Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə96/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   92   93   94   95   96   97   98   99   ...   230

 

 

200



42-ci maddələri istisna olmaqla, digər müddəaları «Kredit  ttifaqları haqqında» 

Azərbaycan  Respublikasının  Qanununa  və  digər  qanunvericiliyə  müvafiq 

olaraq,  lisenziyalaşdırılan  və  tənzimlənən  kredit  ittifaqlarına  və  başqa  bank 

olmayan  kredit  təşkilatlarına  şamil  olunmur.  Bank  olmayan  kredit  təşkilatla-

rının  bank  fəaliyyətinin  lisenziyalaşdırılması  və  tənzimlənməsi  qüvvədə  olan 

qanunvericilik  və  Mərkəzi  Bankın  normativ  xarakterli  aktları  ilə  həyata 

keçirilir.  Bank  olmayan  kredit  təşkilatlarına  rəhbərlik  edən  işçilərin  peşə 

ixtisasına və təcrübəsinə dair tələblər Mərkəzi Bank tərəfindən müəyyən edilir.  

Bank  ən  azı  üç  hüquqi  və/və  ya  fiziki  şəxs  tərəfindən  açıq  səhmdar 

cəmiyyəti  formasında  yaradılır.  Siyasi  partiyalar,  ictimai  birliklər,  fondlar  və 

digər qeyri-kommersiya təşkilatları bankın səhmdarı ola bilməzlər. Bank yalnız 

adlı səhmlər buraxa bilər. Bankın imtiyazlı səhm sahibləri səs hüququna malik 

ola  bilməzlər.  Bankın  təsisçiləri  olan  səhmdarları  onun  sonrakı  səhmdarlarına 

nisbətən  hər  hansı  əlavə  üstünlüklərə  malik  ola  bilməz  və  ya  hər  hansı  əlavə 

vəzifələr daşıya bilməzlər. 

Banklar,  Mərkəzi  Bankdan  aldığı  bank  lisenziyasında  qadağan  edilmə-

mişdirsə, aşağıdakı fəaliyyət növləri ilə məşğul ola bilərlər: 

1.  tələbli  və  müddətli  depozitlərin  (əmanətlərin)  və  digər  qaytarılan  və-

saitlərin cəlb edilməsi; 

2.  kreditlərin  (təminatlı  və/və  ya  təminatsız)  verilməsi,  o  cümlədən 

istehlak  və  ipoteka  kreditləşdirilməsi,  reqres  hüququ  ilə  və  ya  belə  hüquq  ol-

madan faktorinq, forfeytinq, lizinq xidmətləri və digər kreditləşdirmə növləri; 

3. fiziki və hüquqi şəxslərin hesablarının, o cümlədən bankların müxbir 

hesablarının açılması və aparılması; 

4.  klirinq,  hesablaşma-kassa  xidmətləri,  pul  vəsaitinin,  qiymətli  ka-

ğ

ızların və ödəniş vasitələrinin köçürülməsi üzrə xidmətlər göstərilməsi; 



5. ödəniş vasitələrinin (o cümlədən kredit və debet kartları, yol çekləri və 

bank köçürmə vekselləri) buraxılması; 

6. öz hesabına və ya müştərilərin hesabına maliyyə vasitələrinin (o cüm-

lədən çeklərin, köçürmə veksellərinin, borc öhdəliklərinin və depozit sertifikat-

larının), xarici valyutanın, qiymətli metalların və qiymətli daşların , valyuta və 

faiz  vasitələrinin,  səhmlərin  və  digər  qiymətli  kağızların,  habelə  forvard  kon-

traktlarının,  svoplara  dair  sazişlərin,  fyuçerslərin,  opsionların  və  valyutalara, 

səhmlərə,  istiqrazlara,  qiymətli  metallara  və  ya  faiz  dərəcələrinə  aid  digər 

törəmə vasitələrin satın alınması və satılması; 

7. qiymətli metalların əmanətə cəlb edilməsi və yerləşdirilməsi; 

8. öhdəliklərin icrasına təminatların, o cümlədən qarantiyaların verilməsi 

və öz hesabına və ya müştərilərin hesabına akkreditivlərin açılması; 

9. qiymətli kağızlar bazarında peşəkar fəaliyyət; 

10.  maliyyə  müşaviri,  maliyyə  agenti  və  ya  məsləhətçisi  xidmətlərinin 

göstərilməsi; 



 

 

201



11.  kreditlərə  və  kredit  qabiliyyətinin  yoxlanılmasına  dair  informasiya 

verilməsi və xidmətlər göstərilməsi; 

12. sənədləri və qiymətliləri, o cümlədən pul vəsaitlərini saxlanca qəbul 

etmək (xüsusi otaqlarda və ya seyf qutularında saxlamaq); 

13. qiymətlilərin, o cümlədən banknotların və sikkələrin inkassasiya edil-

məsi və göndərilməsi. 

Heç bir bank topdansatış və ya pərakəndə ticarət, istehsal, nəqliyyat, kənd 

təsərrüfatı, yataqların işlənilməsi, tikinti və sığorta fəaliyyəti ilə məşğul ola və 

ya sığorta təşkilatları istisna olmaqla tərəfdaş, şərik və ya payçı kimi bunlarda 

iştirak edə bilməz. 



 

5.2. Bank fəaliyyətinin özəllikləri , əsas prinsipi və funksiyaları 

 

Bankların  fəaliyyəti  sənaye,  aqrar,  tikinti  və  nəqliyyat  müəssisələrindən 

çox fərqlidir. Bunu aşağıdakı şəkildə sıralaya bilərik: 

1) quruluş yönündən bankların fəaliyyət göstərməsi üçün digər kommer-

siya şirkətlərindən fərqliliyi onların lisenziyalarının Mərkəzi Bankdan alınması 

şə

rtidir; 



2)  bankın  qurucularının  şəxsiyyətləri,  vicdan  və  xarakterləri  özəl  bir 

araşdırma mövzusudur; 

3) öz kapital və cəlb edilmiş sərmayə nisbəti çox fərqlidir. Ümumiyyətlə, 

banklarda borc vəsaiti öz sərmayəsinə nisbətən çoxdur. Lakin bu çoxluq hudud-

suz deyil, qanunla tənzimlənir; 

4) banklar mal deyil, satınalma gücü istehsal edir. Bankçılıq pul ticarəti 

deməkdir.  Bir tərəfdən  ucuz faizlə  aldığı pulları, digər tərəfdən nisbətən daha 

yüksək faizlə satmaq nəticəsində mənfəət əldə etməyə çalışır.  

5) banklar digər müəssisələrdən fərqli olaraq, rentabellik likvidlik və ris-

kin bölüşdürülməsi prinsiplərinə çox bağlıdırlar. Banklar mümkün olduğu qə-

dər ucuz bir faizlə, hətta yerinə görə faizsiz təmin edərək, ən yüksək faizlə ehti-

yacı olan iqtisadi vahidlərə borc olaraq vəsait verir. Bu borc müəyyən bir təmi-

nata bağlı olaraq verilir. Bu təminat maddi olduğu kimi şəxsin etibarına görə də 

müəyyən edilə bilər. Banklar əlindəki pulu mümkün olduğu qədər çox fiziki və 

hüquqi şəxslərə paylamaq üçün kassasındakı aktivlərinin müəyyən bir hissəsini 

nağd pul şəklində saxlayır; 

6) dövlət orqanları tərəfindən çox ciddi nəzarət altındadırlar; 

7) qanun, banklara kassalarında borclarına qarşı hər an likvid varlıqların 

nisbətini təsbit etdiyi halda, digər müəssisələrdə belə bir məcburiyyət yoxdur; 

8) banklar pul yaratmaqla tədavüldə pulun miqdarına təsir edərək qiymət 

mexanizminə  təsir  edə  bilir,  lakin  digər  müəssisələrin  belə  bir  təsiretmə  im-

kanları mümkün deyildir; 

9)  bankların  quruluş  sərmayələrinin  böyük  olması  tələb  edilir.  Hazırda 

Azərbaycanda yeni bank açmaq üçün 50 milyon manat tələb edilir; 




Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   92   93   94   95   96   97   98   99   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə