Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə68/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   64   65   66   67   68   69   70   71   ...   230

 

 

139



Pul  siyasətinin  aralıq  məqsədlərindən  biri  də  faiz  dərəcələrinin  iqtisadi 

aktivliyi  stimullaşdıracaq  səviyyədə  olmasını  tənzim  etməkdən  ibarətdir.  Pul 

siyasəti  vasitəsi  ilə  mərkəzi  banklar  faiz  dərəcələrinə  təsir  edir  və  onların 

müəyyən  həddən  artıq  olmasının  qarşısını  alır.  Mərkəzi  Bank  birbaşa  faiz 

dərəcəsinin səviyyəsini müəyyənləşdirmək imkanında deyildir. Dolayı metod-

lar  vasitəsi  ilə  faiz  dərəcəsini  tənzim  etmək  üçün  Mərkəzi  Bank  uçot 

dərəcəsindən istifadə edir. Digər tərəfdən açıq bazarda əməliyyatların aparılma-

sı  faiz  dərəcəsinin  səviyyəsinə  təsir  edə  bilir.  Faiz  dərəcəsinin  aşağı  və  ya 

yüksək olması iqtisadi fəallığa, investisiya mühitinə çox güclü təsir edir. 

Ümumiyyətlə, bütün ölkələrdə mərkəzi bankların əsas vəzifəsi çevik pul-

kredit  siyasətinin  aparılması  və  pul-kredit  siyasətinin  əsas  metodları  ilə  iqti-

sadiyyatda tənzimləyici funksiyasını yerinə yetirməkdir. Pul siyasətinin başlıca 

istiqamətlərində ölkənin makroiqtisadi və makromaliyyə vəziyyəti təhlil edilir, 

pul-kredit  siyasətinin  və  bank  sisteminin  inkişafının  əsas  istiqamətləri  əks 

etdirilir.  

Pul siyasətini həyata keçirərkən mərkəzi banklar iki istiqamətdə hərəkət 

edə bilər: 

1. Birbaşa tənzimləyici gücündən istifadə edərək; 

2. Mərkəzi bank dolayı olaraq pul bazarına müdaxilə etmək şərti ilə. 

Birbaşa  pul  siyasətində  Mərkəzi  Bank  məqsədlərini  həyata  keçirmək 

üçün  bazar  qaydaları  çərçivəsindən  deyil,  qanuni  qaydalar  yolundan  istifadə 

edir. 


1.1. Faiz dərəcələrinə nəzarət. MB-nin birbaşa alətləri içərisində ən çox 

istifadə  ediləni  -  faiz  dərəcələri  üzərində  nəzarət  sistemidir.  Mərkəzi  Bank 

kredit  qurumlarına  əmanət  və  kredit  əməliyyatlarına  görə  faiz  dərəcələrinə 

məhdudiyyət qoya bilər. Bu tətbiqat çərçivəsində müxtəlif sektorlara müxtəlif 

faiz  dərəcələri  tətbiq  edilə  bilər  və  bu  zaman  stimullaşdırılacaq  sektorlara 

açılacaq  kreditlərin  faiz  dərəcələri  aşağı  səviyyədə  tutulur.  Burada  məqsəd 

kredit mənbələrin dövlət proqramına uyğun olaraq prioritet sahələrə verməkdir. 

1.2.  Kredit  limitləri.  Mərkəzi  banklar  kommersiya  banklarının  iqtisadi 

fəaliyyətlə əlaqədar olaraq sektorlara açacaqları kredit miqdarına məhdudiyyət 

qoya bilər. Açılacaq kreditlərə görə məhdudiyyət limitləri fərqləndirilir. Stimul 

edilmək istənilən sektorlara ayrılacaq kredit limitlərinin miqdarı yüksək tutulur 

və burada məqsəd kreditlərin bu sektorlara yönəlməsini təmin etməkdir.  

1.3. Fərqliləşdirilmiş reeskont kreditləriBank bazasında reeskont kvota-

ları, bankların məqsədlərinə, risk vəziyyətinə uyğun olaraq, likvid ehtiyacı ilə 

ə

laqədar müəyyən edilir. Məqsəd bu kvotaların yardımı ilə yerli bankların rees-



kont  pəncərəsindən  daha  çox  yararlana  bilməsini,  bununla  da  bəzi  sektorların 

maliyyə baxımından dəstəklənməsini təmin etməkdir. Məsələn, kənd təsərrüfatı 

sektoruna  daha  çox  qaynaq  transfer  edən  banklarda  Mərkəzi  Bank  tərəfindən 

reeskont kvotaları yüksək tutulur. 




 

 

140



1.4.  Disponibilitə tətbiqi.  Mərkəzi Bank, kommersiya bankların  aktivlə-

rindəki  mənbələrin  müəyyən  bir  nisbətini  dövlət  istiqraz  kağızlarını  satın 

almağa və  ya bankların aktivlərinin müəyyən faizini kassalarında nağd olaraq 

tutmağa məcbur edə bilər. 

1.5.  Portfeldə  finans  aktivlərinin  yenidən  nizamlanması.  Mərkəzi  Bank, 

kommersiya banklarının portfellərində tutacaqları maliyyə aktivlərinin nisbətini 

təsbit edə bilər. Məsələn, satın alınan səhm və istiqrazların hansı fəaliyyət sa-

həsinə  aid  olmasını,  bunların  nisbətinin  və  ya  miqdarının  nə  qədər  olacağını 

müəyyənləşdirə bilir.  Beləliklə, maliyyə  qurumlarının  əllərində olan fondların 

iqtisadi sektorlara transfer edilməsini təmin etmək mümkündür. 

1.6. Reklam və ya rəsmi olmayan göstərişlər. Mərkəzi Bankın ölkədə hə-

yata keçiriləcək pul siyasətinin məqsədləri haqqında media qurumları vasitəsilə 

ictimaiyyətə açıqlamaları və ya iqtisadi islahatlar haqqında tövsiyə və təklifləri, 

ş

irkət və şəxslərin gələcək investisiya qərarlarında dəyişikliyə təsir edə bilər. 



Dolayı pul siyasətinin həyata keçirilməsi istiqamətində Mərkəzi Bank pul 

bazarında bütün iştirakçılar kimi eyni statusda iştirak edir və bazarda gedən də-

yişikliklərin təşəbbüskarı birbaşa Mərkəzi Bank deyil, bazardır. 

Pul  siyasətinin  dolayı  alətlərinin  üç  əsas  növü  mövcuddur:  Reeskont 

siyasəti; məcburi ehtiyat normaları; açıq bazar əməliyyatı. 

Reeskont siyasəti.

 Mərkəzi Bank reeskont əməliyyatlarını aparmaqla, lik-

vid  keyfiyyəti  yüksək  olan  maliyyə  varlıqlarının  diskont  edilməsi  formasında 

həyata keçirir. Bu yolla Mərkəzi Bank bankların kredit həcmlərinə təsir edə bi-

lər. Reeskont krediti likvidə ehtiyacı olan bankların ən son likvid mənbəyi olan 

MB bu açığın bağlana bilməsi məqsədi ilə kredit təmin edilməsini qoruyan bir 

pul-kredit siyasəti alətidir.  



Məcburi ehtiyat normaları.

 Mərkəzi Bank bu siyasəti həyata keçirməklə, 

kommersiya  banklarına  portfellərinin  müəyyən  bir  hissəsini  rezerv  pul  olaraq 

saxlamaqla (nağd və ya MB-də əmanət formasında) qarşılarına öhdəçilik qoy-

maqdadır.  Başqa  sözlə,  məcburi  ehtiyat  normaları  bankların  passivlərində  yer 

alan bəzi öhdəliklərinin müəyyən bir hissəsinin nağd və faizsiz olaraq MB tərə-

findən  bron edilməsidir.  MEN tətbiqi, bankların əmanətlərinə ani və vaxtaşırı 

çəkilişlərə qarşı bir yandan əmanət sahiblərinin sistemə olan inamını artırmaqla 

bərabər, digər tərəfdən pul miqdarına nəzarətdə önəmli bir alət olmuşdur. (Gizli 

vergi təsiri uyğulamaya görə faiz ödəmələrindən topladıqları əmanətin bir his-

səsini faizsiz olaraq MB depo etdiyindən, banklar bu hissədən əldə edəcəyi gə-

lirdən məhrum olur).  

Açıq bazar əməliyyatı (ABƏ).

 Açıq bazar əməliyyatı, maliyyə aktivlərinin 

MB tərəfindən birinci və ikinci bazarda birbaşa və ya tərs depo əməliyyatların-

da istifadə edilən maliyyə aktivləri içərisində başlıca yeri cari xəzinə borcları və 

dövlət  istiqraz  sənədləri  tutur.  Açıq  bazar  əməliyyatı  MB-nin  tədavüldəki  pul 

kütləsini  azaltmaq  və  ya  çoxaltmaq  üçün  xəzinə  bono  və  истигразлар,  özəl 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə