Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə5/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   2   3   4   5   6   7   8   9   ...   89

_______________Milli Kitabxana___________________ 

 

21 



 

 

S  A L A T I N  

 

Igid jurnalistimiz Salatın  

Əsgərovaya ithaf edirəm. 

 

Ay anamın adaşı 

Igid bacım Salatın 

Ürəyimdə qövr edən 

Ağrım-acım Salatın 

 

Biz sənə ağlayırıq 



Sən şəkildə gülürsən 

Elə bu gülüşünlə 

Çoxunu öldürürsən 

 

Laçın dolaylarında 



Şığıyan tərlan idin 

Bir axımlıq sel idin 

Bir anlıq tufan idin. 

 

Axı o dəftərində 



Yazdıqların nəydi ki?! 

Düşmənin ürəyindən 

Güllə kimi dəydi ki! 

 

Gözəl bacım, gül bacım, 



Qar qız kimi ağ idin 


_______________Milli Kitabxana___________________ 

 

22 



 

 

Qayaların içində 



Bitən bir zanbaq idin 

 

Göylərimin tərlanı 



Dağlarımın sayadı! 

Tərlanların yuvası, 

Məzarı da qayadı. 

 

Çıraq kimi sönməyin 



Oldu dərd qayalara  

Mamır olub yapışdın 

Dərin, sərt qayalara 

 

Qanının rəngi qalıb,  



Lalənin yarpağında 

Sonanın dimdiyində 

Kəkliyin dırnağında 

 

Çiçək toxumu kimi 



Səpildin bu dağlara 

Hələ biz də dözürük 

Ay bacım, bu dağlara 

 

Nə yaxşı ki, şəkildə 



Sən beləcə gülürsən 

Elə bilirəm yəqin 

Sabah işə gələrsən. 



_______________Milli Kitabxana___________________ 

 

23 



 

 

 



Qarabağda nə gördün? 

Sabah gəl söylə bizə 

Çiçək kimi səpələ 

Gülüşü üstümüzə. 

 

Gəl ay bacım sevindir 



O gül balan Ceyhunu. 

Biz birtəhər dözürük 

Kiritmək olmur onu. 

 

Ay anamın adaşı 



Igid bacım Salatın 

Ürəyimdə qövr edən 

Ağrım – acım Salatın. 

 

 



 

 

 




_______________Milli Kitabxana___________________ 

 

24 



VƏTƏN, MƏNƏ OĞUL DEMƏ 

 

Şəhidlər xiyabanında düşüncələr 

 

Sən mənə oğlum demişdin, 

Vətən, mənə oğul demə! 

Şəkərim, noğulum demişdin, 

Vətən, mənə oğul demə! 

 

Igidlərim daşa döndü, 



Yanaqlarda yaşa döndü, 

Uçub gedən quşa döndü, 

Vətən! mənə oğul demə! 

 

Mən deyirdim güləmmərəm 



Görüşünə gələmmərəm. 

Bu dərd ilə öləmmərəm 

Vətən, mənə oğul demə! 

 

 



 

 

 



 


_______________Milli Kitabxana___________________ 

 

25 



GƏLIB 

 

Yenə bahar gəlib cilvələnərək, 



Yerin doqquz aylıq arzusudur o. 

Hər yamac gözündə bitən min çiçək, 

Hər bulud gözündən axan sudur o. 

 

Gəlib təbiətin yel atlarında 



Gəlib qaranquşun qanadlarında. 

Çəkilir düzlərin o qar tülləri, 

Torpağın gəlinlik duvağı kimi. 

Çıxır qar altından novruz gülləri, 

Baharın qələbə bayrağı kimi. 

 

Çəməndə sayrışır yazın arzusu 



Sübhün üzündənmi şeh ələnibdir? 

Yoxsa bir gözəlin boyunbağısı, 

Qırılıb çəmənə səpələnibdir. 

 

Gün batar, lalələr qızarar, yanar, 



Lalələr çəmənin qızıl zəridir. 

Şəfəqlər çəməndən üzülər qalar, 

Lalələr günəşin zərrələridir.  

 

Yenə bahar gəlib cilvələnərək 



Yerin doqquz aylıq arzusudur o. 

Hər yamac gözündə bitən min çiçək, 

Hər bulud gözündən axan sudur o. 

 



_______________Milli Kitabxana___________________ 

 

26 



BIZIM BAĞÇAMIZA BIR ÇƏMƏN 

 DÜŞÜB 

 

Bizim bağçamıza bir çəmən düşüb, 



Sürüşüb baharın çiynindən düşüb. 

 

Gündüzlər nə qədər quzu var orda, 



Xırp – ha xırp otlayır, quzular orda. 

 

Səhərlər çəməndə şeh var, inci var. 



Şehlər quzuların gözü tək parlar. 

 

Düzü başdan – başa tərifdir çəmən. 



Quzu tükü kimi zərifdir çəmən. 

Gəlin, siz də görün çəmənzarını, 

Amma ürkütməyin quzularımı. 

 

Bizim bağçamıza bir çəmən düşüb 



Sürüşüb baharın çiynindən düşüb. 

 

 



 

 

 



 

 

 



 

 



_______________Milli Kitabxana___________________ 

 

27 



 

 

BƏNÖVŞƏ 

 

Küknar meşəliyində 



Mat qalmışam bir işə 

Buz layının üstündə, 

Şölələnir bənövşə. 

 

Istəyirəm qışqıram, 



Eşidən yox heç məni. 

Onun bəyaz alovu 

Yandıracaq meşəni. 

 

Kirpiyini qırpmadan 



Durub üzü günəşə. 

Əridikcə buz layı, 

Gülümsünür bənövşə. 

 

 



 

 

 



 

 

 



 

 

 




_______________Milli Kitabxana___________________ 

 

28 



NOVRUZ GÜLÜ 

 

Açıl ay novruzgülü



Nə utan, nə gözlə sən. 

Açıl mənim çiçəyim, 

Açıl elə nazla sən. 

Utanıb gəlişindən, 

Gedir soyuq, gedir qar. 

Məcrasına sığmayır, 

Sevincindən bu çaylar. 

Gəlibdir qaranquşlar,  

O köksü dümağ quşlar. 

Evlərdə ev qururlar. 

Bu qocaman qayalar, 

Bu ünyetməz dərələr 

Qarın son gedişinə 

Qışın son gülüşünə. 

Gülə - gülə baxırlar. 

Gəl ay mənim qəşəngim, 

Gül ay mənim qəşəngim. 

Bircə sirri söylə sən, 

Halı et məni gülüm. 

Sən baharı gətirdin, 

Ya bahar səni gülüm?! 

Açıl ay novruzgülü, 

Nə utan, nə gözlə sən. 

Açıl mənim çiçəyim, 

Açıl elə nazla sən. 

 



Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə