Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə83/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   79   80   81   82   83   84   85   86   ...   230

 

 

171



“KapitalKart”  prosessinq  sisteminin  funksiyaları  kart  ödənişləri  üzrə 

prosessinq xidmətlərinin göstərilməsi, kart hesablarının dəstəklənməsi, banko-

mat,  POS-terminal  və  digər  ödəniş  terminallarının  fəaliyyətinin  təmin  olun-

ması, bank və beynəlxalq kart təşkilatları üçün hesabatların hazırlanması, bey-

nəlxalq  kart  təşkilatları  ilə  banklar  arasında  məlumat  mübadiləsinin  təşkil 

edilməsi  və  digər  xidmətlərdən  ibarətdir.  “KapitalKart”  prosessinq  sisteminin 

nəzdində  kart  sahiblərinə  günün  24  saatı  xidmət  göstərən  “196  Müştəri  Xid-

məti” mövcuddur. Bundan başqa, kart əməliyyatlarının və terminal şəbəkəsinin 

təhlükəsizliyini  təmin  etmək  məqsədilə  “KapitalKart”  tərəfindən  xüsusi 

proqram vasitəsilə günün 24 saatı monitorinq xidməti də həyata keçirilir. 

Bununla yanaşı, nağdsız ödənişləri daha da stimullaşdırmaq məqsədilə 

2010-cu ilin iyun ayından etibarən “KapitalKart” tərəfindən Ethernet və GPRS 

tipli POS-terminalların  quraşdırılmasına başlanmışdır. “KapitalKart”  real vaxt 

rejimində  kart  hesabına  daxil  olan  mədaxil  haqqında  məlumatın  verilməsi,  o 

cümlədən mobil danışıq,  kommunal xidmətlər üzrə borcların ödənilməsi kimi 

bir sıra nağdsız ödənişlərin həyata keçirilməsini təmin etmək məqsədilə “SMS 

Info”,  “SMS  Banking”  və  “Internet  Banking“  xidmətlərini  müştərilərin 

istifadəsinə vermişdir. 

Həmçinin internet vasitəsilə ödənişlərin təhlükəsiz aparılması məqsədilə 

“KapitalKart” “3-D Secure” texnologiyalarının tətbiqi ilə əlaqədar MasterCard 

və  VISA  beynəlxalq  kart  təşkilatlarında  müvafiq  olaraq  “SecureCode”  və 

“Verified by VISA” üzrə sertifikasiyadan keçmişdir. 



Kartlar  vasitəsi  ilə  ödənişlərin  həyata  keçirilməsi.  Kart  sahibi  emi-

tentlə  bağlanmış  müqaviləyə  uyğun  olaraq  kart  vasitəsi  ilə  mallar,  iş  və 

xidmətlərin  əldə  edilməsi  uzrə  ödənişləri  yerinə  yetirə,  valyuta  mübadiləsini 

apara,  nağd  pul  vəsaiti  əldə  edə,  həmçinin  nağdsız  formada  öz  hesabından 

vəsaiti başqa hesaba köcürə və qanunvericiliklə qadağan edilməmiş digər əmə-

liyyatları  həyata  keçirə  bilər.  Kartlar  vasitəsi  ilə  həyata  keçirilən  əməliyyatlar 

avtorizasiya edildiyi andan sistemdə gericağrılmaz sayılır. Səhv ödənişlər üzrə 

ə

məliyyatlara  etiraz  etmək  üçün  kart  sahibi  müqavilə  şərtlərinə  uyğun  olaraq 



emitentdən öz hesabı üzrə çıxarışları tələb edə və emitentə aparılan əməliyyatı 

təsdiqləyən sənədləri (qəbz) təqdim edə bilər. Kart sahibi əməliyyat üzrə etiraz 

etmək  üçün  muüqavilədə  göstərilən  müddətdə  müraciət  etmədikdə  aparılmış 

kart əməliyyatı təsdiq edilmiş sayılır. 

Səhv ödənişlərin araşdırılması, dəyəri kart vasitəsilə ödənilmiş məhsul, iş 

və xidmətdən imtina edilməsi və bu əməliyyat üzrə məbləğin geri qaytarılması 

qaydası  emitent  və  kart  sahibi  arasında  bağlanan  müqavilənin  şərtlərinə  və 

həmçinin müvafiq beynəlxalq və ya lokal kart təşkilatlarının tələblərinə əsasən 

həyata  kecirilir.  Kart  sahiblərinin  bankomat,  POS-terminal  və  digər  avadan-

lıqlar  vasitəsilə  apardığı  bütün  əməliyyatlar  müvafiq  sənədlərin  (qəbz,  slip) 

verilməsi  ilə  həyata  keçirilməlidir.  Bu  sənədlər  kağız  və  ya  elektron  da-

ş

ıyıcılarda tərtib edilə bilər. 




 

 

172



Kartların  emissiyasını  Azərbaycan  Respublikasının  qanunvericiliyinə 

müvafiq  olaraq  bank  fəaliyyətinin  həyata  keçirilməsi  üçün  lisenziyaya  malik 

olan  hüquqi  şəxslər  həyata  keçirə  bilər.  Emitent  emissiya  etdiyi  kartların 

növünü,  müştərilərə  təqdim  edilməsi  şərtlərini  və  kartlar  uzrə  xidmətləri 

müstəqil  şəkildə  müəyyən  edir.  Lokal  kartın  üzərində  emitentin  loqotipi,  adı, 

kart  sahibinin  adı  və  soyadı  (əvvəlcədən  ödənilmiş  kartlar  istisna  olmaqla), 

imza  yeri,  həmçinin  kartın  qüvvədəolma  müddətini  əks  etdirən  məlumatların 

olması vacibdir.  

 Beynəlxalq  kart  üzrə  tələblər  beynəlxalq  kart  təşkilatlarının  tələblərinə 

ə

sasən müəyyən edilir.  



 Emitent  onun  tərəfindən  müəyyən  edilmiş  ərizə  forması  əsasında 

müraciət etmiş müştəri ilə müvafiq müqavilə bağladıqdan sonra kartı sahibinə 

təqdim  edir.  Yazılı  formada  olmaqla  ən  azı  2  (iki)  nüsxədə  tərtib  edilən  mü-

qavilənin bir nüsxəsi kart sahibinə təqdim edilməlidir. Emitent kartı və P N-kod 

olan qapalı zərfi yalnız kart sahibinə və ya onun tərəfindən vəkil edilmiş şəxsə 

təqdim etməlidir. By qaydalara uyğun təqdim olunmamış kart və P N kodlarla 

bağlı  yarana  biləcək  itkilərə  görə  emitent  qanunvericiliyə  uyğun  olaraq 

məsuliyyət daşıyır.  

 Kart sahibi ilə emitent arasında bağlanmış müqavilədə ən azı aşağıdakı 

şə

rtlər nəzərdə tutulmalıdır: 



1.  kart  sahibinin  şəxsi  məlumatları  (soyadı,  adı  və  atasının  adı,  ünvanı, 

şə

xsiyyətini  təsdiq  edən  sənədin  nömrəsi,  verilmə  tarixi  və  onu  verən  dövlət 



orqanının adı); 

2. emitentin və kart sahibinin hüquq və vəzifələri; 

3.kart sahibi tərəfindən ödənilən xidmət haqlarının növü, məbləği və odə-

nilməsi qaydası; 

4.  digər  valyutalarda  aparılan  əməliyyatlar  üzrə  hesablaşma  şərtləri  və 

tətbiq olunan məzənnəyə istinad; 

5. emitent tərəfindən kart sahibinin hesabı üzrə pul vəsaitlərinin hərəkəti 

və hesabındakı qalıq haqqında çıxarışların verilməsi qaydası və dövriliyi; 

6. kart sahibi tərəfindən kartdan istifadə qaydaları və təhlükəsizliyin göz-

lənilməsi üzrə əsas tələblər; 

7.  bir  hesab  üzrə  əlavə  kartların  təqdim  edildiyi  şəxslər  barəsində  mə-

lumat  (müqavilədə  müştəriyə  bir  neçə  kartın  təqdim  olunması  nəzərdə  tutul-

duqda); 

8.  itki,  oğurluq  və  ya  kartın  səlahiyyətli  olmayan  şəxs  tərəfindən  qa-

nunsuz istifadəsi halları haqqında məlumatın verilməsi qaydası və bu halda baş 

vermiş itkilərə görə tərəflərin məsuliyyəti; 

9. emitent tərəfindən kartın bloklaşdırılması, kart hesabı üzrə əməliyyat-

ların dayandırılması və kartın geri alınması şərtləri; 

10. müqavilə üzrə təhlukəsizlik tələblərinin və digər şərtlərin pozulması 

halında tərəflərin cavabdehliyi; 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə