Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə20/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   16   17   18   19   20   21   22   23   ...   50

Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
87
əsəri bizə erməni dilində çatsa da, Voroşil Qukasyanın 
dediyi kimi, onun nə vaxt, kim tərəfindən, hansı dildə ya-
zıldığı elmə məlum deyildir. Erməni tədqiqatçısı bu real-
lıqdan “məharətlə” istifadə edərək Alban abidələrini öz 
adlarına çıxmışdır. 
“Alban tarixi” əsərinin yazılma tarixi barədə iki 
fikir mövcuddur. Birinci fikir tərəfdarı T.Ter-Qriqoryan 
“Alban tarixi”nin I, II kitabının yazılması tarixini VII 
əsrə, III kitabı isə X əsrə aid edir. İkinci fikir tərəfdarları 
Y.A.Manandyan, N.Akinyan isə “Alban tarixi”nin yazıl-
masını X əsrə  çəkirlər. Bu ikinci fikir həqiqətə uyğun 
gəlmir və  əsassızdır. Ona görə ki, X əsrə  qədər “Alban 
tarixi”  əsərinin orijinalı mövcud olmuşdur. Bu orijinalı 
ermənilər ələ keçirdikdən sonra onun üzünü erməni dilinə 
çevirmişlər. Xüsusilə, Azərbaycan tarixçisi F.C.Məmmə-
dova “Alban tarixi” mətnini təhlil edərək onu X əsrə aid 
edən erməni tədqiqatçılarının gətirdikləri dəlillərin 
əsassız olduğu və  həqiqətə uyğun gəlmədiyi qənaətinə 
gəlir (bax: Ф.Дж.Мамедова. Проблема датировки «Ис-
тории  Албан». – Azərbaycan SSR Elmlər Akademiya-
sının xəbərləri. Tarix, fəlsəfə  və hüquq seriyası, 1974, 
№3). 
Ərəb qoşunları Azərbaycana gələrkən ermənilərin 
kiçik etnik qrup kimi indiki Ermənistan ərazisindəki bəzi 
yerlərdə heç bir dövləti olmadan Azərbaycanın hüdudları 
içərisində yaşaması mümkünlüyünü bəlkə  də  qəbul et-
mək olar. A.Bakıxanovun verdiyi məlumata görə, “O za-


B u l u d x a n   X ə l i l o v  
 
88 
man (ərəb xilafəti dövründə 

 B.X.) ermənilər  ərəb 
qoşununun zülmündən qaçıb, Qarabağın çətin gedilən 
yerlərinə sığınmışdılar. Onların çoxu indi də bu yerlərdə 
yaşamaqdadır”. (bax: A.Bakıxanov. Gülüstani – İrəm. 
Bakı, 1951, s.51) 
Onu da qeyd edək ki, VII əsrdə, ondan əvvəl, X 
əsrdə, XIX əsrə  qədər Qafqazda, Qafqaz Albaniyasında, 
indiki Ermənistanda erməni adlı bir millətin dövləti 
olmamışdır. Ona görə də bu ərazilərdə erməni dövlətinin 
olmasını  təsdiq edən tarixi, sosial, siyasi, etnik, coğrafi 
məlumatlar da yoxdur. Bu da ermənilərin Qafqaz mü-
hitinə kənardan gəlmələrini sübut edir. 
Hələ 1861-ci ildə K.Patkanyanın “Alban tarixi” 
əsərini rus dilinə  tərcümə etməsini də  təsadüfi saymaq 
olmaz. Ona görə ki, o, bu işi ilə Azərbaycan tarixinin tər-
kib hissəsinə çevrilmiş qədim Alban tarixini və Azərbay-
can tarixini saxtalaşdırmış erməni mütəxəssislərini dəs-
təkləməklə yanaşı, bu yolla saxta erməni tarixi yaradaraq 
onu rus dili vasitəsilə daha geniş  səviyyələrdə yaymağa 
çalışmışdır. 
Əslində ermənilər Alban kilsələrini  ələ keçirtdik-
dən sonra albanlara məxsus olan materialları erməniləş-
dirməyə başlamışlar. 
Bunu Mingəçevirdən – Sudaqılan yaşayış yerindən 
aşkar edilmiş, qədim alban kitabələrindən olan xaçaltı 
daşın üzərindəki kitabə  də  təsdiq edir. Burada tapılmış 
xaçaltı yazılı daş qarqar-türk dilinə aiddir. Xaçaltı yazılı 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
89
daşı qarqar-türk dilində oxuyan müəllif yazır: “Əlbəttə, 
bu (mətn – B.X.), Qriqoryan kilsəsinin alban kilsəsi 
üzərində birinci qələbəsinə  qədər olan bir dövrü əhatə 
edir. Bundan sonrakı dövrlərdə alban yazılı mədəniyyəti 
məhv edilmişdir. Ona görə də V-VIII əsrlər arasında olan 
dövrə aid alban əlifbası ilə Mingəçevir epiqrafik abidə-
lərindən savayı heç bir yazılı material əldə edilməmişdir. 
Bu onu göstərir ki, yad əllər daim alban mədəniyyətini 
məhv etməyə çalışmışdır” (bax: Xanlar Mustafayev. 
Mingəçevir epiqrafik abidələri. Elm və  həyat,  №11-12, 
1990, s.25). 
Deməli, ermənilər ələ keçirə bilmədikləri alban kil-
sələrinə, alban yazılı mənbələrinə toxuna bilməmişlər. 
Ancaq ermənilər “Alban tarixi” əsərinin orijinalını 
məhv edərək onu erməni dilində çap etdirmişlər. V.Qu-
kasyan yazır: “... Utilinin əsəri alban dillərinin birində 
(bəlkə  də udin dilində) yazılmış, çox sonra isə  qədim 
erməni dilinə  tərcümə edilmişdir. Bunun nəticəsində  də 
əsərdə yerli dilə  məxsus sözlər və qrammatik formalar 
qalmışdır”. (bax: Ворошил Гукасян. Удинское слова в 
«Истории  Албан». – Azərbaycan SSR Elmlər Akade-
miyasının Xəbərləri. Ədəbiyyat, Dil və incəsənət seriyası, 
1968, №1, s.61). 
Başqa bir tərəfdən  əsərin erməni dilində bizə çat-
ması isə hələ onun müəllifinin erməni olmasından xəbər 
verə bilməz. Onda ərəb, fars, rus və s. dillərdə əsər yaz-
mış  ərəb, fars, rus olmayan müəllifləri  ərəb, fars, rus 


B u l u d x a n   X ə l i l o v  
 
90 
adlandırmalıyıqmı?  Ərəb dilində “Divani-lüğət-it türk” 
əsərini yazmış M.Kaşğarini, fars dilində yazmış N.Gən-
cəvini necə adlandırmalıyıq?! Birinə  ərəb, digərinə 
farsmı deməliyik?! Deməli, sadəcə olaraq, albanları er-
məniləşdirmək  əsassızdır. “Alban tarixi” əsərinin müəl-
lifini erməni kimi qələmə vermək isə  əsl tarixi həqiqəti 
inkar etməkdən başqa bir şey deyildir. 
“Alban tarixi” əsəri ermənilərin  əlinə keçdikdən 
sonra təbii ki, təhriflərə  də yol verilmişdir. Məsələn, ki-
tabda Salar türklərinin mənşəyi təhrif edilərək heç bir 
əsas olmadan tacik kimi təqdim olunur. Guya tacik 
xalqının sayının azalması  nəticəsində bir xalq meydana 
çıxır və onun adı da Salar olur  (bax:  Мовсэс  Каланкa-
туации. История страны Алуанk. Ереван, 1984, с.169). 
Halbuki Salar türklərinin mənşəyinin taciklərlə heç 
bir  əlaqəsi yoxdur. Türkologiyadan məlumdur ki, Sa-
larlar karluq-uyğur qrupu türk dillərinə daxildir. Bu 
qrupda salarlarla  yanaşı, özbək, yeni uyğur, sarı-uyğur 
dilləri də vardır. Bəzən salarlar müstəqil türk dili deyil, 
uyğur dilinin bir dialekti də hesab olunur. Eyni zamanda 
onların uyğur dilinin dialekti olmadığı, müstəqil türk dili 
olması fikri də vardır. Salarların oğuz, oğuz-türkmən 
qrupuna daxil olması və XIV əsrə qədər qıpçaqların əha-
təsində yaşaması,  Şərqi Türküstana köçdükdən sonra 
Xuançe çayı boyunca çinlilər, tibetlilər və monqollarla 
əlaqədə olması məlumdur. 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə