Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə84/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   80   81   82   83   84   85   86   87   ...   230

 

 

173



11.  əsassız  silinmələrlə  bağlı  şikayətlərin  verilməsi  və  onlara  baxılması 

qaydası, icra muddəti; 

12. mübahisələrə baxılması qaydası; 

13. müqavilənin qüvvəyə minməsi və ləğvi şərtləri. 

Müqavilədə həmçinin kart sahibinə kredit xəttinin açılması qaydası, onun 

ödənilməsi  forması  və  müddəti,  tutulacaq  xidmət  haqqının  məbləği  və  Azər-

baycan  Respublikasının  qanunvericiliyinə  əsasən  digər  şərtlər  nəzərdə  tutula 

bilər. 


 Kart  sahibi  ilə  bağlanmış  müqavilə  və  təqdim  olunmuş  etibarnamə 

ə

sasında emitent üçüncü şəxslərə əlavə kart təqdim edə bilər. 



Emitent  emissiya  etdiyi  kartların  reyestrini  aparmalıdır.  Reyestr  özündə 

emissiya  olunan  kartların  məcburi  rekvizitlərini  əks  etdirməlidir.  Reyestrdə 

ə

lavə informasiyanın əks olunması emitent tərəfindən müstəqil surətdə müəy-



yənləşdirilir. 

Kart vasitəsilə aparılan bütün əməliyyatlar kart sahibinin kart hesabında 

ə

ks olunur. 



Emitent kart hesablarının açılmasını və bu hesab üzrə aparılan əməliyya-

tların mühasibat uçotunu müvafiq qanunvericiliyə uyğun həyata keçirir. 

Kart  sahibinin  bir  hesabı  üzrə  bir  neçə  kartla  aparılan  əməliyyatların 

uçotu  aparıla  bilər.  Kart  sahibinin  bir  neçə  hesabı  üzrə  hesabların  fəaliyyət 

rejimindən asılı olaraq bir kartla aparılan əməliyyatların uçotu aparıla bilər. 

Kart  sahibi  ilə  bağlanmış  müqavilə  əsasında  emitentin  aşağıdakı 

vəzifələri vardır: 

1. kart sahibi ilə bağlanmış müqaviləyə əsasən kartı ona təqdim etmək; 

2. kart və P N-kod sahibinə təqdim olunarkən kart sahibini müqavilənin 

ayrılmaz  tərkib  hissəsi  olan  və  ya  ona  əlavə  kimi  nəzərdə  tutulan  kartdan  və 

P N-koddan istifadə qaydaları ilə tanış etmək; 

3.  kartdan  istifadə  qaydaları  və  xidmət  tariflərinin  dəyişməsi  haqqında 

qərar  qüvvəyə  minməzdən  ən  azı  30  (gün)  əvvəl  kart  sahibini  məlumatlan-

dırmaq; 


4.  kartın  istifadəsi  ilə  yerinə  yetirilən  əməliyyatlar  və  aparılan  hesab-

laşmalar  üzrə  kart  sahibinin  müraciətlərinə  baxmaq  və  müvafiq  araşdırma 

apararaq kart sahibini məlumatlandırmaq; 

5.  öz  işci  heyəti,  təsərrüfat  subyektləri  və  kart  sahibləri  tərəfindən 

kartlardan qanunsuz istifadənin qarşısını almaq üçün daxili prosedur qaydaları 

hazırlamaq. 

Kart sahibinin vəzifələrinə aşağıdakılar aid edilir: 

1. emitent və ekvayer tərəfindən göstərilmiş xidmətlərin haqqını ödəmək; 

2.  kartdan  və  P N-koddan  istifadə  olunması  üzrə  emitentlə  bağlanmış 

müqavilənin şərtlərinə, təhlukəsizlik qayda və prosedurlarına əməl etmək; 




 

 

174



3.  kart  vasitəsilə  əməliyyatın  həyata  keçirilməsini  təsdiqləyən  qəbzdə 

həyata  keçirilmiş  əməliyyatlar  üzrə  hər  hansı  uyğunsuzluq  aşkar  etdikdə 

müəyyən olunmuş müddət ərzində bu haqda emitenti məlumatlandırmaq; 

4.  müqavilədə  ayrı  hal  nəzərdə  tutulmadığı  hallarda  kartın  hüquqi 

olmayan şəxslər tərəfindən istifadəsinə yol verməmək. 

Müqavilədə nəzərdə tutulmuş şərtlər daxilində emitent birtərəfli qaydada 

müqaviləni dayandıra və kart sahibi tərəfindən aparılan əməliyyatlara məhdu-

diyyətlər qoya bilər. 

Emitent  kart  sahibi  ilə  bağlanmış  müqavilədə  ayrı  hal  nəzərdə  tutul-

madığı halda, kart sahibi tərəfindən müqavilədə nəzərdə tutulmuş qaydada mə-

lumatlandırılanadək  itirilmiş  və  ya  oğurlanmış  kartlarla  kart  sahibinə  dəyən 

ziyana görə məsuliyyət daşımır. 

Kart  sahibi  müqavilədə  nəzərdə  tutulmuş  şərtlər  daxilində  kartın  fiziki 

təqdim  edilməməsi,  kart  sahibinin  identifikasiya  olunmaması  və  ya  kart 

sahibinin  imzası  ilə  təsdiqlənən  sənəd  olmadan  aparılan  əməliyyatlar  üzrə 

məsuliyyət daşımır. 

Emitent (və ya emitent tərəfindən müəyyən edilmiş və müqavilə əsasında 

bu xidməti yerinə yetirən qurum) kart itirildikdə və ya ona zərər dəydikdə kart 

sahibinin bildirişlərini mümkün kommunikasiya vasitələrindən istifadə etməklə 

hər  gun  24  saat  ərzində  qəbul  etmək  iqtidarında  olmalıdır.  Emitent  bildirişin 

alınması  zamanı  kart  sahibinin  şəxsiyyətini  müəyyənləşdirməli  və  bildirişin 

qəbul edilmə tarixini, vaxtını (saat və dəqiqə), kartın nömrəsini və hadisənin tə-

fərrüatının qeydiyyatını aparmalıdır. Emitent kart sahibi ilə bağlanmış müqavilə 

üzrə müəyyən olunmuş şərtlər daxilində kart sahibinə kartdan istifadə etmədən 

kart hesabı uzrə sərəncam vermək hüquqlarını məhdudlaşdıra bilməz. 

Korporativ  kartlar.  Emitent  hüquqi  şəxs  və  fərdi  sahibkarla  bağladığı 

müqavilə  əsasında  onlara  korporativ  kart  təqdim  edə  bilər.  Korporativ  kartlar 

vasitəsilə aşağıdakı əməliyyatlar aparıla bilər: 

1.  ölkə  ərazisində  inzibati  xərclərin,  o  cümlədən  ezamiyyə  və  nüma-

yəndəlik xərclərinin ödənilməsi məqsədilə nağd pul vəsaitinin əldə edilməsi və 

ya nağdsız ödənişlərin aparılması; 

2.  ölkədən  kənarda  valyuta  rejiminə  uyğun  olaraq  xarici  valyutada 

inzibati  xərclərin,  o  cümlədən  ezamiyyə  və  nümayəndəlik  xərclərinin  ödənil-

məsi  ilə  bağlı  nağd  pul  vəsaitinin  əldə  edilməsi  və  ya  nağdsız  ödənişlərin 

aparılması. 

Korporativ kart üzrə kart hesabına cari hesabdan vəsaitin köçürülməsi və 

ya  əks  əməliyyatın  aparılması  hüquqi  şəxsin  və  ya  fərdi  sahibkarın  ödəniş 

tapşırığı  əsasında  həyata  keçirilir.  Hüquqi  şəxsin  və  ya  fərdi  sahibkarın  kart 

hesabı üzrə bir necə korporativ kart təqdim oluna bilər. Korporativ kartlar üzrə 

həyata  keçirilən  əməliyyatların  qanuniliyinə  görə  kart  hesabının  sahibi  olan 

hüquqi şəxs və ya fərdi sahibkar məsuliyyət daşıyırlar. Korporativ kartın istifa-

dəcisi pul vəsaitlərinin təyinatına uyğun istifadə edilməsi haqqında Azərbaycan 



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə