Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə87/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   83   84   85   86   87   88   89   90   ...   230

 

 

179



kartlar bəzən “ani” adlandırılırlar). “VISA  nstant  ssue” kartı pərakəndə ticarət, 

iaşə  və  digər  xidmət  müəssisələrində  məhsul  və  xidmətlərin  dəyərinin 

ödənilməsinə,  “VISA  Electron”  kartlarının  qəbulu  və  xidmət  olunması  mən-

təqələrində pul vəsaitinin əldə olunmasına imkan verən kartdır. 



“MasterCard Incorporated” beynəlxalq kart təşkilatı 

“MasterCard Incorporated” beynəlxalq kart təşkilatının yaranması 1966-

cı  ildə  Amerika  Birləşmiş  Ştatlarında  fəaliyyət  göstərən  bir  sıra  banklar 

tərəfindən  Banklararası  Kart  Assosiasiyasının  –  Interbank  Card  Association 

(ICA)  yaradılmasına  və  öz  kartlarını  emissiya  etməsinə  təsadüf  edir.  CA-nın 

fəaliyyətini  genişləndirməsi  nəticəsində  Western  States  Bankcard  Association 

ilə  birləşdi.  1979-cu  ildən  birgə  yaradılmış  kompaniya  “MasterCard  Inter-

national” adlandırıldı. 

2002-ci ilin iyul ayında Avropada fəaliyyət göstərən “Europay Internatio-

nal” və Amerika Birləşmiş Ştatlarında fəaliyyət göstərən “MasterCard Interna-

tional” 30 ildən artıq müddətdə davam edən qarşılıqlı fəaliyyətləri nəticəsində 

“MasterCard  Incorporated”  adlı  beynəlxalq  kart  təşkilatının  tərkibində 

birləşdilər. 

Cirrus/Maestro. Praktiki baxımdan gəlir səviyyəsindən asılı olmayaraq 

hər bir kəs onun sahibi ola bilər. Bu, elektron hesablaşmalar üçün debet kartıdır. 

Bunun vasitəsilə Cirrus beynəlxalq bankomatlar sistemində (bütün dünya üzrə 

900  mindən  artıq)  nağd  pul  vəsaiti  əldə  etmək,  “Maestro”  beynəlxalq  siste-

minin  posterminalları  quraşdırılmış  ticarət  məntəqələrində  məhsul  və  xidmət-

lərin  dəyərini  ödəmək  mümkündür.  Bir  qayda  olaraq  kart  emboss  edilmə-

diyindən  məhsul  və  xidmətlərin  alışı  zamanı  imprinterdə  istifadə  olunması 

mümkün  deyildir.  Kart  üzrə  bütün  əməliyyatlar  mütləq  qaydada  avtorizə 

olunmalıdır.  “Cirrus/Maestro”  kartı  bankların  yeni  müştərilərinə  və  ya  bankla 

məhdud çərçivədə əlaqəsi olan müştərilərə təqdim oluna bilər. 



MasterCard Electronic.  lkin səviyyəli kredit  kartı kimi çıxış  edən bu 

kart  kredit  tarixçəsinə  malik  olmayan  və  ya  tarixçəsi  az  olan,  lakin  kredit 

kartının imkanlarından istifadə etmək istəyən müştərilərə istiqamətlənmişdir və 

banklar  tərəfindən  kütləvi  istehlak  kreditləşməsi  layihəsinin  reallaşdırılması 

zamanı  risklərin  azaldılması  üçün  nəzərdə  tutulmuşdur.  Məhdud  funksiyalı 

kredit kartı olmaqla bu xüsusiyyətlərə malikdir: 

• 

məcburi elektron avtorizasiyanı tələb edir; 



• 

emboss edilməmişdir; 

• 

kart üzrə avtorizasiya limiti yoxdur; 



• 

ani kredit kartı ola bilər; 

• 

pərakəndə  ticarət,  iaşə  və  digər  xidmət  müəssisələrində  kart  vasitəsilə 



məhsul və xidmətlərin dəyəri ödənilə bilər; 

• 

nağd pul vəsaitini ancaq bankomatlar vasitəsilə əldə etmək olar. 



MasterCard  Standard.  Bu  stabil  gəlirləri  olan  orta  müştərilər  üçün 

kredit  kartıdır.  Bir  qədər  pozitiv,  lakin  V P  xidmət  səviyyəsini  əldə  etməyə 




 

 

180



kifayət  etməyən  kredit  tarixçəsinə  malik  olan  müştərilər  üçün  nəzərdə  tutul-

muşdur. “MasterCard Standard” kartları vasitəsilə bankomatlar və nağd pulun 

verilməsi məntəqələrində nağd pul vəsaiti əldə etmək, pərakəndə ticarət, iaşə və 

digər  xidmət  müəssisələrində  (internet  dükanlar  daxil  olmaqla)  istənilən 

ödənişləri həyata keçirmək mümkündür. Kart üzrə həm elektron, həm də səsli 

avtorizasiya (imprinter istifadə olunduqda) həyata keçirilə bilər. 



MasterCard Gold. Ödəniş sisteminin premium kartları arasında baza və 

birinci kart hesab olunur. Öz sahibinə xidmətin yüksək keyfiyyətini təmin edir. 

Orta səviyyəli kartlardan əsas fərqi 5000 ABŞ dollarından başlamaqla yüksək 

kredit  xəttinə  malik  olmasıdır.  Kart  sahibləri  “MasterCard  Global  Service”in 

(Master  Cardın  müştərilərin  dəstəyi  üzrə  qlobal  xidməti)  çətin  vəziyyətlərə 

(itmiş kartın mütləq bloklaşdırılması, kartın dəyişdirilməsi, təcili nağd pul və-

saiti  əldə  etmək)  düşən  müştərilərə  gün  ərzində  24  saat  kömək  göstərən  xid-

mətindən  və  sığorta  xidmətinin  minimum  dəstindən  yararlana  bilərlər.  Kart 

vasitəsilə bankomatlar və nağd pulun verilməsi məntəqələrində nağd pul vəsaiti 

ə

ldə  etmək,  pərakəndə  ticarət,  iaşə  və  digər  xidmət  müəssisələrində  (internet 



dükanlar daxil olmaqla) məhsul və xidmətlərin dəyərinin ödənilməsi mümkün-

dür.  Kart  elektron  və  səsli  avtorizasiya  (imprinterin  istifadə  olunması  ilə) 

ə

sasında xidmət oluna bilər. 



Kredit kartı kimi bir qayda olaraq, təşkilatların yuxarı rəhbərliyinə və ya 

öz fəaliyyəti ilə əlaqədar bir çox işgüzar səfərlərdə olan fiziki şəxslərə təqdim 

olunur. 

MasterCard  Platinum.  Özündə  kredit  limitinin  yüksək  səviyyəsini  və 

ə

lavə xidmətlərin toplusunu birləşdirir. “MasterCard Gold” kartı üçün nəzərdə 



tutulmuş  xidmətlərdən  başqa,  bu  kartın  sahibləri  bütün  dünya  üzrə  hava 

limanlarında,  mehmanxanalarda  və  restoranlarda  diskont  əldə  edirlər.  “Mas-

terCard  Platinum”  kartlarına  xidmət  göstərən  pərakəndə  ticarət,  iaşə  və  digər 

xidmət  müəssisələri  Platinum  MasterCard  Collection  adlı  qrup  tərkibində 

birləşmişdir.  Kart  sahiblərinə  sığorta  xidmətinin  geniş  paketi  təqdim  olunur. 

Kart kredit məhsullarının tərkib hissəsidir. 



MasterCard  World  Signia.  Bu  kart  üzrə  öncədən  təyin  edilmiş  xərc 

limitinin  olmaması  onun  sahibinin  tam  maliyyə  müstəqilliyi  və  statusu  ilə 

müəyyən  olunur.  Bir  qayda  olaraq,  karta  əlavə  olunan  güzəşt  proqramları 

müəyyən  dövrlə  məhdudlaşmır.  Təqdim  olunan  güzəşt  sxemi  “MasterCard 

Platinum” kartlarının sahiblərinə təqdim olunan sxemlə kifayət qədər oxşardır. 

Fərqləndirici cəhəti gün ərzində 24 saat fəaliyyət göstərən World Signia (World 

Signia  Assistance  Centre)  müştəri  dəstəyi  xidmətinin  olmasıdır.  Kart  kredit 

məhsullarının tərkib hissəsidir. Bu növ kartın emissiya edilməsi hüququnu əldə 

etmək üçün bank ödəniş sistemindən onun özünün təqdim etdiyi xidmətə görə 

V P-xidmət üzrə müəyyən qiymətləndirmə əldə etməlidir. 



Korporativ müştərilər üçün. Banklar tərəfindən korporativ proqramlar 

çərçivəsində təşkilatın vəsaitlərini müəyyən həcmdə xərcləmək səlahiyyəti olan 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə