Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə67/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   63   64   65   66   67   68   69   70   ...   230

 

 

137



mi ümumi məqsəd əldə olunmasına şərait yaradır, lakin o, lazımi məqsədə çat-

maq  imkanında  deyil.  Monetar  orqanlar  ancaq  müəyyən  məqsədlərə  nail  ola 

bilərlər. Onlar da digər sahələrdə məqsədə nail olmaga kömək edir və dövlətə 

iqtisadi  siyasətin  reallaşdırılması  üçün  şərait  yaradırlar.  Monetar  orqanlar  heç 

də  həmişə  pul  tədavülünü  səmərəli  inkışaf  etdirməni  təmin  edə  bilmirlər.  Bu 

müvəffəqiyyətsizlik  çox  zaman  dəqiq  müəyyənləşmiş  strategiyanın  olmaması 

ilə əlaqədar olur. Əgər pul siyasəti pui tədavülünün stabilliyinə gətirib çıxarmır-

sa, bu o demək deyil ki, pul siyasəti gücsüzdür. Bu, ona görədir ki, onun qar-

ş

ısında pul siyasətinin müvəffəqiyyətini təmin edən məqsədlər qoyulmamışdır. 



Pul  siyasəti  strategiyasının  hazırlanması  iki  mərhələdən  ibarətdir:  onun 

son məqsədinin müəyyən edilməsi; cari məqsədin müəyyən edilməsi. 

 Bütün  bu  məqsədlərin  hamısı  monetar  orqanlar  tərəfindən  həyata 

keçirilir.  Pul  siyasətinin  son  məqsədi  öz  səlahiyyətləri  daxilində  qiymətlərin 

sabitliyinin  təmin  edilməsidir.  Hər  bir  ölkənin  iqtisadi  siyasətinin  əsasında 

inflyasiya  səviyyəsinin  aşağı  salınması  və  ÜDM-in  artımı  durur.  Bildiyimiz 

kimi,  dövlət  orqanlarının  əsas  məqsədi  müəyyənləşmiş  siyasi-iqtisadi  tədbir-

lərin həyata keçirilməsi yolu ilə stabilliyin əldə olunması və bu stabilliyin uzun 

müddət  qorunmasıdır.  Ümumi  iqtisadi  stabillik  hər  şeydən  əvvəl  əsas  mak-

roiqtisadi  göstəricilərin  müəyyən  vəziyyətini  nəzərdə  tutur.  Bunlara  əsasən 

istehsalın  stabil  artımı,  stabil  qiymətlər,  işçi  qüvvəsinin  tam  məşğulluğu, 

tədiyyə balansının strukturunda müsbət saldoya nail olmaqdır. Ancaq bu kimi 

sadalanan nəticələrə nail olmaq üçün monetaristlər belə hesab edirlər ki, bazar 

elementləri  sərbəst  fəaliyyət  göstərməlidirlər.  nhisarçı meyillərin  həm  dövlət, 

həm də xüsusi sektorda inkişafı rəqabətin öz rolunu yerinə yetirməsinə imkan 

vermir.  

Pul  orqanları  öz  səlahiyyətlərini  yerinə  yetirmək  üçün  iki  aspekti  dəqiq 

müəyyənləşdirməlidirlər: 

1. Pul orqanlarının səlahiyyətlərinin müəyyənləşdirilməsi. Belə bir prak-

tika mövcuddur ki, Mərkəzi Banklar bütün əldə olunmuş nailiyyətləri öz adları-

na çıxır, uğursuzluqlara görə isə çətinliklərə qarşı duracaq səlahiyyətlərinin ol-

madıqlarını bəhanə gətirirlər. 

2. Pul sisteminin stabilliyi. Həyata keçirilən pul siyasətinin stabilliyi iqti-

sadi  sistemin  stabilliyindən  xəbər  verir.  Məsələn,  qiymət  səviyyəsi  stabil  ol-

mazsa, həm istehsalçıların və həm də istehlakçıların davranışında dəyişikliklər 

olacaqdır.  Ona  görə  də  M.Fridmen  Mərkəzi  Bankın  həm  pul  kütləsini  və  ya 

uçot dərəcələrini tez-tez kəskin şəkildə dəyişdirilməsinin əleyhinə çıxırdı. 

Daxili və xarici, taktiki və aralıq məqsədlərin fərqləndirilməsi mütləq bir- 

birinə  qarşı  duran  kimi  qəbul  edilir.  Əsl  həqiqətdə  daxili  və  xarici,  taktiki  və 

aralıq məqsədlərin fərqləndirilməsi mütləq deyildir. Əslində onlar arasında sıx 

ə

laqə  olduğuna  görə  pul  siyasəti  vardır.  Bizim  təsnifatda  taktiki  və  aralıq 



məqsədlərin  araşdırılması  monetаr  orqanların  səlahiyyət  dairəsinin  müəy-

yənləşdirilməsi zərurətindəndir. Belə şəraitdə nəzarət sadələşir, müvəffəqiyyət 




 

 

138



və  müvəffəqiyyətsizliyə  görə  bir  orqan  məsuliyyət  daşıyır.  Pul-kredit  təd-

birlərinin reallaşdırılması prosesi iqtisadçı alimlər tərəfindən müxtəlif cür pul-

kredit tədbirlərinin azad olaraq həyata keçirilməsinin əleyhinə bəzi monetarçılar 

onun  "Pul  konstitusiyası"  vasitəsi  ilə  reallaşdırılmasını  irəli  sürürlər.  "Pul 

konstitusiyası" dedikdə, əvvəlcədən müəyyənləşdirilmiş tədbirlər paketi nəzər-

də  tutulur  və  bu  qaydaların  çox  nadir  hallarda  dəyişdirilməsi  qeyd  edilir.  Bu 

qayda  və  qanunların  iqtisadi  proqnozlar  əsasında  hazırlanmasını  nəzərdə 

tuturlar.  

Bunun əksinə olaraq son illər pul sisteminin liberallaşdırılması ideyaları 

geniş yayılmışdır. Bütün bu nəzəriyyələrin əsas məqsədi pul siyasətinin iqtisadi 

proseslərə  təsirinin  optimallaşdırılması  istiqamətidir.  Pul  siyasətinin  müxtəlif 

ölkələrdə  məqsədlərinin  fərqlənməsi  monetar  orqanların  taktikasının  seçilmə-

sindən asılıdır.  

Pul  siyasətinin  strategiyası  kimi  məqsədləri  də  aşağıdakı  kimi  təs-

nifləşdirilir: fəaliyyət sərhədlərinə görə; pul siyasətini daxili və xarici olaraq iki 

istiqamətə bölmək olar.  Fəaliyyət vaxtına  görə (taktiki və  aralıq) də  pul  siya-

sətinin müəyyənləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.  

Taktiki  məqsəd  dedikdə,  pul  orqanlarının  açıq  bazarda  ardıcıl  əmə-

liyyatlar aparması vəzifələri nəzərdə tutulur. Aralıq məqsəd isə, müəyyən vaxt 

intervalında  iqtisadi  dəyişikliklərin  tənzim  edilməsi  vəzifələrini  ifadə  edir. 

Aralıq məqsədlərə istehsalın nominal həcmi, faiz dərəcəsi, pul kütləsinin artım 

tempi, qiymət səviyyəsi aiddir. 

Pul siyasətinin aralıq məqsədlərindən biri də pul kütləsinin artırılmasıdır. 

Pul kütləsinin dəyişdirilməsi istehsalın həcminə təsir edir. Lakin bu təsirin hansı 

səviyyədə olması iqtisadçılar arasında mübahisələrə səbəb olur. Pul kütləsinin 

artırılması nominal istehsal həcmini artırır. Faiz dərəcəsi ilə pul dövriyyə sürəti 

arasında asılılıq olduğuna görə Mərkəzi Bank daim tədavüldə olan pul kütləsini 

korrektə  etməlidir.  Müasir  pul  nəzəriyyələri  pulun  dövriyyə  sürətinə  stabil 

deyil, dəyişkən səviyyə kimi baxır.  

Ümumiyyətlə, pulun dövriyyə sürətinə iki amil faiz norması və inflyasiya 

səviyyəsi  təsir  göstərir.  Pul  siyasətinin  aralıq  məqsədlərindən  biri  də  qiymət 

səviyyəsinin  nəzarətdə  saxlanılmasıdır.  Qiymət  səviyyəsinin  qalxması  bütün 

iqtisadi proseslərə təsir edir. Ona görə də dövlət orqanlarının həyata keçirdikləri 

iqtisadi siyasətdə bu göstərici əhəmiyyətli yer tutur. Qiymət səviyyəsi müəyyən 

nöqtədən  aşağı  düşdükdə  Mərkəzi  Bank  bank  sisteminə  əlavə  ehtiyatlar 

verməklə  məcmu  tələbi  artırır.  Qiymət  səviyyəsi  müəyyən  edilmiş  nöqtədən 

yuxarı  qalxdıqda  əksinə  tədbirlər  həyata  keçirilir.  Pul  siyasətinin  daimi  eyni 

səviyyədə saxlanılmasının çatışmayan tərəfləri vardır. Bu onunla əlaqədardır ki, 

bu prosesdə təklifdə ola biləcək şokların nəticələri iqtisadi sistemə mənfi təsir 

edir.  Təklifdə  ola  biləcək  şok  zamanı  Mərkəzi  Bank  pul  kütləsini  sıxmaqla 

qiymət səviyyəsini  eyni saxlamağa çalışır.  Bu isə iqtisadi sistemin inkişafinın 

qarşısını alır. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə