Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə92/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   88   89   90   91   92   93   94   95   ...   230

 

 

189



tam  və  ya  qismən icra olunmadıqda icraçı  bankın  məsul şəxsi  bu  barədə icra 

sənədində  qeyd  yazır  və  öz  imzası  və  ştampı  ilə  təsdiqləyərək  müddət  başa 

çatdığı gündən 2 (iki) iş günü gec olmayaraq icra məmuruna təqdim edir. 

nkasso  sərəncamı  qismən  ödənildikdə  icraçı  bankın  məsul  şəxsi  onun 

bankda  olan  nüsxəsinin  müvafiq  hissələrində  qismən  ödənişin  tarixini  və 

məbləğini,  habelə  ödənişin  qalıq  məbləğini  qeyd  edir,  onları  öz  imzası  və 

ş

tampı ilə təsdiqləyir. 



nkasso  sərəncamı  tam  ödənildikdə  icraçı  bankın  məsul  şəxsi  icra 

sənədində qeyd yazır, onu öz imzası və ştampı ilə təsdiqləyir və bir nüsxəsini 

bankda saxlayaraq sənədi icra məmuruna qaytarır. 

 Dövlət  Sosial  Müdafiə  Fondunun,  vergi  və  gömrük  orqanlarının 

sərəncamları ilə hesablaşmalar 

 Dövlət Sosial Müdafiə Fondunun sərəncamları ilə hesablaşmalar zamanı 

borclunun  (ödəyicinin)  bank  hesabına  xidmət  göstərən  bank  (icraçı  bank) 

Dövlət  Sosial  Müdafiə  Fondunun  icra  sənədi  olan  sərəncamına  uyğun  olaraq 

məcburi  dövlət  sosial  sığorta  haqları  üzrə  borcların  və  tətbiq  edilmiş  maliyyə 

sanksiyalarının  Fondun  hesabına  alınmasını  “Sosial  sığorta  haqqında” 

Azərbaycan  Respublikası  Qanununun  14-cü  maddəsi  ilə  müəyyən  edilmiş 

qaydada həyata keçirir. 

Sərəncam Dövlət Sosial Müdafiə Fondunun təsdiq etdiyi formaya uyğun 

olaraq icraçı banka təqdim edilir. 

Sərəncam 4 (dörd) nüsxədə (kağız daşıyıcısında olduqda) tərtib edilir və 

hər  bir  nüsxə  Dövlət  Sosial  Müdafiə  Fondunun  səlahiyyətli  vəzifəli  şəxsinin 

imzası və möhürlə təsdiqlənir. Sərəncam qüsurlu olmadıqda bankın məsul şəxsi 

onu  dərhal  icraya  qəbul  edir,  qüsurlu  olduqda  isə  sərəncamın  müvafiq 

hissəsində  səbəbini  göstərməklə  sərəncamı  Dövlət  Sosial  Müdafiə  Fonduna 

geri qaytarır. 

Nüsxələrdən  biri  vəsaiti  ödəyicinin  bank  hesabından  silmək  üçün  əsas 

olur  və  icraçı  bankda  qalır.  kinci  nüsxə  sərəncamın  icraya  qəbul  olunması 

barədə  iltizam  kimi  icraçı  bankın  məsul  şəxsinin  imzası  və  ştampı  ilə  təs-

diqlənir,  Dövlət  Sosial  Müdafiə  Fonduna  qaytarılır.  Bankın  məsul  şəxsi  sə-

rəncamın bir nüsxəsini müvafiq qeydlərlə bu Təlimatın 8.6-cı bəndində nəzərdə 

tutulmuş  qaydada  Dövlət  Sosial  Müdafiə  Fonduna  təqdim  edir.  Dördüncü 

nüsxə ödəyiciyə verilir. 

Ödəyicinin bank hesabında vəsait olmadıqda və ya çatışmadıqda Dövlət 

Sosial  Müdafiə  Fondunun  sərəncamı  icraya  qəbul  olunduğu  gündən  90 

(doxsan) gün ərzində icraçı bankda saxlanılır. Bu barədə icraçı bank növbəti 

(iki) iş günü ərzində Fonda yazılı bildiriş verir. 

cra  olunan  sərəncam,  habelə  icra  olunmayan  və  ya  qismən  icra  olunan 

sərəncam  bu  Təlimatın  8.5-ci  bəndində  nəzərdə  tutulmuş  müddət  başa 

çatdıqdan sonra növbəti 2 (iki) iş günündən gec olmayaraq bankın məsul şəxsi 



 

 

190



tərəfindən üzərində müvafiq qeydlər aparılaraq imzası və ştampı ilə təsdiq edilir 

və Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. 

Sərəncam  Dövlət  Sosial  Müdafiə  Fondu  tərəfindən  geri  götürüldükdə 

sərəncamın  bir  nüsxəsi  üzərində  müvafiq  qeyd  aparılaraq  bankda  saxlanılır. 

Ödəyicinin bank  hesabı bağlandıqda sərəncamın üzərində bu  Təlimatın  8.6-cı 

bəndində nəzərdə tutulmuş qaydada müvafiq qeyd aparılır və növbəti 2 (iki) iş 

günündən gec olmayaraq Dövlət Sosial Müdafiə Fonduna təqdim edilir. 

Vergi  orqanlarının  sərəncamları  ilə  hesablaşmalar  zamanı  borclunun 

(ödəyicinin) bank hesabına xidmət göstərən bank (icraçı bank) vergi orqanının 

icra (ödəniş) sənədi olan sərəncamına uyğun olaraq vergilər, faizlər və ya tətbiq 

edilmiş maliyyə sanksiyaları üzrə ödəyicinin milli və ya xarici valyutada bank 

hesabında olan pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulmasını və ya 

vergilər,  faizlər  və  maliyyə  sanksiyaları  üzrə  borcların  ödəyicinin  bank  hesa-

bından  dövlət  büdcəsinə  alınmasını  Azərbaycan  Respublikası  Vergi  Məcəl-

ləsinin 65-ci maddəsi ilə müəyyən edilmiş qaydada həyata keçirir. 

Sərəncam  Azərbaycan  Respublikası  Vergilər  Nazirliyinin  təsdiq  etdiyi 

formaya uyğun olaraq icraçı banka təqdim edilir. 

Sərəncam 4 (dörd) nüsxədə (kağız daşıyıcısında olduqda) tərtib edilir və 

hər bir nüsxə vergi orqanının səlahiyyətli vəzifəli şəxsinin imzası və möhürlə 

təsdiqlənir. Sərəncam qüsurlu olmadıqda bankın məsul şəxsi onu dərhal icraya 

qəbul  edir,  qüsurlu  olduqda  isə  sərəncamın  müvafiq  hissəsində  səbəbini 

göstərməklə sərəncamı vergi orqanına geri qaytarır. 

Nüsxələrdən  biri  vəsaiti  ödəyicinin  bank  hesabından  silmək  üçün  əsas 

olur  və  icraçı  bankda  qalır.  kinci  nüsxə  sərəncamın  icraya  qəbul  olunması 

barədə  iltizam  kimi  icraçı  bankın  məsul  şəxsinin  imzası  və  ştampı  ilə  təs-

diqlənir, vergi orqanına qaytarılır. Sərəncam tam icra olunduqdan sonra bankın 

məsul  şəxsi  onun  üçüncü  nüsxəsi  üzərində  müvafiq  qeydlər  yazır,  onları  öz 

imzası və ştampı ilə təsdiqləyərək vergi orqanına təqdim edir. Dördüncü nüsxə 

ödəyiciyə verilir.  

Sərəncam  vergi  orqanı  tərəfindən  geri  götürüldükdə  və  ya  ödəyicinin 

bank  hesabı  bağlandıqda  həmin  ana  qədər  qismən  icra  olunan  sənəd  bu 

Təlimatın  8.11-ci  bəndində  nəzərdə  tutulmuş  qaydada  vergi  orqanına  təqdim 

edilir. 

Azərbaycan  Respublikası  Gömrük  Məcəlləsinin  249.3-cü  maddəsinə 

müvafiq  olaraq  vaxtında  ödənilməmiş  gömrük  borcları  gömrük  orqanlarının 

icra  (ödəniş)  sənədi  əsasında,  vergi  borclarının  dövlət  büdcəsinə  alınmasının 

qaydalarına uyğun olaraq, ödəyicinin bank hesablarından tutulur.Dövlət Sosial 

Müdafiə  Fondunun,  vergi  və  gömrük  orqanlarının  sərəncamlarının  elektron 

qaydada təqdim edilməsi, icraya qəbul olunması və icrası ilə bağlı digər məsə-

lələr müvafiq dövlət orqanları ilə banklar arasında qarşılıqlı razılaşma əsasında 

müəyyən edilir.  

Pul köçürmələri milli və xarici valyutada həyata keçirilir. 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   88   89   90   91   92   93   94   95   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə