Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə16/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   12   13   14   15   16   17   18   19   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
70 
var: “Bir dəfə Dostoyevski müəmmalı bir fikir söyləmiş-
di: “Dünyanı gözəllik xilas edəcək”. Bu nə deməkdir? 
Uzun müddət mənə elə  gəlirdi ki, sadəcə, bir deyimdir. 
Bu axı necə ola bilər? Tarix boyu qana həris gözəllik, 
kimi və nədən xilas edib? Nəcibləşdirib, yüksəldib – bəli, 
amma kimi xilas edib? 
Amma gözəlliyin mahiyyətində, xüsusilə  də 
incəsənətin mövqeyində belə bir xüsusiyyət var: əsl bədii 
əsərin inandırıcılığı təkzibolunmazdır və o hətta ən güclü 
müqavimət göstərən qəlblərə belə hakim kəsilə bilir. 
Siyasi nitqi, israrlı publisistikanı, sosial həyat proqramını, 
fəlsəfi sistemi həm yanlışlıqlarla, həm də yalanlarla zahi-
rən hamar, həmahəng şəkildə qurmaq olar; nələr gizlədi-
lib, nələr təhrif olunub – dərhal gözə çarpmayacaq. Və 
əgər  əks-yönəmli nitq, publisistika, proqram, başqa sis-
temli fəlsəfə mübahisəyə qalxmış olarsa da, 

 yenə  hər 
şey əvvəlki kimi həmahəng və hamar qalacaq və yenə də 
hər şey düz gələcək. Buna görə də onlara inam həm var 
və həm də yoxdur. 
Sadəcə, deyirlər: adamın ürəyinə yatmır. 
Bədii  əsər isə öz sınağını özündəcə daşıyır: süni, 
qondarma konsepsiyalar obrazlarla sınaqdan keçə bilmir: 
həm birincilər, həm də ikincilər dağılıb gedir, çəlimsiz, 
solğun görkəm alır, heç kəsi inandıra bilmir. Həqiqəti 
canına hopdurmuş  və onu kəskin – canlı  şəkildə  təqdim 
edən əsərlər isə bizi amiranə tərzdə öz təsirləri altına sa-


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
71
lır, özlərinə cəzb edirlər – və heç kəs, heç vaxt, hətta əsr-
lər keçəndən sonra da onları təkzib etmək fikrinə düşmür. 
Ola bilər ki, Həqiqət, Xeyir və Gözəllik üçlüyünün 
bu qədimi vəhdəti materialist gəncliyimizdə düşündüyü-
müz kimi, sadəcə, təmtəraqlı formul deyil. Əgər bu üç 
ağacın başları, tədqiqatçıların dedikləri kimi, birləşirsə, 
lakin bu zaman Həqiqət və Xeyirin yetərincə açıq, yetə-
rincə  aşkar duyulan pöhrələri basılıb  əzilmişdirsə, kə-
silmişdirsə, irəli buraxılmırsa – onda ola bilməzmi ki, 
Gözəlliyin ecazkar, öncədən necə olacaqları bilinməyən, 
gözlənilməz pöhrələri özlərinə yol tapa bilsin, elə həmin 
yerdəcə üzə  çıxsın və onların hər üçünün işini görmüş 
olsun? 
Belə olan halda Dostoyevskinin “Gözəllik dünyanı 
xilas edəcək” deyimi təsadüfən yox, peyğəmbərcəsinə 
söylənilmiş olmur ki? O axı çox şeyi görə bilirdi, hər şey 
ona heyrətamiz dərəcədə əyan olurdu.  
Deməli, incəsənət, ədəbiyyat, doğrudan da, müasir 
dünyaya kömək edə bilər?” (Aleksand Soljenitsın. 
Seçilmiş əsərləri. Bakı, “Şərq-Qərb”, 2010, s.14-15). 
Deməli, Həqiqət, Xeyir və Gözəllik birləşməlidir. 
Onların hər üçünün vəhdəti irəliyə buraxılmalıdır. Ancaq 
bu vəhdətə  qədər gözəlliyin xilas etmə imkanı barədə 
düşünmək lazımdır. Gözəllik kimi xilas edə bilər? Gözəl-
lik kimdən kimi xilas edə bilər? Eyni zamanda Gözəllik 
nəyi xilas edə bilər və  nədən xilas edə bilər? Gözəllik 
hamını  nəcibləşdirə  də bilməz. Nəcib olmayana nəcib 


B u l u d x a n   X ə l i l o v  
 
72 
olan gözəllik təsir edə bilməz, dəyişə bilməz. O cümlə-
dən gözəllik də nəcib olmayanların qəlbinə yol tapa bil-
məz. Nəcib olmayanlar gözəlliyi və onun pöhrələrini elə 
əzirlər ki, heç “uf”da demirlər. Gözəlliyi və onun pöhrə-
lərini əzmək nəcib olmayanların əlində çox asan bir işdir. 
Odur ki, gözəlliyi qorumaq, onun pöhrələrini inkişaf 
etdirmək asan başa gəlmir. Bu yolda gözəllik həqiqət və 
xeyirlə birləşməlidir, vəhdət yaratmalıdır. Həm də  ədə-
biyyatın, incəsənətin meydanını müasir dünyada, məhz 
müasir dünyada genişləndirmək lazımdır. Dünya hər şeyi 
silahla, güclə idarə etmək dövrünü yaşayıbdır. Hal-
hazırda elmi-texniki tərəqqi dövründədir. Dünyanın 
yalnız elmi-texniki tərəqqiyə olan ehtiyacı ilə dünya irəli 
gedə bilməz. Müasir dünyanın həqiqət, xeyir, gözəllik 
vəhdəti ilə yanaşı, ədəbiyyat və incəsənətə də ehtiyacı az 
deyil. 
 
 13.02.2015 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
73
 
 
İnsan ömrü nəyə sərf olunur? 
 
İnsan ömrü nəyə sərf olunur? Görəsən, bunun barə-
sində hər bir kəs fikirləşirmi? Birisi yüngül həyat sevinc-
ləri ilə yaşayır. Birisi səadət axtarmaq üçün səhərdən 
axşama qədər işləyir, planlar cızır. Birisi xəyallarda öz 
gələcəyini axtarır. Birisi yeyib-içir, yatır. Birisi mümkün 
olmayanı arzulayır. Birisi mümkün olmayan nəyinsə 
istəyində olur. Birisinin bəxti gətirir. Birisi… Birisi… 
Birisi… Birisinin isə heç dünya vecinə deyil, həyatdan öz 
payını götürür. İstədiyini və arzuladığını o dəqiqə alır. 
İmkan vermir ki, istəyinin üstündən zaman, vaxt keçsin. 
Ancaq dünyada elə bir qanun yoxdur ki, hər bir kəsin öz 
qəribəliyini tənzimləsin. Bizim hər birimiz nəyi biliriksə, 
elə onu da bilirik… Bilmədiklərimiz barədə düşünmürük. 
Əksər vaxt öyrəndiklərimiz və öyrənmək istədiklərimiz 
bir parça çörək qazanmağa xidmət edir. Bu isə elə bir ov 
tələsidir ki, həmin tələyə hər an düşmək mümkündür. Ov 
tələsi bizi hər an gözləyir. Hər birimiz tələyə necə çörək 
qoyulduğunu görmüşük. Və  tələ yiyəsinin o çörəyə  gə-
ləni tutduğunu da görmüşük. Ona görə də tələyə düşmə-
mək üçün bizə verilən çörəkdən də ehtiyatlı olmalıyıq. 
Yəqin ki, çox görmüsünüz: balıq ovunda qarmağa qurdu 
keçirib suya atırlar. Bu qurdu yeməyə gələn balığı tutur-
lar. Görün bu yolla gündə saysız-hesabsız balıqları necə 
ovlayırlar. Əslində çörək verənin özü də çörək qazanmaq 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə