Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,77 Mb.

səhifə88/230
tarix14.09.2018
ölçüsü4,77 Mb.
1   ...   84   85   86   87   88   89   90   91   ...   230

 

 

181



ə

məkdaşlar  üçün  korporativ  kartlar  təqdim  olunur.  Proqramın  əsas  elementi 

kimi  “MasterCard  Business”  çıxış  edir.  Korporativ  məhsullar  iri  beynəlxalq 

korporasiyalar,  həmçinin  xırda  biznes  fəaliyyəti  üzrə  regional  təşkilatlar  üçün 

nəzərdə  tutulmuşdur.  Onların  reallaşdırılmasının  məqsədi  təşkilatın  inzibati, 

nümayəndəlik,  ezamiyyə  və  digər  təsərrüfat  fəaliyyəti  ilə  bağlı  maliyyə  xərc-

lərini optimallaşdırmaq, həmçinin təşkilatın xərcləri üzərində effektiv nəzarəti 

təmin etməkdir. 



Maestro  Prepaid.  Öncədən  ödənilmiş  kart  olan  “Maestro  Prepaid” 

üzərində kart sahibinin adı göstərilmədiyindən adsız kartdır. Buna görə kartın 

verilməsi  10-12  dəqiqə  vaxt  ala  bilər.  Kartın  sahibi  onu  üçünçü  şəxslərin 

istifadəsinə  verə  bilər  (məsələn,  öz  ailə  üzvlərinə).  Kart  üzrə  əməliyyatlar 

mütləq qaydada elektron formada avtorizasiya olunmalıdır. 

“American Express” beynəlxalq kart təşkilatı 

“American Express” adlı kartlar Amerika Birləşmiş Ştatlarında fəaliyyət 

göstərən eyni adlı kompaniya tərəfindən emissiya edilir. Banklar kompaniya ilə 

qarşılıqlı razılaşma əsasında bu kartların paylanılması hüququnu əldə edə bilər. 

1841-ci  ildə  Amerika  vətəndaşı  Henri  Uels  Nyu-York  şəhərində  məh-

sulların,  pul  vəsaitinin  və  sənədlərin  çatdırılması  üzrə  öz  biznes  fəaliyyətinə 

başlamışdır.  1850-ci  ildə  isə  Djon  Farqo  ilə  birgə  ilk  əvvəl  yüklərin  çatdı-

rılması,  sonralar  isə  teleqraf  və  poçt  xidmətini  göstərən  “American  Express” 

adlı  kompaniyanı  təsis  etmişdir.  1882-ci  ildən  isə  kompaniya  Amerika  və 

Avropa  qitələri  arasında  poçt  vasitəsilə  pul  köçürmələrini  həyata  keçirməyə 

başlamışdır.  lk American Express kartları isə 1958-ci ildən emissiya edilir. Bu 

kartlar  üzrə  ödənişlər  ancaq  ABŞ  dolları  vasitəsilə  həyata  keçirilir.  Təşkilat 

tərəfindən fiziki və hüquqi şəxslərə kartlar təqdim olunur. 

“American Express” kartlarının aşağıdakı növləri vardır: 

• 

Şə

xsi kartlar (“American Express Personal Card” – yaşıl rəngli plastik 



materialdan hazırlanan yaşıl kartlar); 

• 

Qızıl  (“American  Express  Gold  Card”  –  qızılı  rəngdə  plastik  mate-



rialdan hazırlanan kartlar); 

• 

Platin (“American Express Platinum Card” – platin rəngə çalan plastik 



materialdan hazırlanan kartlar); 

• 

Centurion  (“American  Express Centurion Card” –  qara  rəngdə plastik 



materialdan hazırlanan kartlar). 

American  Express  Centurion  Card.  American  Express  kompa-

niyasının  ən  mükəmməl  kartı  hesab  olunur.  Bu  kart  üzrə  aylıq  olaraq  təqdim 

olunan  xərc  limiti  75000  ABŞ  dolları  təşkil  edir.  Kart  üzrə  əlavə  kartların 

təqdim  olunması,  turistlərin  bütün  dünya  üzrə  illik  sığortalanması,  kompa-

niyanın həyata keçirdiyi xüsusi layihələrdə (məsələn, mükafat, yüksəksəviyyəli 

otellərin  və  istirahət  mərkəzlərinin  seçilməsi  və  s.)  iştirak  hüququ  və  s.  təklif 

olunur. 



 

 

182



“Diners Club International” beynəlxalq kart təşkilatı 

1949-cu  ildə  Nyu-York  şəhərində  fəaliyyət  göstərən  “Hamilton  Credit 

Corporation”  adlı  maliyyə  kompaniyasının  rəhbəri  Frenk  Maknamaranın, 

həmin  kompaniyanın  hüquqşünası  Ralf  Şnayderin  və  prodüser  Alfred  Blu-

minqdeylin  nahar  süfrəsi  arxasında  kompaniyanın  müştərilərindən  birinin 

həyata keçirdiyi maliyyə sxeminin müzakirəsi zamanı “Diners Club” adlı kart-

ların  emissiya  edilməsi  ideyası  yaranmışdır.  lk  əvvəllər  kredit  kartları  olan 

“Diners  Club”  kartları  “Empire  State  Building”  ətrafında  fəaliyyət  göstərən 

restoranların müştərilərinə ödənişsiz əsaslarla paylanılırdı. 

1961-ci ildən isə “Diners Club” kartlarının hazırlanmasında karton kağız 

ə

vəzinə plastik material tətbiq olunmağa başlanmışdır. 



“Japan Credit Bureau” (JCB) beynəlxalq kart təşkilatı 

“Japan Credit Bureau” beynəlxalq kart təşkilatı 1961-ci ildə Yaponiyada 

yaradılmışdır.  lk  öncə  ölkə  daxilində  fəaliyyət  göstərən  kart  təşkilatı  1981-ci 

ildən Amerika Birləşmiş Ştatlarının kart bazarına daxil olaraq, öz xidmətlərini 

geniş şəkildə digər dövlətlərdə də təqdim etməyə başlamışdır. Hal-hazırda 190-

dan çox ölkədə bu kart təşkilatı öz xidmətlərini təklif edir. 

Beynəlxalq kart təşkilatı tərəfindən “JCB Standard Card”, “Mitsuwa JCB 

Card”,  “Marukai  JCB  Card”  kimi  kart  məhsulları  təqdim  olunur.  Təqdim 

olunan  kart  məhsulları  üzrə  kart  sahibinə  əlavə  gəlir  qazandıran  “JCB  Cash 

Back Program”ı tətbiq olunur. Həmçinin ödəniş kartları üzrə illik xidmət haqqı 

tətbiq olunmur. 

JCB  Standard  Card.  llik  xidmət  haqqı  tətbiq  olunmayan  “JCB 

Standard Card”lar üzrə “JCB cash back proqram”ı tətbiq olunur. Bu proqrama 

ə

sasən  kart  vasitəsilə  həyata  keçirilən  100  ABŞ  dolları  həcmində  əməliyyata 



görə kart sahibi 1 ABŞ dolları dəyərində olan 1 xal əldə edir. Kart vasitəsilə, 

həmçinin  sığorta  xidmətlərində,  səyahət  xidmətlərində  və  digər  sahələrdə 

güzəştlər əldə etmək mümkündür. 

“China  UnionPay”  beynəlxalq  kart  təşkilatı.  Çin  bank  kartları 

assosiasiyası  olan  “China  UnionPay”  2002-ci  ildə  “China  UnionPay  Co.  Ltd” 

(CUP)  kimi  fəaliyyətə  başlamışdır.  Bu,  Çində  fəaliyyət  göstərən  yeganə  milli 

bank  kartları  assosiasiyasıdır.  2003-cü  ildə  “China  UnionPay”  tərəfindən  yerli 

banklarla birgə müstəqil bank kartı brendi olan “UnionPay” adlı kartlar emissiya 

edilməyə  başlanılmışdır.  2004-cü  ildən  başlayaraq  fəaliyyətini  genişləndirən 

“China UnionPay” dünyanın 25-dən çox ölkəsində öz xidmətlərini təklif edir. 

 

4.3. SWIFT beynəlxalq maliyyə ödənişlərini 



 həyata keçirən təşkilat kimi 

 

1973-cü  ilin  may  ayında  15  ölkənin  239  bankı  SWIFT-i(Society  for 

Worldwide  Interbank  Financial  Telecommunications)  təsis  etdilər.  Ümum-





Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   230


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə