Microsoft Word Zamanin axari 2



Yüklə 1,64 Mb.
Pdf görüntüsü
səhifə1/202
tarix19.10.2018
ölçüsü1,64 Mb.
#75099
  1   2   3   4   5   6   7   8   9   ...   202



                              

 

 



 

 

 



 

 

 



 

                               

 

 

Мягаляляр  



Ряйляр 

Мцсащибяляр  

Хатиряляр  

Чыхышлар  

Ссенариляр 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

              «Елм вя тящсил» 

 

 

 



 

             Бакы – 2013 

Nizami Xudiyev

V cild 


SEÇİLMİŞ 

ƏSƏRLƏRİ 

ЗАМАНЫН АХАРЫ ИЛЯ

(II hissə) 




 

2

 



Elmi redaktoru: 

Qəzənfər Kazımov 

filologiya elmləri doktoru, professor 

 

Rəyçilər:  



 

Adil Babayev 

filologiya elmləri doktoru, professor 

 

Rüfət Rüstəmov 



filologiya elmləri doktoru, professor 

 

 



 

 

 



N. M. Xudiyev. 

Заманын ахары иля (V cild) II hissə.  

Бакы, “Elm və təhsil”, 2013, 724 сящ. 

  

«Zamanın axarı ilə» kitabının I cildi 2004-cü ildə «Azərnəşr» tərəfindən 



nəşr olunmuşdur. Kitabın II cildinə də müəllifin müxtəlif dövrlərdə qələmə aldığı 

elmi-publisistik məqalələri, qəzetlərdə çap olunmuş müsahibələri, bir sıra elmi 

əsərlərə verdiyi rəylər, Milli Məclisdə etdiyi bəzi çıxışlar, dövlətçiliklə, 

türkçülüklə, tariximizlə bağlı televiziya filmlərinə yazdığı ssenarilər daxil 

edilmişdir. 

Geniş oxucu kütləsi üçün nəzərdə tutulmuş bu kitabdan elmi işçilər, 

aspirantlar, tələbələr faydalana bilərlər. 

 

 



2013

098


4602000000

N



 грифли няшр

 

© “Azərnəşr, 2008                        



© 

«Elm və təhsil», 2013

 

 

 




 

3

 



 

 

 



GÖRKƏMLİ ALİM, LƏYAQƏTLİ ZİYALI 

 

Görkəmli dilçi-alim, tanınmış türkoloq, millət vəkili, 



əməkdar elm xadimi, filologiya elmləri doktoru, professor 

Nizami Mənafoğlu Xudiyev artıq 57 illik ömür yolunu arxada 

qoydu. Ömür yoluna mirvari tək düzülən illərin hər biri onun 

bioqrafiyasına, ömür kitabına parlaq səhifələr yazıb. Bu 

parlaq səhifələrin arxasında isə ləyaqətli bir alimin, elm 

adamının, dövlət xadiminin gecəli-gündüzlü gərgin 

çalışmaları, elmi araşdırmaları, tədqiqatları, bir sözlə, 

hərtərəfli, genişmiqyaslı fəaliyyəti dayanır. 

Onun ömrü gözəl təbiətli, min bir nemətli uzaq 

Şahbuzdan, qeyrətli bir Azərbaycan kişisinin, Azərbaycan 

ziyalısının halal ocağından başlayıb. Şahbuzdan baş alan 

kiçik bir cığır onu geniş yollara qovuşdurub. 

Nizami Xudiyev 1949-cu il aprel ayının 1-də Naxçıvan 

Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. 

Uşaqlıq və yeniyetməlik illərini Şahbuzda – Naxçıvanda 

yaşayan Nizami Xudiyev ömrünün ən əziz xatirələrinin də o 

yerlərlə bağlı olduğunu söyləyir: «Naxçıvan mənim üçün çox 

əziz, doğma bir ocaqdır, məkandır. Bura ta qədimdən 

müqəddəs insanların yaşayış məskəni olub. Əshübi-Kəhf 

ziyarətgahı, türbələr, Möminə xatun məqbərəsi, baxdıqca 

uzanan Şərur düzləri, bol meyvəli Ordubad bağları, yamyaşıl 

Şahbuz yaylaqları, bu torpağın fəxri olan Əcəmi, Cavid, 

Ordubadi, Mirzə Cəlil yada düşür… 

Naxçıvan gözəlliklər səltənətidir, Şahbuz isə onun 

gözüdür. Atam bu torpağın övladıdır. Şahbuz mənim dədə-



 

4

baba yurdumdur. Bu yurda məni çox möhkəm tellər bağlayır, 



uşaqlığımın daş yaddaşı bu yerlərlə bağlıdır. Qəribədir ki, o 

illərin hər anını yaxşı xatırlayıram, heç nə, hətta adi 

məqamlar da yadımdan çıxmayıb…» 

Uşaqlıq və yeniyetməlik illərindən bir az xiffətlə, amma 

həm də fəxarətlə danışan Nizami Xudiyev doğulduğu torpağın 

tarixini, keçmişini gözəl bilir, ulu bir nəslin nümayəndəsi 

olmasından qürurla söhbət açır. O deyir: «Kəndimizdə 

(Şahbuz rayonu Badamlı kəndi) onun tarixinə, maddi və 

mənəvi miraslarına ehtiramla yanaşırlar. Məsələn, 

kəndimizdə elə bir adam tapılmaz ki, ən azı yeddi arxa 

dönənini tanımasın. Ayrı-ayrı kişilərin adıyla çağırdan 

tayfalar zəncirvari halqa kimi yaddaşlardadır. Alqocalı, 

İsmayıllı, Gardalı, Lahıclı, Məmmədli, Qaraboyalı 

tayfalarının nümayəndələri indi nəsil şəcarəsinin şərəfini 

qorumaları ilə fəxr edirlər. Yaxşı bilirlər ki, əməlləri 

yaxşılığından, pisliyindən asılı olmayaraq, ən azı 

yaddaşımızın tarixində qalır. Kəndimizin tarixində 

özünəməxsus yeri olan bizim tayfa Alqocalı adlanır. Bu ad ulu 

babalarımdan birinin adı ilə bağlıdır…» 

Dosta dost, düşmənə amansız olan ulu babalarının 

Vətən, xalq üçün gördüyü böyük işlərdən, onların 

xeyirxahlığından, mərdliyindən danışan Nizami Xudiyev bu 

gün öz sələflərinin əməllərinin davamçısı olmasından haqlı 

olaraq qürur duyur… 

Görkəmli alim üçün orta məktəb illəri də unudulmazdır. 

O, şagirdlik dövründə yalnız əla qiymətlərlə oxuyub, 

müəllimlərin sevimlisi olub. Əvvəlcə Şahbuz qəsəbə orta 

məktəbində təhsil alıb, sonra isə ailələri atasının dövlət işi ilə 

əlaqədar olaraq Naxçıvana köçüb və o, Naxçıvan şəhər 1 

saylı və 2 saylı orta məktəblərində və yenidən Şahbuzda 

təhsilini davam etdirib. Nizami müəllim bu gün fəxrlə deyir ki



Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   202




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə