Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə9/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   5   6   7   8   9   10   11   12   ...   230

 

 

18



fəaliyyətdir. Kütləvi elan açıq elan formasında edilmiş təklifdir. (Mülki Məcəllə 

992-1.8.) 

Anderrayter  -  emitentlə  bağlanılmış  müqavilə  əsasında  qiymətli  ka-

ğ

ızların yerləşdirilməsini həyata keçirən dilerdir. (2.1. Diler qaydaları) 



Market  meyker  -  ticarətin  təşkilatçılarında  və  fond  birjalarında  ticarətə 

buraxılmış  qiymətli  kağızların  likvidliyinin  artırılması  öhdəliklərini  üzərinə 

götürmüş dilerdir. (2.4. Diler qaydaları). 

Hüquqi  şəxsin  müəyyən  qiymətli  kağızlarının  alış  və  satış  qiymətlərini 

elan  edib,  bu  qiymətli  kağızların  elan  edilmiş  qiymətlər  üzrə  alınması  və  ya 

satılmasını  öhdəsinə  götürməklə  öz  adından  və  öz  hesabından  qiymətli  ka-

ğ

ızlarla alqı-satqı əqdlərinin bağlanılması diler fəaliyyəti hesab edilir. 



Qiymətli  kağızlar  bazarında  diler  fəaliyyətini  həyata  keçirən  peşəkar 

iştirakçı diler adlanır. Brokerdən fərqli olaraq diler qiymətli kağızlar bazarında 

hüquqi şəxs kimi fəaliyyət göstərən investisiya şirkətlərini təmsil edir. Əqdlərin 

bağlanılmasını  da  müştərilərin  hesabına  deyil,  öz  hesabına  yerinə  yetirir. 

Dilerin gəliri alqı-satqı qiymətləri arasındakı fərqdə olur. Bazarda operator ro-

lunda çıxış edən diler alqı-satqı qiymətlərini, alınan və satılan qiymətli kağız-

ların  minimal  və  maksimal  saylarını,  həmçinin  də  elan  edilən  qiymətlərin  nə 

vaxta qədər qüvvədə qalacağını müəyyən edir. 

Hal-hazırda  Azərbaycan  qiymətli  kağızlar  bazarında  diler  lisenziyasına 

malik 14 şirkət fəaliyyət göstərir.  



Aktivlərin  idarə  edilməsi  üzrə  fəaliyyət.  Aktivlərin  idarə  olunması 

müştəriyə  məxsus  olub,  peşəkar  iştirakçının  idarəçiliyinə  verilmiş  qiymətli 

kağızlar və ya pul vəsaitləri ilə müştərinin mənafeyi üçün və ya onun göstərdiyi 

üçüncü  şəxsin  mənafeyi  üçün  qiymətli  kağızlar  bazarında  əməliyyatların 

aparılması üzrə peşəkar fəaliyyətdir (Mülki Məcəllə 992-1.9.)  

Hal-hazırda  Azərbaycan  qiymətli  kağızlar  bazarında  aktivlərin  idarə 

edilməsi  üzrə  fəaliyyəti  üzrə  -  " nvest  Az  Asset  Management"  MMC"  və 

AzFinance Asset Management" MMC şirkətləri lisenziyalara malikdirlər.  

Hazırda dünyanın bir çox ölkələrində investisiya şirkətləri və investisiya 

fondları  yatırımçıların  milyonlarla  vəsaitini  yığırlar.  Onlar  nisbətən  rahat 

investisiyalaşdırma,  kapital  artırılması  hesab  edilir.  Şəxs  pulunu  bank  hesab-

larından çıxarır və onu fond aksiyalarına qoyur.  



Klirinq fəaliyyəti. Klirinq fəaliyyəti qiymətli kağızlarla əqdlər üzrə qar-

ş

ılıqlı  öhdəliklərin  müəyyən  edilməsi  (məlumatların  toplanması,  yoxlanması, 



üzləşdirilməsi,  mühasibat  sənədlərinin  hazırlanması),  hesablaşmaların  aparıl-

ması  və  öhdəliklərin  qarşılıqlı  icrasının  təmin  edilməsi  üzrə  peşəkar  fəaliy-

yətdir. (Mülki Məcəllə 992-1.10). 

Qiymətli  kağızların  göndərilməsi  üzrə  qarşılıqlı  öhdəliklərin  müəyyən 

edilməsi (qiymətli kağızlarla əqdlər üzrə məlumatın toplanması, yoxlanılması, 

təshih  edilməsi  və  onlar  üzrə  mühasibat  sənədlərinin  hazırlanması),  bu  öh-




 

 

19



dəliklərin  hesaba  alınması  və  qiymətli  kağızlar  üzrə  hesablanma  aparılması 

klirinq fəaliyyəti hesab edilir.  

Praktikada klirinq təşkilatları aşağıdakı kimi adlandırılır: hesabat palatası, 

klirinq  mərkəzi,  hesabat  mərkəzi  və  s.  Ümumi  planda  hesablaşma-klirinq 

təşkilatları ixtisaslaşdırılmış bank tipli təşkilatlardır ki, qiymətli kağızlar baza-

rının iştirakçılarına hesablaşma ilə bağlı xidmətlər göstərir. Onun aşağıdakı əsas 

məqsədləri vardır: 

• 

 bazar  iştirakçılarına  hesablaşma  xidmətləri  xərclərinin  minimuma 



endirilməsi; 

• 

 haqq-hesab vaxtının qısaldılması; 



• 

 hesablaşma  zamanı  yaranan  bütün  risklərin  minimum  səviyyəyə 

endirilməsi. 

Hesablaşma-klirinq  təşkilatları,  çox  zaman  kommersiya  banklarının  ol-

duğu  hüquqi  formada  olur.  Amma  çox  vaxt  qapalı  səhmdar  cəmiyyət  for-

masında  olur  ki,  bu  təşkilatlar  da  ölkənin  Mərkəzi  Bankının  verdiyi  lisenziya 

ə

sasında fəaliyyət göstərir.  



Hesablaşma-klirinq  təşkilatları,  kommersiya  şirkətləri  olub,  gəlirlə 

işləməlidir. Onun nizamnamə kapitalı üzvlərinin ödəmələri hesabına yaradılır. 

Bu təşkilatın əsas gəlir mənbəyi aşağıdakı kimidir: 

•   sazişləri qeydiyyatdan keçirmə haqqı; 

•   məlumatların satılmasından əldə edilən gəlir; 

•   tədavüldəki pul vəsaitlərindən əldə edilən gəlir; 

•   öz hesablaşma texnologiyasının satışından daxilolmalar; 

•   digər gəlirlər. 

Hesablaşma-klirinq  təşkilatları  törəmə  qiymətli  kağızlar  olan  fyuçers 

müqavilələri və birja opsionlarının alqı-satqısında mərkəzi yer tutur.  

Hesablaşma-klirinq  təşkilatları  ilə  onun  üzvləri,  birjalar  və  digər  təş-

kilatlar arasında qarşılıqlı münasibətlər müvafiq müqavilələr əsasında qurulur. 

Hesablaşma-klirinq  təşkilatlarının  üzvləri  əsasən  iri  banklar,  iri  maliyyə 

ş

irkətləri, həmçinin də fond və fyuçers birjaları olur.  



Hesablaşma-klirinq  təşkilatlarının  kredit  və  ya  digər  aktiv  əməliyyatları 

həyata  keçirmək  hüququ  yoxdur.  Hesablaşma-klirinq  təşkilatları  depozitari 

xarakterli xidmətləri də həyata keçirir.  

Depozitari  fəaliyyəti.  Depozitar  fəaliyyəti  qiymətli  kağızların  saxlan-

ması və onlara hüquqların, habelə öhdəliklərlə yüklənməsi faktlarının uçotu və 

təsdiq edilməsi üzrə xidmətlərin göstərilməsi üzrə peşəkar fəaliyyətdir (Mülki 

Məcəllə 992-1.11).  

Azərbaycanda  qüvvədə  olan  depozitar  lisenziyasına  3  şirkət  fəaliyyət 

göstərir  ("Bakı  Fond  Birjası"  QSC;  Korporeyt  Trast  Eycensi"  MMC;  "Milli 

Depozit Mərkəzi" QSC).  

Qiymətli  kağızların  və  ya  onların  sertifikatlarının  saxlanılması,  yaxud 

uçotu  və  qiymətli  kağızlara  olan  hüquqların  keçməsi  üzrə  xidmətlər  göstə-



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə