Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə11/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   7   8   9   10   11   12   13   14   ...   50

Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
47
qamətdə  işlər davam etdirilməlidir. Ona görə davam 
etdirilməlidir ki, ümumtəhsil müəssisələrində indiyə 
qədər mövcud olan kurikulumlar müasir tələblərə cavab 
vermir,  əmək bazarına uyğun deyildir. Ali təhsil müəs-
sisələrində isə əmək bazarının tələbatına uyğun kadrların 
hazırlanmasına ehtiyac böyükdür. 
Strategiyada Azərbaycan Respublikasında təhsilin 
vəziyyəti dedikdə idarəetmə, infrastruktur və s. məsələlər 
də  təhsil sisteminin inkişafına xidmət edən amillər kimi 
diqqət mərkəzində saxlanılır. 
Strategiyada “Təhsil sisteminin başlıca vəzifələri”, 
“Strategiyanın məqsədi”, “Strateji istiqamətlər”, “Strateji 
hədəflər və tədbirlər”, “Strategiyanın həyata keçirilməsi” 
təhsilin gələcəyi barədə geniş təsəvvür yaradır. Bunların 
hamısı ölkədə təhsilin gələcək inkişaf perspektivlərini bir 
məsuliyyətə çevirir. Artıq Strategiyada ən vacib amillər 
gündəmə gəlir: insan kapitalını inkişaf etdirmək, təhsildə 
beynəlxalq rəqabət qabiliyyətini yüksəltmək, müstəqil və 
yaradıcı düşünən vətəndaş, şəxsiyyət yetişdirmək, qabaq-
cıl mövqe tutan təhsil sistemini yaratmaq, müasir tələblə-
rə cavab verən infrastrukturu yaratmaq, müxtəlif mənbə-
lərdən istifadə olunmaqla yeni maliyyələşdirmə mexaniz-
mini yaratmaq, səmərəli təhsil modelinə  əsaslanan 
standart və kurikulumları hazırlamaq və s. Bütün bun-
ların hamısını  həyata keçirmək üzrə  fəaliyyət planı 
Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq 
olunmuş  və Strategiyanın icrasının gedişi barədə  hər il 


B u l u d x a n   X ə l i l o v  
 
48 
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hesa-
bat verməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respubli-
kasının Nazirlər Kabinetinin hər il Azərbaycan Respubli-
kasının Prezidentinə hesabat verəcəyi onu göstərir ki, 
Strategiyanın həyata keçirilməsi çox əhəmiyyətli və 
vacib bir işdir. Bu mənada Strategiyanın uğurla həyata 
keçirilməsi Azərbaycan Respublikasında təhsilin inkişafı 
ilə bağlı bir sıra nailiyyətləri vəd edir. Ölkənin gələcək-
dəki mədəni, iqtisadi, sosial, elmi inkişafını  şərtləndirir 
və stimullaşdırır. 
 
11.11.2014 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
49
 
 
Əziz dost,  
nə vaxt qayıdıb gələcəksən?! 
 
14 mart 2014-cü il... Sübh tezdən işə gedirdim. İşə 
piyada gedirdim. Birdən  əl telefonuma zəng gəldi. Bax-
dım ki, zəng vuran dostumuz Seyiddir. Onun adı Cavan-
şirdir, ancaq əsil-nəcabətli seyid nəslindən olduğu üçün 
ona bütün dostlar belə (Seyid) deyirlər. Fikirləşdim ki, bu 
vaxt nə  zəngdir, görəsən. Heç ağlıma gəlmədi ki, onun 
mənə verdiyi xəbər bu qədər acı olarmış. Seyid telefonda 
mənə dedi ki, Suraxanıya gəl. Dedim nə olub. Dedi ki, 
gəl, bilərsən. Əl çəkmədim, dedim ki, nə olub. Gördü ki, 
əl çəkmirəm. Dedi ki, dostumuz İbrahim yoxdur. Dedim 
ki, necə  yəni yoxdur?! O dedi ki, yoxdur da... İnfarkt 
oldu, dünyasını  dəyişdi. Qolumdakı saat səhər tezdən 
6
37
 dəqiqəni göstərirdi. Yer-göy başıma fırlandı. Özümün 
özümlə söhbətim belə oldu: 
 
Soyuqmuş bu qara torpağın üzü 
Ay Seyid, sən bunu hardan bilirsən?! 
Günbəgün, aybaay üyüdür bizi 
Ay Seyid, sən bunu hardan bilirsən?! 
 
Bunları babamız, nənəmiz deyib, 
Bunları atamız, anamız deyib, 
Kim deyib, düz deyib, çox təmiz deyib, 
Ay Seyid, sən bunu hardan bilirsən?! 


B u l u d x a n   X ə l i l o v  
 
50 
Ay Seyid, bu nə dərd, bu nə xəbərdi? 
Ömrümün bu çağı qəddimi gərdi. 
Bəlkə bir yalandı, ya kimsə gördü?! 
Ay Seyid, sən bunu hardan bilirsən?! 
 
*** 
Bu bəd xəbərdən 3-4 gün əvvəl bazar günü görüş-
müşdük. Mənə  zəng vurmuşdu ki, sizə  gəlirəm. Dedim 
ki, gözləyirəm, gəl. Gəldi xeyli söhbət etdik. Həmişə 
olduğu kimi ruhlu idi, həyat eşqi güclü idi. O qədər 
sevinirdi ki, hərəkətlərində də sevincini gizlətmirdi. Hətta 
pianinoda öz bildiyi kimi, özünəməxsus  şəkildə bir 
mahnı da ifa etdi. Planlarımızdan, görəcəyimiz işlərdən 
danışdıq. Bir-birimiz barədə xoş sözlər dedik. Həmişə ol-
duğu kimi zarafatımızdan da qalmadıq. Məndən ayrılan-
da həyətə qədər birlikdə çıxdıq. Həyətdə də xeyli söhbət 
etdik. Məndən ayrılanda dedi ki, üzümüzə gələn həftənin 
ya altıncı, ya da bazar günü dostlarla birlikdə görüşəcə-
yik. Bu görüşümüzün olacağına arxayın oldum və onunla 
nə zəngləşə bildim, nə də görüşə bildim. Hərdən özümü 
qınayıram ki, bəlkə zəngləşərdik, bəlkə görüşərdik. Bəlkə 
zəngləşsək, bəlkə görüşsək, bu hadisə baş verməzdi. 
Açığı deyim ki, bu bəlkələr də  məni yaman yorur. Nə 
isə... Artıq bu bəlkələrdən keçib. Artıq ağlıma gəlməyən, 
yatsam belə, yuxuma girməyən hadisə baş verib. Artıq 
İbrahim onu tanıyanların hər birindən ayrı düşüb. O, hər 
gün, hər an onu tanıyanları, onun dostlarını, onun əzizlə-


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
51
rini, doğmalarını ağladır. Onda insani hisslər, duyğular o 
qədər güclü idi ki, onun fiziki yoxluğu ağlatmaya bilmir. 
Bu ağrı hamını – dostu, tanışı, qohumu, qardaşı, bu hadi-
səni eşidən hər bir kəsi ağlatdı, ağladır və ağladacaqdır. 
 
Ağladı 
 
Ürəyin qəflətən susdu həmin gün 
Göy üzü buluddan qara bağladı 
Dost-aşna matəmə büründü bütün, 
Adını eşidən bəndə ağladı. 
 
Çatanda xəbərin yaxına, yada, 
Hamını bir anda qaladı oda. 
Son anda dayın da yetmədi dada, 
Çalışıb-vuruşub gendə ağladı. 
 
Əzəldən bağlıydın ölümsüzlüyə 
Bu qədər vədəsiz köç etdin niyə? 
Ömrünü xərclədin dost-tanış deyə, 
Dostların hamıdan öndə ağladı. 
 
Dostların gözündə yaş gilələndi 
Ananın gözündən leysan ələndi, 
Matəmə bürüdün şəhəri, kəndi, 
Güc-qüvvət qalmadı, can da ağladı. 
 
Qanrılıb baxanda qardaşlarına, 
Ürəyim dözmədi, göz yaşlarına, 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə