Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə14/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   10   11   12   13   14   15   16   17   ...   89

_______________Milli Kitabxana___________________ 

 

86 



Qəm – qubarı qalıbdır.  

Saçlarımda hicranın, 

Yadigarı qalıbdır.  

Fəsillər ötüşsə də  

Indi o vaxtdan bəri 

Nə səni unudaram, 

Nə də o axşamları, 

Nə də o səhərləri 

Mənə elə gəlir ki, 

Sən hələ tək keçirsən, 

Yenə o küçələrdən, 

Ürkək – ürkək keçirsən. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



_______________Milli Kitabxana___________________ 

 

87 



 

 

OXUMA FLORA, OXUMA 

 

Sənin səsin, çoxlarını 



Dar ayağa çəkəsidi

O çağlaya nəğmə deyil 

Bir ildırım hikkəsidi 

Oxuma, Flora, oxuma! 

 

Milyon ürək vəcdə gəlir, 



Bir ürəyin yanğısından, 

Qorxuram ki, alışaram, 

Zəngulənin çınqısından 

Oxuma, Flora, oxuma! 

 

Günün ilıq şüaları, 



Necə çönüb səs olubdu?! 

Qışın da öz ləzzəti var – 

Qış çevrilib yaz olubdu, 

Oxuma, Flora, oxuma! 

 

Dağ başından duman qalxır 



Tüstülənir neçə ocaq. 

Bir az da belə oxusan 

Dünya yanıb kül olacaq 

Oxuma, Flora, oxuma! 

 

 



_______________Milli Kitabxana___________________ 

 

88 



 

Burax getsin bu sevdanı, 

Qurusun gözünün yaşı 

Məhəbbətin dağ selidir  

Uçurarsan dağı – daşı 

Oxuma, Flora, oxuma! 

 

Ürəyini hələ çoxmu 



Verəcəksən tufanlara?! 

Biz cəhənnəm, rəhmin gəlsin 

Təzə qalxan cavanlara 

Oxuma, Flora, oxuma! 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 



_______________Milli Kitabxana___________________ 

 

89 



SƏN GETDIN 

 

Sən gedin, 

qəlbimin asimanında 

Bir ildırım çaxdı, 

bir işıq söndü 

Boğulduq bir eşqin burulğanında  

Dünya özü boyda zindana döndü. 

 

Bəlkə xatirinə dəydi sözlərim 



Məhəbbət bir kövrək budaq kimidir 

Yollara dikilən fağır gözlərim, 

Atasız – anasız uşaq kimidir. 

 

Ürək yarasını, qəlb qırığını, 



Bilirəm düzəltmək olmaz yenidən 

Verdin buludlara hıçqırığını 

Verdin şimşəklərə qəzəbini sən 

 

Getmədin qızların çoxu kimi sən 



Dağıldın bir şirin yuxu kimi sən 

 

Bir dost sözünü də eşitmirəm mən 



Bir cürə olmuşam – lap key kimiyəm. 

Getdiyim yolu da çaşıram hərdən 

Orbitindən çıxan peyk kimiyəm 

Qayıt məni dinlə, qayıt bircə an 

Gəl yenə görüşək əzizlər kimi 

Bil ki, gözləyirəm səni hər zaman, 

Qızıl pul itirən xəsislər kimi.  



_______________Milli Kitabxana___________________ 

 

90 



 

 

ONSUZ DA MƏN SƏNI  



SEVMƏYƏCƏYƏM 

 

Ruhumla, hissimlə nə əlləşirsən? 



Deyirsən açılan təzə çiçəyəm?! 

Vallah lap havayı gözəlləşirsən 

Onsuz da mən səni sevməyəcəyəm. 

 

Ürəkmi umursan bu quru daşdan 



Insaf et, ağlımı çıxartma başdan 

Harama yaraşır sevgi bu yaşda 

Onsuz da mən səni sevməyəcəyəm. 

 

Şərikmi çıxırsan duyğularıma, 



Əsəb simlərimi çəkdin tarıma 

Qayıdıb nə deyim evdə qarıma?! 

Onsuz da mən səni sevməyəcəyəm. 

 

 



 

 

 



 

 

 



 

 



_______________Milli Kitabxana___________________ 

 

91 



 

ALLAH YARADANDA SƏNI YAZ IMIŞ 

 

Allah yaradanda səni yaz imiş – 



Çiçək xəlq eləyib insan yerinə. 

Bu dünyada yəqin loğman az imiş, 

Səni yaradıbdı loğman yerinə. 

 

Sən bəşər deyilsən, hardan gəlmisən? 



Allah kəlamından qopan kəlməsən. 

Şeirsən, qəzəlsən, gözəlləməsən 

Səni oxuyaram dastan yerinə. 

 

Bu sevgi döyünən ürək kimidi



Təzəcə açılan çiçək kimidi. 

O, elə təmizdi, mələk kimidi –  

Ona and içərəm quran yerinə. 

 

Ruhum gecə - gündüz hey səni yoxlar 



Ürək bu sevdanı gizlində saxlar. 

Sinəmi deşməyə hazırdır oxlar –  

Qaşların çəkilib kaman yerinə. 

 

Çoxunu salıbdı ağıza – dilə 



Məhəbbət Kərəmi, Məcnunu belə 

Əgər dönük çıxsan Zahid Xəlilə 

Dünyanı dağıdar tufan yerinə.  

 

2006




_______________Milli Kitabxana___________________ 

 

92 



              

 GÜL ƏTRI AXTARIRDIM 

 

Gül ətri axtarırdım 

Çöldə kəpənək kimi 

Sən çıxdın qabağıma 

Bir dəstə çiçək kimi. 

 

Saçın bulud parçası 



Gözlərin hilaldımı?! 

Dodağından tökülən 

Şəkərdimi, baldımı?! 

 

Xalların səpələnib 



Üz – gözünə zər kimi 

Yanağın şölələnir 

Ən nadir gövhər kimi. 

 

Duruşun müəmmalı 



Gülüşün sehrdimi?! 

Dünən qıyqacı baxdın 

Bilmirəm xeyirdimi?! 

 

Yanağında xal olub 



Gözlərimin qarası 

Üzün gül butasıdı 

Mən isə bal arısı. 

 

 




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə