Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə86/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   82   83   84   85   86   87   88   89   ...   230

 

 

177



bir  sıra  kommersiya  məhsulları  işləyib  hazırlamışdır.  “VISA  Int.”  beynəlxalq 

kart təşkilatının kommersiya məhsulları iri, orta və kiçik biznesin istənilən pro-

filli  müəssisələrinin  tələblərinə  cavab  verir.  Bu  kateqoriyaya  “VISA  Business 

Gold”,  “VISA  Business”,  “VISA  Business  Electron”,  “VISA  Corporate”, 

“VISA  Purchasing”  və  “VISA  Distribution”  aiddir.  Bu  növ  kartlar  təşkilatın 

cari hesabına bağlansa da, hər bir kart üzrə fərdi limit müəyyən etməyə imkan 

verir. Bununla da əməkdaşların iş zərurəti ilə əlaqəli xərcləri asan və rahat idarə 

olunur, həmçinin əməkdaşlara vəsaitlərin ayrılması proseduru və mühasibatlıq 

hesabatı əhəmiyyətli dərəcədə sadələşir. 

VISA  Business.  Əməkdaşlarının  sayı  50  nəfərə  qədər  olan  orta  müəs-

sisələrdə  müxtəlif  gündəlik  ödənişlərin  aparılması  üçün  nəzərdə  tutulan  bu 

kartlar  adətən  ezamiyyə  və  nümayəndəlik  xərclərinin,  kommunal  xidmətlər 

üzrə ödənişlərin, həmçinin idarə avadanlıqlarının, dəftərxana mallarının, proq-

ram təminatının alınması ilə bağlı xərclərin uçotu məqsədilə istifadə olunur. 

Belə bir sistem böyük olmayan müəssisələrin rəhbərlərinə xərcləri şəxsi 

və  iş  maddələrini  ayırmağa,  həmçinin  nağd  pul  vəsaitinin  dövriyyəsini  nəza-

rətdə saxlamağa imkan verir. Bankların “VISA Business” kartlarının hesabları 

üzrə  daha  ətraflı  məlumat  təqdim  etmələri  müəssisələrə  xərcləri  effektiv 

qruplaşdırmağa, vergi və digər orqanlara hesabatların təşkil olunması qaydasını 

sadələşdirməyə kömək edir. 

VISA Business Electron. Kart özündə “VISA Business” kartının univer-

sallığını və rahatlığını, həmçinin “VISA Electron” kartının yüksək təhlükəsizlik 

səviyyəsini birləşdirir. “VISA Business Electron” kartı iri təşkilatların inzibati 

işçi heyəti üçün münasibdir. 



VISA Business Gold. Bu kart “VISA Business Electron” kartı ilə oxşar 

xüsusiyyətlərə malik olmaqla, pul vəsaitlərinin yüksək xərc limitinə malik olan 

orta və yuxarısəviyyəli rəhbərlər üçün nəzərdə tutulmuşdur. 

VISA  Corporate.  Orta  və  iri  təşkilatların  daima  iş  səfərlərinə  gedən 

ə

məkdaşlarının  ezamiyyə  və  nümayəndəlik  xərclərinin  ödənilməsi  üçün 



nəzərdə tutulmuş “Vısa Corporate” kartı bir sıra xidmətlərin, məsələn, aviabi-

letlərin  alışı,  mehmanxana,  avtomobillərin  kirayəsi  və  digər  xərclərin  ödə-

nilməsi  üçün  istifadə  olunur.  Təşkilatın  rəhbərliyi  bu  kartın  köməyi  ilə  öz 

ə

məkdaşlarının xərcləri üzərində nəzarəti həyata keçirmək imkanı əldə edir. 



VISA  Purchasing.  Ofis  ehtiyacları  üzrə  xərclərin  ödənilməsi  üçün 

nəzərdə  tutulan  bu  kart  orta  və  iri  təşkilatlar  tərəfindən  istifadə  olunur  və  bir 

qayda olaraq bu təşkilatlarda inzibati fəaliyyətə cavabdeh olan şəxslərə təqdim 

olunur.  Kartın  istifadəsi  təşkilatlara  (həm  özəl,  həm  də  dövlət  sektorunda) 

məhsul və xidmətlərin böyük olmayan alışlarının rəsmiləşdirilməsi üzrə zəhmət 

tələb edən işdən azad olmağa imkan verir. 

Bu  növ  kartlar  üzrə  banklara  qarşı  hesabların  təqdim  olunması  zamanı 

xüsusi  formada  hesabatlıq  tələbi  qoyulur.  Bu  forma  sayəsində  təşkilatlar 

ə

həmiyyətli  dərəcədə  məhsul  və  xidmətlərin  əldə  edilməsi  üzrə  idarəetmə 




 

 

178



xərclərini  azalda,  həmçinin  daha  əlverişli  şərtlərlə  məhsulların  çatdırılması  və 

xidmətlərin  göstərilməsi  üzrə  təchizatçılarla  danışıqların  aparılması  sahəsində 

zəruri analizin aparılması üçün informasiya əldə edə bilərlər. 

Digər məhsullar 

VISA Smart Debet/Credit. “VISA Smart  Debet/Credit”  kartı (VSDC) 

VISA-nın çip kartlar üçün əsas əlavəsidir. Bu əlavə “EMV” standartına uyğun 

olduğundan, bu əlavəyə malik kart “EMV” infrastrukturu olan istənilən ölkədə 

istifadə oluna bilər.  “VSDC”  kartının istifadə olunmasının  əsas  üstünlüklərin-

dən biri yeni əlavələrlə geniş imkanların əldə olunmasıdır. Bura müxtəlif bonus 

sxemləri (loyalty), identifikasiya funksiyaları (ID), sığorta, yığım sxemləri və s. 

aiddir. 

“VSDC” kartı məhsul və xidmətlərin dəyərinin ödənilməsində, bankomat 

vasitəsilə  nağd  pul  vəsaitinin  çıxarılmasında,  internet  vasitəsilə  təhlükəsiz 

ödənişlərin aparılmasında, dükanlarda xalların toplanmasında, endirimlərin əldə 

olunmasında, həmçinin mobil telefon, kompyuter və digər texniki avadanlıqlar 

vasitəsilə ödənişlərin aparılmasında istifadə oluna bilər. 



VISA  Horizon.  Bu  kart  sahibinin  pul  vəsaitini  çipdə  saxlayan  debet 

kartıdır.  Bu  baxımdan  onun  istifadəsi  zamanı  avtorizasiyanın  alınması  üçün 

bank-emitent  ilə  real  rejimdə  əlaqənin  qurulmasına  ehtiyac  yoxdur.  Mümkün 

balans haqqında bütün məlumat kartda quraşdırılmış çipdə saxlanılır və ticarət 

mərkəzində quraşdırılmış terminal vasitəsilə oxunması mümkündür. Kart sahibi 

zərurət  yarandıqda  kartda  olan  balansına  pul  vəsaitini  bankda  olan  hesabı 

vasitəsilə  bankomat,  özünəxidmət  terminalı  və  ya  bank  şöbəsinin  köməyi  ilə 

ə

lavə  edə  bilər.  “VISA  Horizon”  kartı  rabitə  ilə  bağlı  problem  olduğu  və  ya 



ümumilikdə rabitənin olmadığı yerlərdə istifadə üçün uyğun gəlir. 

Bu  məhsul  üzrə  öncədən  avtorizə  olunma  sayəsində  ödəməmə  və  və-

saitlərin əlavə xərclənməsi riski olmadığından “VISA Horizon” kartı bankların 

yeni müştəriləri üçün münasibdir. Kart üzrə balans öncədən ödənilən və kartı 

itirdikdə  kart  sahibinin  kartda  istifadə  etmədiyi  vəsaitləri  itirdiyi  elektron 

cüzdan  kartlarından  fərqli  olaraq,  “VISA  Horizon”  kartının  itirilməsi  zamanı 

bankda müştərinin hesabında olan vəsaitlərin bərpa edilməsi imkanı vardır. 

VISA Cash. Öncədən ödənilmiş kart olmaqla, özündə quraşdırılmış çipin 

təhlükəsizliyi  və  funksionallığı  ilə  ödəniş  kartlarının  əlverişliliyini  birləşdirir 

(onu “elektron cüzdan” adlandırmaqda olar). “VISA Cash” kartı xırda ödənişlər 

(qəzet,  kinoya  bilet,  mütəmadi  olmayan  telefon  danışıqlarının  və  s.  dəyərinin 

ödənilməsi) üçün nəzərdə tutulmuşdur. 

VISA Instant Issue – ani kartlar. Üzərində kart sahibinin adı və soyadı 

qeyd olunmayan bu kartın əsaslandığı baza məhsul – “VISA Electron” kartıdır. 

Bu kart vasitəsilə əməliyyatın həyata keçirilməsi məbləğindən asılı olmayaraq 

avtorizasiyanın aparılmasını tələb edir. Bu baxımdan bu məhsul bank-emitent 

üçün aşağı riskli məhsullar qrupuna aid edilir. Kartın fərqləndirici xüsusiyyəti 

onun  müştəriyə  banka  müraciət  etməsi  anında  verilməsidir  (buna  görə  bu 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə