Microsoft Word zamanin sinagi-26. 10. 16. doc



Yüklə 2,49 Kb.
Pdf görüntüsü
səhifə26/50
tarix30.12.2017
ölçüsü2,49 Kb.
#18714
1   ...   22   23   24   25   26   27   28   29   ...   50

Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
115
evlərindəki  əşyalarla, daş-qaşlarla, qab-qacaqlarla fəxr 
edirlər. 
 
*** 
Əgər bilikli insan öz biliyini başqasına öyrətmirsə, 
onda onun biliyi bilik deyil, bilik qəbristanlığıdır. 
 
*** 
Yol harada bitirsə, oradan yeni bir yol başlayır. 
 
*** 
Sənin dalğa bildiyini mən ləpə bilirəm. Sənin dağ 
bildiyini mən təpə bilirəm. Sənin ümman bildiyini mən 
çay bilirəm. 
 
*** 
İnsan özünü, sağlamlığını əbədi olaraq qoruya bil-
mir. İnsan özünü, sağlamlığını müəyyən müddət ərzində 
qoruyur. 
 
*** 
Bu dünyada yaşamaq da, o biri dünyaya köçmək də 
xoşbəxtlikdir. 
 
*** 
Hər şey dirilər üçündür. 
 


B u l u d x a n   X ə l i l o v  
 
116 
*** 
İstedadlı, qabiliyyətli insanlar öz əməlləri ilə kölgə 
sala bilirlər. 
 
*** 
Kişi də, qadın da ömrü boyu birini sevir. Baxın son 
anda kişinin yanında bir qadın, qadının yanında bir kişi 
olur. 
 
*** 
İnsan  şəxsi həyatını açırsa, ağardırsa, böyüdürsə, 
hətta hamıya danışırsa, onda belə insanda eyib olan heç 
nə qalmayıb. 
 
 12.05.2015 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
117
 
Mən - biz, sən - siz, o - onlar 
barədə deyimlərim – 
III yazı 
 
Dillərin dialektal variantlarının yaranması  həmin 
dillərin  ədəbi dil normalarının unifikasiyası prosesinə 
mənfi təsir göstərir. Onda ədəbi dilin normasını müəy-
yənləşdirmək də çətinləşir. Bu mənada ingilis dilinin dia-
lektal variantları ingilis dilinin vahid ədəbi dil norma-
larının sabitləşməsinə, anlaşılmasına maneçilik edir. 
 
*** 
İnsanların böyük əksəriyyəti kitaba qiymət ver-
mirlər.  Əvvəllər kitabları növlərə ayırırdılar: elmi kitab-
lar, bədii kitablar, nağıl kitabları və s. İndi isə kitabları nə 
növlərə ayırırlar, nə  də oxuyurlar. Əgər kitabları 
oxusalar, bilirsinizmi nələr üzə çıxar?! Ən azı o üzə çıxar 
ki, elmi kitabların əksəriyyəti bərbad gündədir... 
 
*** 
Həyat bir kotandır. Kotan yeri şumladığı kimi, hə-
yat da insanın ömrünü beləcə  şumlayır.  İnsan isə kotanı 
çəkir. Bütün güc insana düşür. İnsan kotanı cüt çəkdikdə 
nisbətən həyat rahat olur. Tək çəkdikdə isə  həyat  əzaba 


B u l u d x a n   X ə l i l o v  
 
118 
dönür. Kotanı cüt çəkmək dedikdə insanı başa düşən, an-
layan, duyan, hiss edən birisinin olmasını başa düşürəm. 
 
*** 
Hər bir möhtəşəm ideya çox sadədir. 
 
*** 
Dünya yaranandan Ayla Günəş bir-birini cəzb edir. 
Ancaq onlar birləşə bilmirlər.  İnsanlar da bəzən belə 
olurlar.
 
 
*** 
Əslində  hər birimizin peşəmiz, sənətimiz bizim 
üçün bir qaladır. Ömrümüzün sonuna qədər bizi tutub 
saxlayır, bizi tabe edir, bizi məhbus vəziyyətinə salır. 
 
*** 
Qarnı doyandan sonra heç kəsi fikirləşməyən 
insanlar dünyada çoxdur. 
 
*** 
Bəzi insanlar rahat yaşayanda nə Allahı, nə  də 
bəndəni yada salırlar. 
 
*** 
Qorxaq, yaltaq, ikiüzlü, riyakar adamlar əsən 
küləklər kimidir. Bilmirsən ki, onlar da küləklər kimi 
hansı  tərəfdən  əsəcəklər? Küləklər kimi istiqamətlərini 
necə dəyişəcəklər? 


Z a m a n ı n   s ı n a ğ ı n d a n   k e ç ə n l ə r . . .  
 
119
*** 
İnsanlar nədən və kimdən qorxduqlarını anlaya 
bilsələr, qorxduqlarının nəyə qadir olduqlarını  dərindən 
bilsələr həyat mənasızlaşar. 
 
*** 
Adamlar bəzən qorxulu yuxular görürlər. 
Ayılandan sonra düşünürlər ki, nə yaxşı bu yuxular 
həqiqət deyil, elə yuxudur. Ancaq unudurlar ki, istənilən 
bir həqiqət də insanlara yuxu kimi gələ bilər. 
 
*** 
Əslində bizim hər birimiz ömrümüzün sonuna 
qədər arzu və istəklərimizin həyata keçməsi yolunda 
dizin-dizin sürünürük. Heç zaman rahat nəfəs ala 
bilmirik. 
 
*** 
Təbiət bizə  hər  şeyi verir, biz isə  təbiətə zülm 
edirik. 
 
*** 
Təzə adamlar təzə fikirlər kimi insanlara çox 
maraqlıdır. 
*** 
İnsanlar arasında maddiyyət üzərində başlamış 
dartışmalar vəhşi heyvanlar aləmini xatırladır. 


B u l u d x a n   X ə l i l o v  
 
120 
*** 
Dünyada pul xərcləməyi sevənlər var. Ancaq 
onların pulu olmasa, pulu necə xərcləyə bilərlər? 
 
*** 
Bəzən həyat da insanın bildikləri onun köməyinə 
çatmır. Ancaq onun köməyinə çatanları isə bilinmir. 
 
*** 
İnsan ömrü boyu həyat laboratoriyasında 
təcrübədən keçir. 
 
*** 
Yalançı adamlar bütün bağları qırıb – dağıtdığından 
heç kəs onlara inanmır. 
 
*** 
İnsanlar nə vaxt əclaf olurlar? Niyə  əclaf olurlar? 
Bunu bilmək üçün onların əclaflıqlarını öyrənmək lazımdır. 
 
*** 
Özünü qabiliyyətli sayanlar çoxdur. Ancaq onların 
içərisində qabiliyyətli olanlar isə azdır. 
 
*** 
Həyatda elə məqamlar var ki, gəzməkdənsə durmaq 
yaxşıdr, durmaqdansa oturmaq yaxşıdır, uzanmaq isə 
hamısından yaxşıdır. Bu barədə bir Çin məsəli də var: 
durmaq – gəzməkdən yaxşıdır, oturmaq – ayaq üstə 
durmaqdan yaxşıdır, ən yaxşısı isə uzanmaqdır. 


Yüklə 2,49 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   50




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə