Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə24/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   20   21   22   23   24   25   26   27   ...   50

Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
105
*** 
Ədalətli olanların  ədalətindən, obyektiv olanların 
obyektivliyindən, səmimi olanların səmimiyyətindən öz 
məqsədləri üçün istifadə edənlər az deyildir. 
 
*** 
Bu dünyada güvənməli, arxalanmalı adamlar çox-
durmu?! 
 
*** 
Ağıllı adamlar özünə  və  zəhmətinə güvənirlər. 
Digər güvənc yerləri əbəsdir. 
 
*** 
Kiməsə arxayın olmaq məsuliyyətsizlikdir. 
 
*** 
Arxa axtarmaq, kömək axtarmaq nə  gətirəcək və 
bunun nə  gətirəcəyini kim bilir? Və bunun gələcəyini 
haradan bilmək olar? 
 
*** 
İnsanlar bir-birinin nəyinə vurulurlar? 
 
*** 
İnsanlar çox vaxt hər şeyin sonunun nə ilə qurtara-
cağı barədə düşünmürlər. 


B u l u d x a n   X ə l i l o v  
 
106 
*** 
İnsanın dahiliyi qarşıya çıxan bütün çətinliklərlə üz-
üzə dayanır. 
 
*** 
Mənim üçün keçmiş dəyərlidir. Gələcək isə dəyərli 
olduğu qədər də gərəklidir. Bu gün isə keçmişlə gələcəyi 
ayırandır. Bunların hər biri mənim üçün mənalıdır. 
Bunların heç birinə biganə deyiləm. Biganə olanlara isə 
inanmıram. Ona görə ki, onlar özləri üçün yaşayırlar. 
Özləri üçün yaşayanlara keçmiş, bu gün, gələcək yoxdur. 
Keçmişin, bu günün, gələcəyin onlara (biganələrə) 
aidiyyatı yoxdur. 
 
*** 
Bu dünyanın qıl körpüsü daha təhlükəlidir. Oradan 
tarazlığını itirib düşsən heç kəs yiyə, sahib çıxmayacaq-
dır. Yiyə, sahib çıxacaqların başı elə qarışıbdır ki, öz 
haylarındadırlar. Ona görə də bu dünyanın qıl körpüsün-
dən ehtiyatlı olmaq lazımdır. O biri dünyanın qıl körpüsü 
barədə çox düşünüldüyü üçün bu dünyanın qıl körpüsü 
çoxdan yaddan çıxıb. Yeri gəlmişkən bu dünyanın cənnət 
və cəhənnəm əzablarına da biganə qalmaq olmaz. Cənnət 
və  cəhənnəmin nə olduğunu bilmək istəyənlər bu dün-
yanın cənnət və cəhənnəmini müqayisə edə bilərlər. Hə-
ləlik o dünyaya gedənə qədər bu dünyada cənnət və  cə-
hənnəmi görmək, müşahidə etmək mümkündür. Ağıllı 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
107
adamlar qıl körpüsünü də, cənnəti də, cəhənnəmi də elə 
bu dünyada dərk edirlər. Dərk olunan bir şeyi anlamaq 
daha rahat olur. Elə ki anlamaq mərhələsi başlayır, onda 
görürsən ki, qıl körpüsü də, cənnət də, cəhənnəm də 
sənin həyatının, məişətinin tərkib hissəsidir. 
 
*** 
Qəribədir bu dünyanın işləri.  İnsanın ömür yolu 
xəstəxanadan başlayır, qəbiristanlıqda qurtarır. Xəstəxa-
nada dünyaya gələn insan ömrünü burada da başa vurur. 
Və qəbiristanlıq əbədi yeri olur. Ancaq insan bir şeyi fi-
kirləşirmi? Fikirləşirmi ki, onun sağlamlığını əlindən alan 
yaşamaqdır. Özü də qaydasız yaşamaq. İnsan fikirləşirmi 
ki, onun sağlamlığını əlindən alan şadlıq evləridir. O şad-
lıq evləri ki, cürbəcür keyfiyyətsiz yeməkləri ilə insanları 
məhv edirlər.  İndi maraqlısı odur ki, xəstəxanalar da, 
şadlıq evləri də, qəbiristanlıqlar da çoxalıbdır. Həm də 
maraqlı orasıdır ki, xəstəxanalar da, şadlıq evləri də, qə-
biristanlıqlar da gün-gündən çoxalırlar. Deməli, dünyaya 
gələnlər, xəstələnənlər, dünyadan köçənlər dünyanın 
başını qatıbdır. 
 
*** 
Dünyada üç qoxunu heç nə ilə  əvəz etmək, dəyiş-
mək, qarışıq salmaq mümkün deyildir. Onlardan biri 
şehli otu biçən zaman ətrafa yayılan ot qoxusudur. Hələ 
bu otun içərisində gül-çiçək olarsa, qoxu aləmi bürümüş 


B u l u d x a n   X ə l i l o v  
 
108 
olar.  İkincisi körpə  uşağın boynunun yanlarında olan 
qoxudur. Olduqca şirin qoxudur. Üçüncüsü isə  qış  fəs-
lində soyuq yerlərdə küçəyə sərilmiş paltarda olan iydir. 
Qışda yuyulmuş paltar küçəyə  sərilən zaman havanın 
şaxtalı, soyuq, bəzən boranlı olması  nəticəsində paltar 
qurumur, ancaq donur. Həmin paltarı içəridə isti bir yerə 
sərib qurudurlar. Şaxtadan, soyuqdan donmuş paltarın 
qoxusu özgə bir aləmdir. Soyuqdan, şaxtadan donmuş 
paltara qışın təmiz havası da qonduğundan bu paltarın 
qoxusu heç nədə ola bilmir. 
 
*** 
İnsan nəyin barəsindəsə düşünürsə, demək düz 
yoldadır. Düşünməyən insanların isə yolu, məsləki 
olmur. Onlar hər şeyi kortəbii şəkildə qəbul edirlər. Onlar 
hər  şeydən kortəbii  şəkildə istifadə edirlər. Onlar bu 
dünyada elə-belə yaşayırlar. Bəzən uğurları da olur. 
Bəzən yüksəlişləri də olur. Ancaq daxilən, mənən uğur 
qazanmırlar, yüksəlmirlər. Daxilən və  mənən kamil ola 
bilmirlər. Bir sözlə, bir işi görən adam düşünürsə, o, 
adamdır. Ona inanmaq olar. 
 
04.05.2015 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
109
 
 
Mən - biz, sən - siz, o - onlar  
barədə deyimlərim – 
II yazı 
 
Müşahidələr göstərir ki, tamahı olmayan, acgöz ol-
mayan,  əsasən həyatını eyni şəkildə yaşayan insanlar 
daha uzun ömürlü olurlar. Kimlərsə acgöz, hər şeyi çapıb 
talayan insan olursa, onlar ömürlərini başa vurmaqda da 
sanki tələsirlər. Yadıma görkəmli kamança ustası Habilin 
müsahibələrindən birində dediyi belə bir məqam düşür. O 
deyirdi ki, ona görə gümrah və sağlam qalıbdır ki, onun 
uşaqlıq illəri müharibə dövrünə düşübdür. Mədəsini 
dünya nemətləri ilə yükləməyibdir. Ona görə də cavan və 
gümrah qalıbdır. 
*** 
Tamahı çox olan, tamahı artıq olan adamları tamah 
içəridən yeyir, çürüdür. Onların acgözlüklə qazandıqları 
əslində onların qazancı deyil, xəstəliklərinin mənbəyidir. 
Tez-gec acgöz adamların qazancı onları mikrob kimi 
əhatə edir. Onlar mikrobun əlində əsir-yesir qalırlar. Be-
lələrinin acgözlüyü başqalarını narahat etdiyi kimi, mik-
roblar da onları narahat edir. Bir də görürsən ki, dünən 
dövran sürənin birisi bu gün dünyada yoxdur. Yaxud 
dünən dövran sürən bu gün pis bir vəziyyətdədir. 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə