Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə71/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   67   68   69   70   71   72   73   74   ...   230

 

 

145



fəallığa  ciddi  ziyan  vurmuşdur.  2008-ci  ildə  Avrozonada  real  iqtisadi  artım 

0,8% və ya əvvəlki ildən 1,8% bəndi az təşkil etmişdir. 

Kredit  standartlarının  şərtləndirilməsi  və  daşınmaz  əmlak  bazarında 

böhran investisiya qoyuluşlarına ciddi mənfi təsir göstərmişdir. 

Maliyyə böhranının təsirləri dünya maliyyə bazarında baş verən dəyişik-

liklər  neftin  qiymətinin  kəskin  ucuzlaşması  bir  sıra  ölkələrdə  iri  bankların  və 

ş

irkətlərin  müflisləşməsi,  kütləvi  işsizliyə,  dünya  iqtisadiyyatının  durğunluq 



dövrünü yaşamasına və nəticə etibarı ilə qlobal iqtisadiyyatın tənəzzül dövrünə 

keçməsinə səbəb olmuşdur. 

Böhranın  qarşısını  almaq  və  onun  təsirini  minimallaşdırmaq  üçün  anti-

böhran tədbirləri görülür, dünyanın aparıcı dövlətləri tərəfindən istehsalı bərpa 

etmək və bankları risklərdən qorumaq üçün maliyyə yardımları göstərilir. 

Qlobal maliyyə böhranına baxmayaraq 2008-ci ildə Mərkəzi Bankın pul 

siyasəti ölkədə makroiqtisadi dayanıqlığın qorunmasında aktiv rol oynamışdır. 

Beləliklə, 2007- 2008-ci illərdə başlanan və indiyədək davam edən qlobal 

maliyyə böhranını 4 mərhələyə bölmək olar:  ngilis-sakson maliyyə böhranı ( 

2007-ci  ilin  yaz  ayından  2008-ci  ilin  mart  ayınadək).  Qlobal  böhranının  ilk 

mərkəzi ABŞ ipoteka bazarında problemlərin yaranması ilə meydana çıxdı və 

ABŞ-ın  ən  iri  ipoteka  Bankının  “Bear  Stearns”  qurtarmasına  başlanan 

ə

məliyyat  oldu.  Hüdüdçəkmə  və  ya  sərhədçəkmə  (decoupling,  mart-avqust 



2008-ci il). Böhran bütünlüklə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrə yayıldı, 

ancaq  bununla  yanaşı  ümid  vardı  ki,  böhran  inkişaf  etməkdə  ölkələrə  təsir 

etməyəcək  və  nəticədə  onların  dinamik  iqtisadi  inkişafı  burulğan  içində  olan 

ölkələrin xilas edilməsində əsas katalizator olacaqdır. Kreditdaralma əməliyyatı 

(de-leveraging,  sentyabr-noyabr  2008-ci  il).  Qlobal  böhranın  inkişaf  etməkdə 

ölkələrə bulaşması və inkişaf etmiş ölkələrdə resesiyanın başlanması haqqında 

rəsmilərin  etirafları.  Dünyanın  bir  çox  ölkələrində  bank  sisteminin  kollaps 

təhlükəsinin  başlanğıcı.  Emissionla  vurulmaq  və  ya  doldurmaq  (quantitative 

easing,  noyabr  2008-ci  ilin  sonundan  indiyədək  olan  müddətə).  Dünya  ökə-

lərinin əksər hökumətləri istehsalat kollapsına yol verməmək üçün monetar və 

fiksal xarakterli çoxçesidli tədbirlər paketi hazırladı və məqsəd ilk növbədə pul 

təklifini artırmaqla tələbi stumallaşdırmaqdır. 

Bank böhranının şıddətlənməsinə təsir edən amillər aşağıdakılardır: 

1.Faiz dərəcələrində yüksəlmə; 

2.Bankın balansındakı pozuntular; 

3.Fond birjasında çöküş; 

4.  qtisadiyyatda qeyri-müəyyənliyin artımı. 

2007- 2008 -ci illərdə ABŞ baş verən böhranın daha çox “maliyyə infek-

siyası”  kimi  yeni  fenomenin  nəticəsi  olduğu  aydınlaşandan  sonra  yeni  dünya 

maliyyə böhranının yaranma təhlükəsi xüsusilə kəskin şəkildə qəbul olunmağa 

başladı.  2008-ci  ilin  II  yarısı  -  fond  indekslərində  azalma:  70-80%,  Global 



 

 

146



maliyyə  sektorunda  itkilər:  3  trln.  $  və  ya  qlobal  ÜDM-in  4.3%-i  təşkil 

etmişdir.  

2007–2008-ci il böhranından sonra ABŞ hökuməti bankların struktur ye-

nilənməsinə  sərf  etdiyi  birbaşa  maliyyə  məsrəfləri  ÜDM-in  38,7%-ni  təşkil 

edir,  yəni  rəqəmlə  ifadə  etsək-  5500  mlrd  $.  Avrozonada  isə,  böhranın 

qarşısının  alınması  ilə  əlaqədar  məsrəflər  ÜDM-in  23,4%-i  həcminə  çatmışdı 

(3285mlrd  $),  o  cümlədən  AFR  hökumətinın  antiböhran  proqramının  həcmi 

500  mlr.  Avro,  Fransada  360  mlrd  Avro,  rlandiyada  400  mlrd  avro  təşkil 

etmişdir. 

Son  məlumatlara  görə  hazırkı  maliyyə  böhranı  nəticəsində  dünya  üzrə 

bankların məcmu itkiləri 700 mlrd dollardan çox təşkil edir, bunlardan  yarıya 

qədəri Amerika banklarının payına düşür. Banklar bu məbləğin təxminən 50%-

ni artıq yeni kapitalın cəlb olunması hesabına kompensasiya edə biliblər. Lakin 

BMF-nin son hesablamalarına görə bankların itkilərinin məbləği iki dəfədən də 

çox-1,6 trln. dollaradək arta bilər.  

Beləliklə,  qlobal  maliyyə  böhranı  (2008)  və  postkrizis  ssenarisinin 

inkişafı ardıcılıqla aşağıdakı kimi olmuşdur: 

8.  ABŞ ipoteka kreditləşmə sisteminin çöküşü; 

9.  Kredit  həcminin  azaldılması  və  kredit  xəttinin  açılmasına  ciddi 

nəzarət; 

10. Fond indekslərinin aşağı doğru meyli; 

11. Büdcə defisitlərinin artımı; 

12. Real sektorda geriləmə; 

13.  şsizliyin güclənməsi; 

14.  stehlak xərclərinin azalması. 

Qlobal maliyyə böhranının Azərbaycana təsir kanalları aşağıdakılardır: 

1. Neft və digər yanacaq ixrac məhsullarının qiymətinin dünya bazarında 

azalması. 

xracın  90%-dən,  büdcə  gəlirlərinin  isə  60%-dən  çoxu  neft  sektoru 

hesabına formalaşır. (AR MB hesablamalarına görə, neftin qiymətinin hər 1% 

azalması qeyri-neft ÜDM-ini 0.13% azaldır, büdcə xərclərinin hər 1% azalması 

isə ÜDM-i 0.3% azaldır). 

2.Beynəlxalq maliyyə bazarında likvidlik çatışmazlığı və ya banklararası 

kredit  böhranı  nəticəsində  xarici  maliyyə  mənbələrinə  çıxış  imkanlarının 

məhdud vəziyyətə düşməsi. 

3.  Pul  baratlarının  azalması  -  təkcə  Rusiyadan  ötən  il  930  mln  dollar 

gəlib).Baratların azalması istehlak fəallığına mənfi təsir edir (baratların hər 1% 

azalması qeyri-neft ÜDM-in 0.06% azalması effektini verir).  

4. ABŞ və AB ölkələrində resessiya. Qlobal tələbin azalması nəticəsində 

(əsasən,  ABŞ  və  AB  ölkələrində  resessiya)qeyri-xammal  ixracı  azalmaqdadır 

(ixracın azalması qeyri-neft sənayesində artıma mənfi təsir göstərir).  



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə