Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə66/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   62   63   64   65   66   67   68   69   ...   230

 

 

135



keçirə bilərlər. Bu Qanunun 32.1-ci maddəsində göstərilmiş hər hansı fəaliyyət 

növü  üçün  qanunvericiliyə  əsasən  əlavə  olaraq  xüsusi  razılıq  (lisenziya)  tələb 

edildikdə,  banklar  yalnız  müvafiq  xüsusi  razılıq  (lisenziya)  aldıqdan  sonra 

onları həyata keçirə bilərlər.  

Mərkəzi  Bank  Azərbaycan  Respublikasında  bank  fəaliyyətinin  həyata 

keçirilməsi üçün kredit təşkilatlarına xüsusi razılıqların (lisenziyaların), onların 

filial və şöbələrinə, habelə nümayəndəlik fəaliyyətinin həyata keçirilməsi üçün 

yerli və xarici bankların nümayəndəliklərinə icazələrin, maliyyə xidmətlərinin 

göstərilməsi  üçün  poçt  rabitəsinin  milli  operatoruna  xüsusi  razılığın  (lisen-

ziyanın)  verilməsində  və  onların  ləğv  edilməsində  müstəsna  səlahiyyətə  ma-

likdir.  Bank  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  verilən  lisenziyaların  və 

icazələrin forma və məzmununu Mərkəzi Bank müəyyənləşdirir. 

 Kredit təşkilatlarının və poçt rabitəsinin milli operatorunun fəaliyyətinin 

tənzimlənməsi və nəzarəti üzrə Mərkəzi Bank aşağıdakıları həyata keçirir: bank 

fəaliyyəti  üzrə  normativ  xarakterli  aktları  qəbul  edir;  prudensial  normativləri, 

habelə  onların  hesablama  metodlarını  və  tətbiqi  qaydalarını  müəyyən  edir; 

kreditlər  və  digər  aktivlər  üzrə  ehtimal  olunan  zərərlərin  ödənilməsi  üçün 

banklar,  xarici  bankların  yerli  filialları  və  bank  olmayan  kredit  təşkilatları 

tərəfindən  yaradılan  xüsusi  ehtiyat  fondunun  hesablanması  və  formalaşdırıl-

ması  qaydasını  müəyyən  edir;  hesabat  və  yoxlamalar  əsasında  kredit  təş-

kilatlarının  maliyyə  vəziyyətini  qiymətləndirir  və  bunun  əsasında  maliyyə 

hesabatlarında müvafiq düzəlişlərin  edilməsi barədə kredit təşkilatlarına icrası 

məcburi olan  göstərişlər  verir; banklarda və xarici bankların  yerli filiallarında 

korporativ  idarəetmə  standartlarını  müəyyən  edir  və  tətbiqinə  nəzarət  edir; 

qanunla  müəyyən  edilmiş  hallarda  və  qaydada  kredit  təşkilatlarında,  habelə 

onların törəmə təsərrüfat  cəmiyyətlərində  yoxlamalar  aparır; kredit təşkilatları 

tərəfindən "Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın 

leqallaşdırılmasına  və  terrorçuluğun  maliyyələşdirilməsinə  qarşı  mübarizə 

haqqında"  Azərbaycan  Respublikası  Qanununun  tələblərinə  əməl  edilməsinə 

nəzarət  edir;  bank  xidmətləri  bazarında  inhisarçılıq  fəaliyyətinin  qarşısının 

alınması məqsədilə səlahiyyətli dövlət orqanı qarşısında məsələ qaldırır; kredit 

təşkilatlarına və onların inzibatçılarına qarşı qanunvericiliklə müəyyən edilmiş 

hallarda və qaydada təsir (təshih) tədbirlərini və sanksiyaları tətbiq edir; qanuna 

müvafiq  surətdə  həyata  keçirdiyi  nəzarət  tədbirlərinin  nəticələri  tələb  etdiyi 

hallarda,  kredit  təşkilatlarının  idarəetmə  orqanlarının  iclaslarında  müşahidəçi 

qismində  iştirak  edir,  kredit  təşkilatlarının  inzibatçıları  ilə  məsləhətləşmələr 

aparır;  qanunla  nəzərdə  tutulmuş  hallarda,  bankların  maliyyə  sağlamlaşdı-

rılması tədbirləri çərçivəsində onların Mərkəzi Bank qarşısında kredit öhdəlik-

lərinin yerinə yetirilməsinin xüsusi şərtlərini müəyyən edir; qanunla nəzərdə tu-

tulmuş  hallarda  banklara  və  xarici  bankların  yerli  filiallarına  müvəqqəti 

inzibatçı təyin edir, zəruri hallarda, bankın öhdəlikləri üzrə moratorium tətbiq 

edilməsi barədə məhkəməyə müraciət edir; lisenziyası ləğv olunmuş banklar və 




 

 

136



xarici  bankların  yerli  filialları  haqqında  qanunvericiliyə  müvafiq  tədbirlər 

görür; qanunla nəzərdə tutulmuş digər səlahiyyətləri həyata keçirir.  

 Kredit  təşkilatları  və  poçt  rabitəsinin  milli  operatoru  üçün  prudensial 

normativləri müəyyən edərkən, Mərkəzi Bank kredit təşkilatlarının növləri üzrə 

fərqli normativləri və onların hesablanması metodlarını müəyyənləşdirə bilər. 

Azərbaycan Mərkəzi Bankının məqsədlərindən biri də ödəniş sistemləri-

nin sabitliyini və inkişafını təmin etməkdir. Mərkəzi Bankın ödəniş sistemləri 

sahəsində  fəaliyyəti  onun  struktur  bölməsi  olan  ödəniş  sistemləri  və 

hesablaşmalar  departamenti  tərəfindən  həyata  keçirilir.  Mərkəzi  Bank  ödəniş 

sistemlərinin  fəaliyyətini  təşkil  edir,  əlaqələndirir,  tənzimləyir  və  onların 

üzərində  nəzarəti  qanunauyğun  olaraq  həyata  keçirir.  Ödəniş  sistemləri  üzrə 

səlahiyyətlər  Mərkəzi  Bank  ödəniş,  o  cümlədən  hesablaşma  və  klirinq  (pro-

sessinq)  sistemlərinin  sabit  işləməsini  təmin  etmək  məqsədilə  onların  fəaliy-

yətini  təşkil  edir,  əlaqələndirir,  tənzimləyir  və  nəzarət  edir.  Mərkəzi  Bank 

normativ  xarakterli  aktları  ilə  müəyyən  edilmiş  qaydada  klirinq  (prosessinq) 

təşkilatlarının  fəaliyyətinə  icazələr  verir  və  nəzarəti  həyata  keçirir.  Mərkəzi 

Bank  Azərbaycan  Respublikasının  Mülki  Məcəlləsinə  uyğun  olaraq  ölkədə 

nağdsız hesablaşmaların və kredit təşkilatları vasitəsilə pul köçürmələrinin apa-

rılması qaydalarını və şərtlərini, habelə ödəniş sənədlərinin forma və məzmunu-

nu müəyyən edir. Mərkəzi Bank Azərbaycan Respublikasının Mülki Məcəllə-

sinə və digər normativ hüquqi aktlara uyğun olaraq bank hesablarının növlərini, 

onların açılması, aparılması və bağlanması qaydalarını müəyyən edir. Mərkəzi 

Bank kredit təşkilatlarının istifadə etdikləri elektron hesablaşma və pul köçür-

mələri,  klirinq  (prosessinq)  sistemlərinin  etibarlığının  və  təhlükəsizliyinin, 

habelə  bank  informasiyasının  mühafizəsinin  təmin  edilməsinə  aid  minimum 

tələbləri  müəyyən  edə  bilər.  Mərkəzi  Bank  qanunvericiliyə  müvafiq  olaraq, 

ödəniş sistemlərinin təşkili sahəsində digər səlahiyyətləri həyata keçirir. 

Kredit  təşkilatları  arasında  hesablaşmaların  təşkili  Mərkəzi  Bank  ölkə 

ə

razisində  fəaliyyət  göstərən  kredit  təşkilatları  arasında  hesablaşmaları  milli 



valyutada  (manatda)  açdıqları  müxbir  hesabları  vasitəsilə,  yaxud  beynəlxalq 

təcrübəyə uyğun olaraq Mərkəzi Bankın müəyyən etdiyi digər üsullarla təşkil 

edir. 

 

3.3. Mərkəzi Bankın pul siyasəti 

 

Mərkəzi  banklar  pul  siyasətinin  həyata  keçirilməsi  istiqamətində 

müəyyən  etdikləri  hədəf  və  məqsədlərə  çatmaq  üçün  müxtəlif  vasitələrdən 

istifadə edirlər. Ancaq bu vasitələrin təsirləri isə ölkədən-ölkəyə və ən əsası da 

ölkələrin  iqtisadi  səviyyələrinə  və  struktur  özəlliklərinə  bağlı  olaraq  önəmli 

fərqliliklər göstərməkdədir. 

Pul  siyasəti  iqtisadi  siyasətin  əsas  elementlərindən  biridir.  Onun  strateji 

məqsədi dövlət orqanları tərəfindən müəyyənləşdirilir. Pul siyasəti element ki-




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə