Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə2/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   2   3   4   5   6   7   8   9   ...   50

B u l u d x a n   X ə l i l o v  
 

günlərin birində Qulu Xəlilov Yazıçılar Birliyindən icazə 
almadan rayona getməli olur. Mehdi Hüseyn onu bu 
əməlinə görə - icazəsiz getdiyinə görə işdən çıxarır. Qulu 
müəllim rayona gedəndə bilir ki, onun oğlu olub. Qulu 
Xəlilovun iki qızı varmış, oğlu yox imiş. O, oğlunun 
olmasına sevinir. Və Mehdi Hüseynə zəng vurub deyir: 

 Siz məni işdən çıxartdınız. Mənim isə oğlum oldu. 
Mehdi Heseyn ona deyir: 
– 
Gəl ona Tahir adını qoy. Tahir mənim qəhrə-
manımdır. O, “Neft daşları”  əsərindəki qəhrəmanını  nə-
zərdə tutur. 
Qulu Xəlilov ona cavab verir: 

 Mən öz qəhrəmanımın adını – Azər adını qoyaca-
ğam. 
Qulu Xəlilov oğlunun adını Azər qoyur. 
Qulu Xəlilovun həyat eşqi güclü olmuşdur. O, 
uşaqlarına da, nəvələrinə də böyük dəyər vermişdir. Öm-
rünün sonuna yaxın televiziya müsahibələrinin birində 
deyirdi: “...Mən xəstəyəm. Stola yazmaq üçün yaxınlaş-
mağa qorxuram. Mən uşaqlarımla, nəvələrimlə başımı 
qatıram. Allah heç kəsi övladsız, uşaqsız, atasız, anasız 
etməsin”. Düzü, onun bu dediklərinin səmimi olduğunun 
şahidi olmuşam. Ancaq şahidi olduğum vaxt o qədər də 
əhəmiyyət verməmişəm.  İndi fikirləşəndə görürəm ki
doğrudan da, o, bütün uşaqlara səmimi olmuşdur. Ona 
görə  də bir hadisəni xatırlamaq istəyirəm. 1992-ci ilin 
dekabr ayında APİ-də (indiki ADPU-da) olan müdafiə 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
7
şurasında dissertasiyamı müdafiə etdikdən sonra evimiz-
də (evimiz həyət evi idi) qonaqlıq təşkil etmişdik. Müda-
fiədən sonra qonaqlığa Qulu Xəlilov da gəlmişdi. Həyət 
evində qohum - qardaş manqalda qonaqlar üçün kabab 
çəkirdi və qardaşım uşaqları da həyətdə oynayırdılar. Bir 
də gördüm ki, Qulu müəllim müdafiə şurasının üzvlərin-
dən və qonaqlardan ayrılaraq qardaşım uşaqlarını başına 
yığıb söhbət edir. Onlara müxtəlif suallar verir, onları 
danışdırır, onlara doğma münasibət göstərir. Hiss edirdim 
ki, uşaqların hazırcavablığı, diribaşlığı onun xoşuna gəlir. 
Bunun haradan qaynaqlandığını onun müsahibələrindəki 
bu fikirləri dinlədikdən sonra daha yaxşı anladım: “... 
Allah bizim övladlarımızı  qığıldamaq səadətindən uzaq 
etməsin. Çörək səadətindən uzaq etməsin”. Nə isə... 
Qayıdıram yenə  də  həyətimizdəki qonaqlığa. Qulu 
müəllim tez - tez əlini manqalın içindəki ocağa uzadır və 
əllərini qızdırırdı. Sonra ocaqda qızmış əllərini sifətinə və 
üstünə  çəkirdi. Bunu hava soyuq olduğu üçün edirdi. 
Bütün qonaqlar içəridə yeyib - içirdi. O isə həyətdə atam-
la, qardaşımla, qohumlarımla mehribancasına və səmimi 
şəkildə söhbət edirdi. Bəlkə buna o vaxt o qədər də əhə-
miyyət vermirdim. İndi isə görürəm ki, Qulu Xəlilov nə 
qədər təbii və sadə adam imiş. O birinci dəfə olduğu 
ailədə özünü nə  qədər doğma aparırmış. Səbəbini indi 
axtaranda görürəm ki, o, torpağa, xalqa, millətə bağlı ol-
duğundan belə edirmiş. Eyni zamanda zəhmətə  və  zəh-
mətkeş insanlara, təmiz və təbii ailələrə, dünyanın bütün 


B u l u d x a n   X ə l i l o v  
 

ağrı - acısını görmüşlərə bağlı olduğundan belə edirmiş. 
Mən indi başa düşürəm ki, o, Allahın imtahana çəkdiyi, 
bu imtahandan üzüağ  çıxardığı  və qoruyub saxladığı 
insanların, ailələrin hər birinə hörmətlə yanaşırmış. Bu da 
yenə Qulu Xəlilovun mərhəmətli,  ədalətli və  cəsarətli 
olmasından irəli gəlirmiş. 
O, torpaq qədər müqəddəs, daş, qaya qədər möh-
kəm, od kimi isti, su qədər təmiz adam idi. Xarakterinin 
qeyri-adiliyi də elə bununla (müqəddəslik, möhkəmlik, 
kişilik, istilik, təmizlik) bağlı idi. Belələri torpağı, daşı, 
qayanı, təbiəti, odu, suyu insan kimi qəbul edir və başa 
düşür. O, doğrudan da, torpaqdan, daşdan, qayadan, tə-
biətdən, oddan, sudan güc alan adam idi. Onun uyuduğu 
qəbir də bunu təsdiq edir. Oğlu Azər Xəlilovun dediklə-
rindən aydın olur ki, Qulu Xəlilov öz vəsiyyəti ilə Şağan-
da bir qayanın yanında dəfn olunmuşdur. Qayanın hər tə-
rəfi qumluq olsa da, qaya elə qayadır. Qulu Xəlilovun 
məzarı qayaya söykənməklə taleyini Vətən torpağındakı 
qayaların taleyinə bağladı. O, Məmməd Arazın  şeirində 
söylənən fikri təsdiq etdi: 
 
Bir qayaya söykənmişəm, 
Deyirəm kaş, 
Bax beləcə daşa dönəm, 
Yavaş - yavaş. 
 
O yenə də Məmməd Arazın şeirindəki fikri təsdiq etdi: 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
9
Onda Vətən sanar məni 
Bir balaca Vətən daşı, 
Vətən daşı olmayandan 
Olmaz ölkə Vətəndaşı! 
 
Qulu Xəlilov “Yaşamaq istəyirəm” əsərini yazmış-
dı. Və onun həyat eşqi güclü idi, yaşamaq istəyi hədsiz 
idi. Qulu Xəlilov yaşamaq, yaratmaq istəyirdi. Ancaq 
həyatın çətinlikləri, ağrıları ədalətsizlik və haqsızlıq onu 
cana gətirmişdi. Televiziya müsahibələrinin birində 
dediyi kimi: “Dünyanın ən böyük adamlarını həyat cana 
gətirdikdə yaşamaq istəmir. Amma mənim özüm də 
bəzən özümü ölü kimi hesab edirəm”. O, ruhən, təbiətən 
çox diri və mübariz adam idi. Ona görə  də yaşamaq is-
təyirdi. Və “Yaşamaq istəyirəm” əsərini də yazdı. Harada 
mərd, cəsarətli,  ədalətli, obyektiv mövqe varsa, orada 
Qulu Xəlilovun ruhu var. Orada Qulu Xəlilov yaşayır. 
17.09.2014 


B u l u d x a n   X ə l i l o v  
 
10 
 
 
Mirzə İbrahimovun jurnalistlə 
əhvalatı… 
 
Mirzə  İbrahimov görkəmli yazıçı, ictimai-siyasi 
xadim kimi Azərbaycanın ədəbiyyat və mədəniyyət tari-
xində  həmişə yaşayacaq. Onun insanlara münasibətində, 
qayğısında və xeyirxahlığında bir səmimilik, sadəlik 
olub. Bu xeyirxahlığı, qayğını görənlərdən biri də Rövşən 
Novruzoğludur. Rövşən Novruzoğlu – gənc Rövşən 
Cənubi Azərbaycan Radiosunda Aqşin Babayevin yanın-
da jurnalist kimi işləyirmiş. O vaxt Mirzə  İbrahimov 
SSRİ- nin Afrika və Asiya ölkələri üzrə komitəsinin sədri 
imiş. Mirzə müəllimin səfərləri o qədər çox olurmuş ki
o, jurnalistlərə vaxt ayıra bilmirmiş. Jurnalistlər ona sual 
verib nəyisə öyrənə bilmirlərmiş. Daha doğrusu, jurna-
listlər ondan heç cür müsahibə ala bilmirlərmiş. Günlərin 
birində Aqşin Babayev Rövşən Novruzoğluna deyir: 

  Əgər sən Mirzə müəllimlə görüşüb ondan 
müsahibə ala bilsən, sənə mükafat yazacağıq və (o vaxt 
əlavə 13-cü ay maaşı varmış) 13-cü maaş verəcəyik. 
Beləliklə, Aqşin müəllim Mirzə  İbrahimovun ev 
telefonunu Rövşən Novruzoğluna verir. Rövşən Novruz-
oğlu fikirləşir ki, necə etsin, nə cür etsin ki, Mirzə müəl-
limlə görüşə bilsin. Nəhayət, Rövşən Novruzoğlu gün-


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə