Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə94/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   90   91   92   93   94   95   96   97   ...   230

 

 

194



“Azərbaycan Respublikasında nağdsız hesablaşmalar və pul köçürmələri  

haqqında Təlimat”a Əlavə № 3 



  NKASSO SƏRƏNCAMI № 

«__» ___________ 20__ il 

(tarix) 


 

 

Vəsait alanın bankı 

Adı………………………………... 

Kodu……………………………… 

VÖEN………………………….… 

Müxbir hesab……………….….… 

SWIFT B K………………….…... 

  

craçı bank 

Adı…………………………..…… 

Kodu……………………………… 

VÖEN…………………………… 

Müxbir hesab……………..……… 

SWIFT B K………………………. 

  

Vəsait alan 

Adı………………………….…… 

…………………………………… 

Hesab №..………………………… 

VÖEN…………………………… 



Ödəyici 

Adı………………………………… 

……………………………………… 

Hesab 


..…………………………… 

VÖEN……………………………… 

Valyuta növü 

Köçürülən 

Məbləğ rəqəmlə……………………………………………………… 

Məbləğ yazı ilə………………………………………………………… 

 ………………………………………………………......…………… 



Ödənişin təyinatı…………………………………………………………… 

……………………………………………………………………………… 

……………………………………………………………………………… 

……………………………………………………………………………… 

……………………………………………………………………………… 

cra məmurunun imzası(ları) 1. 

  2. 

 M.Y. 

  

craçı bankın qeydləri 

Qismən 


ödənişin 

tarixi 


Qismən 

ödənişin 

məbləği 

Ödənişin 

qalığının 

məbləği 


mza 

  

  

  

  



  

  

  



  

 



 

 

195



 

4.5. Bank hesablarının növləri və standart bank hesab nömrəsi (IBAN) 

Bank hesabları aşağıdakı növlərə bölünür: 

1.  cari hesablar; 

2.  cari subhesablar; 

3.  ssuda hesabları; 

4.  əmanət (depozit) hesabları; 

5.  Müxbir hesablar. 

Cari hesablar dövlət orqanlarının, bələdiyyələrin, hüquqi şəxslərin, on-

ların  filial,  nümayəndəlik  və  digər  ayrıca  bölmələrinin,  ailə  kəndli  təsər-

rüfatının,  həmçinin  fərdi  sahibkarların  maliyyə-təsərrüfat  fəaliyyəti  ilə  bağlı 

bank  əməliyyatlarının  aparılması  üçün  açılır.  Fiziki  şəxslərin  cari  hesabları 

onların  hesabına  daxil  olan  pul  vəsaitini  qəbul  etmək  və  hesaba  salmaq,  he-

sabdan pul vəsaitlərini köçürmək və vermək, habelə hesab üzrə digər əməliy-

yatların  aparılmasına  dair  sərəncamlarını  yerinə  yetirmək  üçün  açılır.  Həm-

karlar  ttifaqının ilk təşkilatı üçün cari hesablar qanunvericiliklə və nizamnamə 

ilə onların üzərinə qoyulmuş vəzifələrin icrası üçün açılır. 

Büdcə təşkilatlarına  cari  hesablar  yalnız xarici dövlət və hüquqi şəxslər 

tərəfindən  məqsədli  təyinat  üzrə  verilən  yardım  və  qrantların  alınması  və 

istifadəsi üzrə bank əməliyyatlarının aparılması üçün açılır. 

Cari hesablara müvəqqəti cari hesablar və xüsusi cari hesablar da aiddir. 

Müvəqqəti  cari  hesablar  təsərrüfat  ortaqlıqları,  cəmiyyətləri,  kooperativlər  və 

digər  təsərrüfat  subyektlərinə  onların  dövlət  qeydiyyatına  alınanadək  müvafiq 

olaraq  nizamnamə,  şərikli  kapitallarının,  habelə  paylarının  ödənilməsi  üçün 

açılır. Xüsusi  cari  hesablara məhkəmələrin  və məhkəmə  icraçısı qurumlarının 

depozit hesabları, habelə notariusların depozit, sığorta girovu və zəmanət kas-

sası  hesabları  aiddir.  Məhkəmənin  və  məhkəmə  icraçıları  qurumunun  depozit 

hesabları qanunvericilikdə nəzərdə tutulmuş məqsədlərlə bank əməliyyatlarının 

aparılması üçün açılır. Sığorta girovu və zəmanət kassası hesabı xüsusi qaydada 

notariat  fəaliyyəti  həyata  keçirilən  zaman  fəaliyyət  nəticəsində  vurula  biləcək 

ziyanın  ödənilməsi  və  xüsusi  notariusun  məsuliyyətinə  zəmanət  vermək 

məqsədilə  qanunla  nəzərdə  tutulmuş  pul  vəsaitlərinin  yığılması  və  istifadəsi 

üçün xüsusi notariuslara açılır.  

Notariusun  depozit  hesabı  qanunvericilikdə  nəzərdə  tutulmuş  hallarda 

hüquqi və fiziki şəxslərdən pul vəsaitlərinin, qiymətli kağızların daxil olması, 

saxlanması  və  digər  əməliyyatların  aparılması  üçün  dövlət  və  xüsusi  nota-

riuslara açılır.  

Cari  subhesablar  hüquqi  şəxslərə  onların  regional  fəaliyyətləri  ilə  əla-

qədar  filial  və  nümayəndəlik  statusu  daşımayan  və  olduğu  yerdən  kənarda 

yerləşən  struktur  bölmələrinə  açılır.  Bu  hesablara  daxil  olan  vəsaitlər  həmin 

struktur bölmələrinin işçilərinin əməkhaqları və əməkhaqqı ilə bağlı digər məc-

buri  köçürmələrin,  habelə  bu  qurumların  fəaliyyətini  təmin  edən  zəruri  kom-

munal xərclərin ödənilməsi üzrə ödənişləri istisna olmaqla, baş təşkilatla bağ-




 

 

196



lanmış  bank  hesabı  müqaviləsində  müəyyən  olunmuş  müddətlərdə  baş 

təşkilatın cari hesabına köçürülməlidir.  



Ssuda hesabları bankın müştərilərə verdiyi kreditlərin uçotu üçün, kredit 

müqaviləsində  nəzərdə  tutulduğu  hallarda  isə,  həmçinin  kredit  vəsaitlərinin 

istifadəsi və ödənilməsi ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır. 

Ə

manət  (depozit)  hesabları  bank  əmanəti  (depozit)  müqaviləsinə 

ə

sasən  müştərilərin  əmanətlərinin  uçotu,  pul  vəsaitlərinin  əmanətlərə  cəlb 



edilməsi və müvafiq əməliyyatların aparılması üçün açılır.  

Müxbir hesablar bankların özlərinin və müştərilərinin bank əməliyyatla-

rının aparılması məqsədilə yerli və xarici banklar üçün açılır. 

Bankçılıq  Standartları  üzrə  Avropa  Komitəsi  (ECBS)  və  Standart-

laşdırma  üzrə  Beynəlxalq  Təşkilat  ( SO)  tərəfindən  müəyyən  edilmiş  SO 

13616 beynəlxalq standartına uyğun olaraq yaradılan və banklar, poçt-maliyyə 

xidmətləri göstərən poçt rabitəsi milli operatoru və Maliyyə Nazirliyinin Dövlət 

Xəzinədarlıq  Agentliyi  (maliyyə  institutları)  tərəfindən  müştərilərə  təqdim 

edilən standart bank hesab nömrəsidir. Elektron ödəniş məkanında bank müş-

tərilərinin  identifikasiya  edilməsinin  təkmilləşdirilməsi,  ödənişlərin  emalı  za-

manı avtomatlaşdırılma səviyyəsinin yüksəldilməsi və hal-hazırda tətbiq edilən 

bank hesablarının strukturundakı pərakəndəliyin aradan qaldırılması məqsədilə 

beynəlxalq  təcrübəyə  əsaslanaraq  respublikada  IBAN-ın  tətbiqi  qərara  alın-

mışdır.  Bu  tədbirin  həyata  keçirilməsi  üçün  Mərkəzi  Bankın,  Vergilər  Na-

zirliyinin,  Maliyyə  Nazirliyinin,  Dövlət  Sosial  Müdafiə  Fondunun,  Banklar 

Assosiasiyasının və kommersiya banklarının (Beynəlxalq Bank, Kapital Bank, 

Standart Bank, Unibank, Bank Respublika və Muğanbank) nümayəndələrindən 

ibarət  17.06.2010-cu  il  tarixində  şçi  Qrup  ( Q)  yaradılmışdır.  Q  tərəfindən 

IBAN strukturu müəyyən edilmiş, ödəniş sistemlərində istifadə olunan ödəniş 

formatlarında  ediləcək  dəyişikliklər  dəqiqləşdirilmiş  və  bir  sıra  zəruri  mate-

riallar hazırlanmışdır.  

Respublikada  Q tərəfindən qəbul edilmiş IBAN aşağıdakı struktura ma-

likdir: 


 

 

2 simvol – Azərbaycan Respublikasının ölkə kodudur (“AZ”). 



2 simvol – nəzarət rəqəmidir. 

4 simvol – maliyyə institutunun SWIFT BIC-inin ilk 4 simvoludur. 

20  simvol  –  müştəri  hesab  nömrəsidir.  Müştəri  hesab  nömrəsinin  sim-

vollarının sayı 20-dən az olarsa, onun əvvəlinə sıfırlar əlavə edilir. 

Azərbaycanda  IBAN-ın  tətbiqinin  məqsədi  maliyyə  institutlarında 

mövcud  olan  hesab  strukturlarının  beynəlxalq  standart  əsasında  unifikasiya 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   90   91   92   93   94   95   96   97   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə