Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
1
BULUDXAN XƏLİLOV
ZAMANIN
SINAĞINDAN
KEÇƏNLƏR...
Bakı – 2016
B u l u d x a n X ə l i l o v
2
Redaktor: Fikrət Rzayev,
filologiya üzrə elmlər doktoru, professor
Rəyçilər: Yeganə Ergin (Qəhrəmanova),
filologiya üzrə fəlsəfə doktoru, dosent
Cəlal Allahverdiyev,
filologiya üzrə fəlsəfə doktoru, dosent
Arif Kazımov
Buludxan Xəlilov. “ZAMANIN SINAĞINDAN
KEÇƏNLƏR...”.
Bakı, “Adiloğlu”, 2016, 252 səh.
Kitabda Qulu Xəlilov, Mirzə İbrahimov, Mir Cəlal,
Mehdi Hüseynlə bağlı hadisələr verilir. Bundan başqa, Cəlil
Məmmədquluzadə üslubundan qidalanan publisistik məqalə-
lər, o cümlədən təhsilin inkişafı üzrə Dövlət Strategiyasının
əsas hədəfləri təhlil olunur. Həm də həyat, cəmiyyət, dünya ilə
bağlı zamanın sınağından keçmiş hadisələr özünə yer alır.
Kitabda Gəmiqaya-Qobustan əlifbası, özündə tarixi yaşa-
dan daşlarla bağlı məqalələr və mən-biz, sən-siz, o-onlar
barədə deyimlər – zamanın sınağından çıxan deyimlər, məhz
müəllifin deyimləri verilir.
İSBN 978-9952-7301-6-6
© Xəlilov B, 2016
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
3
Yaşamaq istəyən adam
Azərbaycan ədəbiyyatında elə bədii əsərlər var ki,
onların təkcə adları oxucuya çox şey deyir. Oxucunu
düşünüb - daşınmağa məcbur edir. Belə bədii əsərlərin
adları yazıçının istedadı və bədii tapıntısı kimi qiymətlən-
dirilməlidir. Məsələn, “Qılınc və qələm”, “Şikayətnamə”,
“Aldanmış kəvakib”, “İnsan”, “Yeraltı çaylar dənizə
axır” və s. Bu kimi saysız - hesabsız əsərlərin adları hələ
məzmununu oxumamışdan əvvəl, təkcə ad kimi oxucunu
özünə cəlb edir. “Yaşamaq istəyirəm” əsəri də bu qəbil-
dən olanların sırasındadır. Əməkdar elm xadimi, filolo-
giya üzrə elmlər doktoru, professor, görkəmli tənqidçi
Qulu Xəlilovun “Yaşamaq istəyirəm” əsərinin adı məni
neçə - neçə il bundan qabaq özünə çəkdi. Adı məcbur
etdi ki, əsəri oxuyum. Və əsəri oxudum. Özü də indi yox,
çox - çox illər qabaq. Nə isə... Burada məqsədim “Yaşa-
maq istəyirəm” əsərindən danışmaq deyil. Məqsədim bu
əsərin müəllifi Qulu Xəlilovdan bəhs etməkdir. Qulu Xə-
lilov vaxtilə – ömrünün sonlarına yaxın televiziya müsa-
hibələrinin birində deyirdi: “Allah mənə bir yaratmaq,
yaşatmaq arzusu verə... Həyat eşqi olmasa, insan özünü,
qamətini çətin düzəldər. Heç yaralı ağac da özünü dü-
zəldə bilməz”. Bu fikri söyləyən Qulu Xəlilov uzun
müddət xəstə olmuşdur. O, 30-40 yaşlarından başlayaraq
B u l u d x a n X ə l i l o v
4
ömrünün sonuna qədər xəstəlikdən əziyyət çəkmişdir.
Qulu Xəlilovun üzərində doqquz dəfə cərrahiyyə
əməliyyatı aparılmışdır. Nə isə... Bunlar da öz yerində...
Hər bir ədəbiyyatşünas, ziyalı, o cümlədən Qulu
Xəlilovun tələbələri çox yaxşı bilir ki, o, çox güclü tən-
qidçi idi. Özü də qərəzdən çox - çox uzaq və cəsarətli
tənqidçi idi. Tənqid deyəndə yadıma bir hadisə düşür.
1992-ci ilin dekabr ayı idi. O vaxtkı APİ-nin (indiki
ADPU-nun) kiçik zalında filologiya ixtisası üzrə elmlər
namizədi alimlik dərəcəsi verən müdafiə şurasının iclası
keçirilirdi. Qulu Xəlilov da müdafiə şurasının üzvü idi.
Növbəti müdafiə şurasında mənim də müdafiəm olacaq-
dı. Ona görə də müdafiə şurasının iclasında arxada oturub
özüm üçün təcrübə toplayırdım. Həmin müdafiə şurasın-
da müdafiə edən dissertantın mövzusu ədəbiyyatdan idi.
Opponentlərdən biri də (birinci opponent) Qulu Xəlilov
idi. O, yuxarıda – səfarətdə əyləşmişdi. Qulu Xəlilov bi-
rinci opponent kimi rəyini söylədi. Sonra söz ikinci oppo-
nentə verildi. İkinci opponent (Əflatun Saraclı) öz rəyin-
də tez - tez türk kəlmələrini işlədirdi. Birdən Qulu Xəli-
lov yerindən opponentə etiraz etdi. Azərbaycan dilində
kəlmələr olduğu halda, yerli - yersiz türk sözlərini işlət-
məsini qəbahət saydı. Əsəbləşdi və ayağa durub kiçik zalı
tərk etdi. İkinci opponent rəyini söylədikdən sonra Qulu
Xəlilov kiçik zala qayıtdı. Onun bu hərəkəti zaldakıların
hamısının ürəyincə oldu. Çünki ikinci opponentin rə-
Z a m a n ı n s ı n a ğ ı n d a n k e ç ə n l ə r . . .
5
yindəki yersiz və süni görünən türk kəlmələri hamını
qıcıqlandırmışdı.
Qulu Xəlilovun cəsarəti, məhz yerində və məqa-
mında olan cəsarəti onu hamıya sevdirirdi. Və onun cəsa-
rətli, səmimi, qərəzsiz tənqidi hamının xoşuna gəlirdi.
Heç kəs onun tənqidindən incimirdi. Bu gün ədəbi tənqid
arzuolunan səviyyədə deyil. Doğrudan da ədəbiyyat barə-
də tost deyənlər çoxalıbdır. Əksər vaxtlar ədəbiyyat barə-
də tost deyilir. İndi ədəbi tənqidin qədri bilinmir. Ona
görə ki, ədəbi tənqidə qiymət verənlər, ədəbi tənqidin
dəyərini bilənlər azalıbdır. Qulu Xəlilov ədəbi tənqidə
qiymət verən və ədəbi tənqidin dəyərini bilən bir ziyalı
idi. O deyirdi: “Mən zəif əsər haqqında güzəştə getməyi
millətə xəyanət hesab edirəm”. O, tənqidin qədrini bilən-
lər barədə deyirdi: “Tənqidin qədrini S.Vurğun,
M.Hüseyn kimi adamlar bilibdir”.
Yadımdadır, Qulu Xəlilovun yeznəsi (bacısının
yoldaşı) Şirin Quliyev dəfələrlə mənə söhbət edərdi ki,
bəzi şair və yazıçılar barədə xahiş edərdim ki, onların
əsərləri barədə müsbət yazsın. O isə “Nə xahişin olsa, de,
edərəm, ancaq bu xahişi etmə” söylərmiş. Qulu Xəlilov o
qədər qərəzsiz adam olmuşdur ki, yaxşıya yaxşı, pisə pis
deməkdən çəkinməmişdir. Hər hansı bir adamın yaxşı
işini yaxşı, pis işini pis kimi üzünə deməkdən qorxma-
mışdır. Məsələn, o, M.Hüseyni tənqidin qədrini bilən bir
tənqidçi kimi dəyərləndirməklə yanaşı, ona ürəyinin
dediklərini söyləməkdən də yan keçməmişdir. Belə ki,
Dostları ilə paylaş: |