Microsoft Word Zahid ikinci kitab



Yüklə 2,17 Mb.
Pdf görüntüsü
səhifə1/100
tarix02.01.2018
ölçüsü2,17 Mb.
#19442
  1   2   3   4   5   6   7   8   9   ...   100


Milli Kitabxana  

 

 



 

 



 


 

Milli Kitabxana  

 

 



 

2

 



 

 

 


Milli Kitabxana  

 

 



 

 



 

KİÇİK HЕKAYƏNİN İMKANLARI  

 

Zahid Xəlil Azərbaycan uşaq  ədəbiyyatını dünya 



səviyyəsinə qaldıran görkəmli sənətkardır.  Onun nəsr  əsərləri 

H.X.Andersen, C.Rodari, Qrimm qardaşları, E.S.Tomson, 

R.Kiplinq sənəti ilə səsləşən gözəl nümunələrdir. 

H.X.Andersenin qərb cəmiyyətlərində kök salan 

qüsurlara yumorlu gülüşü (“Noxud üstündə yatan şahzadə qız”, 

“Çirkin ördək balası” və s.) Zahid Xəlilin yaradıcılığında öz 

mühitinə qarşı yeni bir ironiya şəklində meydana çıxır 

(“Qulamın qəribə qarnı”, Ləyaqətli adam və onun axırı”). 

Andersenin bu xoşbəxt təbəssümünə qəzəbli notlar əlavə edir. 

(“ Onun adının qabağına bir “ləyaqətsiz” sözü yazdılar.” 

“Ləyaqətsiz adam”. Bax belə.) və gülüşünü öz müəlliminə 

nisbətən konkret qüsurlara yönəldir, beləliklə, daha  çox realist 

olur. 

Andersen — Zahid Xəlil dünyanın müxtəlif qütblərində 



səs-səsə verib oxuyan iki bülbülü xatırladır. Lakin ikinci 

bülbülün səsində kədər notları daha  çoxdur, o, öz bağçasında 

gördüyü qüsurların düzəldilməsini zəruri hesab edən kədərli 

səsi ilə bülbül xoşbəxtliyindən xeyli fərqli nəğmələr oxuyur. 

Bu kədər  əsərin çox dərin qatlarında yerləşdiyinə görə 

onu yaşca böyük olan oxucular sezsə də uşaqlar hiss etmirdilər. 

Bəlkə elə buna görədir ki, bu hekayələr təkcə  uşaqları deyil, 

böyükləri də maraqlandırır. Böyüklər üçün nəşr olunan, dünya 

səviyyəsində ciddi bir qəzet kimi tanınan “Literaturnaya 

qazeta” nın bu hekayələrdən bir qismini (“Kölgələr”, “Limonad 

içməyin”, “Yanğınsöndürən maşın”) öz səhifələrində  çap 

etməsi və bu əsərləri SSRİ miqyasında  ən yaxşı yumoristik 

hekayələr hesab edərək ona “Zolotoy telyonok” mükafatı 

verməsi təsadüfü deyildi. 




 

Milli Kitabxana  

 

 



 

4

Bu nöqtədə Zahid Xəlil Andersen ilə tam səsləşir. 



Andersenin də əsərlərini böyüklər eyni maraqla oxuyur. Hətta 

Andersenin heykəlinin altında yazılan “1 yaşdan 100 yaşınadək 

insanların yazıçısı” sözləri də  təsadüfi deyil. Lakin Anderseni 

oxuyanlar ondan ləzzət alır. Zahid Xəlili oxuyanlar ondan öz 

cəmiyyətlərinin ziddiyyətlərini öyrənir, bu əhvalatlar onlar 

üçün bir güzgü rolunu oynayır. 

Əsərlərini diqqətlə mütaliə etdikdə  məlum olur ki, 

Z.Xəlilin  əsas müəllimi görkəmli  İtalyan yazıçısı Canni 

Rodaridir. Bəlkə  də Rodarinin də müəllimi H.X.Andersendir. 

Çünki “Padşahın təzə paltarı” əsərini oxuyanda onun C.Rodari 

ruhuna necə  də yaxın olduğu görünür. Cansız  əşyaları 

canlandırmaq, heç nədən çox böyük həqiqətlər ifadə etmək 

bacarığı C.Rodarini nəhəng bir sənətkara  çevirmişdir. (“Sakala 

– Pakala”, “Dondurmadan tikilmiş ev”, “Heç nədən yaranmış 

pişik”).  Əslində C.Rodarinin “Çippolinonun başına gələnlər”, 

“Celsemino yalançılar ölkəsində”, “Mavi oxun səyahəti” 

əsərlərində  təsvir olunan obrazların da əksəriyyəti cansız 

əşyalar, meyvələr, uydurma əhvalatlardır. Lakin bu 

uydurmaların hamısı real həyatdan qaynaqlanır. Onlar 

cəmiyyətdə gedən prosesləri nağıl dilinə  çevirir.  

Zahid Xəlil C.Rodarinin bu keyfiyyətlərini əla mənim-

səməklə yanaşı onları daha da inkişaf etdirmiş, Şərq təfəkkürü 

ilə uyğunlaşdırmışdır. 

Yazıçının “Peçenyedən yaranmış  qız”, “Güzgü”, “İki 

adamcığaz”, “Kölgələr”, “Coğrafiya dərsində taxılan eynək” və 

s. onlarla hekayəsi cansızları təsvir etməklə heyrətamiz süjetlər 

yaratmağa xidmət göstərir. “İki adamcığaz”, “ İki nar”, “İki 

parıltı” və s. hekayələri göstərir ki, Z.Xəlil müxtəlif qütbləri əks 

etdirən bu “iki” ləri təsvir etməklə “pis” və “yaxşı” anlayışlarını 

uşağa başa salmaq üçün konkretliyə daha  çox meyl edir. Uşaq 

nəyin pis, nəyin yaxşı olduğunu hazır şəkildə almır, onu görür və 

özü qənaətlərə gəlir. 




Milli Kitabxana  

 

 



 

 



Z.Xəlil nəsr  əsərlərində heyvanların hərəkətlərini və 

münasibətlərini  əks etdirərkən elmi bilikləri  əsas götürür. Bu 

sahədə Kanada yazıçısı E.S.Tomson və H. Zərdabi ənənələrini 

yüksək qiymətləndirir və  əsərlərində (“Göycə”, “Orxan və 

dostları”) ondan yaradıcı şəkildə istifadə edir. 

Şərqin nəhəng  ədəbi abidələrindən olan “Kəlilə  və 

Dimnə”, “Qabusnamə”, “Min bir gecə” nağılları da Z.Xəlilin 

fantaziyasına güclü impuls verən ədəbi qaynaqlardır. 

Zahid Xəlil Azərbaycan uşaq  ədəbiyyatının  ən yaxşı 

ənənələrini qoruyub saxlamaqla yanaşı, onun nəsr qolunu 

müasir Qərb  ədəbi  ənənələri ilə  zənginləşdirən və  nəticə 

etibarilə orijinal sənət nümunələri yaradan yazıçıdır. Maraqlıdır 

ki, onun nəsr əsərlərinin hamısı eyni qəlibdən  çıxan, bir-birinə 

bənzəyən yazılar deyil, əksinə, sanki müəllif hər əsərində yeni 

bir yazı manerasından istifadə edir, həyatı  əks etdirmək, 

obrazları yaratmaq, süjet və kompozisiya qurmaq üçün az qala 

hər əsərində yeni üslub se çir. Yazıçı özü bu barədə “Detskaya 

liteatura” jurnalının 1982-ci il IV sayında verdiyi müsahibədə 

yazır ki, mən az qala hər əsərimdə Andersen, Rodari, Kiplinq 

kimi sənətkarlarla üz-üzə  gəlir, onlarla yarışıram...  əslində 

müəllifin yarışma kimi istifadə etdiyi məqam Zahid Xəlilin 

adını  çəkdiyi nağılçıların  ədəbi priyomlarını bir üslub kimi 

seçdiyini nəzərdə tutur. Kiçik hekayələrində əgər Canni Rodari 

üslubuna sadiq qalırsa, bir qədər iri hekayələrində Andersen 

dühası ilə üz-üzə  gəlir. Onun hekayələrində yüksək lakonizm 

yazıçını R.Kiplinqlə doğmalaşdırır. 

Azərbaycan xalq şairi Nəriman Həsənzadə gənc müasiri 

Mirdaməd  Əzizin “Gözəl  çöhrələrdən a çılır səhər” kitabına 

yazdığı ön sözdə yazır: “Biz tərcümeyi-halda qohumuq”. Şair 

“qohum” deyərkən bədii düşüncənin yaxınlığını nəzərdə tutur. 

N.Həsənzadənin təbiri ilə desək Zahid Xəlilin yaradıcılığı 

dünyanın müxtəlif regionlarında yaşayan və  hər biri öz ana 

dilində — ingilis, italyan, alman – dillərində əsərlər yazan bu 



Yüklə 2,17 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə