Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə8/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   4   5   6   7   8   9   10   11   ...   230

 

 

16



nvestisiya  şirkəti  -  Ölkə  daxilində,  yaxud  beynəlxalq  səviyyədə  in-

vestisiya  fəaliyyətinin  həyata  keçirilməsi  üzrə  ixtisaslaşan  maliyyə-kredit 

institutu.  Bu  şirkət  özünəməxsus  qiymətli  kağızları  investorların  arasında 

yerləşdirərək fərdi investorların sərbəst pul vəsaitlərini cəlb edir və həmin və-

saitlərlə  həm  birbaşa  investisiya  şəklində,  həm  də  müxtəlif  müəssisələrin 

səhmlərinin  əldə  edilməsi  yolu  ilə  kapital  qoyuluşunu  həyata  keçirir.  Bunlar 

açıq və qapalıtipli olurlar. 

nvestisiya  fondu  -  Qiymətli  kağızlarını  investorlar  arasında  yerləş-

dirərək  cəlb  etdiyi  sərbəst  vəsaitləri  dövlət  və  korporativ  qiymətli  kağızlara 

investisiya  edən,  banklara  depozit  kimi  yatıran,  eləcə  də  digər  investisiya 

istiqamətlərinə yönəldən investisiya institutu.  

Hüquqi təşkilati formasına görə investisiya fondu səhmdar cəmiyyət kimi 

fəaliyyət  göstərir  ki,  bunlar  da  açıqtipli  investisiya  fondu  və  qapalıtipli 

investisiya  fondlarına  bölünür.  Birincisi  özünün  qiymətli  kağızlarını  yeni 

investorlar  arasında  yerləşdirdiyi  halda,  ikincisi  qiymətli  kağız  buraxılışını 

(emissiyasını) bir dəfə və təsbit olunmuş həcmdə  həyata keçirir. Səhmin  yeni 

alıcısı,  yəni  investorlar  bu  qiymətli  kağızları  yalnız  bazar  qiymətləri  ilə  ilkin 

sahibindən əldə edə bilər. 

nvestisiya  fondları  açıq  və  qapalı  üçlü  investisiya  fondları  olaraq  ikiyə 

ayrılır.  Açıq  investisiya  fondları  -  səhmdarların  istəyi  ilə  onların  səhmlərini 

satın  ala  bilən  maliyyə  qurumlarıdır.  Qapalı  investisiya  fondları  fondun 

təşkilində müəyyən sayda səhmlər ixrac edilir və səhmdarlar özlərinə aid səhm-

ləri sadəcə digər yatırımçılara sata bilirlər.  

Pul bazarında investisiya fondları xəzinə bonusu kimi likvidliyi çox olan 

yüksək pul bazarı alətlərinə  yatırın  edirlər.  nvestisiya  fondları iqtisadi vahid-

lərdən  fond  qəbul  etməklə,  bu  fondlar  şirkətin  investisiya  fəlsəfəsinə  uyğun 

olaraq idarə edir.  darə və digər xərclər çıxarılaraq, investisiyadan əldə edilən 

qazanclar  şirkətin  səhmdarlarına  verilir.  Əsas  etibarilə  investisiya  fondları 

investorların sərbəst pul vəsaitlərini pul və kapital bazarında və xüsusi maliyyə 

aktivlərinin alqı-satqısında dəyərləndirir.  

nvestisiya  məsləhətçisi  -  nvestisiya  fəaliyyəti  ilə  bağlı,  xüsusilə 

qiymətli kağızlar bazarında məsləhət (konsultasiya) xidmətləri üzrə ixtisaslaşan 

investisiya institutu.  nvestisiya bazarı, o cümlədən qiymətli kağızlar bazarının 

tədqiqi ilə bağlı məhsulların satılması investisiya məsləhətçisinin fəaliyyətinin 

ə

sasını təşkil edir. 



Azərbaycan  Respublikasının  qiymətli  kağızlar  bazarının  infrastrukturu 

bazarda  bir  neçə  funksiyanın  həyata  keçirilməsində  rol  oynayan  peşəkar  işti-

rakçılardan ibarətdir. Həmin iştirakçılara bazarda əqdlərin bağlanmasında işti-

rak  edən  brokerlər  və  dilerləri  (underrayeter  və  market  meykerlər  daxil 

olmaqla), ticarət platformasını və qarşılıqlı öhdəliklərin və hesablaşmaların apa-

rılmasını təmin edən Bakı Fond Birjasını, qiymətli kağızların mərkəzləşdirilmiş 

saxlancının və reyestrinin aparılmasını təmin edən Milli Depozit Mərkəzini aid 



 

 

17



etmək  olar.  Bundan  əlavə,  səhmdarlarının  sayı 20-dən  az  olan  səhmdar  cə-

miyyətlər  reyestrinin  aparılmasını  müvafiq  ixtisas  şəhadətnamələri  almaqla 

özlərinin daxili resurları hesabına təmin edə bilər.  

Ümumilikdə qiymətli kağızlar bazarında dövlət siyasətinin və nəzarətinin 

həyata  keçirilməsi  Qiymətli  Kağızlar  üzrə  Dövlət  Komitəsi  tərəfindən  təmin 

edilir.  



Azərbaycanda  qiymətli  kagızlar  bazarının  inkışafında  peşəkar  iş-

tirakçılarının  fəaliyyət  növləri  AR  Mülki  Məcəlləsində  (§15)  öz  əksini 

tapmışdır: broker fəaliyyəti; diler fəaliyyəti; aktivlərin idarə edilməsi üzrə 

fəaliyyət; klirinq fəaliyyəti; depozitar fəaliyyəti; qiymətli kağız sahiblərinin 

reyestrinin aparılması üzrə fəaliyyət; fond birjası. 

Broker  fəaliyyəti.  Broker  fəaliyyəti  müştərinin  hesabına  tapşırıq  və  ya 

komisyon  müqaviləsi  əsasında  müvəkkil  və  ya  komisyonçu  kimi  fəaliyyət 

göstərən,  həmin  müştərinin  mənafeyi  üçün  qiymətli  kağızlarla  alqı-satqı 

ə

qdlərinin  bağlanması  üzrə  qiymətli  kağızlar  bazarında  peşəkar  fəaliyyətdir. 



(Mülki Məcəllə 992-1.7.) 

Tapşırıq  və  ya  komisyon  müqaviləsi  əsasında  müvəkkil  və  ya  ko-

misyonçu kimi fəaliyyət göstərən hüquqi və ya fiziki şəxsin onun müştərisinin 

marağına  uyğun  və  onun  hesabına  qiymətli  kağızlarla  mülki  hüquqi  əqdlər 

bağlanılması broker fəaliyyəti hesab edilir. Qiymətli kağızlar bazarının broker 

fəaliyyəti  ilə  məşğul  olan peşəkar iştirakçısı broker adlanır.  Broker kimi həm 

fiziki şəxslər, həm də hüquqi şəxslər çıxış edə bilərlər. Fond bazarında peşəkar 

broker fəaliyyəti müəyyən lisenziya əsasında həyata keçirilir.  

Broker  bu  lisenziyanı  yerli  maliyyə  orqanlarından  alır.  Qanun  broker 

fəaliyyəti ilə başqa fəaliyyət növlərini bir araya gətirməyə icazə verir. 

Qiymətli kağızlar bazarında broker və  ya  broker təşkilatı kimi  fəaliyyət 

göstərmək üçün aşağıdakı tələblərə cavab vermək lazımdır: 

•   müəyyən  edilən  minimal  kapitala  sahib  olmalıdır  ki,  investor  qar-

ş

ısında maddi məsuliyyət hiss etsin; 



•   qiymətli  kağızlarla  əməliyyatları  tam  və  dəqiq  ifadə  edən,  işlənib 

hazırlanmış haqq-hesab sisteminə malik olmalıdır. 

Broker  və  müştəri  öz  əlaqələrini  müqavilələr  əsasında  qururlar.  Broker 

müştərinin  adından  və  hesabından  çıxış  edir.  Broker  müştərinin  tapşırığı  əsa-

sında  hərəkət  edir.  Brokerin  əsas  gəliri  sazişlərin  məbləğindən  asılı  olaraq 

tutulan komisyonlardır. 

Çox  zaman  brokerlər  öz  fəaliyyətinə  qiymətli  kağızlar  bazarında 

müştərilərlə konsultasiya etməyi də daxil edirlər. 

Hal-hazırda Azərbaycan qiymətli kağızlar bazarında broker lisenziyasına 

malik 15 şirkət fəaliyyət göstərir.  



Diler  fəaliyyəti.  Diler  fəaliyyəti  öz  adından  və  öz  hesabına  əvvəlcədən 

kütləvi elan olunmuş alış və (və ya) satış qiymətləri ilə qiymətli kağızlar üzrə 

alqı  -satqı  əqdlərinin  bağlanması  üzrə  qiymətli  kağızlar  bazarında  peşəkar 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə