Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə7/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   2   3   4   5   6   7   8   9   10   ...   89

_______________Milli Kitabxana___________________ 

 

36 



Ağ çiçəklə basdırır, 

Çobanın papağından 

Qılınc – qalxan asdırır. 

 

Səmanın köynəyini  



Parçalayıb keçir qış. 

Qar yağır, yağış yağır, 

Göydə yerə köçür qış.  

Bakı – 1963 

 

 



 


_______________Milli Kitabxana___________________ 

 

37 



TUFANDAN SONRA 

 

Birdən hücum çəkdi 



Üstümə tufan. 

Pərən – pərən düşdü 

Qar topaları. 

Külək papağımı 

Aldı başımdan, 

Soxuldu boynuma 

Qar ləpələri. 

Tufan sakitləşdi,  

Yatdı külək də,  

Elə bil hiddəti 

Tükəndi birdən. 

Geriyə dönmədim 

Qarda, küləkdə. 

Getdim mənzilədək 

Öz yolumla mən. 

Çiynimə qar düşüb, 

Çırpmıram ancaq. 

Günəşin altında 

Incəlir indi. 

Dünyaya hökm edən  

Cahangirə bax, 

Çiynimə qısılıb 

Dincəlir indi.  

 

 



 


_______________Milli Kitabxana___________________ 

 

38 



QUMLU SAHILLƏRI BUZ TUTDU YENƏ 

 

Qumlu çimərliyi buz tutdu yenə, 

Dalğalar uyuyur körpə uşaqtək. 

Baltikin bu bəyaz sahillərinə 

Töküldü ağ çiçək, gümüşü çiçək. 

 

Sahil qayaları ağ ayı kimi, 



Dayanıb heyrətlə baxır dənizə. 

Uzaqda buludlar qağayı kimi 

Çırpınır, əl edir, hey baxır bizə. 

 

Sabirin, Nüsrətin ayaq izləri,  



Ağ xalı üstündə bəyaz zər kimi. 

Mənimsə uzağa baxan gözlərim, 

Görür bu dünyanı ağ dəftər kimi. 

 

Deyirəm nə zaman açılar baxtım, 



Sözlər ürəyimdə qovrulur axı. 

Səndən ayrılandan doğma paytaxtım, 

Tufanlar qəlbimdə sovrulur axı.  

 

Duydum bu niskili, duydum dərindən. 



Başımda bir şimşək çaxacaq mənim. 

Bəlkə də Baltikin sahillərində 

Baxtımın günəşi çıxacaq mənim.  

 

 



 


_______________Milli Kitabxana___________________ 

 

39 



DEYIRSƏN BƏRK GƏLIB BAKININ 

QIŞI 

 

Deyirsən bərk gəlib Bakının qışı, 



Gecələr yenə də gümüşlənibdi. 

Yazırsan sallanıb çinarın başı, 

Torpağa buluddan zər ələnibdi. 

 

Qar yağıb sübhəcən hey narın – narın, 



Nə sənə, nə mənə baxmayıb, yağıb. 

Zeytunun, küknarın, Eldar şamının, 

Yaşıl alovundan qorxmayıb, yağıb.  

 

Ağaclar uzadıb yalın əlini, 



Qarı elə göydə tutmaq istəyib. 

Qaldırıb çiyninə səməni kimi, 

Yenə də buluda qatmaq istəyib.  

 

Keçib addım – addım eldən – obadan, 



Gör neçə qapını bir – bir döyübdü. 

Bağçalar utanıb şaxta babadan 

Cığır yaxasını düymələyibdi. 

Qəlbimdə hələ yer var işığına  

Gəzmirəm dünyanı divanə kimi. 

Uçub gələcəyəm qar işığına, 

Şama həsrət qalan pərvanə kimi. 

 

Duboltı 1982, Yanvar 

 



_______________Milli Kitabxana___________________ 

 

40 



PEREDELKINODAN UŞAQLARA MƏKTUB 

 

Uşaqlar, adicə kənd deyil ki, o 



Ağ şalvar, göy papaq Peredelkino. 

Yaşıl fəvvarədir elə bil şamlar, 

Qu desən qulağın batar axşamlar. 

 

Qar yağıb bürüyüb bərəni, bəndi 



Yaşıllıq göyəcən, qar dizəcəndi. 

 

 



Dözümdə qayınlar yəqin təkdilər 

Qışın ortasında ağköynəkdilər. 

 

Bir ev var, qar altdan çıxan kimidi. 



Elə bil sahilə çatan gəmidi. 

 

Uzaqdan baxsanız lap gecə yarı 



Yanır sübhə kimi gur işıqları. 

 

Bu evdə yazılar təzə əsərlər



Bir gün gəlib çatar sizə əsərlər. 

 

Yatın mışıl – mışıl, yatın balalar, 



Yatın ki, bir azdan səhər olacaq. 

 

Qəlbimdə nə qədər təzə sözüm var, 



Yazılsa çevrilib əsər olacaq. 

 

Elə mən özüm də yanan işığam 




_______________Milli Kitabxana___________________ 

 

41 



Sözlər ürəyimdən çıxacaq bir gün. 

Mənim sübhə kimi yanan işığım, 

Sizin qəlbinizə axacaq bir gün.  

 

TƏBRIZDƏN DÜNYAYA YOLLAR UZANIR 

 

Təbrizdən dünyaya yollar uzanır, 



Yollar çox tufana gəribdi sinə. 

Arazdan o tayda ulduzlar yanır, 

Sönən oğulların xatirəsinə. 

 

Hanı papaq altda yatan oğullar? 



Təbriz həbs olunub bir gövhər kimi! 

Təbrizdən Bakıya uzanan yollar, 

Kəsilir yarımçıq ömürlər kimi. 

 

Eyvanlar bu yana dikilən gözdü



Dindirsən hönkürüb danışa bilər. 

Təbriz kül altında uyuyan közdü, 

Xəfifcə bir mehdən alışa bilər. 

 

Ay ana Təbrizim, ağır yolların, 



Gəncəyə, Şəkiyə, Şirvana keçmir. 

Mənə uzatdığın cığır qolların, 

Axı heç Arazdan bu yana keçmir.  

 

Kişi qeyrətini yığ qollarına, 



Ana ismətini saxla dərində. 

Əgər od istəsən, oğullarına, 

Tapşır, od gətirsin kirpiklərində. 

 

 




_______________Milli Kitabxana___________________ 

 

42 



ŞUŞANIN UŞAQLARI 

 

Təzə çiçəyə oxşar, 



Şuşanın uşaqları. 

Cıdır düzündə oynar 

Şuşanın uşaqları. 

 

Oğlanlar körpə tərlan, 



Qızlar ağ qağayıdı. 

Qayalar dərələrdən, 

Çıxan qonur ayıdı. 

 

Şuşanı xonça kimi 



Göyə qaldırıb dağlar. 

Bu xonçanın içində 

Noğul – noğul uşaqlar. 

 

Heç zaman belə güclü 



Görməmişdim dağları. 

Şuşanı qaldırıb ki, 

Dünyanın hər yerindən 

Görsünlər uşaqları. 

 

1970 

 

 



 

 

 




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə