Microsoft Word zahid x?Lil 5



Yüklə 1,93 Mb.
Pdf görüntüsü
səhifə9/89
tarix11.04.2018
ölçüsü1,93 Mb.
#36919
1   ...   5   6   7   8   9   10   11   12   ...   89

_______________Milli Kitabxana___________________ 

 

49 



 

NAZIM HIKMƏTIN ŞEIR GECƏSI 

 

Nazimə söz verdilər, 



Nəfəsini köksünə 

Aldı bir anlıq salon. 

Sakit – sakit  

Şeir oxudu. 

Min nəfərlik bir salonda  

Yer yox idi. 

Sevincini  

Misra – misra 

Salon boyu 

Səpələdi. 

Nə bir yerdə həddi keçdi, 

Nə bir yerdə səhv elədi. 

Məmət idi 

Əzəl sözü, 

Son misrası. 

Birdən salon ləpələndi. 

Son misralar 

Itdi çəpik səslərinin arasında. 

Kəsilmədi 

Alqışların arası da. 

Çəpik səsi 

Hücum çəkdi tribunaya. 

Dəydi zalın tavanına, 

 

 




_______________Milli Kitabxana___________________ 

 

50 



Hiddət ilə. 

Alqış səsi 

Coşdu, daşdı, 

Divarları qılınc kimi 

 

Kəsdi keçdi. 



Tufan oldu. 

Əsdi keçdi. 

Axdı keçdi,  

Çaxdı keçdi.  

 

 

O GÜN 



 

Necə xoşbəxt idik, nə mehribandıq, 

Alışıb yanırdıq çiyələk kimi. 

O gün əlimizə düşsə bir anlıq 

Asardıq üfüqdən bir fişəng kimi. 

 

On üç qız, iyirmi oğlandıq azı, 



Yanaqlar yanırdı dan üzü kimi. 

Bizim qarşımızda büro iclası 

Durmuşdu səadət körpüsü kimi. 

 

Görəsən birinci kim girə bilər? 



Hamıdan ürəkli Nəfisə çıxdı. 

Yamanca pörtmüşdü, baxıb dedilər, 

Bu saat yanağı qanayacaqdı. 

 



_______________Milli Kitabxana___________________ 

 

51 



Telman özü boyda alov şöləsi,  

Qardaşxan nəyisə əzbərləyirdi. 

Orucun qorxudan batmışdı səsi, 

Kamran asta –asta şeir deyirdi. 

 

Hümbət söz açmışdı xam torpaqlardan, 



Medaldan, ordendən danışırdı o. 

- Komsomol çıxıbdı çox sınaqlardan, 

Dedikcə yanırdı, alışırdı o 

 

Necə xoşbəxt idik, nə mehribandıq, 



Alışıb yanırdıq çiyələk kimi. 

O gün əlimizə düşsə bir anlıq, 

Asardıq üfüqdən bir fişəng kimi.  

 

1969 

 



_______________Milli Kitabxana___________________ 

 

52 



BU DÜNYA DEDIYIN NƏDIR GÖRƏSƏN?! 

 

Bu dünya dediyin nədir görəsən, 



Bəzəkli – düzəkli yumru şardımı?! 

 

Təkcə bomboz kürə olsa, düşün sən, 



Insanlar dünyaya uyuşardımı?! 

 

Geniş aç gözünü, bir az yaxşı bax, 



Kimi piyadadı, kimisi atlı 

 

Bu dünya kiminə oyun – oyuncaq, 



Bu dünya kiminə bir zarafatdı. 

 

Dünya bir ha deyil, düşünsən əlbət, 



Dünya insanların sayı qədərdi. 

Bu dünya birinə bal kimi şərbət, 

Bu dünya birinə acı, zəhərdi.  

 

Baxıb bu dünyaya insanlar coşar, 



Dünya boy göstərər insan gözündə. 

 

Hərənin qəlbində bir dünya yaşar



Hərənin dünyası gəzər özündə. 

 

Kiminin üzünə dəyər sillə tək, 



Kiminə fağırdan fağırdı, dünya. 

Kiminə həyatdı, ömür sür, kef çək, 

Kiminə dağlardan ağırdı dünya. 



_______________Milli Kitabxana___________________ 

 

53 



 

DÜNYANIN 

 

Görən niyə döndü yenə? 



Üzü dünyanın, dünyanın? 

Ha qışqırır, çatmır mənə, 

Sözü dünyanın, dünyanın. 

 

Ömrü verdim nahaq yelə, 



Korun – korun yandım elə, 

Saçlarımda döndü külə

Közü dünyanın dünyanın. 

 

Dünya deyil, bu savaşdı, 



Sənə aşdı, mənə daşdı. 

Biri gülür, biri yaşdı, 

Gözü dünyanın dünyanın. 

 

Yolları çoxdan yağırdı. 



Aldanma üzdən fağırdı, 

Çəkmək olmur, çox ağırdı, 

Nazı dünyanın – dünyanın. 

 

Bəxtim dönüb ağır daşa, 



Düşübdü gör neçə başa. 

Gözümdə çevrilib qışa, 

Yazı dünyanın dünyanın.  

 

 




_______________Milli Kitabxana___________________ 

 

54 



 

 

 



DEYIRƏM BƏLKƏ HEÇ... 

 

S. Vurğuna 



 

Baxdım o heykələ həsrətlə dünən, 

Baxdım, fikrə getdim öz yerimdə mən. 

 

Qarşımda durmuşdu Vurğun elə bil, 



O dalğın saçları yenə sərt idi. 

Deyirəm bəlkə heç o, heykəl deyil, 

Xalqın tunca dönmüş məhəbbətidir.  

 

1963. 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 


_______________Milli Kitabxana___________________ 

 

55 



 

KƏTƏYƏN KOLU 

 

Hər kəsin öz yolu var, 



Yolu, kətəyən kolu. 

Torpaqdan ayrılanlar, 

Küləklərin quludur, 

Qulu, kətəyən kolu. 

 

Küləklər təpiyində, 



Bu nə həyatdı, söylə, 

Söylə, kətəyən kolu! 

Gücünü topla bir gün

Küləyə üsyan eylə, 

Eylə, kətəyən kolu! 

 

Səndən min dəfə zərif, 



Səndən min dəfə güclü, 

Çiçəklərdən ibrət al. 

Ibrət, kətəyən kolu! 

Torpaqdan möhkəm yapış, 

Ondan güc al, qüvvət al, 

Qüvvət, kətəyən kolu! 

 

 

 



 

 

 




Yüklə 1,93 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   89




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə