Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə1/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
  1   2   3   4   5   6   7   8   9   ...   124


ZAKİR BAYRAMLI 

 

 

 

 

 

 

 

 

 

 

 

 

DÜNYAYA AÇILAN 

PƏNCƏRƏ 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

“Müəllim” nəşriyyatı 

Bakı – 2017

 


~ 2 ~

Bu kitab Şabran (keçmiş Dəvəçi) şəhər Məmmədağa Nəzirov adına 

4 saylı tam orta məktəbinin 95 illik yubileyinə həsr olunur.  

 

Redaktor: 

Aydın Tağıyev, yazıçı-publisist,  

Azərbaycan Yazıçılar Birliyinin üzvü 

 

Məsləhətçi redaktor: Mürsəl Balayev, SSRİ Jurnalistlər İttifaqının  

və Azərbaycan Jurnalistlər Birliyinin üzvü 

 

Dizayn: 

Çingiz Xalidoğlu, Azərbaycan Jurnalistlər Birliyinin  

üzvü, “Qızıl qələm” mükafatı laureatı 

 

Korrektorlar: Əzizə Muradova 

Ramin Bayramov, Şabran (keçmiş Dəvəçi) 

rayonunun və məktəbin tarixinə aid məlumatlar üzrə 

baş məsləhətçi, tarix müəllimi  

   

 

Zakir Bayramlı. DÜNYAYA AÇILAN PƏNCƏRƏ. – Bakı: 

“Müəllim” nəşriyyatı, 2017.  – 456 səh.  

 

 

Kitab  Şabran (keçmiş  Dəvəçi)  şəhər M.Nəzirov adına 4 saylı tam orta 



məktəbinin 95 illik tarixindən bəhs edir. Əsərdə Şabran (keçmiş Dəvəçi) şəhərinin 

qısa tarixindən də söhbət açılır. Rayonun şəhər məktəbləri içərisində ən qocaman 

sayılan həmin məktəb üçün ilk binanın tikilməsi, təhsil ocağının fəaliyyət 

göstərdiyi 95 il ərzində pedaqoji kollektivin nailiyyətləri, bu bilik məbədinin 

rayonun pedaqoji təhsilində qazandığı yer öz əksini tapır. Bundan əlavə kitabda 

təhsil müəssisəsində çalışan müəllimlərin  əmək fəaliyyəti, eləcə  də  məktəbin 

yetişdirdiyi məzunlar barədə məlumatlar özünə geniş yer alıb.  

Ümidvarıq ki, müəllifin məktəbin tarixinə  və  təlim-tərbiyə sahəsinə  həsr 

etdiyi bu əsəri onun kitabsevər oxucuları  tərəfindən böyük sevinc hissi ilə 

qarşılanacaq və onların yüksək marağına səbəb olacaqdır.  

 

435



9952

2017


181503



 

 Zakir Bayramlı, 2017 




~ 3 ~

 

 

“Xalqımızın təhsilinin daha da təkmilləşdirilməsi 

və yüksəklərə qaldırılması müqəddəs vəzifəmizdir.” 

 

 

Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 

25 sentyabr 1998-ci ildə Azərbaycan müəllimlərinin 

XI qurultayındakı nitqindən 

 

 

 

 

* * * 

“Azəbaycanda gənclərin müasir biliklərə  və 

texnologiyalara yiyələnməsi üçün hər cür şərait 

yaradılır.” 

 

 

  Azərbaycan Respublikası Prezidenti  İlham Əliyevin  

2 sentyabr 2004-cü il tarixdə Naxçıvan şəhərindəki  

Heydər Əliyev adına orta məktəbin açılış mərasimindəki 

nitqindən 

 

 

 

 

 

 

                

 

 

           


~ 4 ~

 

 

Şabran rayonundakı Qalaaltı pansionatının açılışı 

 

 

 

 

Qalaltı pansionatının ümumi görünüşü 


~ 5 ~

Pansionatın ərazisində gəzinti zamanı 

Taxtakörpü su anbarının ümumi görünüşü  


~ 6 ~

 

 

Taxtakörpü elektrik stansiyasının görünüşü 

 

                      

 

 

Qalaltı pansionatında görüş

 


~ 7 ~

 

 

 

ÖN SÖZ 

 

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, bundan əvvəl 2 

şeir, 4 bədii-publisistik kitabın müəllifi Zakir Bayramlı 

qəlbinin yaradıcılıq eşqilə  çırpındığı bir vaxtda “Dünyaya 



açılan pəncərə” adlı yeni bədii-publisistik əsəri ilə  oxucuların 

görüşünə gəlmişdir. Müəllif sayca bu yeddinci kitabını Şabran 

(keçmiş  Dəvəçi)  şəhər M.Nəzirov adına məktəbin 95-illik 

yubileyinə həsr etmişdir. 

Zakir müəllimin bu yeni kitabını təsadüfən qələmə alınan 

bir əsər kimi qiymətləndirmək olmaz. Çünki bir vaxt məzunu 

olduğu məktəb haqqında əsər yazmaq hələ Zakirin yeniyetmə 

çağlarından qəlbində baş qaldıran bir arzu idi. 

Ürəyi yeni-yeni sözlə-söhbətlə, yaradıcılq istəyilə coşub-

daşan  şair-publisistin yaşı yetmişi haqlasa da o, yenə 

yorulmadan gənclik həvəsilə yazıb yaradır. Qəlbində  pərvaz 

edən Vətən məhəbbətini, torpaq və xalq sevgisini öz yazdığı 

əsərlərində tərənnüm etməklə bu sevgini yaşatmağa çalışır. 

Zakir Bayramlının oxuculara təqdim etdiyi bu kitabın 

əsas mövzusu təhsil sahəsinə  həsr edilib. Təhsil sistemində 

işlədiyi 40 ildən çox vaxt ərzində o, bu sahəni göz bəbəyi kimi 

sevərək, onun bütün incəliklərinə bələd olduğu üçün müəllifə 

yaradıcılıq yolunda heç bir bələdçi lazım gəlməyib. 

Şair-publisistin kitabının ilk cümləsi Vətənin poetik yolla 

tərənnümü ilə başlayır. Oxucu kitabın elə ilk səhifəsindən başa 

düşür ki, vətənpərvərlik və  Vətənə  məhəbbət mövzusu şairin 

qəlbə yatan baş mövzusudur. O, “Ey Vətən! “şeirində  Vətəni 

ömrünün mənası hesab edir. Onu həyatının ilki və  əzəli kimi 

görür. Vətəni özünün andı, inanc yeri, evi, müqəddəs ocağı 

kimi qiymətləndirir: 



Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə