Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,77 Mb.

səhifə90/230
tarix14.09.2018
ölçüsü4,77 Mb.
1   ...   86   87   88   89   90   91   92   93   ...   230

 

 

185



4.4.Nağdsız hesablaşmalar və pul köçürmələri 

 

Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri 

haqqında  təlimat  -  Azərbaycan  Respublikasının  ərazisində  nağdsız  hesablaş-

maların aparılmasını, o cümlədən istifadə edilən ödəniş sənədlərinin forma və 

məzmununu, tərtibi və dövriyyə qaydalarını, habelə pul köçürmələrinin aparıl-

masının qayda və şərtlərini müəyyən edir. Bu Təlimat nağdsız hesablaşmaların 

aşağıdakı formalarını tənzimləyir: 

1. ödəniş tapşırıqları ilə hesablaşmalar; 

2. ödəniş tələbnamə-tapşırıqları ilə hesablaşmalar; 

3. inkasso sərəncamları ilə hesablaşmalar; 

4.  Azərbaycan  Respublikası  Dövlət  Sosial  Müdafiə  Fondunun  (bundan 

sonra  -  Dövlət  Sosial  Müdafiə  Fondu),  vergi  və  gömrük  orqanlarının  sərən-

camları ilə hesablaşmalar. 

nkasso  və  akkreditiv  üzrə  hesablaşmalar  Azərbaycan  Respublikasının 

Mülki Məcəlləsi və bank praktikasında tətbiq olunan işgüzar dövriyyə adətləri 

ilə tənzimlənir. 

Ödəniş  kartları  ilə  hesablaşmalar  Azərbaycan  Respublikası  Mərkəzi 

Bankının “Ödəniş kartlarının emissiyası və istifadə Qaydaları” ilə tənzimlənir. 

Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  972.1-ci  maddəsinə  mü-

vafiq  olaraq  nağdsız  hesablaşmalar  bank  praktikasında  tətbiq  olunan  işgüzar 

dövriyyə adətləri ilə nəzərdə tutulmuş digər formalarda da aparıla bilər.  

Mülki  dövriyyənin  subyektləri  tərəfindən  nağdsız  hesablaşmaların 

forması tərəflər arasında bağlanmış müqavilə ilə müəyyənləşdirilir. 

 Bank  hesabı  üzrə  ödəniş  əməliyyatı  ödəniş  sənədi  əsasında  həyata 

keçirilir.  

Nağdsız hesablaşmalar bu Təlimatın 3.1-ci bəndi ilə nəzərdə tutulmuş 

formalarda həyata keçirilərkən aşağıdakı ödəniş sənədlərindən istifadə edilir: 

1. ödəniş tapşırıqları; 

2. ödəniş tələbnamə-tapşırıqları; 

3. inkasso sərəncamları; 

4.  Dövlət  Sosial  Müdafiə  Fondunun,  vergi  və  gömrük  orqanlarının 

sərəncamları. 

Ödəniş  sənədləri  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsinin  965-ci 

maddəsində  müəyyən  edilmiş  hesabdan  pul  vəsaitinin  silinməsinin  növ-

bəliliyinə uyğun olaraq icra edilir. 

Ödəniş  tapşırıqları  ilə  hesablaşmalar.  Ödəniş  tapşırığı  ilə  he-

sablaşma  zamanı  bank  (emitent  bank)  ödəyicinin  tapşırığı  ilə  onun  bank 

hesabında olan vəsait hesabına ödəniş tapşırığında qeyd olunmuş məbləğdə pul 

vəsaitini  bu  və  ya  başqa  bankda  (benefisiar  bankda)  ödəyicinin  göstərdiyi 

şə

xsin (vəsait alanın) bank hesabına köçürür.  




 

 

186



 Ödəniş tapşırığı ödəyici tərəfindən doldurulur. Ödəniş tapşırıqları ilə 

hesablaşmalar aşağıdakı qaydada aparılır: 

1.  ödəniş  tapşırığı  2  (iki)  nüsxədən  (kağız  daşıyıcısında  olduqda)  az 

olmamaqla emitent banka təqdim edilir; 

2. emitent bankın məsul  şəxsi təqdim  edilən ödəniş tapşırığının qüsurlu 

olub-olmamasını və ödəniş əməliyyatı üçün tələb olunan məbləğin ödəyicinin 

bank hesabında olmasını yoxlayır;  

3.  ödəniş  tapşırığı  qüsurlu  olmadıqda  və  ödəyicinin  bank  hesabında 

ödənişi  təmin  edən  vəsait  olduqda  və  ya  bank  hesabı  müqaviləsinə  müvafiq 

surətdə ödəyicinin bank hesabı kreditləşdirildikdə, emitent bankın məsul şəxsi 

ödəniş  tapşırığının  " cra  haqqında  bank  qeydi"  hissəsində  icra  üçün  qəbul 

olunmasını “icraya qəbul edilmişdir” ştampı və öz imzası ilə təsdiq edərək bir 

nüsxəsini ödəyiciyə qaytarır; 

4.  emitent  bank  ödəniş  tapşırığının  icraya  qəbulundan  imtina  etdikdə 

bunun səbəblərini ödəyiciyə bildirir və ödəniş tapşırığını geri qaytarır; 

5.  icraya  qəbul  edilmiş  ödəniş  tapşırığı  əsasında  emitent  bankın  məsul 

şə

xsi vəsaiti benefisiar banka göndərir; 



6. ödəyici və vəsait alan eyni bankın müştərisi olduqda tərəflər arasında 

hesablaşma bankdaxili müxabirləşmə əsasında həyata keçirilir; 

7.  emitent  bankdan  alınmış  ödəniş  tapşırığının  rekvizitlərində  uyğun-

suzluq olmadıqda, benefisiar bankın məsul şəxsi ödəniş tapşırığını öz ştampı və 

imzası ilə təsdiq edərək vəsait alana təqdim edir; 

8.  benefisiar  bank  ödəniş  tapşırığının  rekvizitlərində  uyğunsuzluq 

olmadıqda pul vəsaitini vəsait alanın bank hesabına mədaxil edir;  

9.  ödəniş  tapşırığının  rekvizitlərində  uyğunsuzluq  olduqda  benefisiar 

bank  emitent  banka  növbəti  iş  günündən  gec  olmayaraq  sorğu  göndərir.  Bu 

sorğu  emitent  bank  tərəfindən  5  (beş)  iş  günü  ərzində  cavablandırılmadıqda, 

benefisiar  bank  ödəniş  əməliyyatı  üzrə  pul  vəsaitini  növbəti  iş  günü  səbəbi 

göstərilməklə emitent banka geri qaytarır; 

10.  emitent  bank  ödəniş  tapşırığı  üzrə  geri  qaytarılmış  pul  vəsaitini 

ödəyicinin bank hesabına mədaxil edir. 

Xarici  valyuta  ilə  ödənişlər  zamanı  vasitəçi  bank  olarsa,  ödəniş  tapşı-

rığının  B1  hissəsinin  "Vasitəçi  bank"  hissəsində  onun  adı  və  ya  SWIFT  B K 

kodu göstərilir. 

Büdcə və büdcədənkənar dövlət fondlarının ödənişlərini həyata keçirmək 

üçün  ödəyici  tərəfindən  sənədin  B1  hissəsində  Azərbaycan  Respublikası 

Maliyyə  Nazirliyinin  Dövlət  Xəzinədarlığı  Agentliyinin  rekvizitləri,  B2 

hissəsində vəsaiti alan büdcə təşkilatının və ya büdcədənkənar dövlət fondunun 

rekvizitləri,  D3  hissəsində  büdcə  təsnifatının  kodu,  D4  hissəsində  isə  büdcə 

səviyyəsinin kodu göstərilir. 

 Ödəniş  tələbnamə-tapşırığı  ilə  hesablaşmalar.  Ödəniş  tələbnamə-

tapşırığı ilə hesablaşmalar zamanı emitent bank ödəyicinin əvvəlcədən verdiyi 





Dostları ilə paylaş:
1   ...   86   87   88   89   90   91   92   93   ...   230


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə