Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə74/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   70   71   72   73   74   75   76   77   ...   230

 

 

151



Respublikası  Mərkəzi  Bankı  ilə  razılaşdırmaqla  Əmanətlərin  Sığortalanması 

Fondunun Himayəçilik Şurası müəyyən edir. 10 iyun 2009-cu il tarixdə keçiril-

miş növbədənkənar iclasda Əmanətlərin Sığortalanması Fondunun Himayəçilik 

Ş

urası qorunan əmanətlər üzrə illik faiz dərəcəsinin yuxarı həddini Azərbaycan 



Respublikası Mərkəzi Bankı ilə razılaşdırmaqla 15 faiz müəyyən etdi. 

Qeyd edək ki, 2009-cu il 1 yanvar tarixdən etibarən fonda üzv olan bank-

larda 15 faiz dərəcəsi ilə və bu faiz dərəcəsi həddində əmanətlər  yerləşdirmiş 

ə

manətçilərin  əmanətləri  qorunan  əmanətlər  hesab  olunur  və  Fond  tərəfindən 



sığortalanır. 

Xatırladaq  ki,  Qanuna  edilmiş  dəyişikliyə  əsasən  kompensasiya  məblə-

ğ

inin maksimum həddi 30 min manatdır. Əmanətçilər əmanətlərin sığortalan-



ması  üçün  heç  bir  ödəniş  etmirlər.  Sığorta  haqları  yalnız  banklar  tərəfindən 

ödənilir.  Bundan  başqa  Qanuna  dəyişikliyə  uyğun  olaraq  hər  hansı  iştirakçı 

bankda  sığorta  hadisəsi  baş  verərsə,  əmanətçilər  sığortalanmış  əmanətlər  üzrə 

ə

manətin  100  %  həcmində  və  maksimum  30  min  manat  məbləğində  kom-



pensasiya ala biləcəklər. Qeyd etmək lazımdır ki, kompensasiya məbləğinin 30 

min manata çatdırılması MDB məkanında ən yüksək kompensasiya məbləğidir. 

Müqayisə üçün Qazaxıstanda kompensasiya məbləği 33 min, Rusiyada isə 25 

min ABŞ dolları təşkil edir. 

Beləliklə, Mərkəzi Bankın pul siyasəti ölkədə makroiqtisadi dayanıqlığın 

qorunmasında aktiv rol oynamışdır. Pul təklifinin strukturunda müsbət keyfiy-

yət  dəyişiklikləri  davam  etmiş,  iqtisadiyyatda  dollarlaşma  səviyyəsi  daha  da 

azalmışdır. 

Məzənnə siyasəti həm də valyuta bazarında sabitliyin qorunmasını təmin 

etmiş,  manatın  ABŞ  dollarına  qarşı  məzənnəsi  il  ərzində  5.2%  möhkəmlən-

mişdir. 

 

3.5. Azərbaycanda maliyyə sabitliyinin  



təminatında Mərkəzi Bankın rolu 

 

Banklar fəaliyyətləri dövründə öz aktivləri, balansarxası öhdəlikləri və 

kapitalının  miqdarı  ilə  bağlı  Mərkəzi  Bankın  müəyyən  etdiyi  prudensial 

normativlərə  və  tələblərə,  o  cümlədən  açıq  valyuta  mövqeyinə  riayət  etməli-

dirlər.  Mərkəzi  Bank  bankların  və  xarici  bankların  yerli  filiallarının  maliyyə 

sabitliyini təmin etmək məqsədilə aşağıdakı prudensial normativləri və tələbləri 

müəyyən edir:  

1. nizamnamə kapitalının (xarici bankların yerli filialları üçün nizamnamə 

kapitalına bərabər tutulmuş vəsaitin) minimum miqdarını; 

2. məcmu kapitalın (xarici bankların yerli filialları üçün məcmu kapitala 

bərabər tutulmuş vəsaitin) minimum miqdarını; 

3. əsas və məcmu kapitalın risk dərəcəsi üzrə ölçülmüş aktivlərə (xarici 

bankların yerli filialları üçün əsas və məcmu kapitala bərabər tutulmuş vəsaitin 



 

 

152



risk  dərəcəsi  üzrə  ölçülmüş  aktivlərə)  nisbətini  (kapitalın  adekvatlıq  əm-

sallarını); 

4. likvidlik göstəricilərini; 

5.  bir  borcalan  və  ya  bir-biri  ilə  əlaqədar  borcalanlar  qrupu  üçün  kredit 

risklərinin maksimum miqdarını; 

6. məcmu iri kredit risklərinin maksimum miqdarını; 

7.  aidiyyəti  şəxslərə  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslərə 

verilmiş kreditlərin maksimum miqdarını; 

8.  aidiyyəti  şəxslərə  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslərə 

verilmiş məcmu kreditlərin maksimum miqdarını; 

9.  digər  hüquqi  şəxslərin  kapitalında  bankların  iştirakının  maksimum 

miqdarını; 

10. digər hüquqi şəxslərin kapitalında bankların məcmu iştirakının mak-

simum miqdarını; 

11. açıq valyuta mövqeyinin limitlərini; 

12.  aktivlərin,  balansarxası  öhdəliklərin  təsnifatından  və  qiymətləndiril-

məsindən  asılı  olaraq,  mümkün  zərərin  ödənilməsi  üçün  xərclər  hesabına 

yaradılan xüsusi ehtiyatlara aid tələbləri; 

13. faizlərin hesablanması dayandırılmış aktivlərə aid tələbləri; 

14.  aidiyyəti  şəxslər  və  aidiyyəti  şəxs  adından  hərəkət  edən  şəxslər  ilə 

aparılan əməliyyatlara aid tələbləri; 

15.  aktivlərin  və  passivlərin  ödəniş  müddətlərinin  və  faiz  dərəcələrinin 

uyğunluğuna  dair  tələbləri  (Banklar  haqqında  Azərbaycan  Respublikasının 

Qanunu - Maddə 34). 

Azərbaycanda  Pul  Siyasəti  və  Maliyyə  Sabitliyi  Komitəsi  pul  və  mə-

zənnə  siyasətinin  işlənməsi  və  həyata  keçirilməsi,  habelə  maliyyə  sabitliyinin 

qorunması üzrə Mərkəzi Bankın  darə Heyətinin yanında məşvərətçi orqandır. 

Komitənin əsas vəzifələri aşağıdakılardan ibarətdir: 

1.  Pul və məzənnə siyasətinin konseptual məsələlərini müzakirə edir və 

bununla bağlı Mərkəzi Bankın  darə Heyətinə təkliflər verir; 

2.  nflyasiya,  məzənnə  və  pul  aqreqatları  ilə  bağlı  durumu,  pul  siyasəti 

alətlərinin  tətbiqinin  nəticələrini  müzakirə  edir  və  müvafiq  departamentlərə 

tövsiyələr verir; 

3.  Pul proqramının yerinə yetirilməsini və pul bazarının vəziyyətini mü-

zakirə edir, rüblük pul proqramını təsdiq edir, pul siyasəti alətlərinin tətbiqinə 

dair təkliflər verir; 

4.  Pul və məzənnə siyasəti və maliyyə sabitliyinin təhlili ilə əlaqədar ha-

zırlanmış  metodoloji  sənədləri  müzakirə  edir  və  təsdiq  olunmaq  üçün  darə 

Heyətinə təqdim edir; 

5.   Milli iqtisadiyyatda və dünya iqtisadiyyatında gedən proseslərin qiy-

mətləndirilməsini həyata keçirir və zəruri olduqda bu qiymətləndirmənin nəti-

cələrinin pul siyasətində və maliyyə sabitliyinin qorunmasında nəzərə alınma-

sını tövsiyə edir; 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə