Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə85/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   81   82   83   84   85   86   87   88   ...   230

 

 

175



Respublikasının  qanunvericiliyində  nəzərdə  tutulmuş  sənədləri  hüquqi  şəxsin 

və  ya  fərdi  sahibkarın  mühasibatlığına  təqdim  etməlidir.  Kart  hesabında  olan 

pul vəsaitləri korporativ kartın istifadəçisi tərəfindən təyinatına uyğun istifadə 

edilmədikdə, istifadəçi təyinatına uyğun istifadə edilməyən pul vəsaitini hüquqi 

şə

xsin və ya fərdi sahibkarın kassasına nağd formada və ya onun kart hesabına 



nağdsız köçürmə yolu ilə mədaxil etməlidir. Korporativ kart məvacib, dividend, 

pensiya, təqaüd və digər sosial ödənişlərin ödənilməsi məqsədilə istifadə oluna 

bilməz. 

Emitent beynəlxalq və ya lokal kart təşkilatının tələblərinə əsasən əvvəl-

cədən ödənilmiş kartlar emissiya edə bilər. 

Ə

vvəlcədən ödənilmiş kartların sahibləri emitentin müştəriləri olmaya da 



bilərlər. Əvvəlcədən ödənilmiş kartların sahibləri yalnız fiziki şəxslər ola bilər. 

Emitent  əvvəlcədən  ödənilmiş  kartlar  vasitəsilə  bankomat  və  postermi-

nallardan nağd pul vəsaitinin  çıxarılmasını, o  cümlədən bu kartların istifadəsi 

ilə  həyata  keçirilən  müxtəlif  ödənişləri  məhdudlaşdıra  bilər.  Emitent  və  ya 

ə

vvəlcədən ödənilmiş kartların satışı və ya paylanması üçün məsul olan üçüncü 



tərəf bu haqda kart sahibini məlumatlandırmalıdır. 

Emitent  tərəfindən  əvvəlcədən  ödənilmiş  kartların  istifadəsi  ilə  həyata 

keçirilən  əməliyyatlar  üzrə  pul  vəsaitlərinin  uçotu  emissiya  edilmiş  bütün 

öncədən ödənilmiş kartlar üçün açılmış konsolidə olunmuş hesab üzrə aparılır. 

Ə

vvəlcədən  ödənilmiş  kartlara  vəsait  nağd  və  ya  nağdsız  formada  mə-



daxil edilə bilər. 

Beynəlxalq  kart  təşkilatları.  “VISA  Int.”  beynəlxalq  kart  təşkilatı. 

1958-ci  ildə  San-Fransisko  şəhərində  yerləşən  “Bank  of  America”  tərəfindən 

BankAmericard adlı kart emissiya olunmağa başlanılmışdır. 1965-ci ildən baş-

layaraq  “Bank  of  America”  bu  kartın  emissiya  edilməsi  hüququnu  digər 

banklara da verməyə başladı. 

1970-ci  ildə  isə  BankAmericard  kartlarını  emissiya  edən  banklar 

birləşərək  “National  BankAmericard  Int.”  (NBI)  adlı  kompaniya  yaratdılar. 

Amerika Birləşmiş Ştatlarından kənarda fəaliyyət göstərən və BankAmericard 

kartlarını  emissiya  edən  banklar  tərəfindən  isə  1974-cü  ildə  “International 

Bankcard Company” (IBANCO) təsis edilmişdi. 

1977-ci ildən isə NBI kompaniyası VISA USA, IBANCO kompaniyası 

VISA International, BankAmericard isə VISA kart adlandırılmağa başlandı. 

“VISA Int.” beynəlxalq kart təşkilatı tərəfindən fiziki və hüquqi şəxslərə 

özündə  müxtəlif  funksiyaları  və  üstünlükləri  əks  etdirən  aşağıdakı  kart 

məhsulları təqdim olunur. 

Fiziki şəxslər üçün - “VISA Int.” beynəlxalq kart təşkilatı banklara fiziki 

şə

xslər  üçün  üç  əsas  kart  məhsulunu  təqdim  edir:  kredit,  debet  və  öncədən 



ödənilmiş kartlar. 

V SA Electron. Dünya üzrə üzərində VISA loqotipi olan istənilən yerdə 

istifadə  etmək  olar.  “VISA  Electron”  kartı  müəyyən  seqmentlərə,  məsələn, 




 

 

176



tələbə  və  gənclərə,  məhdud  gəlirli  müştərilərə  və  ilk  dəfə  kart  əldə  edən 

istehlakçılara  doğru  istiqamətlənir.  “VISA  Electron”  kartları  üzrə  avtorizasi-

yanın  aparılmasının  tələb  olunması  bu  kartı  bankın  yeni  müştərilərinə  təqdim 

edilməsi  və  ödəniş  kartından  yeni  istifadə  edən  müştərilər  baxımından  daha 

ə

lverişli edir. 



VISA  Classic.  “VISA  Classic”  kartı  ilə  bütün  dünyada  VISA  loqotipi 

ə

ks olunan istənilən bankomatda, real və virtual dükanlarda, həmçinin poçt və 



telefon vasitəsilə məhsul və xidmətləri təklif edən dükanlarda ödəniş aparmaq 

mümkündür. Bu, bank kartlarından istifadə etmək bacarığına malik orta gəlirli 

istehlakçılar  üçün  nəzərdə  tutulmuşdur.  Emboss  edilmiş  “VISA  Classic” 

kartının üzərində yazılar qabardılmış formada göstərilir. 



VISA  Gold.  VISA  Gold”  kartı  bankın  etibarlı  müştərilərinə  təqdim 

olunur. “VISA Gold” kartının sahibi “VISA Xüsusi Təkliflər” (VISA Special 

Offers) beynəlxalq proqramı üzrə endirimlər və əlverişli təkliflər əldə edə bilər. 

Kartın rəngi əsasən qızılıdır (adı da buradandır). 



VISA  Platinum.  “VISA  Gold”  kartının  sonrakı  inkişaf  mərhələsinin 

məhsulu olan “Visa Platinum” kartı üçün onun sahibinin yüksək statusunu əks 

etdirən funksiya və xidmətlərin toplusu səciyyəvidir. 

VISA Infinite. Karta əsaslanan ödəniş sisteminin iyerarxik strukturunda 

ə

n  yüksək mövqedə duran “VISA  Infinite” kartı sahibinə eksklüziv xidmətlər 



toplusu təklif edir. Bu xidmətlər arasında iş və şəxsi tələblərin ödənilməsi üçün 

şə

xsi  menecerin  sutkada  24  saat  ərzində  dəstəyi,  səyahət  zamanı  1  mln  ABŞ 



dolları  həcmində  sığorta,  unikal  diskont  proqramı,  bütün  dünya  üzrə  seçmə 

endirimlər və xüsusi təkliflər öz yerini tapmışdır. “Vısa Infinite” kartı üzrə orta 

xərc  limiti  20  min  ABŞ  dolları  təşkil  edir.  Emitentdən  asılı  olaraq  bu  limit 

müəyyən edilməyə bilər. 



VISA  Virtual.  stehlakçıların  elektron  ticarətə  inamının  artırılması 

məqsədilə,  həmçinin  insanlara  öz  xərclərini  real  və  virtual  dükanlarda 

bölüşdürməsi  imkanının  yaradılması,  yalnız  internet  şəbəkəsində  istifadə 

olunması üçün “VISA Virtual” kartlarını təqdim edir. “VISA Virtual” kartları 

öz nömrəsinə və məhdud istifadə tarixinə malikdir. Bu kart Visa kartının əsas 

parametrləri  olan  maqnit  lent,  ödəniş  sisteminin  ticari  markası  və  imza  üçün 

zolaq olmadığından yalnız internetdə istifadə edilə bilər. 

VISA PrepaidÖncədən ödənilmiş kartlar bankda mütəmadi olaraq pul 

vəsaiti  əlavə  olunan  hesabın  olmasını  nəzərdə  tutmur  və  əsasən  kiçik  və 

gündəlik  ödənişlər  üçün  nəzərdə  tutulmuşdur.  Öncədən  ödənilmiş  kartlar 

maqnit lentli, həmçinin çip quraşdırılmış kartlar formasında ola bilər. Öncədən 

ödənilmiş  kartların  əsas  üstünlüyü  üzərində  kart  sahibinin  adı  qeyd  olunma-

dığından  bank  şöbəsinə  və  ya  onun  agentinə  müraciət  edərək  onu  dərhal 

ə

ldəetmənin mümkün olmasıdır. 



Hüquqi  şəxslər  üçün.  “VISA  Int.”  beynəlxalq  kart  təşkilatı  müəssisə-

lərin maliyyə baxımından idarə olunmasının effektivliyinin yüksəldilməsi üçün 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə