Microsoft Word Zakir Bayramli 2017 new editted22222. docx


Nəzirovlar ailəsi əzizləri Məmmədağa Nəzrovun abidəsini



Yüklə 25,81 Mb.
Pdf görüntüsü
səhifə112/124
tarix01.07.2018
ölçüsü25,81 Mb.
#52561
1   ...   108   109   110   111   112   113   114   115   ...   124

~ 401 ~

 

 



Nəzirovlar ailəsi əzizləri Məmmədağa Nəzrovun abidəsini 

ziyarət edərkən 

 

Daim evdə  və  işdə çalışmışam. Həmişə oxumuşam, ax-



tarmışam və öyrənmişəm. Məktəb mənim birinci həyatım olub. 

İctimai həyatı  həmişə  şəxsi həyatdan üstün tutmuşam. Öz 

müəllimlik peşəm üzrə bilik səviyyəmi artırmağa, elmin 

sirlərini öyrənməyə cəhd etmişəm. 

Müəllim gənc nəslin həyat yolunun bələdçisi və  məslə-

hətçisidir. Müəllim üçün ən qiymətli sərvət isə onun yetiş-

dirdiyi  şagirdlərdir. Müəllimi  şöhrətləndirən,  əbədi ölməzliyə 

qovuşduran, onun dərin elmi, siyasi biliyi, saf, təmiz 




~ 402 ~

mənəviyyatıdır. 

Müəllimin, tərbiyəçinin öz işində  səhv buraxması da, 

həkimin və hakimin öz əməllərində səhv və nöqsan buraxması 

kimi ciddi fəsadlara yol açır. Əgər müəllim səhv buraxmışsa, o 

zaman bir nəslin tərbiyəsini pozur, onu sağlam cəmiyyətə 

xəstə və şikəst insan kimi hazırlayır. Böyük rus yazıçısı Anton 

Pavloviç Çexov müəllim haqqında bu ifadəni təsadüfən 

söyləməyib: “Müəllim insan qəlbinin mühəndisidir ”. Mən bu 

adla fəxr edirəm, bu adın qarşısında baş əyirəm. Məni yaşadan, 

ikinci nəfəs verən, xoş ovqat bəxş edən isə yetişdirdiyim 

şagirddlərimdir “.  



 

 

 



 

OSMAN PAŞAYEV – “DOST MİN OLAR,  

CANDAN DOST OLANSA BİR” 

 

Şad gününü əl çalıb alqışlayan, 

Bəd gününə həmfikir olmaqdı dost. 

Darda qalıb düşsən ümidsizliyə, 

Əl yetirib, halına yanmaqdı dost. 

 

Zənnimcə Osman müəllimi oxuculara təqdim etməyə o 

qədər də ehtiyac yoxdur. Çünki, bu insan öz sağlığında şirin-

şəkər sözü-söhbəti, mədəni rəftarı,savadı və bacarığı ilə, mən 

deyərdim sözübütövlülüyü ilə müxtəlif insanların ürəyinə yol 

tapmağı bacarıb. Bəzi müəllimlər və  məmurlar kimi lovğa 

deyil, özünü dartmır, başqalarından yüksək tutmur. Onun 

söz-zarafatında o qədər səmimiyyət və incəlik var ki, bunları 

söyləməklə qurtarmaz. 

 Mən onu bir tarix müəllimi kimi hələ altımışıncı illərdə 


~ 403 ~

rayon Xalq Maarif Şöbəsinin aparatına işə başlayandan 

tanıyırdım. Lakin Azərbaycan xalqının belə bir el deyimi də 

varmış: “Qardaşın kimdir? - deyir hələ yol yoldaşı olma-

mışam“. Bəli, təsadüf elə  gətirdi ki, mən Osman müəllimlə 

bir neçə il “yol yoldaşı” oldum. Birgə fikirləşib, birgə qərar 

vermək, birgə  ışləmək, yaradıcılıq yollarını birlikdə getmək 

və birgə məsuliyyət daşımaq. 

2014-2016-cı illərdə yeni bədii-publisistik  əsər yazmaq 

məqsədilə rayonun Gəndov kəndinə çoxsaylı yaradıcılıq 

səfərləri etdim. Bu səfərlərimdə  həmişə  məni Gəndovda 

Osman müəllim qarşıladı. Hər dəfə  təmiz qəlblə: gülərüz, 

səmimi və mehriban. Təkcə müəllim kimi yox, rayonun bir 

təcrübəli ziyalısı  və  ağsaqqalı kimi, çətin anlarda yaxın, 

arxa-dayaq olan bir dost, bir xeyirxah insan kimi. Məhz 

onun yaxından xeyir-duası sayəsində  mən oxucularımla 

altıncı dəfə görüşə bildim. 

Nəhayət 2016-cı ildə  Gəndov kənd orta məktəbin 85-

illik yubileyinə həsr olunmuş “Arzuları qovuşduran məkan” 

adlı bədii-publisistik kitabım işıq üzü gördü. Məhz bu üç ildə 

mən Osman müəllimin daxili dünyasına o qədər yaxından 

bələd oldum ki, elə bil onu təzədən kəşf etdim. 

Ocman müəllim təkcə ziyalı olmaqla kifayətlənməyib. 

Məncə rayonumuzun timsalında bu insan kimi zəngin həyat 

və əmək salnaməsinə məxsus olan az-az ziyalı tapılar. Onun 

ömür yolu ilə  əmək yolu sanki zərgər dəqiqliyi ilə üst-üstə 

düşərək bir-birini tamamlayır. İlk öncə  o, məktəbdə müəllim 

kimi fəaliyyətə başlayır. Pedaqoji işlə bərabər çəkdiyi gərgin 

zəhmət sayəsində  əvvəlcə voleybol üzrə I dərəcəli idmançı 

kimi yetişir. Az sonra rayonun voleybol üzrə  yığma koman-

dasına rəhbərlik edir. Sonralar biz onu Gəndov kənd orta 

məktəbində direktor müavini və  nəhayət məktəb direktoru 

kürsüsündə görürük. 

İllər ötdükcə Osman müəllim öz halal zəhmətilə bir 


~ 404 ~

tarix müəllimi-məktəb direktoru kimi uğurla irəliyə doğru 

addımlayıb. O, Azərbaycan müəllimlərinin V qurultayına 

nümayəndə seçilib və qurultayın fəal iştirakçılarından 

olub. 

1972-1982-ci illərdə müəllim kimi pedaqoji fəaliyyətini 

davam etdirən Osman müəllimi növbəti uğurlar gözləyib. O, 

əvvəlcə 6 il Gəndov kənd Sovetinin sədri, sonra isə iki il 

rayon kino birliyinin müdiri olub. Sonralar ona yeni 

vəzifələr təklif edilsə  də o, müəllimlik peşəsinə üstünlük 

verərək məktəbdən və istəkli kollektivdən ayrılmaq istəməyib. 

Osman müəllim haqqında ürəyim söz-söhbətlə dolu, 

bildiklərim və  eşitdiklərim isə daha çoxdur. Lakin sizi 

yormaq istəmirəm. İndi də gəlin onun həyat və əmək yolu ilə 

birlikdə yaxından tanış olaq: 

Osman Nəriman oğlu Paşayev 

1935-ci ilin isti avqust ayında  Şabran 

(keçmiş  Dəvəçi) rayonunun ən səfalı 

guşələrindən biri, günəşlə bir yatıb, bir 

oyanan Qələgah kəndində ziyalı ailə-

sində dünyaya gəlib.  

Atası  Nəriman Davud oğlu Paşa-

yev keçmiş  Dəvəçi rayonunun Qələgah 

kəndində anadan olub. Nərimanın vali-

deynləri 1918-ci illərdə erməni-müsəl-

man qırğını zamanı qətlə yetirilib. Azər-

baycanda Sovet Hakimiyyəti qurulduqdan səkiz- doqquz il 

sonra Nəriman Paşayev əvvəlcə Qələgah kəndində yaradılmış 

Yoxsullar Komitəsinin sədri, sonralar isə artel və kolxoz sədri 

vəzifələrinə seçilib. Bu vəzifələrdə o, ona göstərilən etimadı 

doğrultmağa nail olub. 

1931-ci ildə Nəriman kişi Dəvəçi rayon ümumi kolxoz-



çuları adından seçilmiş nümayəndə kimi VII Ümum-

Azərbaycan Sovetlər Qurultayında iştirak edib. Qurultayda 


Yüklə 25,81 Mb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   124




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə