Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.

səhifə10/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
1   ...   6   7   8   9   10   11   12   13   ...   50

Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
43
ni biliklər verə bilməz, bacarıq, vərdişləri aşılamaqda heç 
bir nailiyyət  əldə edə bilməz. Bu baxımdan da strategi-
yada müəllim amilinə, müəllim peşəkarlığına xüsusi diq-
qət yetirilir. Ona görə  də  təhsil islahatı zamanı müəllim 
hazırlığı  və müəllim peşəkarlığı  həlledici amil kimi 
unudulmur. Müəllimlərin mütərəqqi tədris metodlarına 
və müxtəlif sahələrə aid metodikalara xüsusi önəm veri-
lir. Təcrübə onu göstərir ki, özünməxsus metodu olmayan 
müəllim təhsilalanın formalaşmasında, yaradıcı düşüncə-
sinin inkişafında uğurlu nəticə  əldə edə bilmir. Ancaq 
özünəməxsus metodu olan müəllim təhsilalanın fərdi 
xüsusiyyətlərini nəzərə almaqla daha yüksək nəticələr 
əldə edir. Bununla da təhsil siyasətində müəllim və tədris 
metodikaları  təhsilalanın inkişafında böyük rol oynayan 
amillər sırasında götürülür. 
Strategiyada təhsil sahəsində beynəlxalq təcrübə və 
meyillər sırasında idarəetmə amili də başlıca amil hesab 
olunur. Belə ki, təhsil prosesinin iştirakçıları-təhsilverən 
və təhsilalan münasibətləri düzgün qurulmalıdır. Münasi-
bətlər sistemini düzgün qurmaq, tənzimləmək, funksiya-
ları, səlahiyyət və cavabdehliyi dəqiq müəyyən etmək 
yenə də təhsil prosesinin keyfiyyətinə və inkişafına yetə-
rincə xidmət edə bilir. Bu baxımdan strategiyada inkişaf 
etmiş ölkələrin təcrübəsinə istinad olunur. Bir daha mə-
lum olur ki, inkişaf etmiş ölkələrdə təhsildə idarəetmənin 
ictimailəşməsi prosesi getdikcə sürətlənir. Əslində təhsil-
də idarəetmənin ictimailəşməsi o deməkdir ki, təhsilverə-


B u l u d x a n   X ə l i l o v  
 
44 
nin səlahiyyəti, funksiyası  və cavabdehliyi cəmiyyətin 
hər bir üzvü tərəfindən tanınır və  qəbul olunur. Bu da 
nəticədə  təhsil strategiyasını  uğurla həyata keçirir. Eyni 
zamanda təhsilin keyfiyyətinin dayanıqlı inkişafını təmin 
edir. 
Təhsildə idarəetmənin ictimailəşməsi təhsil müəssi-
sələrinin hər birini müstəqilləşdirir, təhsil prosesinin 
digər iştirakçılarını (valideynləri,  şagirdləri, tələbələri) 
prosesə geniş şəkildə cəlb edir, nəticəni məqsədyönümlü 
və effektli edir. Həm də ali təhsildə özəl sektorun rolunu 
artırır. Bununla da ali təhsil müəssisələrində dövlət 
maliyyələşdirilməsi özəl sektorun maliyyələşməsi ilə 
əvəz olunur. Və bu baxımdan müxtəlif dövlətlərdə ali 
təhsil sisteminin maliyyələşdirilməsi müqayisə olunur. 
Məsələn, Almaniya, Avstriya, İtaliya kimi ölkələrdə döv-
lət maliyyələşdirilməsinin həcmi 90 faiz, ABŞ, Avstrali-
ya, Yaponiya, Kanada və digər ölkələrdə isə 50-70 faiz 
təşkil edir. Bu da imkan verir ki, təhsilalan da, təhsil-
verən də maliyyələşdirmə  məsələsinə dünya təcrübəsinə 
istinad etməklə yanaşsın. Deməli, ölkədəki ali təhsil mü-
əssisələrinin maliyyələşdirilməsində yeni düşüncə  və 
dünyagörüş təhsil sisteminə gəlməlidir. Bu yeni düşüncə 
və dünyagörüşlə  təhsilin maddi-texniki bazasının 
inkişafına, müəllimin  əmək haqqının artırılmasına və s. 
məsələlərə nail olmaq mümkündür. 
Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə 
Dövlət Strategiyasında Azərbaycan Respublikasında təh-


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
45
silin vəziyyəti məsələsi də əhəmiyyətli şəkildə özünə yer 
alır. Etiraf etmək lazımdır ki, son illərdə ölkəmizdə 
təhsilin inkişafı istiqamətlərində xeyli nailiyyətlər  əldə 
olunmuşdur. Azərbaycan Respublikasının bütün region-
larında təhsilin infrastrukturu əhəmiyyətli dərəcədə ye-
niləşmişdir. Təhsil müəssisələri elmi-metodiki baxımın-
dan, təhsil infrastrukturunun yeniləşməsi baxımından, 
dərsliklərlə  təminat baxımından, kadr təminatı baxımın-
dan yenidən qurulmuşdur. Azərbaycanda təhsilin keyfiy-
yəti və əhatəliliyi yüksəlmişdir. Belə ki, Birləşmiş Millət-
lər Təşkilatının 2010-cu il üzrə İnsan İnkişafı Hesabatına 
əsasən (2005-ci illə müqayisədə) Azərbaycan 169 ölkə 
arasında 101-ci yerdən 67-ci yerə yüksəlmişdir. Bununla 
da Azərbaycan “orta insan inkişafı” qrupundan “yüksək 
insan inkişafı” qrupuna daxil olmuşdur.  Əlbəttə, bu, 
Azərbaycan təhsilinin beynəlxalq rəqabət prosesində 
davamlılığını, reytinq səviyyəsinin yüksəldildiyini gös-
tərir. Bununla yanaşı, ali və ümumi təhsil üzrə təhsilalan-
ların keyfiyyət göstəricilərini yüksəltməyi bir zərurətə çe-
virmək lazımdır. Eyni zamanda ümumi təhsil müəssisələ-
rində  dərsliklərin məzmununun, keyfiyyətinin elmi-me-
todik baxımdan təkmilləşdirilməsi də aktuallıq kəsb edir, 
bir zərurətə çevrilir. Bundan başqa, təhsilin keyfiyyəti və 
əhatəliliyi ilə bağlı digər vacib məsələlər də diqqət mər-
kəzində saxlanılır. Məsələn, həmin vacib məsələlər içə-
risində ali təhsil müəssisələrində  kənd təsərrüfatı üzrə 
təhsil alan tələbələrin 1,2 faiz təşkil etməsidir. Bu, təbii 


B u l u d x a n   X ə l i l o v  
 
46 
ki, gələcəkdə kənd təsərrüfatı sahəsində kadr çatışmazlı-
ğına gətirib çıxara bilər. Bundan başqa, regionlar üzrə ali 
təhsil almaq üçün ali təhsilə  çıxış imkanları genişlən-
məlidir. Görünür ki, gələcəkdə ali təhsil müəssisələrinin 
regionlar üzrə qurulması  həlli  əhəmiyyətli hesab olunan 
işlərdən biri olacaqdır. Bu da imkan verəcəkdir ki, ali 
məktəb tələbələrinin sayı artsın. Strategiyada qeyd 
olunduğu kimi, hər 100 000 nəfərə düşən ali məktəb 
tələbələrinin sayı xeyli dərəcədə artacaqdır. 
Respublikada təhsilin keyfiyyətini və  əhatəliliyini 
artırmaq üçün məktəbəqədər təhsilə  də xüsusi diqqət 
yetirilməlidir. Məktəbəqədər təhsilə cəlb olunanların sayı 
artmalıdır. Bu məsələ Strategiyada diqqət mərkəzində 
saxlanılır. Qeyd olunur ki, məktəbəqədər təhsil şəhərlər-
də 23,4 faiz, kəndlərdə 8,7 faiz, ölkə üzrə 16,5 faiz təşkil 
edir. Düzdür, Bakı şəhərində məktəbəqədər təhsil müəs-
sisələrində təhsil alanların sayı artaraq 27 faizə çatmışdır. 
Ancaq bu sahədə problemin tam həll edilmədiyi də bir 
faktdır. Bir fakt da odur ki, yaşayış məntəqələrimizin 75 
faizində məktəbəqədər təhsil müəssisəsi yoxdur. 
Strategiyada Azərbaycan Respublikasında təhsilin 
vəziyyəti reallıqların təhlili üzərində qurulur. Məsələn, 
təhsilin məzmununda görüləcək işlərin nə  qədər zəruri 
olduğunu nəzərə çatdırmaq üçün ümumi təhsilin dövlət 
standartları və proqramları hədəf kimi götürülür. Doğru-
dan da fənn kurikulumları və dərsliklər ümumi təhsilin I-
VI siniflərində tətbiq olunsa da, VII-XI siniflərdə bu isti-




Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   50


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə