Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə17/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   13   14   15   16   17   18   19   20   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
74 
xatirinə  nələr etmir?! Çox zaman bir məsələ barəsində 
fikirləşmirik. Fikirləşmirik ki, çörək verənlərin özünü 
yoxlamaq lazımdır. Görəsən, onlar nəyin xatirinə, nəyin 
naminə çörək verirlər?! 
Çörəkçinin məqsədli  şəkildə çörək qoyduğu tələ 
hər an insanı tuta bilər, öldürə bilər, məhv edə bilər. Tələ 
sabahı aydın olmayan bir qaranlıq kimi həmişə gülümsə-
yir. Bizim hər birimizi sakitcə gülümsəməyi ilə özünə 
çəkir. Ancaq… İnsan isə heç bir vaxt əhəmiyyət vermir 
ki, bu gülümsəyən qaranlıq onu hansı çətinliklərə aparır . 
Məncə, hər  şey yaxşı gedir deyənlər də, fikirləşməlidir. 
Hər şey yaxşı gedir deyənlər bilməlidir ki, sabah hər şey 
yana bilər, məhv ola bilər, dağıla bilər. Kimin ağlına gələ 
bilərdi ki, ağlına gəlməyənlər nə vaxtsa başına gələcək-
dir. Kimin ağlına gələ bilərdi ki, qaranlıq gecə onu 
gözləyir. Dünyada heç bir şey ilə əbədi əylənmək olmaz. 
Əyləndiyimiz hər bir şeyi müvəqqəti olaraq xoşbəxtlik 
saya bilərik. Ancaq bunu da bilməliyik ki, xoşbəxtlik 
sayıb  əyləndiklərimizin heç biri əbədi deyil. Axı  əbədi 
olanlar insanları yorur. Heç məhəbbət də  əbədi deyildir. 
Həmin hiss kimə  nəsib olubsa, onlar xoşbəxtdir. Ancaq 
həmin hisslə  əbədi olaraq əylənmək olmaz. İnsan ömrü 
nəyə  sərf olunur? Birisi öyüd nəsihət verir… Birisi bu 
öyüd-nəsihətə qulaq asır… Birisi dua edir… Birisi özün-
dən danışır… Birisi müvəffəqiyyət qazanmaq ümidi ilə 
yaşayır… Birisi kimlərinsə evini yıxmaq planını  cızır… 
Birisi hələ də yazır... Birisi… Birisi… 
26.03.2015 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
75
 
 
Yaxşı və pis, arzu və istək
sevgi və məhəbbət 
 
Yaxşılıq insanın vicdan təmizliyidir.  Ədəbiyyat 
üzrə Nobel mükafatçısı Herman Hessenin “Knulp” po-
vestində yazılır: “Knulp köksünü ötürdü: 

 Hə, daha buna nə deyəsən! Bəlkə də, sən deyən 
kimidir. Elə ona görə də insanlar tez-tez qəm dünyasına 
batır. Çünki istəyinin dəyərsizliyini, hadisələrin bizsiz də 
öz axarı ilə getdiyini duyur. Ancaq suç suçluğunda qalır, 
adamın pislikdən başqa yolu olmasa da, qalır, çünki o, 
bunu daxilən hiss edir, duyur. Elə ona görə də, ən doğru 
yol yaxşılıqdır, çünki adam onda özündən razı qalır, vic-
danı təmiz olur”. (Herman Hesse. Seçilmiş əsərləri. Bakı, 
“Şərq-Qərb”, 2010, s.264). 
Adamların bir qismi arı xarakterlidir. Arılar çiçək-
lərdən bal yığdıqları kimi, onlar da yaxşı nə varsa, tapır, 
üzə çıxarır, dəyər verir, hər şeyi gözəl görürlər. Bir qisim 
adamlar milçək xarakterlidir. Milçəklər mikroblar daşıdı-
ğı kimi, onlar da cəmiyyətdə mikrob yaradır, cəmiyyətə 
mikrob daşıyırlar. 
Pis adamlar bu dünyaya mikrob kimi gəlirlər. Onlar 
get-gedə cəmiyyəti öz mikrobları ilə zəhərləyirlər... 


B u l u d x a n   X ə l i l o v  
 
76 
Yaxşı adamlar bu dünyaya dərman kimi, məlhəm 
kimi gəlirlər. Onlar cəmiyyəti öz məlhəmləri ilə sağalt-
mağa çalışırlar... 
*** 
Arzu nədir? Arzu illər boyu insanlara yoldaşlıq 
edən ülvi bir istəkdir. Hətta arzu insanda o qədər dərin 
kök salır ki, bəlkə də insanın canı, qanı ilə qidalanır. Ar-
zu insanın sığınacağıdır. İnsan bəzən illərlə bu ülvi istəyə 
sığınır, onun nə zaman həyata keçəcəyi günü gözləyir. 
Arzu insanın həsrətini çəkdiyi nəsə bir şeydir. İnsan 
həsrətini çəkdiyi bir şeyi uzun müddət gözlədiyi kimi, 
arzunu da uzun illər boyu gözləyir. Hətta insan arzunu 
həyatının bütün məqamlarında yadından çıxartmır, onu 
xatırlayır, onu unutmur. Bəzən onu musiqi kimi öz bey-
nində səsləndirir, bəzən onu sığallayır, tamamlayır, bəzən 
onu öz sevgilisi kimi əzizləyir. Bəzən onunla danışır, 
söhbət edir. 
Kimin arzusu həyata keçirsə, onun arzusu çin olur. 
Deməli, arzunun özü üçün də sığınacaq tapılır. 
Maraqlı orasıdır ki, arzunu heç nə  məhv edə bil-
məz, yandıra bilməz, öldürə bilməz. Ancaq uzaq başı ar-
zu həyata keçməyə bilər. Arzu olaraq qala bilər... 
Əslində bizim hər birimiz ömrümüzün sonuna 
qədər arzu və istəklərimizin həyata keçməsi yolunda 
dizin-dizin sürünürük. Heç zaman arzumuz həyata 
keçməyincə rahat nəfəs ala bilmirik. 
 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
77
*** 
Məhəbbət insanlara çoxlu sayda qayğılar verdi. 
Uşaqlar, onları böyütmək, onların qayğısını çəkmək, da-
ha nələr, nələr... 
Bəlkə  də  Məcnunla Leyli ona görə bir-birinə qo-
vuşmadılar ki, onlar sonrakı qayğılardan imtina etdilər. 
Bəlkə  də  məhəbbətdən sonrakı qayğılardan qorxdular, 
çəkindilər... Bəlkə  də  məhəbbətdən sonrakı qayğıları ol-
masın deyə, bir-birinə qovuşmadılar... Bəlkə  də  məhəb-
bətdən sonrakı qayğılar onları qayğılandırdı... 
Sevdiyimiz qadınla Vətənə olan sevgilər bir-birin-
dən fərqlənir. Belə ki, sevdiyimiz qadını başqalarına qıs-
qanırıq. Ancaq Vətəni sevənləri hər birimiz sevirik. Bu 
barədə  Bəxtiyar Vahabzadə 1974-cü ildə yazdığı “Hey-
rət, ey büt!..” məqaləsində oxuyuruq: “Mənim insanlara, 
ətrafdakılara münasibət ölçüm, yəni sevgi və nifrət ölçüm 
vətəndir. Sevdiyim qadını bir başqası da sevərsə  mən o 
adama düşmən kəsilərəm. Lakin Vətənimi mənim qədər 
sevən hər hansı bir adamı mən də sevirəm. Nə üçün sev-
diyimiz qadını sevən rəqibə qısqanır, ona nifrət edirik, la-
kin Vətənimizi sevən adamı isə sevirik? Ona görə ki, qa-
dın sevgisi fərdidir, şəxsidir, bu sevgi yalnız bizim özü-
müzə məxsus olan şəxsi hissimizdir. Bu müəyyən qədər 
kiçik hissdir. İnsanın ən ali, ən müqəddəs sevgisi isə Və-
tənə olan sevgidir! 
Müəyyən yaşa dolandan sonra gənc mütləq bir 
qadını sevir. Bir neçə qadını da sevənlər var. Lakin Vətən 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə