxili  investisiya  ehtiyacını  qar-

ş

ılamaq məqsədi ilə xarici investisiyanın cəlbi; kapitalın çıxışına məhdudiyyət; 



xarici  rəqabətə  qarşı  yerli  istehsalçıların  müdafiəsi  (idxal  əvəzləyici  istehsalın 


 

 

130



stimullaşdırma  siyasəti);  valyuta  böhranına  qarşı  alınacaq  tədbirlər;  valyuta 

məzənnə tarazlığının təminatı; tədiyyə balansının tarazlığı; ixracatçılara yönəlik 

stimullaşdırma  siyasəti;  çirkli  pulların  yuyulmasına  qarşı  mübarizə;  deviz 

siyasəti (valyuta müdaxiləsi) və diskont siayasəti. 

Valyuta  siyasətini  həyata  keçirilmə  sırasında  onun  valyuta  bazarının 

fəaliyyətinə təsir  göstərən iqtisadi parametrlərin qarşılıqlı əlaqəsinin monitori-

nqi aparılması vacibdir: valyuta məzənnə; qızıl-valyuta ehtiyatları; tədiyyə ba-

lansı saldosu; daxili pul tədavülünün həcmi və dollarlaşma dərəcəsi; valyuta li-

berallaşma dərəcəsi. 

Valyuta  siyasəti  xarici  valyutaya  olan  tələb  və  təklif  əsasında  realizə 

olunur.  Valyuta  tələb  və  təklifə  təsir  tədbirlərini  bir  neçə  qrup  kateqoriyasına 

bölmək olar: 

1.  Maliyyə (Mərkəzi Bankın emissiya siyasəti, o cümlədən MB valyuta 

bazarında  iştirakı;  büdcənin  icrası  ilə  əlaqədar  hökumətin  fəaliyyəti,  qeyri-

rezidentlərə açılan kredit xətti, büdcə hesablarında qalıqların tənzimlənməsi və 

s.); 


2.  iqtisadi  (ölkənin  ixracat  potensialının  inkişafı  və  ya  idxalı  əvəzedici 

sahələrin inkişafı); 

3.  inzibati (valyuta nəzarət və tənzimlənməsi konteksində birbaşa (kvota) 

və dolaylı (gömrük məhdudiyyəti); 

4.  sosial-psixoloji  (dövlətin  informasiya-məlumat  xarakterli  fəaliyyəti, 

iqtisadi vahidlərin valyuta sferasında gedən hadisələrə yönəlik aydınlıq gətirmə 

siyasəti). 

Valyuta  siyasətinin  həyata  keçirlmiş  nəticələrinin  tam  iqtisadi-statistik 

görüntüsünü ölkənin cari tədiyyə balansında görmək olar. 

Mərkəzi  Bank  nağd  pul  dövriyyəsini  təşkil  edir,  Azərbaycan  Respub-

likası  Konstitusiyasının  19-cu  maddəsinin  II  hissəsinə  və  pul  nişanlarının 

tədavülə buraxılmasını və tədavüldən çıxarılmasını həyata keçirir. Azərbaycan 

Respublikasının Konstitusiyasının 19-cu maddəsinin I hissəsinə müvafiq olaraq 

Azərbaycan  Respublikasının  pul  vahidi  manatdır.  Azərbaycan  Respublikası 

Konstitusiyasının  19-cu  maddəsinin  III  hissəsinə  müvafiq  olaraq  Azərbaycan 

Respublikasının  ərazisində  manatdan  başqa  pul  vahidlərinin  ödəniş  vasitəsi 

kimi  işlədilməsi  qadağandır.  Mərkəzi  Bankın  buraxdığı  pul  nişanları,  o  cüm-

lədən  yubiley  və  xatirə  pul  nişanları  Azərbaycan  Respublikasının  bütün  əra-

zisində nominal dəyərləri ilə hər növ ödənişlərin həyata keçirilməsi, hesablara 

daxil edilməsi və pul köçürmələri zamanı hökmən  qəbul edilməlidir. Manatla 

qızıl  və  ya  digər  qiymətli  metallar  arasında  rəsmi  nisbət  müəyyən  edilmir. 

Tədavülə  buraxılmış  pul  nişanları  Mərkəzi  Bankın  borc  öhdəliyidir  və  onun 

bütün aktivləri ilə təmin edilir.  

Azərbaycan  Respublikasının  ərazisində  nağd  pul  tədavülünün  təşkili 

üçün  Mərkəzi  Bank  aşağıdakıları  həyata  keçirir:  pul  nişanlarına  olan  tələbatı 

müəyyənləşdirir;  pul  nişanlarının  istehsalını  təşkil  edir  və  ya  hazırlanmasına 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə