Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə4/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   2   3   4   5   6   7   8   9   ...   89

_______________Milli Kitabxana___________________ 

 

14 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




_______________Milli Kitabxana___________________ 

 

15 



MƏNIM ÖMRÜM 

 

Neçə ilin arxasında 



Qaldı mənim uşaqlığım. 

Orda qaldı 

Əfsanəvi igidliyim, qoçaqlığım. 

Mən illəri dağ yolutək 

Çıxdım, gəldim. 

Ötən illər çevrildilər, mən oldular. 

Puç etdiyim aylar, illər 

Saçlarımda dən oldular. 

Uşaqlığım çayda axdı, 

Düzdə qaldı - . 

Sakitliyim qarlı qışda, 

Coşğunluğum yazda qaldı. 

Anam deyir səhər – səhər 

Çəmən boyu qaçırmışam. 

Düzənlərin sükutunu. 

Çiçəklərin yuxusunu qaçırmışam. 

Yol keçmişəm qocaların 

Əsəbindən, qəzəbindən. 

Uyumuşam gecə - gündüz 

Bir qadının ürəyində 

Mən olmuşam dadı – duzu 

Hər yeyilən çörəyin də. 

Uşaqlığım gəncliyimə verib məni. 

Dəcəlliyim, şıltaqlığım, 

Bir əyilməz vüqar olub. 

Mən deyirəm bu vüqarı 




_______________Milli Kitabxana___________________ 

 

16 



Qıra bilən qüvvə yoxdu, 

Öz taxtımdan çox tez saldı 

Bir qız məni, 

Məğlub etdi 

O tüfəngsiz, topsuz məni. 

Düşünürəm gənclik mənə 

Sevgi verib - , 

Vüqar verib. 

Bir vaxt məni qucağında yırğalayan 

Mavi Göy-göl, o dəli Kür 

Bu gün mənim ürəyimdə 

Sözə dönür, şeirə dönür. 

Deyəmmərəm bu dünyadan  

Mən nə zaman köçəcəyəm 

Hələ neçə dost qəlbində 

Neçə düşmən hiyləsindən  

keçəcəyəm. 

Hələ, hələ... 

Eh nə deyim, hələlik? 

Günlərimiz qarşıdadır, 

Yaşayarıq, görərik.  

 

 



 

 

 



 

 

 




_______________Milli Kitabxana___________________ 

 

17 



 

 

BU YERLƏR 

 

Mən ki, unutmuram 



heç bir an da, 

Mənim uşaqlığım 

Gəzən oylağı. 

Dovşanlar qarşımdan 

Qorxub qaçanda 

Dovşantək dovşandan 

Qorxutduğum çağı. 

Hey hücum çəkərdi 

Çölə dəstəmiz, 

Bitərdik çəməndə 

Tər çiçək kimi. 

Günlərlə kəpənək 

Qova – qova biz, 

Ötürdük günləri 

Kəpənək kimi. 

 

 



 

 

 



 

 

 



 


_______________Milli Kitabxana___________________ 

 

18 



 

              ATALAR 

 

Mənim atam 



Qonşusunun toyuğuna daş atmayıb. 

Arvadını, uşağını 

Özgəsinin hesabına yaşatmayıb. 

Külfətimiz lap çox idi -  

Bir damıydıq 

Belə çoxluq qorxutmazdı atamızı. 

Bu dünyanın ən zəhmətkeş adamıydı 

Ac qalmağa qoymayıbdı atam bizi. 

Yağı düşmən yeriyəndə 

Üstümüzə addım-addım. 

Cəbhələrə yola düşdü 

Gözlərimdə mənim əksim, 

Ürəyimdə mənim adım. 

Arzusuna qələm çəkdi 

Ümidini puç elədi 

Mən dünyada qalım deyə 

Bu dünyadan köç elədi. 

Ədey dayım, Fərrux əmim, Xələf babam  

(Döyüşlərdə hayıf oldu Tələf babam)? 

Gülüşlərim sizin üçün ən müqəddəs bir səs 

idi. 

Birinizin ciyərparə uşağınız 



Hamınızın körpəsiydi 

Mən ki, sizin şəkəriniz, balınızdım. 

Elə bil ki, hamınızın balınızdım. 



_______________Milli Kitabxana___________________ 

 

19 



        Atardınız,tutardınız, öpərdiniz. 

“Abdullanın oğlu” – deyə 

Bu öpüşə siz məhəbbət qatardınız. 

Ay atalar, ay atalar, ay atalar. 

Yox, sizləri unutmaram  mən bir an da 

Xoşbəxt ollam ömrüm boyu 

Sadiq qalsam mən bu anda. 

Bu dünyada ən müqəddəs adamsınız. 

Ayrı adda gəzirsiniz yer üzündə. 

Elə sizi görən zaman 

Sanıram ki, atamsınız 

Sinəm üstə gəzmək belə istəsəniz 

“Gəz” deyərəm 

Bir vaxt məni öz çiynində gəzdirəni 

Başım üstə gəzdirərəm, 

Böyüyübdü bizim nəsil. 

Tanıyırıq dostumuzu, yadımızı 

Ən müqəddəs inci kimi 

Qoruyarıq, saxlayarıq adınızı. 

 

 



Bakı, 1967 

 

 



 

 

 



 

 



_______________Milli Kitabxana___________________ 

 

20 



 

 

   A N  A  M A 

 

Ana, neçə gündür, 



Gör bir neçə gün

Ayrıla bilmirəm düşüncələrdən. 

Titrək əllərinə 

Söz demək üçün, 

Söz üstə sübhəcən 

Titrəyirəm mən. 

Bir qollu – budaqlı cavan olmuşam, 

Səni sevindirir bu çağım mənim. 

Amma gec gələndə evə bir axşam, 

Deyirsən: 

- Hardadır uşağım mənim? 

Eşqin ürəyindən silinən deyil, 

Söylə, kim bağlamaz məhəbbət 

sənə? 


O ağ saçlarına baxdım, 

Elə bil, 

Gümüş tac bəxş edib 

Təbiət sənə 

 

 

 



 

 

 




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə