Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə19/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   15   16   17   18   19   20   21   22   ...   50

Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
83
 
 
“Nuh tufanı və Gəmiqaya - 
Qobustan əlifbası” – 
I məqalə 
 
Azərbaycan dilinin və tarixinin kökləri indiyə qədər 
lazımi səviyyədə tədqiq olunmamışdır. Bu baxımdan Əj-
dər Fərzəlinin 2014-cü ildə rus dilində çap olunmuş “Nuh 
tufanı və Gəmiqaya-Qobustan əlifbası” kitabı əhəmiyyət-
li rol oynayır. Azərbaycan  ərazisi və Azərbaycan xalqı 
dünyada getmiş tarixi prosesləri izah etmək, tədqiq etmək 
baxımından böyük əhəmiyyət kəsb edir. Bəşəriyyətin ta-
rixində dərin kökləri olan Azərbaycanın oynadığı rolu aş-
karlamaq üçün Azərbaycan tarixi və dili ilə bağlı aparıla-
caq tədqiqatlara ehtiyac böyükdür. Bu mənada Gəmiqa-
ya-Qobustan yazılı abidəsinin öyrənilməsi Azərbaycan 
tarixində  və  əlifbamızın tarixində  əvəzsiz rol oynayır. 
Gəmiqaya-Qobustan  əlifbası barədə fikirlər belədir: Bu 
əlifba, bu yazı piktoqrafik yazıdır. Başqa bir fikrə görə
bu yazı, əlifba türk-runik yazılı əlibasının elementləri ilə 
bağlıdır. Ancaq Əjdər Fərzəlinin araşdırmalarına görə, 
Gəmiqaya-Qobustan Azərbaycan xalqının yaratdığı  əlif-
badır. Həm də bu, Azərbaycan xalqının yazı mədəniyyə-
tinin tarixi barədə gərəkli bir mənbədir. 


B u l u d x a n   X ə l i l o v  
 
84 
Gəmiqaya-Qobustan əlifbasının öyrənilməsində Əj-
dər Fərzəlinin zəhməti böyükdür. O, 1970-ci illərdən baş-
layaraq ömrünün sonuna qədər bu əlifbanı tədqiq etmiş-
dir.  Əjdər Fərzəli Gəmiqaya-Qobustan  əlifbasının tədqi-
qinə qədər “Kitabi-Dədə Qorqud” dastanlarını, dastanda-
kı dil məsələlərini, dilin inkişaf tarixini, praazərbaycan 
dilini, Azərbaycan mifologiyasını, dastandakı toponim-
ləri, suya və oda inam məsələlərini, qədim tayfa və tayfa 
birliklərinin qohumluğu məsələlərini araşdırmışdır. 
Əjdər Fərzəli Gəmiqaya-Qobustan yazılarını Azər-
baycan və ona yaxın ərazilərdə olan qayalara, daşlara, yer 
altından çıxarılan müxtəlif qablara, xalçalara həkk olun-
muş yazılarla birgə öyrənmişdir. Eyni zamanda qədim 
Azərbaycan əlifbasının elementlərini – işarələrini Naxçı-
vanla, Qobustanla bərabər, həm də Gəncə, Şamaxı, Min-
gəçevir, Hacıqabul, Pirallahı adası, Nüvədi, Təbriz yaxın-
lığında tapılan yazılarda da tədqiq etmişdir. O, Kəlbəcər, 
Mingəçevir daşlarında həkk olunmuş yazılarda da qədim 
Azərbaycan sözlərini oxuya bilmişdir.  Əjdər Fərzəli 
Alban yazıları barədə də maraqlı elmi nəticəyə gəlmişdir. 
Əjdər Fərzəliyə görə, Alban əlifbasının  əsli ermənilər 
tərəfindən məqsədli  şəkildə  təhrif edilmiş, gərəksiz bir 
formaya salınmışdır. Onun fikrincə,  əsl Alban əlifbası 
Gəmiqaya-Qobustan əlifbasıdır. Bu əlifba qayaların, daş-
ların, xalçaların, qabların üstündə həkk olunmuş yazılar-
da da qorunmuşdur. Müqayisə üçün qeyd edək ki, Orxon-
Yenisey yazılı abidələri mətnlərin daş üzərinə  həkk 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
85
olunmasından ibarətdir. Hazır mətnləri oxumaq mətnsiz 
yazıları oxumaqdan asandır. Gəmiqaya-Qobustan yazıları 
isə  mətnsiz yazılardır. Məhz  Əjdər Fərzəli belə  mətnsiz 
yazıları oxumuşdur.  Əjdər Fərzəlinin tədqiqatları sübut 
edir ki, Orxon-Yenisey və Gəmiqaya-Qobustan əlifbaları 
bir-birinə bağlı olan müstəqil  əlifbalardır. Hər ikisi türk 
əlifbasıdır və bunlardan çoxsaylı dünya əlifbaları 
törəmişdir. 
Qafqaz Albaniyası  qədim Azərbaycanın, qədim 
Azərbaycan tarixinin tərkib hissəsidir. Qafqaz Albaniya-
sına aid yeganə  mənbə Moisey Kalankatukulunun (VII-
VIII əsrlər) “Alban tarixi” və VIII əsrə aid “Eranşəhr”dir. 
Bu dövrə aid mənbələrin azlığı Azərbaycan tarixinin 
Qafqaz Albaniyası ilə bağlı olan dövrünə kölgə salmış və 
nəticədə ermənilər bundan istifadə edərək qərəzli, 
saxtakar mövqe tutmağa başlamışlar. Ermənilər “Alban 
tarixi”  əsərini və Qafqaz Albaniyasının  ərazisini  əsassız 
şəkildə “erməniləşdirmə”yə çalışmışlar. Bununla da Qaf-
qaz Albaniyası mübadiləsi bir mövzu kimi ortalığa çıx-
mışdır. Hələ vaxtilə Azərbaycan dilçisi Voroşil Qukasyan 
Alban yazısı  və  ədəbiyyatı tarixinin bəzi məsələləri ilə 
məşğul olmuşdur. Bu istiqamətdə araşdırmalar aparmış-
dır. O, A.Ş.Mnatsakanyanın 1966-cı ildə Yerevan şəhə-
rində erməni dilində çap olunmuş və “Qafqaz Albaniyası 
ədəbiyyatının tarixi” adlı əsərinin elmsizliyini faktlar, də-
lillər  əsasında sübut etmişdir. Voroşil Qukasyan 
A.Ş.Mnatsakanyanın əsəri ilə bağlı dörd mühüm ümumi-


B u l u d x a n   X ə l i l o v  
 
86 
ləşdirici nəticə (bax: ВорошилГукасян.  О  некоторых 
вопросах истории Албанской писменности и литера-
туры (в связи c работой А.Ш.Мнацаканяна, «О лите-
ратуре  Кавказской  Албании»). – Azərbaycan SSR 
Elmlər Akademiyasının xəbərləri.  Ədəbiyyat, dil və 
incəsənət seriyası, 1968, №2, s.85-101) söyləmişdir: 
I. Kür çayının sağ sahili heç zaman Ermənistanın 
tərkibinə  rəsmi  şəkildə daxil olmamışdır. Halbuki 
A.Ş.Mnatsakanyan  əsassız olaraq Qafqaz Albaniyasının 
sərhədi olan Kür çayının sağ sahilini eramızın IV əsrinə-
dək (387-ci ilə  qədər) “Böyük Ermənistan”ın tərkibində 
olması fikrini irəli sürmüşdür. 
II. Voroşil Qukasyan onlarla tarixi və filoloji dəlil-
lər əsasında sübut etmişdir ki, albanların öz yazısı olmuş-
dur. Onun fikrincə, bunu alban əlifbası və Mingəçevirdə 
tapılmış yazılar da təsdiq edir. Lakin A.Ş.Mnatsakanyan 
öz  əsərində iddia etmişdir ki, guya albanların yazısı 
olmadığı üçün onların  ədəbiyyatları da yaranmamışdır. 
Halbuki elmə sirr deyil ki, alban yazısı olmuş və bu indi-
yə qədər oxunmamışdır. Bizcə, alban yazıları oxunsaydı 
Azərbaycan tarixinin qədim dövrünə aid xeyli zəngin 
material əldə etmiş olardıq. Bu da ermənilərin əsassız id-
dialarına birdəfəlik son qoyardı. Təbii ki, A.Ş.Mnatsa-
kanyan alban yazılarının indiyə  qədər oxunmadığını  və 
bununla bağlı çətinlikləri çox gözəl bildiyinə görə, elə bu 
abidələrin “sahibi”, “yiyəsi” iddiası ilə  əsər yazmışdır. 
Lakin Moisey Utilinin (Kalankatuklunun) “Alban tarixi” 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə