Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə7/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   2   3   4   5   6   7   8   9   10   ...   230

 

 

14



ittifaqında  toplanan  pul  vəsaiti  hesabına  üzvlərin  təsərrüfat  və  sosial  ehti-

yaclarının  ödənilməsi  üçün  verilən  qısa  və  uzunmüddətli  kreditdir.  Kredit 

ittifaqı öz əmlakına malikdir, öz adından əmlak və qeyri-əmlak hüquqları əldə 

edə bilər, məhkəmədə iddiaçı və cavabdeh ola bilər.  

Azərbaycan Respublikasında "Kredit ittifaqları haqqında" Qanun 2 may 

2000-ci ildə qəbul edilmişdir (2001-ci il 23 noyabr və 30 sentyabr 2010-cu il 

tarixli əlavə və dəyişikliklərlə) və kredit ittifaqları könüllü, mənafe əsasında bir-

ləşən  fiziki  şəxslərin,  kiçik  sahibkarlıq  subyekti  olan  hüquqi  şəxslərin  sərbəst 

pul  vəsaitlərini  cəmləşdirmək  yolu  ilə  özlərinin  qarşılıqlı  kreditləşdirilməsi 

üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır. 

Azərbaycan Respublikasının ərazisində banklar və bank  olmayan kredit 

təşkilatları  bank  fəaliyyətini Mərkəzi  Bankın  verdiyi xüsusi  razılıq  (lisenziya) 

ə

sasında həyata keçirilə bilər və Depozit əməliyyatlarını yalnız banklar və poçt 



rabitəsinin milli operatoru tərəfindən həyata keçirilir.  

Maliyyə xidmətlərinin göstərilməsi üçün poçt rabitəsinin milli operatoru-

na  xüsusi  razılıq  (lisenziya)  verilməsi  və  fəaliyyətinə  dair  prudensial  tənzim-

ləmə  qaydaları  “Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  haqqında”  və 

“Poçt  haqqında”  Azərbaycan  Respublikasının  qanunlarına  və  digər  normativ 

hüquqi aktlarına uyğun olaraq hazırlanmış və poçt rabitəsinin milli operatoruna 

maliyyə  xidmətlərinin  göstərilməsi  üçün  xüsusi  razılıq  (lisenziya),  onun  filial 

və  şöbələrinə  isə  icazələrin  verilməsi  qaydalarını,  habelə  maliyyə  xidmətləri 

sahəsində Milli operatorun fəaliyyətinə dair prudensial normativləri və tələbləri 

müəyyən  edir.  Milli  operator,  onun  filial  və  şöbələri  maliyyə  xidmətləri 

sahəsində  yalnız  Mərkəzi  Bankın  verdiyi  lisenziyada  və  icazədə  nəzərdə 

tutulmuş  fəaliyyət  növləri  ilə  məşğul  ola  bilərlər.  Milli  operatorun  şöbəsinə 

maliyyə xidmətlərinin həyata keçirilməsi üçün icazə yalnız nəzdində fəaliyyət 

göstərdiyi  filialın  maliyyə  xidmətlərinin  göstərilməsinə  icazəsi  olduğu  halda 

verilə bilər. Maliyyə xidmətlərinin həyata keçirilməsi üçün lisenziya və icazələr 

müddətsiz  verilir.  Lisenziya  və  icazə  verildiyi  gündən  qüvvəyə  minir.  Milli 

operatorun  fəaliyyətinə  dair  prudensial  normativlərin  və  tələblərin  müəyyən 

edilməsi maliyyə xidmətləri sahəsində onun təhlükəsiz və etibarlı fəaliyyətinin 

təmin  edilməsi  məqsədini  daşıyır.  Avropa  ölkələrində  poçt  sistemi  müəssisə-

lərində  əhaliyə  direkt  geniş  spektrli  və  keyfiyyətli  bank-maliyyə  xidmətləri 

təklif edilməkdədir.  

Milli operator maliyyə xidmətləri sahəsində aşağıdakı fəaliyyət növlərini 

həyata keçirə bilər: 

1. poçt hesablarının açılması və aparılması; 

2. pul köçürmələrinin həyata keçirilməsi; 

3. maliyyə təsisatlarında, o cümlədən Azərbaycan Respublikasının Mər-

kəzi Bankında müxbir hesablarının açılması; 

4. poçt əmanətlərinin qəbul edilməsi; 




 

 

15



5. ödəniş vasitələrinin, o cümlədən debet və kredit kartlarının, poçt çeklə-

rinin buraxılması; 

6. müştərilərin sifarişi və vəsaiti hesabına xarici valyutanın alqı-satqısı; 

7. nağd pulun və digər qiymətlilərin inkassasiyası. 

Maliyyə xidmətlərinə bilavasitə rəhbərlik edən Milli operatorun vəzifəli 

şə

xsləri ali iqtisadi və ya hüquqi təhsilə və bank-maliyyə sahəsində azı 4 illik iş 



stajına  və  etibarlı  işgüzar  nüfuza  malik  olmalıdır.  Maliyyə  xidmətlərinə 

rəhbərlik  edən  filialın  vəzifəli  şəxsi(ləri)  ali  və  ya  orta  ixtisas  təhsilinə,  azı  3 

illik  iş  stajına,  bank  işinə  dair  peşə  hazırlıq  kursunun  sertifikatına  və  etibarlı 

işgüzar  nüfuza  malik  olmalıdır.  Maliyyə  xidmətlərini  həyata  keçirən  şöbənin 

rəhbəri etibarlı işgüzar nüfuza malik olmalıdır.  

nvestisiya bankları - Uzunmüddətli borc kapitalını səfərbərliyə alan və 

onu qiymətli kağızlara qoyuluş formasında borc alanlara (dövlətə və şirkətlərə) 

verən,  onların  emissiyasını  və  yerləşməsini,  eləcə  də,  birjada  və  birjadan 

kənarda qiymətli kağızların alqı-satqısını təşkil edən bank. Başqa sözlə, inves-

tisiya  bankı,  əsasən  yeni  əsas  fondların  yaradılması  sferasında  uzunmüddətli 

kapital qoyuluşları ilə əməliyyatlarda ixtisaslaşan maliyyə idarəsidir. 

nvestisiya  banklarının  funksiyaları  aşağıdakılardır:  aksiya  və  istiq-

razların  yenidən  bölgüsünü  həyata  keçirir;  avrovalyuta  bazarında  avroistiqraz 

və  avroaksiya  yerləşdirilməsinə  vasitəçilik  edir  və  korporativ  şirkətlərə 

investisiya mövzusunda müşavirlik xidməti verir. 



nkişaf  bankları  -  daha  çox  sərmayə  bazarının  inkişaf  etmədiyi  və  ya 

sərmayənin qıt olduğu ölkələrdə ortaya çıxmışdır.  nkişaf banklarının vəzifələri 

aşağıdakılardır:  nvestisiya  layihələri  hazırlamaq  və  investisiyanı  stimullaş-

dırmaq  məqsədi  ilə  uzunmüddətli  kredit  xətti  açmada  yardımlar;  Şirkətlərin 

səhmlərini  alaraq  investisiya  prosesində  iştirak  edirlər;  Xarici  sərmayənin 

investisiya sahələrinə yönəlməsinə vasitəçilik edirlər. 



poteka bankı  - Daşınmaz əmlakın  girovu kimi uzunmüddətli ssudalar 

verən  ixtisaslaşmış  bank.  Əsas  xüsusiyyətləri  aşağıdakılardan  ibarətdir: 

ssudalara  görə  dərəcələr  borc  alanın  maliyyə  vəziyyətindən  asılıdır;  borcun 

vaxtında  qaytarılmaması  əmlakın  itirilməsinə  səbəb  olur;  ipoteka  krediti, 

ipotekaların  yenidən  satışı,  müxtəlif  texniki  xidmətlərə  ixtisaslaşan  qeyri-de-

pozit  institutudur;  investor  tərəfindən  yenidən  satış  üçün  ipoteka  mənbəyidir; 

daşınmaz əmlakın girovu ilə təmin olunan girov kağızı buraxır. 

nstitusional investor - Müştərilərinin adından maliyyə bazarı alətlərinə 

böyük həcmdə investisiya edən maliyyə institutları.  

nvestisiya  institutları  -  investisiya  münasibətləri,  xüsusilə  qiymətli  ka-

ğ

ızlarla bağlı vasitəçilik xidməti göstərən konsaltinq fəaliyyəti üzrə ixtisaslaşan 



maliyyə  qurumu.  Göstərdiyi  xidmət  növlərindən  asılı  olaraq  investisiya  şir-

kətləri,  investisiya  fondları,  investisiya  vasitəçiləri,  investisiya  məsləhətçiləri 

kimi investisiya institutları mövcuddur. 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə