Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə81/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   77   78   79   80   81   82   83   84   ...   230

 

 

167



KÜTLƏV   ÖDƏŞLƏR  ÜZRƏ  MƏRKƏZLƏŞD R LM Ş  N-

FORMAS YA  S STEM   (KÖM S).  Kütləvi  Ödənişlər  üzrə  Mərkəzləş-

dirilmiş  nformasiya  Sisteminin  mahiyyəti  respublikada  fəaliyyət  göstərən 

kommunal və digər kütləvi xidmət təşkilatları üzrə mərkəzləşdirilmiş elektron 

abonent bazasını  yaratmaq, bu abonentlərə sistemə qoşulmuş maliyyə qurum-

larının istənilən ödəniş məntəqəsində borclarını öyrənmək və ən müasir ödəniş 

mexanizmləri  vasitəsilə  ödənişlərini  aparmaq  imkanı  yaratmaqdan  ibarət 

olmuşdur. Ən müasir texnologiya və proqram təminatına əsaslanan bu sistemin 

istifadəyə  verilməsi  nəticəsində  abonentlərə  sistemə  qoşulmuş  maliyyə 

qurumlarının  istənilən  ödəniş  xidməti  nöqtəsində  kommunal  xidməti  borcları 

haqqında tam informasiya almaq və istənilən ödəniş mexanizmləri (nağd yolla, 

ödəniş  kartları,  bank  köçürmələri,  “Internet  Banking”)  vasitəsilə  ilə  ödəniş 

aparmaq  imkanı  yaradılmışdır.  Sistemə  qoşulmuş  kütləvi  xidmət  müəssisələ-

rinin xeyrinə qəbul edilən ödənişlər haqqında məlumatlar 30 saniyə ərzində hə-

min təşkilatlara çatdırılır. Eyni zamanda iştirakçı təşkilatların daxili informasiya 

sistemi ilə yaradılmış yüksəksəviyyəli məlumat mübadiləsi interfeysi vasitəsilə 

bu təşkilatların elektron abonent bazasında baş verən dəyişikliklər real rejimdə 

mərkəzi informasiya bazasına ötürürülür. 

Respublikada  kommunal  xidməti  sektorunda  fəaliyyət  göstərən  “Bakı-

elektrikşəbəkə”  ASC,  ARDNŞ-nin  “Azəriqaz”  B,  “Azərsu”  ASC  və  “Azər-

enerji” ASC kimi əsas təşkilatlar sistemə inteqrasiya olunmuş, toplam olaraq 4 

milyona  yaxın  abonent  haqqında  məlumat  sistemə  yüklənmişdir.  Artıq 

“Bakıelektrikşəbəkə”  ASC,  ARDNŞ-nin  “Azəriqaz”  B  və  “Azərenerji”  ASC 

üzrə bütün xidmət zonaları əhatə edilmişdir, “Azərsu” ASC ilə bu istiqamətdə 

işlər davam etdirilir. Sistemə qoşulmuş 35 bank və Azərpoçt MMC-nin 700-ə 

yaxın  ödəniş  məntəqəsində  bu  təşkilatların  abonentlərinə  borclar  haqqında 

məlumatlar çatdırılır və xidmət haqları qəbul edilir. Hal-hazırda sistemdə gün-

dəlik  emal  olunan  sənəd  sayı  35-  50  min  arasında  dəyişir.  Həmçinin  respub-

likada  fəaliyyət  göstərən  “MilliKart”  MMC  və  “AzəriCard”  MMC  kimi  kart 

prosessinq mərkəzləri sistemə inteqrasiya  olunmuş  və  bu mərkəzlərdə xidmət 

olunan  bankların  müştəriləri  bankomat  şəbəkəsindən  və  KÖM S-in 

www.apus.az  internet  servis  xidmətindən  istifadə  etməklə  borcları  haqqında 

məlumatları ala bilər, ödəniş kartları vasitəsilə ödənişlərini apara bilirlər. 

2011-ci  ilin  8  avqust  tarixindən  etibarən  KÖM S  vasitəsilə  yol  hə-

rəkəti  qaydalarının  pozulması  ilə  əlaqədar  törədilmiş  inzibati  xətalara  görə 

cərimələr haqqında məlumat almaq və ödəniş aparmaq mümkündür. 

Dövlət  büdcəsinə  ödəniləcək  vəsaitlərin  vahid  platforma  üzərindən 

qəbul  edilməsinin  təmin  edilməsi  məqsədilə  KÖM S-in  texniki  və  funksional 

imkanlarının  genişləndirilərək  “Hökumət  Ödəniş  Portal”ı  yaradılmışdır.  Ver-

gilər  və  Maliyyə  nazirliklərinin  aktiv  iştirakı  ilə  bu  qurumlar  tərəfindən  top-

lanılması təmin edilən vergi və tədiyyə növlərinin 90 iqtisadi təsnifat kodu üzrə 

ödənişlərinin “Hökumət Ödəniş Portalı” vasitəsilə toplanması təmin edilmişdir. 



 

 

168



Yaradılmış  imkan  nəticəsində  11  aprel  2012-ci  il  tarixindən  etibarən  vergi 

ödəyiciləriləri  KÖM S-in  ödəniş  məntəqələrində  və  eyni  zamanda  internet 

səhifəsində  (www.apus.az),  həmçinin  Vergilər  Nazirliyinin  nternet  Vergi 

darəsi  portalında  ödəniş  kartları  vasitəsilə  vergi  və  tədiyyə  növləri  üzrə 

ödənişlərini apara bilərlər. Dövlət Sosial Müdafiə Fondunun daxili informasiya 

sisteminin “Hökumət Ödəniş Portalı”na inteqrasiya olunması üzrə işlər uğurla 

yekunlaşdırılmışdır.  nteqrasiya  nəticəsində  sahibkarlıq  fəaliyyəti  ilə  məşğul 

olan fiziki şəxslər, torpaq pay mülkiyyətçiləri və digər sığortaedənlərin ödəniş-

lərinin  “Hökumət  Ödəniş  Portalı”nın  infrastruktur  imkanlarından  istifadə 

edilməklə  qəbul  edilməsi  imkanı  yaradılmışdır.  Digər  dövlət  qurumlarının 

daxili informasiya sistemlərinin “Hökumət Ödəniş Portalı”na inteqrasiyası isti-

qamətində işlər görülür. 



 

4.2. Kart prosessinq təşkilatlar və kartlar vasitəsilə 

odənişlərin həyata kecirilməsi 

 

Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun оlaraq prosessinq 



təşkilatı  kimi  dövlət  qeydiyyatından  keçmiş  və  ödəniş  kartları  vasitəsilə 

aparılmış əməliyyatlar haqqında məlumatların toplanması, emalı və ötürülməsi, 

həmçinin  kart  emissiyasına  və  ekvayrinqinə  texniki  xidmət  göstərilməsi  üzrə 

fəaliyyəti həyata keçirən hüquqi şəxsdir. 

Prosessinq  təşkilatlarına  prosessinq  fəaliyyətinin  həyata  keçirilməsi 

üçün icazələrin verilməsi, bu fəaliyyətə nəzarət qaydaları, həmçinin prosessinq 

sisteminin  etibarlılığına  və  təhlükəsizliyinə  aid  minimum  tələblər  Azərbaycan 

Respublikası  Mərkəzi  Bankının  “Prosessinq  təşkilatlarına  icazələrin  verilməsi 

və  prosessinq  fəaliyyətinə  nəzarət”  Qaydaları  əsasında  müəyyən  edilir. 

Prosessinq fəaliyyətinin həyata keçirilməsi üçün icazə müddətsiz olaraq verilir. 

Hal-hazırda ölkədə 3 prosessinq təşkilatı fəaliyyət göstərir. 

AzeriCard.  “Azərbaycan  Beynəlxalq  Bankı”  ASC-yə  məxsus  olan 

“AzeriCard”ın  1996-cı  ildə  ölkədə  ilk  prosessinq  təşkilatı  kimi  əsası  qoyul-

muşdur.  1997-ci ildə  Qafqaz regionu və Orta Asiyada debet/kredit  kartlarının 

xidmət  olunması  üçün  “AzeriCard”  prosessinq  təşkilatının  qurulması  başlan-

mışdır.  Birinci  mərhələdə  təşkilat  üçün  təşkil  olunmuş  yer  MasterCardın 

Təhlükəsizlik  Departamentində  tam  sertifikasiyadan  keçmiş,  MasterCard  və 

VISA-ın  bütün  standartlarına  tam  şəkildə  uyğunlaşdırılmışdır.  “AzeriCard” 

ş

irkəti  fəaliyyətə  başladığı  andan,  ilk  24  saatlıq  Müştərilərə  Dəstək  Xidməti 



yaradılmışdır. 

“AzeriCard”-a  MSP  (Member  Service  Provider)  və  Eurocard-Master-

card, Cirrus/Maestro, VISA Electron və VISA kartlarının embossinq/şifrələmə 

mərkəzi  statusları  verilmişdir.  Ödəniş  kartlarının  qəbulu  və  emissiyası  üzrə 

“Azərbaycan Beynəlxalq Bankı” ASC, “AzeriCard” tərəfindən MasterCard və 

VISA beynəlxalq kart təşkilatlarında tam sertifikasiyadan keçmişdir. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə