Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə78/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   74   75   76   77   78   79   80   81   ...   230

 

 

159



AZ PS iştirakçılar arasında real vaxt rejimində hesablaşmaların aparılma-

sı üçün istifadə  olunur.  AZ PS-də hesablaşmalar  Azərbaycan Respublikasının 

müvafiq normativ hüquqi aktlarının və SWIFT-in tələblərinə cavab verməlidir. 

 AZ PS-in iştirakçısı aşağıdakı tələblərə cavab verməlidir:  

1. SWIFT-də qeydiyyata alınmalı; 

2. SWIFT-in AZM qrupunun üzvü olmalı; 

3. SWIFT-in Y-Copy rejimində işləməli; 

4. AZIPS-ə dair Kollektiv Sazişin  ştirakçısı olmalıdır. 

  AZ PS-də  hesablaşmalar  Mərkəzi  Bankda  yerləşdirilmiş  Mərkəzi  He-

sablaşmalar Sistemi vasitəsi ilə həyata keçirilir. 

  ştirakçı  aşağıdakı  ödəniş  tapşırıqlarını  SWIFT  vasitəsi  ilə  AZ PS-ə 

göndərə bilər:  

  - MT102, MT103 müştəri ödənişləri;  

  - MT205 bank ödənişləri. 

  ştirakçı  ödəniş  tapşırığını  Valyutalaşma  tarixindən  əvvəl  10  (on) 

təqvim günü tarıxı ilə AZ PS-ə göndərə bilər. Bu halda həmin ödəniş tapşırığı 

haqqında məlumat AZ PS-də saxlanılır və Valyutalaşma tarixində icra olunur. 

  ştirakçının  Valyutalaşma  tarixində  göndərdiyi  ödəniş  tapşırığı  AZ PS 

tərəfindən aşağıdakı qaydada qəbul edilir: 

  - müştəri ödənişləri üçün saat 10

00

-dan 16


30

-dək;  


  - bank ödənişləri üçün saat 10

00

-dan 17



00

-dək.  


  Hesablaşmaların  aparılması  üçün  iştirakçının  hesabında  kifayət  qədər 

vəsait  olmadıqda  ona  həmin  günə  müştəri  ödənişlərinin  icrası  məqsədi  ilə  30 

dəqiqə ərzində (saat 16

30

-dan 17



00

-dək) vəsait tapmaq imkanı verilir.  

  ştirakçı vəsait tapmaq üçün aşağıdakı mənbələrdən istifadə edə bilər: 

  -  Azərbaycan  Respublikası  qanunvericiliyinə,  o  cümlədən  Mərkəzi 

Bankın normativ aktlarına uyğun olaraq banklararası kreditlərdən; 

  -  Azərbaycan  Respublikası  qanunvericiliyinə,  o  cümlədən  Mərkəzi 

Bankın normativ aktlarına zidd olmayan digər mənbələrdən. 

  ştirakçı vəsait tapmadıqda onun Valyutalaşma tarixi həmin günə olan 

icra olunmayan ödəniş tapşırıqları ləğv olunur və bu barədə AZ PS tərəfindən 

iştirakçıya MT019 göndərilir. 

  Mərkəzi  Bank  iştirakçının  apardığı  əməliyyatlara  görə  saat  17

00

-dan 



17

20

-dək  onun  Müxbir  hesabından  xidmət  haqqı  tutur  və  bu  barədə  AZ PS 



tərəfindən iştirakçıya MT900 göndərilir. 

  Müstəsna  hallarda  Mərkəzi  Bank  iştirakçılara  rəsmi  xəbərdarlıq 

etməklə bu Qaydaların 2.7-2.9-cu bəndləri ilə müəyyən edilmiş vaxtları dəyişə 

bilər. 


  AZIPS-də  hesablaşmalar  başa  çatdıqda  AZ PS  tərəfindən  iştirakçıya 

hesabdan çıxarış MT950 göndərilir. 

  ştirakçı  AZ PS-ə  göndərdiyi  ödəniş  tapşırığının  Başlıq  hissəsinin 

(Message Header) 103-cü sahəsində (FIN Copy Service) “AZN” seçməlidir.  




 

 

160



  Benefisiar  iştirakçı  AZ PS-dən  aldığı  ödəniş  tapşırığının  Başlıq 

hissəsinin  103-cü  sahəsində  “AZN”  və  Tamamlama  hissəsində  (Message 

Trailer)  “PAC”  qeydinin  olduğunu  yoxlamalıdır.  Kənarlaşma  olduqda  Bene-

fisiar  iştirakçı  ödənis  tapşırığını  icra  etməməli,  bu  barədə  Mərkəzi  Banka və 

Emitent  iştirakçıya dərhal rəsmi məlumat  (elektron və  ya  kağız  daşıyıcılarda) 

verməlidir. 

  AZ PS-dən  istifadə  ilə  bağlı  texniki  problem  yarandıqda  iştirakçı 

Mərkəzi  Banka  rəsmi  müraciət  (elektron  və  ya  kağız  daşıyıcılarda)  etməlidir. 

Bu  halda  Mərkəzi  Bank  həmin  iştirakçının  AZ PS-də  iştirakını  müvəqqəti 

dayandırır və bu barədə AZ PS tərəfindən digər istirakçılara MT298 SMT700 

göndərilir.  Həmin  iştirakçının  hesablaşmaları  bu  Qaydaların  4-cü  bəndinə 

uyğun olaraq həyata keçirilir. 

  Problem  aradan  qaldırıldıqda  iştirakçı  Mərkəzi  Banka  rəsmi  məlumat 

verir, Mərkəzi Bank onun AZ PS-də iştirakını bərpa edir və bu barədə AZ PS 

tərəfindən digər iştirakçılara MT298 SMT700 göndərilir. 

  Vəsaiti  alan  AZ PS-in  iştirakçısı  olmadıqda  Emitent  iştirakçı  ödəniş 

tapşırığını Mərkəzi Bankın SWIFT ünvanına (SWIFT B K-inə) göndərir. 

  Emitent  iştirakçı  tərəfindən  göndərilmiş  ödəniş  tapşırığının  aşağıdakı 

rekvizitləri AZ PS-də saxlanılır: 

  - nömrəsi; 

  - məbləği; 

  - valyuta kodu; 

  - göndərilmə tarixi; 

  - valyutalaşma tarixi; 

  - vəsaiti göndərənin SWIFT B K-i; 

  - vəsaiti alanın SWIFT B K-i; 

  - ödənişin növü (müştəri və ya bank). 

  SWIFT tərəfindən AZ PS-ə ödəniş tapşırığının qəbul edilməsi haqqında 

MT096  göndərilir  və  AZ PS  ödəniş  tapşırığını  icraya  qəbul  edərək  aşağıda-

kıları yoxlayır: 

  - ödəniş tapşırığının nömrəsinin təkrarlanmamasını; 

  - Valyutalaşma tarixinin günün tarixinə uyğunluğunu.  

  Kənarlaşma olduqda ödəniş tapşırığının icrası imtina olunur və Emitent 

iştirakçıya  səbəbi  göstərilməklə  SWIFT  tərəfindən  MT019,  AZ PS  tərəfindən 

isə MT298 SMT701 göndərilir. 

 

  Kənarlaşma olmadıqda: 



  -  Emitent  iştirakçının  hesabı  debetləşdirilir  və  Benefisiar  iştirakçının 

hesabı kreditləşdirilir; 

  - AZ PS tərəfindən SWIFT-ə ödənişin icra olunması haqqında MT097 

göndərilir; 




 

 

161



  -  SWIFT  tərəfindən  ödənişin  icra  olunması  haqqında  Emitent  iştirak-

çıya  onun  tələbindən  asılı  olaraq  MT012,  Benefisiar  iştirakçıya  isə  ödəniş 

tapşırığı göndərilir. 

  Ödənişlərin növbəliyini göstərmək məqsədi ilə Emitent  ştirakçı ödəniş 

tapşırıqlarının Başlıq hissəsində onların icra olunma ardıcıllığını əks etdirən 1-

dən  99-dək  Prioritet  nömrəsini  qeyd  edə  bilər.  Emitent  iştirakçı  tərəfindən 

göndərilən  ödəniş  tapşırığında  Prioritet  nömrəsi  qeyd  olunmadıqda  AZ PS 

onun Prioritet nömrəsini 98 kimi qəbul edir. 

  Emitent  iştirakçı  tərəfindən  göndərilən  və  həmin  günə  Valyutalaşma 

tarixi  olan  ödəniş  tapşırığı  aşağıdakı  hallarda  icra  olunmadan  “Gözləmə  reji-

mində” saxlanılır: 

  -  Emitent  və  ya  Benefisiar  iştirakçının  hesabı  üzrə  əməliyyatlar 

müvəqqəti dayandırıldıqda; 

  - Emitent iştirakçının hesabında kifayət qədər vəsait olmadıqda; 

  - AZ PS müvəqqəti dayandırıldıqda; 

  -  Azərbaycan  Respublikası  qanunvericiliyində  nəzərdə  tutulmuş  digər 

hallarda. 

Bu  halda  AZ PS  tərəfindən  Emitent  iştirakçıya  MT298  SMT700 

göndərilir. 

Emitent  iştirakçı  gözləmə  rejimində  olan  ödəniş  tapşırığının  Prioritet 

nömrəsini dəyişə bilər. Bu halda Emitent iştirakçı tərəfindən AZ PS-ə MT298 

SMT202 göndərilir. 

Prioritet  nömrəsini  hər  hansı  səbəbdən  dəyişmək  mümkün  deyilsə, 

AZ PS tərəfindən iştirakçıya səbəbi göstərilməklə MT298 SMT252 göndərilir. 

Emitent iştirakçı gözləmə rejimində olan ödəniş tapşırığını ləğv edə bilər. 

Bu halda Emitent iştirakçı tərəfindən AZ PS-ə MT298 SMT200 göndərilir. 

Ödəniş  tapşırığının  hər  hansı  səbəbdən  ləğv  edilməsi  mümkün  deyilsə, 

AZ PS tərəfindən iştirakçıya səbəbi göstərilməklə MT298 SMT250 göndərilir. 

Azərbaycan  Respublikasının  müvafiq  qanunvericiliyinə  uyğun  olaraq 

iştirakçının hesabı Mərkəzi Bank tərəfindən debetləşdirildiyi halda AZ PS tərə-

findən iştirakçıya MT900, kreditləşdirildiyi halda isə MT910 göndərilir. 

ş

tirakçı  hesabı  haqqında  ümumi  məlumat  (hesab  üzrə  debet  və  kredit 



ə

məliyyatlarının  ümumi  məbləği  və  hesabın  qalığı)  almaq  üçün  AZ PS-ə 

MT920  göndərə  bilər.  Bu  sorğuya  cavab  olaraq  AZ PS  tərəfindən  iştirakçıya 

MT941 göndərilir. 

ş

tirakçı hesabı üzrə aralıq çıxarış almaq üçün AZ PS-ə MT920 göndərə 



bilər. Bu sorğuya cavab olaraq AZ PS tərəfindən iştirakçıya MT942 göndərilir. 

ş

tirakçı hesaba daxil olan, hesabdan silinən, habelə daxil olması və silin-



məsi  gözlənilən  ödəniş  tapşırıqları  haqqında  məlumat  almaq  üçün  AZ PS-ə 

MT298  SMT800  göndərə  bilər.  Bu  sorğuya  cavab  olaraq  AZ PS  tərəfindən 

iştirakçıya MT298 SMT850 göndərilir. 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə