Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə82/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   78   79   80   81   82   83   84   85   ...   230

 

 

169



1999-cu  ildə  “Royal  Bank  of  Scotland”  Özbəkistan,  “AzeriCard” 

prosessinq  təşkilatı  tərəfindən  MasterCard  beynəlxalq  kart  təşkilatında 

sertifikasiyadan  keçmişdir.  2005-ci  ildə  isə  “Azərbaycan  Beynəlxalq  Bankı-

Moskva” “AzeriCard” prosessinq təşkilatına qoşulmuşdur. 

2000-ci  ilin  əvvəllərində  “AzeriCard”  və  “Azərbaycan  Beynəlxalq 

Bankı” ASC American Express beynəlxalq kart təşkilatında ödəniş kartlarının 

qəbulu  üzrə  sertifikasiyadan  keçmişlər.  1  may  2008-ci  ildə  isə  “AzeriCard” 

prosessinq  təşkilatı  və  “Azərbaycan  Beynəlxalq  Bankı”  ASC  American 

Express ödəniş kartlarının emissiyası üzrə xüsusi hüquq qazanmışlar. 

Hal-hazırda  “AzeriCard”  kart  əməliyyatları  və  ödəniş  xidmətləri  üzrə 

yeni sistem quraşdırmışdır. Yeni sistem mükəmməl məlumatlar bazası sistemi 

olan “Oracle”-da qurulmuş və istənilən beynəlxalq və ya daxili əməliyyatların 

həyata  keçirilməsinə  imkan  verir.  Bu  sistem  MasterCard,  Visa,  American 

Express və Diners Club kimi beynəlxalq kart təşkilatları ilə çalışır. 

“AzeriCard” prosessinq təşkilatı yüksək texnologiya bazasında “card to 

card”, mobil və şəhər telefonları, kommunal xidmətləri,  gömrük rüsumları və 

vergilərin ödənişi, “Mobil banking” və “ nternet banking”, PIN Change, ORM 

(Online Risk monitorinq), SMS Xəbərdarlıq və başqa xidmətləri həyata keçirir. 

“AzeriCard”  prosessinq  təşkilatı  tərəfindən  elektron  ticarət  əməliyyat-

larını aparmaq üçün VISA və MasterCard beynəlxalq kart təşkilatlarında bütün 

lazımi  proseslər  uğurla  başa  çatdırılmışdır.  “AzeriCard”  MMC  “3D  Secure 

Verified  by  VISA”  və  “MasterCard  Secure  Code”  texnologiyaları  sayəsində 

kart  sahibləri  və  pərakəndə  ticarət,  iaşə  və  digər  xidmət  müəssisələri  üçün 

ödənişlərin tam təhlükəsizliyini təmin edir. 

2010-cu  ilin  ortalarından  Kütləvi  Ödənişlər  üzrə  Mərkəzləşdirilmiş 

nformasiya  Sistemi  vasitəsilə  ödənişlərin  həyata  keçirilməsi  mümkün 

olmuşdur. Bu sistem sayəsində ödəniş kartı sahibləri elektrik enerjisi, qaz, su və 

digər kommunal borclarını ödəyə bilərlər. 

Həmçinin  pərakəndə  ticarət,  iaşə  və  digər  xidmət  müəssisələrində 

simsiz POS-terminalların quraşdırılma prosesi başlanmışdır. 



 “MilliKart” MMC. Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 

2004-cü il tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Milli 

Ödəniş Sisteminin  nkişafı üzrə  2005-2007-ci illər  üçün  Dövlət Proqramı”nın 

icrası  çərçivəsində  Dünya  Bankının  maliyyə  dəstəyi  ilə  Azərbaycan  Respub-

likasının Mərkəzi Bankında “MilliKart” prosessinq təşkilatı 3 yanvar 2005-ci il 

tarixində yaradılaraq istismara verilmişdir. 14 iyul 2006-cı il tarixində 18 ban-

kın  təşəbbüsü  ilə  “MilliKart”  MMC  təsis  edilmişdir.  Bankın  təsisçiləri 

aşağıdakı banklardır: 

“AtaBank”  ASC,  “Dəmirbank”  ASC,  “Azər-Türk  Bank”  ASC, “Bank 

of  Baku”  ASC,  “Zaminbank”  ASC,  “Turanbank”  ASC,  “Amrahbank”  ASC, 

“Xalq Bank” ASC, “KredoBank” ASC, “AccessBank” QSC, “Parabank” ASC, 

“Rabitəbank”  ASC,  “Bank  Respublika”  ASC,  “Bank  Standard  Kommersiya 




 

 

170



Bankı”  QSC,  “Texnikabank”  ASC,  “Unibank”  KB  ASC,  “Debüt”  KB  ASC, 

“Azərbaycan Sənaye Bankı” ASC. 

2  oktyabr  2006-cı  il  tarixindən  isə  “MilliKart”  prosessinq  təşkilatı 

fəaliyyətini Məhdud Məsuliyyətli Cəmiyyət kimi davam etdirir. 

Azərbaycan  Respublikasında  kart  ödənişlərinin  inkişaf  etdirilməsi 

məqsədi  ilə  Avropa  Yenidənqurma  və  nkişaf  Bankı  (AY B)  “MilliKart” 

MMC-nin  nizamnamə  kapitalında  iştirakı  ilə  bağlı  öz  niyyətini  bildirmiş  və 

bununla əlaqədar 30 dekabr 2008-ci il tarixində AY B-nin “MilliKart” MMC-

nin  təsisçiləri  sıralarına  daxil  olması  ilə  bağlı  müvafiq  Saziş  imzalanmışdır. 

AY B-nin  prosessinq  təşkilatının  nizamnamə  kapitalında  iştirak  etməsi  ilə 

ə

laqədar olaraq, 7 iyun 2010-cu il tarixində “MilliKart” MMC-nin yeni nizam-



naməsi dövlət qeydiyyatına alınmışdır. 

Bu  prosessinq  təşkilatı  V SA  və  MasterCard  kimi  beynəlxalq  kart 

təşkilatları  tərəfindən  sertifikasiyadan  keçmiş  və  müvafiq  olaraq  həmin  təş-

kilatlarda  TPP  (Third  Party  Processor)  və  MSP  (Member  Service  Provider) 

kimi qeydiyyata alınmışdır. 

Prosessinq təşkilatının funksiyaları onun tərəfindən kart ödənişləri üzrə 

prosessinq  xidmətlərinin  göstərilməsi,  kart  hesablarının  dəstəklənməsi,  ban-

komat, POS-terminal və digər ödəniş terminallarının fəaliyyətinin təmin olun-

ması,  banklar  və  beynəlxalq  kart  təşkilatları  üçün  hesabatların  hazırlanması, 

beynəlxalq  kart  təşkilatları  ilə  banklar  arasında  məlumat  mübadiləsinin  təşkil 

edilməsi və digər xidmətlərdən ibarətdir. 

“MilliKart”  MMC,  “Dəmirbank”  ASC,  “Unibank”  KB  ASC, 

“GoldenPay”  MMC-nin  sıx  əməkdaşlığı  nəticəsində  elektron  ticarət  xidməti 

yaradılaraq  istifadəyə  verilmişdir.  Bu  sistemin  göstərdiyi  elektron  ticarət 

xidmətlərində qabaqcıl texnologiyaların istifadə edilməsi ilə  yanaşı, etibarlılıq 

və  təhlükəsizliyin  yüksək  səviyyədə  təmin  olunması  üçün  məqsədyönlü 

tədbirlər həyata keçirilmişdir. Belə ki, internet vasitəsilə ödənişlərin təhlükəsiz 

aparılması  məqsədi  ilə  “MilliKart”  MMC  “3-D  Secure”  texnologiyalarının 

tətbiqi ilə əlaqədar MasterCard və VISA təşkilatlarında müvafiq olaraq “Secure 

Code” və “Verified by VISA” üzrə sertifikasiyadan keçmişdir. 



KapitalKart.  Ödəniş  kartları  sahəsində  müştərilərə  göstərilən  xidmət 

səviyyəsini  yüksəltmək  və  operativliyi  daha  da  artırmaq  məqsədilə  “Kapital 

Bank” ASC tərəfindən daxili prosesinq sisteminin yaradılması üzrə bank tərə-

findən elan edilən tenderdə Rusiyanın “Compass Plus” şirkəti qalib olmuşdur. 

5 may 2009-cu il tarixində “Kapital Bank” ASC-yə məxsus ödəniş kart 

bazası  və  ekvayrinq  şəbəkəsi  “Azəricard”  MMC-dən  “KapitalKart”  daxili 

prosessinq  sisteminə  miqrasiya  edilmişdir.  “KapitalKart”  hazırda  yalnız 

“Kapital Bank” ASC-yə xidmət göstərir. Bu prosessinq sistemi “Kapital Bank” 

ASC tərəfindən idarə edilir və V SA və MasterCard beynəlxalq kart təşkilatları 

tərəfindən tam şəkildə sertifikatlaşdırılıb. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə