Microsoft Word zahid -ders vesaiti docx



Yüklə 4,22 Mb.
Pdf görüntüsü
səhifə98/230
tarix14.09.2018
ölçüsü4,22 Mb.
#68459
1   ...   94   95   96   97   98   99   100   101   ...   230

 

 

204



təhlil  obyektində  saxlamalı  və  güclü  maliyyə-hüquqi  ekspertlər  ilə  müştə-

rilərinə professional planlaşdırma xidməti göstərməlidirlər.  



Kredit pullarının emissiyası. Banklar depozit-kredit emissiyasını həyata 

keçirərək  dövriyyədəki  pul  kütləsini  artırır.  Müştəriyə  verilmiş  kredit  onun 

tələb edilənədək hesabına yazılaraq bankın öhdəliyini artırır. Hesabın sahibi və-

saiti  nağdlaşdıraraq  dövriyyədəki  nağd  pul  kütləsini  artıra  bilər.  Amma  iq-

tisadiyyat müəyyən həcmli pul kütləsi tələb etdiyindən bankların bu funksiyası 

mərkəzi banklar tərəfindən ya məhdudlaşdırılır, ya da stimullaşdırılır. 



Məsləhət  xidməti.  Ənənəvi  olaraq  müştərilər  banklara  müraciət  edərək 

kreditin,  əmanətin,  investisiyaların  optimal  istifadəsini  onlarla  müzakirə  edir. 

Banklar vergi deklarasiyalarını və biznes-planları tərtib etməkdən tutmuş daxili 

və  xarici  bazarlarda  marketinq  araşdırmaları,  mal  və  xidmətlərin  bazarda  irə-

liləməsi barədə məsləhətlər verir. Banklar hesablaşma əməliyyatı, əmanət qoy-

anların,  kredit  götürmək  istəyənlərin  arasında  vasitəçi  olaraq  külli  miqdarda 

informasiyanı  təhlil  edir.  Məhz  bu  qabiliyyət  göstərilən  finksiyanı  daşımaqda 

bankları başqa uyğun subyektlərdən fərqləndirir. 



Dəyərli  əşyaların saxlanması. Qədimdən bankların əsas xidmət növlə-

rindən  biri  də  dəyərli  əşyaların  saxlanmasıdır.  Zinət  əşyaları,  sənədlər  və  s. 

şə

xsi ləvazimatlar yanmayan seyflərdə qorunur. Bankın mühafizəsi müştərilərin 



rahat dincəlmə ehtimalını artırır. 

Valyuta mübadiləsi. Bu xidmət növü də bank təkamülündə əhəmiyyətli 

rol oynamışdır. Bu gün dünya maliyyə bazarının riskli olması bu əməliyyatların 

geniş  mənada  iri  banklar  tərəfindən  aparılmasına  gətirib  çıxarıb.  Buna  səbəb 

vəsaitin  likvidliyi  problemi  və  zəngin  təcrübənin  vacibliyidir.  Geniş  mənada 

aparılan bu əməliyyatlar dilinq adlandırılır. 

Lizinq xidməti. Banklar müştərilərinə avadanlıq almaq üçün kredit əvə-

zinə lizinq təklif edir. Yəni bank öz vəsaiti olaraq onu icarəyə verir. Lizinq ödə-

nişləri tam ödənildikdən sonra avadanlıq ya bankın, ya da müştərinin sərənca-

mında qalır. 



Vençur kapitalının təklifi. Banklar getdikcə riskli sahələrin maliyyəsinə 

vəsait ayırır. Vençur kapitalı əsasən yüksək texnologiyalar siyahısına aid layi-

hələrdir ki, ənənəvilikdən uzaq iflasa uğramaq ehtimalı çox olan, lakin yüksək 

gəlir də gətirə bilən biznes-planlar əsasında həyata keçirilir. 



Pensiya  təminatı.  Banklar  pensiya  fondlarının  maraq  dairəsinə  daxil 

olaraq vətəndaşların qocalığının təmini ilə məşğul olur. Bu, bilavasitə şəxslərlə, 

ya da müəssisələrlə bağlanan müqavilə əsasında olur. Daxil olan vəsait akku-

mulyasiya  edilərək  investisiyalara  yönəldilir.  Vətəndaşlar  təqaüd  yaşına  çat-

dıqda və  ya onlar əmək qabiliyyətini itirdikdə ödənişlər başlanır. Bu resurslar 

uzunmüddətli  vəsait  kimi  bankların  investisiya  fəaliyyətində  mühüm  rol  oy-

nayır.  

 

 




 

 

205



5.3. Bank fəaliyyətinin həyata keçirilməsi üçün lisenziya 

 

Mərkəzi  Bank  bank  lisenziyalarının  verilməsində  və  ləğv  edilməsində, 

habelə  filiallar,  şöbələr  və  nümayəndəliklər  açmaq  üçün  banklara  icazə  veril-

məsində və verilmiş icazələrin ləğvində müstəsna hüquqlara malikdir. Bank li-

senziyaları  və  icazələr  yazılı  formada  müddətsiz  olaraq  verilir.  Bank 

lisenziyaları və icazələr yalnız onları almış şəxslər tərəfindən istifadə edilə bilər 

və  üçüncü  şəxslərə  verilə  bilməz  (Banklar  haqqında  Azərbaycan  Respub-

likasının Qanunu - Maddə 6). 

Mərkəzi  Bank  bank  lisenziyasında  və  ya  icazəsində  kifayət  qədər 

təşkilati-texniki  hazırlığa  və  ya  ixtisasa  malik  olmayan  bankın  bəzi  fəaliyyət 

növlərini məhdudlaşdırmaq hüququna malikdir.  

Mərkəzi  Bankın  «Bank  lisenziyalarının  və  icazələrin  alınması  üçün 

müraciət  qaydaları  haqqında  təlimat»  Azərbaycan  Respublikasının  ərazisində 

banklara  və  xarici  bankların  yerli  filiallarına  bank  lisenziyasının,  habelə  yerli 

bankların  filiallarına,  xarici  nümayəndəliklərinə  və  xarici  bankların  yerli 

nümayəndəliklərinə  icazənin  alınması  üçün  müraciətlərin  və  onlara  əlavə 

olunan sənədlərin forma və məzmununu müəyyən edir.  

Bank lisenziyasının alınması üçün ilkin müraciət. Bank lisenziyasının 

alınması  üçün  ilkin  müraciət  bankın  bütün  təsisçiləri  tərəfindən  və  ya  onların 

müvafiq qaydada vəkil etdikləri şəxs tərəfindən imzalanır və imza(ları) notariat 

qaydasında təsdiq olunur.  

Bank  lisenziyasının  alınması  üçün  ilkin  müraciətə  aşağıdakı  sənədlər 

ə

lavə olunmalıdır: 



1. bankın təklif edilən nizamnamə kapitalının miqdarı, bankın nizamna-

mə kapitalında təklif edilən hər bir səhmdarın payı haqqında məlumat; 

2.  bankın  səsvermə  hüququ  olan  səhmlərini  əldə  edəcək  hər  bir  sahibi 

üçün. 


Həmin sahib hüquqi şəxs olduqda: 

 1)  onun  adını,  ünvanını,  kommersiya  fəaliyyətinin  növünü,  onun  digər 

təşkilatlarda  mühüm  iştirak  paylarını,  habelə  onun  kapitalında  digər  şəxslərin 

mühüm iştirak paylarını göstərən məlumat;  

2) dövlət qeydiyyatı haqqında sənədlərin (nizamnamənin, şəhadətnamə-

nin)  və  nəzərdə  tutulan  iştirak  payının  əldə  edilməsi  barədə  səlahiyyətli 

idarəetmə orqanının qərarının notariat qaydasında təsdiq edilmiş surəti;  

3)  azı  son  üç  maliyyə  ilini  (hüquqi  şəxs  üç  ildən  az  müddətdə  yaradıl-

dıqda  isə  son  maliyyə  illəri  və  ya  ili)  əhatə  edən  və  auditor  yoxlamasından 

keçmiş maliyyə hesabatlarının (balansın, mənfəət və zərər haqqında hesabatın, 

nağd pulun hərəkəti barədə hesabatın) və auditor rəyinin əslləri və ya notariat 

qaydasında təsdiq edilmiş surətləri. 

Həmin sahib xarici hüquqi şəxs olduqda:  



Yüklə 4,22 Mb.

Dostları ilə paylaş:
1   ...   94   95   96   97   98   99   100   101   ...   230




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə