Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə73/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   69   70   71   72   73   74   75   76   ...   230

 

 

149



ə

ksini  tapmışdır.  Daxili  maliyyə  bazarlarının  inkişafının  dəstəklənməsi 

istiqamətində  Mərkəzi  Bankın  iştirakı  ilə  Mütəşəkkil  Banklararası  Kredit 

Bazarında təminat sistemi yaradılmışdır. 

Pul siyasəti ilə bağlı digər işlər  maliyyə sabitliyinin qorunması  ilə  bağlı 

qərarlar.  

1. Aktivlərin təsnifat dərəcələri sərtləşdirilmişdir: 

- Nəzarət altında olan aktivlər 6%-dən 10%-ə qaldırılmış (30.04.08); 

- Qeyri-qənaətbəxş aktivlər 25%-dən 30%-ə yüksəldilmiş (30.04.08); 

- Təhlükəli aktivlər 50%-dən 60%-ə artırılmışdır (30.04.08). 

2.  Daşınmaz  əmlakla  təminata  qarşı  tələblər  120%-dən  150%-ə  artı-

rılmışdır (30.04.08). 

3. Subordinasiya borclarının məcmu kapitalda iştirakı məhdudlaşdırılmış 

(18.02.08): 

-  Subordinasiya  borcunun  maksimal  məbləği  birincidərəcəli  kapitalın 

50%-i həddində müəyyən edilmişdir. 

4.  poteka  kreditlərinin  risk  dərəcəsi  50%-dən  100%-ə  artırılmışdır 

(18.02.08). 

5.  "Banklarda  kreditlərin  verilməsi  Qaydaları"na  dəyişikliklərlə  borc-

alanın maliyyə vəziyyətinin və onun krediti qaytarma qabiliyyətinin qiymətlən-

dirilməsinə, həmçinin borcalanın fəaliyyətinə daimi monitorinqə və bütövlükdə 

kredit  portfelinin  keyfiyyətinə  nəzarət  olunmasına  dair  tələblər  genişlən-

dirilmişdir (18.11.08). 

6. Açıq valyuta mövqeyinin hesablanması metodikası təkmilləşdirilmiş, o 

cümlədən  balansdankənar  hesablar  üzrə  dəqiqləşdirilmələr  aparılmış,  mövqe-

lərin  hesablanmasında  bank  metalları  ilə  aparılan  əməliyyatların  əks  etdiril-

məsinə başlanılmışdır (17.12.08). 

7.  “Kredit  əməliyyatları  üzrə  faizlərin  hesablanmasının  dayandırılması 

haqqında  Qaydalar"a  dəyişikliklərlə  “faizləri  hesablanmayan”  kreditlər  üzrə 

müştərinin  ödənişləri  hesabına  borc  tələblərinin  ödənilməsi  növbəliyinə  ye-

nidən baxılmışdır (17.12.08). 

8. Bankların və sığorta şirkətlərinin kapitalizasiyaya yönəldiləcək mənfə-

ə

ti  mənfəət  vergisindən  azad  olunmuşdur  (01.01.09  tarixdən  qüvvəyə  min-



mişdir). 

9. Qorunan əmanətlər üzrə illik faiz dərəcəsi limitinin təmin edilməsində 

çeviklik  təmin  edilmiş,  qorunan  əmanətlər  üzrə  maksimal  məbləğ  6000 

manatdan  30.000  manatadək  artırılmışdır  (08.05.09).  Faiz  dərəcəsi  15%-dək 

olan əmanətlər sığorta sisteminə daxil edilmişdir (10.06.08). 

10.  Mərkəzi  Bankın  təşəbbüsü  ilə  2009-cu  ilin  iyun  ayından  ipoteka 

kreditləşməsi  bərpa  olunmuşdur.  Bunun  psixoloji  və  fiziki  təsiri  ilə  daşınmaz 

ə

mlak bazarı son iki ayda canlanmışdır.  poteka kreditləşməsi tikinti, bank işi, 



sığorta,  qiymətləndirmə  fəaliyyəti,  rieltor  və  notarius  xidmətləri,  habelə  qiy-

mətli  kağızlar  bazarında  iqtisadi  fəallığı  bilavasitə  artırmış,  əmlak  bazarında 




 

 

150



qiymətləri  stabilləşdirmişdir.  Qiymətlərin  stabilləşməsi,  öz  növbəsində  bank 

kreditlərinin girov təminatının dəyərsizləşməsinin qarşısını almışdır. 

11.  Azərbaycan  Respublikasının  Mərkəzi  Bankı  nəzdində  Azərbaycan 

poteka Fondunun buraxdığı təmin edilmiş qiymətli kağızlar üzrə risk dərəcəsi 

0% təyin olunmuşdur (17.06.09). 

14.  Azərbaycan  Respublikası  Prezidenti  7  avqust  2009-cu  il  tarixində 

dövlət mülkiyyətində olan maliyyə institutlarına nəzarəti gücləndirməyi nəzər-

də  tutan  “Nizamnamə  kapitalında  dövlətə  məxsus  səhmlər  olan  bankların  və 

bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası 

haqqında” Fərman vermişdir. 

15. Banklarda risklərin idarə edilməsi sistemləri təkmilləşdirilmişdir. Bu 

məqsədlə banklarda risklərinin monitorinqi gücləndirilmiş, risklərin idarə edil-

məsi sistemlərinin qiymətləndirilməsi üzrə xüsusi  metodologiya  əsasında  rey-

tinqlər  verilmiş,  zəifliklərin  aradan  qaldırılması  üzrə  tədbirlər  planı  hazırlanıb 

və onun icrasına başlanılıb. 

Bütövlükdə,  bankların  idarəetmə,  xüsusilə  risklərin  idarəedilməsi  po-

tensiallarının artırılmasına  yönəlmiş tədbirlər davam etdirilmişdir.  Bank nəza-

rətinin  maliyyə  sabitliyi  və  risklərin  qabaqlayıcı  rejimdə  aşkarlanması  poten-

sialı gücləndirilmişdir. 

Bütün  bu  tədbirlər  bank  sektorunun  sabitliyinin  yüksəlməsinə  xidmət 

etmişdir. 2008-ci ildə iri məbləğdə xarici öhdəliklərini icra etməsinə baxmaya-

raq, banklar kreditləşməni davam etdirmişdir. Təkcə sentyabr-noyabr aylarında 

verilən yeni kreditlərin həcmi 1.9 mlrd manat olmuşdur. 

Banklar  həm  xarici,  həm  də  daxili  öhdəliklərini  ödəmək  üçün  kifayət 

qədər likvid aktivlərə malikdir. Hətta bəzi bankların borclarının vaxtından əvvəl 

geri tələb olunmasına baxmayaraq,banklar öz öhdəliklərini tam və vaxtında icra 

etmişlər. 

Bank sisteminin kapitallaşması davam etmişdir. Kapitalın adekvatlığı da 

qənaətbəxş səviyyədədir,  məcmu  kapitalın adekvatlıq  əmsalı  19%  (prudensial 

tələb 12%) təşkil etmişdir. 

Bank  sisteminə  inam  sabit  olaraq  qalır,  əmanət  bazası,  xüsusilə  xırda 

ə

manətçilərin depozitləri dayanıqlıdır. Bütövlükdə, cari ilin on bir ayında uzun-



müddətli əmanətlərin xüsusi çəkisi 33%-dən 37%-dək artmışdır. 

Qlobal likvidlik böhranına baxmayaraq, həyata keçirilmiş preventiv təd-

birlər  sayəsində  bank  sistemində  maliyyə  sabitliyi  qorunmuşdur  və  banklar 

maliyyə dayanıqlığı nümayiş etdirmişdir. 

Azərbaycan  Respublikasının  Milli  Məclisi  8  may  2009-cu  il  tarixdə 

“Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanunun-

da əlavə və dəyişikliklərin edilməsi haqqında Azərbaycan Respublikası Qanu-

nunu qəbul etmişdir. Qanuna edilmiş dəyişikliklə qorunan əmanətlər üzrə illik 

faiz  dərəcəsinin  yuxarı  həddinin  müəyyən  edilməsinin  Azərbaycan  Respub-

likası Mərkəzi Bankının uçot faiz dərəcəsindən asılılığı aradan qaldırıldı. Qəbul 

olunmuş  Qanuna  əsasən  illik  faiz  dərəcəsinin  yuxarı  həddini  Azərbaycan 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə