Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə22/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   18   19   20   21   22   23   24   25   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
96 
Əjdər Fərzəlinin tədqiqatlarına görə, Orxon-Yeni-
sey və  Gəmiqaya-Qobustan yazıları bir-birindən fərqli, 
müstəqil, ancaq qohum türk əlifbalarıdır. Həm də  Əjdər 
Fərzəlinin tədqiqatlarında Azərbaycanda aşkar olunmuş 
Gəncə,  Şamaxı, Kəlbəcər, Mingəçevir, Hacıqabul, Nü-
vədi, Təbriz-Əhər, Pirallahı və İçərişəhər yazıları Gəmi-
qaya-Qobustan  əlifbasının işarələri ilə tam şəkildə üst-
üstə düşür. 
Əjdər Fərzəlinin tədqiqatlarına görə, Gəmiqaya-
Qobustan  əlifbası eradan əvvəlki minilliklərdən bizim 
eranın 8-9-cu əsrlərinə  qədər,  ərəb işğalına qədər Azər-
baycanda, Yaxın və Orta Şərqdə, Avropada yayılmış, 
işlənmiş əlifbadır. 
Əjdər Fərzəli yazır: “Gəmiqaya-Qobustan  əlifbası 
32 hərfdən: 23 samit və 9 sait səsdən ibarətdir. Bunlar 
100-ə yaxın işarədir. Bu əlifba ilə yazılmış bütöv mətnlər 
hələlik əldə edilməsə də, prinsip etibarilə yəqin etdim ki, 
Gəmiqaya-Qobustan əlifbasının işarələri tanrıçılıq inamı-
nın tələbi ilə soldan sağa – Od tanrıya: Günəşə sarı ya-
zılıb”. (Əjdər Fərzəli. Gəmiqaya-Qobustan əlifbası. Bakı, 
“Azərbaycan Milli Ensiklopediyası” Nəşriyyat – Poliq-
rafiya Birliyi, 2003, s.15) 
Əjdər Fərzəlinin tədqiqatlarının nəticəsinə görə
Finikiya  əlifbasının “birinciliyi”nə son qoyulur. Orxon-
Yenisey əlifbası Finikiya yazısından əvvəllərə gedir, həm 
də Orxon-Yenisey əlifbasının özü də  Gəmiqaya-Qobus-
tan əlifbasından bəhrələnmişdir. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
97
Əjdər Fərzəlinin tədqiqatlarına görə, Gəmiqaya-
Qobustan əlifbası yetkin, kamil bir düşüncənin, mədəniy-
yətin məhsuludur. O yazır: “Gəmiqaya-Qobustan əlifbası 
belə bir həqiqəti təsdiq edir ki, əlifba bir nəfər tərəfindən 
bir ayda, bir ildə yaradıla bilməz. O, uzun illərin 
təcrübəsindən, sınaqlarından keçərək insan kollektivinin, 
etnosun-xalqın soy psixologiyasına, dünyagörüşünə, dil 
və din birliyinə əsaslanaraq, piktoqraflar – şəkilli sözlər, 
damğalar, rəmzlər toplusundan seçilərək, bir sapa 
düzülərək, formalaşaraq yaradıla bilər. Belə  əlifbanın 
yaradıcısı bütün xalq olur. Əlifba məhz  əlifba kimi for-
malaşana qədər bir neçə mərhələdən keçir.  Onun  niza-
ma – “sapa” düzülməsində azı bir neçə, yaxud onlarla 
bilici iştirak edir”. (Əjdər Fərzəli. Gəmiqaya-Qobustan 
əlifbası. Bakı, “Azərbaycan Milli Ensiklopediyası” 
Nəşriyyat – Poliqrafiya Birliyi, 2003, s.19). 
Əjdər Fərzəlinin Gəmiqaya-Qobustan  əlifbası bir 
məsələyə də aydınlıq gətirir. Belə ki, Əjdər Fərzəli “Ki-
tabi-Dədə Qorqud”un boylarının Azərbaycanda yarandı-
ğını Gəmiqaya-Qobustan əlifbasına istinad edərək təsdiq 
edir. Belə bir əlifbanın yarandığı  ərazidə, təbii ki, “Ki-
tabi-Dədə Qorqud” yaranmalıydı və yarandı. 
Əjdər Fərzəli yazır: “Altay türklərinin “doğum, 
döl” rəsmində insan, başından ayağına qədər 32 sümük 
birləşməsindən ibarət təsvir edilmişdir. Ağızda 32 diş 
bəlkə bunun yığcam təkrarıdır? Qobustanda gəmi rəsmlə-
rində (məsələn, 29-cu daşda, həm də 23+9 hesabı ilə) 32 


B u l u d x a n   X ə l i l o v  
 
98 
işarə yaradılış yaddaşının timsalıdır. Müqəddəs sayıldı-
ğına görə 32 rəqəmi həm də  qəbilə, oba, kənd adına 
(İmişli rayonunda 32-lər kəndi) çevrilmişdir. 32 rəqəmi 
yaradılışın 4 ünsürü ilə də səslənir: 32:4=8; 8:2=4. 
Nəhayət, yaradılış  əlifbasının – Gəmiqaya – Qo-
bustanın məhz 32 hərfdən ibarət olması, yəqin ki, təsadü-
fi deyil. Bir sirrin də izi ilə çox uzağa getmək olar”. (Əj-
dər Fərzəli. Gəmiqaya-Qobustan  əlifbası. Bakı, “Azər-
baycan Milli Ensiklopediyası” Nəşriyyat – Poliqrafiya 
Birliyi, 2003, s.22) 
Əjdər Fərzəlinin elmi qənaətlərindən biri də budur 
ki, azərbaycanlıların  əski  əlifbası  ərəb  əlifbası deyil. 
Onun fikrincə, ərəb əlifbası qədim Azərbaycan əlifbasın-
dan törəmədir. Onun elmi qənaətinə görə,  ərəb  əlifbası 
VIII-IX  əsrlərdən başlayaraq Azərbaycanda kütləvi 
savadsızlığın bünövrəsini qoymuşdur. 
Əjdər Fərzəli Gəmiqaya-Qobustan  əlifbasında “sa-
ğır nun” hərfini oxudu, Orxon-Yenisey yazılı abidələrin-
də Danimarka alimi V.Tomsen 1893-cü ildə  Tenqri   sö-
zünü oxudu. Əjdər Fərzəli isə arxeoloq alim Vəli Əliye-
vin “Gəmiqaya abidələri” (1992) kitabında 28-ci şəkil 
qrupunda birinci piktoqrafın “Tanqrı” sözündən ibarət 
olduğunu oxudu. 
Gəmiqaya-Qobustan  əlifbanın “daş” mərhələsi, 
dünya yazı  mədəniyyətinin zirvəsi olmaqla (o cümlədən 
Orxon-Yenisey yazısı) öz fəlsəfəsini yaratmışdır. Bu da 
ondan ibarətdir ki, qədim türk əlifbaları ilk mərhələdə 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
99
piktoqraflar  şəklində daşlara yazılmış, bu, ənənə  şəklini 
almış, nəticədə “daş kitablar” meydana gəlmişdir. Sonra-
lar gil lövhələrə, dəriyə, ağaca, kağıza yazılar yazılmış-
dır. O fikri də qəbul etməli oluruq ki, qədim türklər Avra-
siya məkanında qövsvari hərəkət etmişlər. Onlar baharın 
ardınca getmiş,  əvvəl yaşadıqları yerdə  təbii nemətlər 
tükəndikdən sonra yeni ərazilərə doğru hərəkət etmişlər. 
Bununla da, qədim türklər həmişə hərəkətdə olmuş qərb-
dən şərqə və əksinə hərəkət etməklə öz mədəniyyətlərini 
köç etdikləri ərazilər boyu yaymışlar. 
Tarixi məlumatlara  əsasən Naxçıvan e.ə.1539-cu 
ildə şəhər-qala kimi mövcud olmuşdur. Bu tarixə əsasən 
2015-ci ildə Naxçıvanın 3542 yaşı tamam olur. Arxeoloji 
tədqiqatlar sübut edir ki, Naxçıvanda 9 min il əvvəl 
yaşayış olmuşdur. Bu da məlumdur ki, 12 min il əvvəl 
baş vermiş daşqın və Nuhun gəmisinin gəlib çıxdığı yer 
Naxçıvandır. 
Əjdər Fərzəlinin “Nuh tufanı  və  Gəmiqaya-
Qobustan  əlifbası” kitabındakı araşdırmanın nəticələrini 
aşağıdakı kimi ümumiləşdirmək olar: 
I. Gəmiqaya-Qobustan  əlifbası  qədim Azərbaycan 
əlifbasıdır. Bu əlifba yüz və min illər  ərzində  bütün  
xalq – xalq biliciləri tərəfindən yaradılmışdır. 
II. Gəmiqaya-Qobustan  əlifbası başqa  əlifbalardan 
fərqli olaraq yaradılış ideyasını – Tanrıçılıq inamını  əks 
etdirir. 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə