Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə23/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   19   20   21   22   23   24   25   26   ...   50

B u l u d x a n   X ə l i l o v  
 
100 
III. “Əlifba” sözü öküz başının – Göy öküzünün 
(öküz bürcünün) “ ” işarəsi  şəklində alova oxşar görü-
mündən – qədim Azərbaycan dilindəki “alov” sözündən 
yaranmışdır. Və finikiya “ərəb, yəhudi, yunan və s. dil-
lərindəki alef, alif-əlif, alfa qədim Azərbaycan dilin-
dəki alov-buta sözlərinin təhrif şəkilləridir. 
IV. Finikiya, Misir, yunan-latın,  ərəb, yəhudi, er-
məni, kiril, hind (brahmi), İran (pəhləvi) və bir sıra digər 
əlifbalar Gəmiqaya-Qobustan əlifbasının törəmələridir. 
V. Gəmiqaya-Qobustan  əlifbası  və Orxon-Yenisey 
əlifbası bir-birinə bağlı, ancaq müstəqil yaradılmış türk 
əlifbalarıdır. 
VI. Alban əlifbası – Qafqaz Albaniyasının əlifbası 
Gəmiqaya-Qobustan əlifbasının təhrif edilmiş şəklidir. 
VII. “Avesta”  əlifbası  Gəmiqaya-Qobustan  əlifba-
sından törəmədir. 
VIII. Şumerli türk əlifbası  Gəmiqaya-Qobustan 
əlifbası ilə eyni quruluşdadır. 
IX. Mingəçevir epitafiyası Gəmiqaya-Qobustn əlif-
bası əsasında türk düşüncə tərzi ilə yaranmışdır. 
X. Gəmiqaya-Qobustan  əlifbasının hərf və pikto-
qrafları Naxçıvan-Ordubad, Urmiya-Əhər-Təbriz, Qərbi 
Azərbaycan, Kəlbəcər, Gəncə, Mingəçevir, Şamaxı-Altı-
ağac, Qobustan-Hacıqabul, Bakı-İçərişəhər-Pirallahı 
adası daşlarında, qayalarında aşkar edilmişdir. Hətta bu 
əlifba qədim Azərbaycan xalçaları, məişət  əşyaları üzə-
rində “naxış” kimi əks olunmuşdur. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
101
XI. Gəmiqaya-Qobustan  əlifbası 32 hərfdən 
(onların 9-u sait, 23-ü samit) ibarətdir. 
XII. Gəmiqaya-Qobustan  əlifbasında hər bir hərf 
sözü tamamlaya bilirsə, “bütöv söz” funksiyasında olur. 
Belə bir əlamət Orxon-Yenisey yazılarında da müşahidə 
olunur. 
XIII. “Kitabi-Dədə Qorqud”un mifik süjetləri Gə-
miqaya-Qobustan  əlifbası ilə  Gəmiqayaya, Qobustana 
yazılmışdır. 
XIV. Gəmiqaya-Qobustan çoxşəkilli  əlifbadır. Bu-
rada eyni hərfin bir neçə şəkli, variantı vardır. Onlar sö-
zün məzmunundan, mənasından irəli gələrək yaradıl-
mışdır. 
XV. Gəmiqaya-Qobustan  əlifbası Azərbaycan dili-
nin,  ədəbiyyatının, mədəniyyətinin, tarixinin yeni bir 
mərhələsidir. 
XVI. Əjdər Fərzəli Gəmiqaya-Qobustan əlifbasının 
300-ə yaxın sözlüyünü tərtib etmişdir (АждарФарзали. 
Ноев Ковчег и Гямигая-Гобустанский алфавит. Баку, 
«Гапп-полиграф”, 2014, с.234-241). 
XVII. Gəmiqaya-Qobustan  əlifbasının mətnləri 
işğallar, müharibələr, qarətlər nəticəsində dağıdılmışdır. 
XVIII. Gəmiqaya-Qobustan  əlifbasının aşkarlan-
ması  əlifbanın meydana gəlməsində uydurma “Finikiya 
birinciliyi”nə son qoymuşdur. 
XIX. Gəmiqaya-Qobustan dünya əlifbaları tarixin-
də vahid Əlifba Ağacı rolunu oynamışdır. 


B u l u d x a n   X ə l i l o v  
 
102 
XX. Gəmiqaya-Qobustan mədəniyyətinin kökündə 
Tanrıçılıq dayanır. Mövcud dinlərin hamısı (islam, xristi-
anlıq, buddizm, iudaizm) Tanrıçılıqdan bəhrələnmişdir. 
Tanrıdan-Allahdan gələn kitablar da (Zəbur, Tövrat, İn-
cil, Quran) hər  şeyin  əsasında Tanrıçılığın dayandığını 
təsdiq edir. 
XXI. Gəmiqaya-Qobustan əlifbası dünyanın möcü-
zələri barədə düşünməyə imkan yaradır.  İlk möcüzə 
Gəmiqaya-Qobustan rəsmləridir. Bu möcüzə barədə 
Əjdər Fərzəli məsələni belə qoyur: Tanrı ulu rəssam kimi 
yaratdıqlarının əvvəlcə şəklini çəkdi və sonra onlara ruh 
verdi, can verdi. Tanrının rəsmləri işarələr kimi insanın 
özündə, bədənində göründü, başqa canlılarda otlarda, çi-
çəklərdə, ağaclarda göründü. İnsan Tanrının qələmindən 
çıxmış 32 işarənin kombina edilməsi kimi qəbul edildi. 
Tanrı öz səma gəmisində Göydən Yerə 32 işarə-hərf gön-
dərdi. Tanrı 32 hərf və iki insan: qadın və kişi göndərdi. 
Tanrinin Səma Gəmisində göndərdiyi 32 hərf-işarə (23 
samit və 9 sait) və iki insan: kişi və qadın Səma Gəmisi 
ilə birlikdə 1-ci möcüzə idi. 2-ci möcüzə isə Gəmiqayada 
“Nuhun gəmisi” ilə bağlı rəsmlərdir. 
XXII. Humboltun və Sössürün söz-dil işarələr sis-
temidir fikrini qəbul etməklə Gəmiqaya-Qobustan əlifba-
sının işarələr nəzəriyyəsinin əsasında dayandığını və onu 
bu günümüzə çatdıran qaynaq olduğu qənaətini təsdiq 
etməli oluruq. 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
103
XXIII. Əjdər Fərzəlinin Gəmiqaya-Qobustan  əlif-
bası ilə bağlı fikirləri bu qənaəti söyləməyə əsas verir ki, 
bəşəriyyət elmlə dinin birliyi əsasında Tanrıçılığın ma-
hiyyətinə varmalıdır. Bəşəriyyət bu gün elmlə dinin eyni 
mənbədən – Tanrıdan gələn bir ideya olduğu fikrindən 
uzaqlaşmışdır. Ancaq bəşəriyyət bunu da bilir ki, mü-
qəddəs kitablar da (Zəbur, Tövrat, İncil, Quran) Tanrı-
dan-Allahdan gələn müqəddəs kitablardır. Elmlə dinin 
mənbəyini bu kitablar yaşadır. 
Biz dəyişən dəyərlər dünyasında yaşayırıq. Ancaq 
elə dəyərlər var ki, onlar dəyişmir. Dəyişməyən dəyərlər 
dəyişmədiyi üçün dəyərlidir. Dəyişməz dəyərlər sırasında 
Gəmiqaya-Qobustan da var. Dəyişməyən dəyərlər dəyərə 
qiymət verənlərdə bu fikri yaradır və hər birimizi düşün-
məyə  məcbur edir. İ.Nəsimi: “Dünya duracaq yer deyil, 
ey can, səfər eylə!..”, V.V.Nalimov: “Nədən dünyamız 
bir belə  qəddardı?.. Nə zamansa da bu sirri aça 
biləcəyikmi?”, S.Y.Lets: “Ciddi düşünməyə başlayınca 
görürüəm ki, dünya nə qədər gülüncdür”. 
 
27.04.2015 


B u l u d x a n   X ə l i l o v  
 
104 
 
 
Mən-biz, sən-siz, o-onlar  
barədə deyimlərim – 
I yazı 
 
Həyatda bəzən canavardan yox, tülküdən qorxmaq 
lazımdır. 
 
*** 
Fədakarlıq göstərmək bəzən başqalarını narahat 
edir. 
 
*** 
Bizim hamımız öz işlərimiz üçün yaranmışıq. 
 
 
*** 
Yol nə zaman yol ola bilər? Yol tapdalananda yol 
ola bilər. Əks təqdirdə yolu alaq basar, ot basar, yol yol 
ola bilməz. 
 
*** 
Kitab nə zaman kitab ola bilər? Kitab oxunanda 
kitab ola bilər. Kitab oxunmayanda kitab deyil. Dünyada 
oxunmayan çoxlu kitablar var. 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə