Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə13/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   9   10   11   12   13   14   15   16   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
56 
idi. Baş-ayaq tapa bilmədik. Qanım çox qaraldı. Gecə 
saat 12-ni çoxdan keçmişdi.  İbrahim məni maşını ilə 
gətirib 4-cü mikrorayonda olduğum evimizin qabağında 
saldı. Evə qalxdım. Evdəkilər niyə gec gəldiyimi bilirdi-
lər. Bilirdilər ki, işdən sonra çap etdirəcəyim kitabların 
əyər-əskiyini qaydasına salıram. Ancaq əliboş  gəlməyi-
min səbəbini soruşdular. Hadisəni onlara olduğu kimi 
danışdım. Birdən  əl telefonuma zəng gəldi. Gördüm ki, 
İbrahimdir. Mənə dedi ki, aşağı düş, baş-ayaq gətirmi-
şəm. Gecə vaxtı – hər yerin bağlı olduğuna baxmayaraq, 
o, bunu necə tapdı, hardan tapdı, bilmədim. Heç soruş-
mağa vaxtım da olmadı. Ancaq bildim ki, o, bunu nəyin 
bahasına olursa-olsun etdi. Ona görə etdi ki, təki mən 
qayğılı olmayım. Eşitsəydi ki, dişim ağrıyıb, başım ağ-
rıyıb ona deməmişəm, məndən inciyərdi. Niyə mənə de-
məmisən, ay professor, 

 deyərdi. Mənim üçün əlindən 
nə  gəlirdisə, onu da edərdi. Təki mənim problemim, 
qayğım olmasın. 
Əziz dost, əziz ruh qardaşım,  əziz mənəvi qarda-
şım, bütün məqamlarda dopdolu qardaşım, həyatı  və 
insanları sevən, məhz səmimi və  təbii sevən qardaşım, 
sənin yerin boşdur! Bu boşluğu hər an, hər dəqiqə, hər 
saat, hər gün hiss edirəm. Əl telefonuma əl atıram. Sənə 
zəng vurub görüşmək istəyirəm. Ancaq... Ancaq yadıma 
düşür ki, sən Allahın dərgahındasan. Ehtiyat edirəm. 
Dəhşətli dərəcədə ehtiyat edirəm. Ehtiyat edirəm telefo-
numun yaddaşında olan nömrənə zəng vurmağı. Bilirsən-


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
57
mi, mənə nə qədər ağır gələr ki, o biri başdan telefonum-
da bu sözlər səslənsin: telefon söndürülüb, ya da ki əhatə 
dairəsindən kənardadır, yaxud da telefonun nömrəsi 
müəyyən olunmayıb, ya da ki cavab verilməyə və sair, və 
ilaxır. Sənin nömrələrin mənim telefonumun yaddaşında 
əbədi qalacaqdır. Ancaq zəng etməyə  cəsarət etməyəcə-
yəm. Ona görə ki, eşidəcəyim söz məni sarsıda bilər. 
Səndə  həyat eşqi o qədər güclü idi ki, elə bilirəm ki, 
harasa qonaq getmisən, qayıdıb gələcəksən. Bəzən isə 
düşünürəm ki, xarici ölkələrin hansınasa ezamiyyətə 
getmisən, tezliklə qayıdacaqsan. Axı  sən son vaxtlar 
Londona, Kiyevə, Tbilisə, Ankaraya, Karsa və digər 
yerlərə gedərdin, biz sənin yolunu gözləyərdik. Bu ümid 
və inamla yenə də səni gözləyirik. 
 
Gələrsən 
 
Gözləyirəm, gözüm üstə yerin var
Günəş doğub qızaranda, qayıt gəl. 
Qış ötüşüb yetişməmiş ilk bahar 
Boz ay gülüb bozaranda, qayıt gəl. 
 
Qışın çəni qar gətirir – bilirəm, 
Yazın çəni bar gətirir – bilirəm, 
Nar ağacı nar gətirir – bilirəm, 
Lalə çıxıb qızaranda, qayıt gəl. 
 


B u l u d x a n   X ə l i l o v  
 
58 
Çox istədin, çox bağlandın, sən mənə 
Görünmədin bir an gəldi gün mənə, 
Necə getdin eləcə də dön yenə, 
Nə qədər var ürək canda, qayıt gəl. 
 
Sənsiz mən tək dərd görməyib kölə də, 
Arzu, ümid deyən qalıb tələdə. 
Sən yandırıb döndərirsən külə də, 
Çaylar daşıb, coşan anda, qayıt gəl. 
 
Ruhun hər an mənimlədir – bir yerdə  
Vallah, billah heç kəs dözməz bu dərdə 
Nədir axı aramızda bu pərdə?! 
Geciksən də, son gümanda, qayıt gəl. 
 
İmkan yoxsa son ünvanda gələrsən  
Namərd çoxdur, axı mərdsən, qayıt gəl 
Yandırırsan, öldürürsən, qayıt gəl 
Bil ki, mənə ağır dərdsən, qayıt gəl. 
 
Dağ başını duman alıb, çən alıb 
Buludxanın heyva kimi saralıb 
Kimlər gəlib, kimlər gedib, kim qalıb?!  
Həsrətimə inananda, qayıt gəl.  
 
12.01.2015 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
59
 
 
İnsan sığınacaqlara doğru 
tələsir 
 
İnsanın bu dünyaya gəlişindən başlamış, bu dünya-
dan gedişi də daxil olmaqla – hamısı sığınacaq axtarmaq-
dır. Hələ ana bətnində olan uşaq ana bətnini sığınacaq 
kimi qəbul edir. Ana bətnində  sığınacaq tapmış  uşaq 
burada qala bilmir, bu heç mümkün də deyil. Buradakı 
sığınacaq müddəti qurtardıqdan sonra uşaq dünyaya gəlir, 
ömrünün sonuna qədər bu dünyada sığınacaq axtarır. 
Bağçaya gedir, burada sığınacaq axtarır. Məktəbə gedir, 
burada sığınacaq axtarır. Ali təhsil alır, burada sığınacaq 
axtarır. Ailə qurur, yenə də sığınacaq axtarır. Ev alır, ye-
nə  də  sığınacaq axtarır. Nəhayət, insan ölür, yenə  də 
sığınacaq axtarır. Ölmüş insanı tabuta qoyur və  qəbiris-
tanlığa aparırlar. Tabut da, qəbiristanlıq da sığınacaqdır. 
Ölən insan dəfn olunur. Ən son sığınacaq budur. İstəsə 
də, istəməsə  də, sığınacaq axtaran insan son mənzili – 
torpağı  sığınacaq kimi qəbul edir. Beləliklə, insan üçün 
həyat başdan-başa sığınacaqlardan ibarət olur. Bu işin bir 
tərəfi. İkinci tərəfi odur ki, insan həyatı boyu sığınacaq-
lara doğru tələsir. Heç özü bu barədə düşünmədən çalışır, 
vuruşur və nəhayət, torpaq adlı sığınacaqda rahatlanır... 
Sığınacaq deyəndə  ədəbiyyat üzrə Nobel mükafatı 
laureatı Herman Hessenin “Sığınacaq” essesindən bir 


B u l u d x a n   X ə l i l o v  
 
60 
məqam yada düşür: “Mən yenə də nəyin dalınca gedəcə-
yimi, nəyi rəhbər tutacağımı, öz qanımı nəyə verəcəyimi 
tapdım, anladım. Bu nə istəkdi, nə  də arzu, bu – məq-
səddir. 
Bu məqsəd – yenə də sığınacaqdır. Ancaq nə mağa-
radır, nə də gəmi. Mən o sığınacağı öz içimdə axtarıram, 
dağlardan, mağaralardan etibarlı, tabutdan, qəbir çalasın-
dan etibarlı və rahat, tək qaldığım, dünyanın əli yetmədiyi 
məkan, yaxud nöqtə axtarıram. Budur mənim məqsədim. 
Ora heç nə keçə bilməz, çünki ora mənimlə yoğrulub. 
Qoy orada lap boran və ağrılar olsun, qoy orada lap 
qan da tökülsün. 
Mən hələ bu məqsədimdən çox uzaqdayam, mən 
hələ yolun lap başlanğıcındayam, ancaq indi bu, əsl 
mənim yolumdur. Adi arzu deyil. 
Ey dərin sığınacaq! Sənə heç bir tufan yetməz, səni 
alov yandıra bilməz, səni heç bir müharibə dağıda bil-
məz. Öz cismimin dərinliyində balaca yuva! Daxma, ba-
laca tabut, balaca beşik, mən sənə can atıram”. (Herman 
Hesse. Seçilmiş  əsərləri. Bakı: “Şərq – Qərb”, 2010, 
s.532-533). 
Bu dünyada hərəyə bir şey lazımdır: kimisinə gecə, 
kimisinə gündüz, kimisinə  mərdlik, kimisinə namərdlik, 
kimisinə  məğrurluq, kimisinə mütilik, kimisinə qayğı, 
kimisinə etinasızlıq, kimisinə haqq-ədalət, kimisinə 
ədalətsizlik, kimisinə  nə isə... Ancaq hamıya – hər bir 
kəsə  sığınacaq mütləq lazımdır. Bütün ömrü boyu 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə