Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə77/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   73   74   75   76   77   78   79   80   ...   230

 

 

157



IV FƏS L. ÖDƏŞ S STEM , NAĞDSIZ HESABLAŞMALAR  

VƏ BANK HESABLARININ NÖVLƏR  

 

 

4.1. Ödəniş sistemi 

 

Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) ödəniş sistemləri 

sahəsində fəaliyyəti onun struktur bölməsi olan Ödəniş sistemləri və hesablaş-

malar  departamenti  tərəfindən  həyata  keçirilir.  Ödəniş  sistemləri  və  hesablaş-

malar  departamentinin  missiyası  müasir  standartlara  cavab  verən  elektron 

ödəniş  sistemlərinin  yaradılması,  onların  sabit  və  fasiləsiz  istismarının  təşkil 

edilməsi,  beynəlxalq  aləmdə  bu  istiqamətdə  baş  verən  meyillər  nəzərə  alın-

maqla daim inkişaf etdirilməsi və təkmilləşdirilməsidir. 

AMB tərəfindən beynəlxalq təcrübə əsasında beynəlxalq maliyyə qurum-

larının  texniki  yardımı  və  maliyyə  köməyindən  istifadə  edilməklə  son  on  il 

ə

rzində  Milli  Ödəniş  Sisteminin  yaradılması  və  inkişafı  istiqamətində  geniş 



islahatlar aparılmışdır. 

1998-ci  ildə  Milli  Ödəniş  Şurasında  Milli  Ödəniş  Sisteminin  yaradıl-

masının konseptual əsasları və strategiyası hazırlanmışdır.  

2001-ci ilin əvvəllərində Milli Ödəniş Sisteminin arxitekturasının əsasını 

təşkil edən Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (AZ PS) 

yaradılaraq istifadəyə verilmişdir. AZ PS sisteminin istismara verilməsi nəticə-

sində banklar arasında hesablaşmaların real vaxt rejimində (on-line) həyata ke-

çirilməsinə,  pul  dövriyyəsinin  sürətinin  nəzərəçarpacaq  dərəcədə  artmasına, 

banklar tərəfindən likvidliyin daha çevik idarə olunmasına imkan yaranmışdır. 

AZ PS  sistemi  SWIFT  şəbəkəsi  üzərində  qurulan  Y  arxitekturaya  ma-

likdir,  məlumat  mübadiləsinin  yüksək  təhlükəsizlik  səviyyəsini  təmin  edir  və 

müasir standartlara tamamilə uyğundur. Respublikada fəaliyyət göstərən bütün 

banklar, Mərkəzi Bank, bank olmayan Aqrarkredit birliyi, Dövlət Xəzinədarlığı 

Agentliyi sistemin üzvüdürlər. 

2002-ci ilin  sonlarından  etibarən  Milli Telekommunikasiya Şəbəkəsinin 

bazasında Milli Ödəniş Sisteminin arxitekturasının ikinci mühüm elementi olan 

Xırda  Ödənişlər  üzrə  Hesablaşma  Klirinq  Sistemi  (XÖHKS)  yaradılaraq  isti-

fadəyə verilmişdir. Beləliklə, kiçikhəcmli, lakin daim təkrarlanan xırda ödəniş-

lərin  (əməkhaqqı,  sosial  müdafiə  ödənişləri,  telefon,  qaz,  su,  elektrik  enerjisi 

üzrə kommunal ödənişlər və s.) elektron daşıyıcılar əsasında həyata keçirilmə-

sinə, eyni zamanda, xırda ödənişlərin əsas iştirakçıları olan kommunal xidməti 

müəssisələrinin, böyük sayda ödəniş əməliyyatları (məsələn, vergi, gömrük və 

sosial  müdafiə  ödənişləri)  aparan  hökumət  qurumlarının  Milli  Ödəniş  Sis-

teminin infrastrukturuna inteqrasiyası üçün əlverişli zəmin yaradıldı. 

AZ PS  və  XÖHKS  sistemlərinin  fövqəladə  hallarda  etibarlı  və  davamlı 

fəaliyyətini  təmin  etmək  məqsədilə  onların  Sumqayıt  Ehtiyat  Mərkəzində 




 

 

158



ehtiyat surətləri yaradılmışdır. Sistemlərin əsas və ehtiyat mərkəzlərdə yerləşən 

serverləri arasında real vaxt rejimində informasiya mübadiləsi təşkil edilmişdir. 

Ödəniş  sistemləri  sahəsində  aparılan  islahatların  əhatə  dairəsinin  geniş-

ləndirilməsi və regionlara istiqamətləndirilməsi, yaradılmış Milli Ödəniş Siste-

minin  imkanlarından  daha  aktiv  istifadə  olunması,  bütün  ölkə  üzrə  vahid 

elektron ödəniş məkanının yaradılması, hüquqi və fiziki şəxslərin maliyyə xid-

mətlərinə  çıxış  imkanlarının  daha  da  artırılıması  zərurətini  nəzərə  alaraq, 

Azərbaycan  Respublikası  Prezidentinin  2004-cü  il  9  dekabr  tarixli  Fərmanı  ilə 

Azərbaycan Respublikasında Milli Ödəniş Sisteminin  nkişafı üzrə 2005-2007-ci 

illər üçün Dövlət Proqramı təsdiq edilmişdir. 

Dövlət  Proqramına  uyğun  olaraq  ölkədə  kart  ödənişlərinin  daha  da 

inkişaf  etdirilməsi  və  Milli  Ödəniş  Sisteminin  arxitekturasının  tamamlanması 

üçün  yeni  infrastrukturun  –  “MilliKart”  Prosessinq  Mərkəzi  yaradılaraq  res-

publikada fəaliyyət göstərən 18 bankın idarəçiliyinə və istifadəsinə verilmişdi.  

Kommunal xidməti müəssisələrinin daxili informasiya sistemlərinin bey-

nəlxalq  standartlar  əsasında  təkmilləşdirilməsi  və  ödəniş  sistemləri  infrastruk-

turuna  texnoloji  inteqrasiyasının  tamamlanmasının  icrası  ilə  əlaqədar  olaraq 

kommunal  xidməti  haqlarının  yığımı  üzrə  Kütləvi  Ödənişlər  üzrə  Mərkəzləş-

dirilmiş  nformasiya  Sisteminin  (KÖM S)  yaradılaraq  2008-ci  il  11  iyul  tari-

xindən  etibarən  istismara  verilmişdir.  Sistem  vasitəsilə  KÖM S-ə  qoşulmuş 

kommunal  xidməti  müəssisələri  üzrə  ödənişləri  həm  nağd,  həm  də  banko-

matlarda və KÖM S-in “ nternet Service” xidmətindən istifadə etməklə ödəniş 

kartları vasitəsilə həyata keçirmək mümkündür.  

2010-cu il ərzində Milli Ödəniş Sisteminin dövriyyəsi tarixi maksimum 

həddinə çatmışdır. Ödəniş sistemində ümumi həcmi 84,83 mlrd manat olmaqla, 

10,15 mln ədəd əməliyyat aparılmışdır. 



R MƏBLƏĞL  ÖDƏŞLƏR N KÖÇÜRÜLMƏS  S STEMLƏR  

(AZ PS).  AMB-nin  Azərbaycan  Banklararası  Ödəniş  Sistemi  (AZ PS) 

respublikanın yeganə iriməbləğli ödəniş sistemidir. AZ PS real vaxt rejimində 

işləyən hesablaşma sistemidir (RTGS). Sistem iştirakçıların AMB-dəki müxbir 

hesabları  vasitəsilə  ödənişləri  tam  elektron  şəkildə  emal  edir.  Hesablaşmanın 

qətiliyi və gerigötürülməzliyinə nəzarət tələbləri vasitəsilə nail olunmuşdur.  

Ə

gər  ödəməni  həyata  keçirmək  üçün  lazımi  qədər  vəsait  varsa  AZ PS 



real  vaxt  əsasında  yeni  manatla  hesablaşmanı  təmin  edir.  Əgər  lazımi  qədər 

vəsait  yoxdursa  o  zaman  əməliyyat  avtomatik  olaraq  gözləmə  növbəsinə 

göndərilir və orada ödəmə üçün lazım olan miqdarda vəsait daxil olana qədər 

gözləyir. Mərkəzi Bank qeyri-likvidliyi qənaətbəxş olan iştirakçıları günlük və 

gecəlik (overnayt) pulsuz güzəştli kreditlərlə təmin edir. Bu proses avtomatlaş-

dırılmadığına  görə  iştirakçılar  kreditin  ayrılması  üçün  Bazar  əməliyyatları 

departamenti ilə əlaqə saxlamalıdırlar.  



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə